Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında



Yüklə 80,04 Kb.
Pdf görüntüsü
tarix13.11.2017
ölçüsü80,04 Kb.
#9755


Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə 

haqqında 

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 



 

Bu  Qanun  Azərbaycan  Respublikası  Konstitusiyasının  94-cü 

maddəsinin  I  hissəsinin  13-cü  bəndinə  uyğun  olaraq  əqli  mülkiyyət 

hüquqlarının  müdafiəsinin  təmin  edilməsi,  əqli  mülkiyyət  hüquqları 

sahiblərinin  maraqlarının  qorunması  və  bu  sahədə  hüquqpozmaların,  o 

cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni 

istehsalı  və  yayılmasının  qarşısının  alınması  ilə  bağlı  yaranan 

münasibətləri tənzimləyir. 

 

1-Cİ FƏSİL 

ÜMUMİ MÜDDƏALAR 

 

Maddə 1. Əsas anlayışlar 

1.0.  Bu  Qanunun  məqsədləri  üçün  aşağıdakı  əsas  anlayışlardan 

istifadə edilir: 

1.0.1.  əqli  mülkiyyət  hüquqları  -  müəlliflik  hüququnun  obyekti  olan 

əsərlərə,  ifalara,  fonoqramlara,  yayım  təşkilatlarının  verilişlərinə,  inteqral 

sxem  topologiyalarına,  məlumat  toplularına,  folklor  nümunələrinə 

(ənənəvi  mədəni  nümunələrə),  ixtiralara,  faydalı  modellərə,  sənaye 

nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlar; 

1.0.2.  əqli  mülkiyyət  hüquqlarının  sahibi  (hüquq  sahibi)  -  əqli 

mülkiyyət  hüquqlarının  məxsus  olduğu  fiziki  və  ya  hüquqi  şəxs,  o 

cümlədən 

folklor 


nümunələrinə 

(ənənəvi 

mədəni 

nümunələrə) 



münasibətdə Azərbaycan Respublikası; 

1.0.3. audiovizual əsər - müvafiq maddi daşıyıcıya yazılmış, bir-biri ilə 

əlaqəli  olub  hərəkət  təsəvvürü  doğuran  və  müvafiq  texniki  qurğuların 

köməyi  ilə  görmə  (eşitmə)  qavrayışı  üçün  nəzərdə  tutulan  təsvirlər 

silsiləsindən  ibarət  (səslə  müşayiət  olunan,  yaxud  olunmayan) 

kinematoqrafiya əsərləri və kinematoqrafiya vasitələrinə bənzər vasitələrlə 

ifadə  edilmiş  digər  əsərlər  (telefilmlər,  videofilmlər,  diafilmlər, 

slaydfilmlər, animasiya filmləri və sair); 

1.0.4.  fonoqram  -  ifaların  və  digər  səslərin  müvafiq  maddi  daşıyıcıya 

müstəsna olaraq səsli yazılması; 




1.0.5. kompyuter proqramı - maşınla oxunan formada ifadə edilən və 

müəyyən  məqsədə  və  ya  nəticəyə  nail  olmaq  üçün  kompyuteri  hərəkətə 

gətirən  sözlər,  kodlar,  sxemlər  və  başqa  şəkildə  təlimatlar  məcmusu 

(kompyuter  proqramı  ilkin,  yaxud  obyekt  kodlarında  ifadə  edilmiş  həm 

əməliyyat sistemi, həm də tətbiqi proqramı əhatə edir);  

1.0.6. məlumat toplusu - sistemli və ya metodik qaydada tərtib edilmiş 

və elektron, yaxud digər vasitələrlə əldə oluna bilən əsərlərin, verilənlərin 

və  digər  materialların  müvafiq  maddi  daşıyıcıda  təqdiminin  obyektiv 

forması;  

1.0.7.  audiovizual  əsərin,  fonoqramın,  kompyuter  proqramının, 

məlumat  toplusunun  və  kitabın  nüsxəsi  –  audiovizual  əsərdən, 

fonoqramdan,  kompyuter  proqramından,  məlumat  toplusundan  və 

kitabdan  bilavasitə  və  ya  dolayısı  ilə  hazırlanmış  və  müvafiq  maddi 

daşıyıcıda əks olunmuş surət;  

1.0.8.  nüsxələrin  yayılması  -  audiovizual  əsərin,  fonoqramın, 

kompyuter proqramının, məlumat toplusunun və kitabın nüsxələrinin satış 

və  ya  sahiblik  hüququnun  başqa  cür  verilməsi  yolu  ilə  mülki  dövriyyəyə 

buraxılması;  

1.0.9.  pirat  məhsul  -  hüquq  sahibinin  razılığı  olmadan  hazırlanan 

(istehsal  edilən)  və  yayılan  audiovizual  əsərin,  fonoqramın,  kompyuter 

proqramının, məlumat toplusunun və kitabın nüsxələri;  

1.0.10.  piratçılıq  –  pirat  məhsulun  hazırlanması  (istehsalı)  və 

yayılması;  

1.0.11.  kontrafakt  məhsul  –  əmtəə  nişanları,  coğrafi  göstəricilər  və  ya 

onları  qarışdıracaq  dərəcədə  oxşar  nişanlarla  qeyri-qanuni  təchiz  olunan 

mal;  


1.0.12. beynəlxalq standart eyniləşdirmə nömrələri (İSBN, İSMN, İSSN, 

İSAN  və  İSRC)  -  kitabların,  not  yazılarının,  dövri  nəşrlərin,  audiovizual 

əsərlərin, audio və ya videoyazıların eyniləşdirilməsini təmin edən unikal 

rəqəmli kodlar; 

1.0.13.  nəzarət  markası  -  audiovizual  əsərin,  fonoqramın,  kompyuter 

proqramının, məlumat toplusunun, kitabın nüsxələrinin müəlliflik hüququ 

və  əlaqəli  hüquqlara  əməl edilməklə  hazırlandığını (istehsal  olunduğunu) 

təsdiq  edən  və  həmin  nüsxələri  yaymaq  hüququ  verən,  nüsxələrə 

yapışdırılan  hərf-rəqəm  kodu  və  holoqrafik  müdafiə  vasitəsi  olan  və 

birdəfəlik istifadə üçün nəzərdə tutulan vahid nümunəli xüsusi nişan. 

 

 



Maddə 2. Bu Qanunun tətbiq sahəsi 

2.1.  Bu  Qanunla  müəyyən  edilən  tədbirlər  əqli  mülkiyyətə  hüquq 

sahiblərinin  hüquqlarının  təminatına  və  mənafelərinin  qorunmasına 

yönəldilir  və  əqli  mülkiyyət  hüquqlarının  pozulduğu  hallarda  müvafiq 

qanunvericilikdə nəzərdə tutulan qaydada tətbiq edilir. 

2.2.  Əqli  mülkiyyət  hüquqları  sahəsində  bu  Qanunda  nəzərdə 

tutulmayan  məsələlər  Azərbaycan  Respublikasının  Konstitusiyası, 

“Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqında”,  “Patent  haqqında”, 

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Məlumat toplularının 

hüquqi  qorunması  haqqında”,  “İnteqral  sxem  topologiyalarının  hüquqi 

qorunması  haqqında”,  “Azərbaycan  folkloru  nümunələrinin  hüquqi 

qorunması  haqqında”  Azərbaycan  Respublikasının  qanunları,  digər 

normativ  hüquqi  aktlar  və  Azərbaycan  Respublikasının  beynəlxalq 

müqavilələri ilə tənzimlənir. 

2.3.  Bu  Qanun  əqli  mülkiyyət  hüquqları  sahəsində  Azərbaycan 

Respublikasının  digər  qanunlarında  nəzərdə  tutulan  hüquqların 

təminatına, istisnalara və məhdudiyyətlərə dair müddəaları inkar etmir. 

2.4.  Bu  Qanun  onun  qüvvəyə  mindiyi  vaxt  əqli  mülkiyyət 

qanunvericiliyinə  uyğun  olaraq  qorunma  müddəti  bitməmiş  müəlliflik 

hüququ  və  digər  əqli  mülkiyyət  hüquqları  obyektlərinə,  həmçinin  dövlət 

varidatı elan edilmiş əsərlərə şamil edilir. 

 

2-Cİ FƏSİL 

ƏQLİ MÜLKİYYƏT HÜQUQLARININ POZULMASI 

ZAMANI MÜLKİ HÜQUQİ VƏ İNZİBATİ PROSEDURLAR 

VƏ MÜDAFİƏ VASİTƏLƏRİ 

 

 Maddə 3. Mülki hüquqi müdafiəni təmin edən prosedurlar 

Əqli  mülkiyyət  hüquqlarının  mülki  hüquqi  müdafiəsini  təmin  edən 

prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib 

çıxarmamalı 

və 


Azərbaycan 

Respublikasının 

mülki 

prosessual 



qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. 

 

 



 

 

 



 


Maddə 4. Sübutlar 

Əqli mülkiyyət hüquqlarının pozulmasına dair mülki işlərlə əlaqədar 

sübutların  tələb  olunması  və  təmin  edilməsi  üçün  tədbirlər  Azərbaycan 

Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada 

həyata keçirilir. 

 

 Maddə 5. İnformasiya hüququ 

 5.1.  Hüquq  sahibinin  və  ya  onun  nümayəndəsinin  əsaslandırılmış 

müraciəti  olduqda,  əqli  mülkiyyət  hüquqlarının  pozulması  ilə  əlaqədar 

mülki  işə  baxan  məhkəmə  hüquqpozmaya  yol  verən  şəxsdən  pirat  və  ya 

kontrafakt 

məhsulların 

hazırlanmasında 

(istehsal 

edilməsində), 

yayılmasında  və  əqli  mülkiyyət  hüquqlarını  pozan  xidmətlərin 

göstərilməsində  birbaşa,  yaxud  dolayı  yolla  iştirak  edən  üçüncü  şəxslər 

barədə, 

həmçinin 

belə 

malların 



yayılma 

kanalları 

haqqında 

informasiyaların  hüquq  sahibinə  verilməsini  cavabdehdən  tələb  etmək 

hüququna malikdir. 

 5.2.  Bu  Qanunun  5.1-ci  maddəsində  nəzərdə  tutulmuş  halda 

məhkəmə aşağıdakı informasiyaları tələb edə bilər: 

 5.2.1.  pirat  və  ya  kontrafakt  məhsulları  istehsal  edən,  saxlayan  və 

yayan,  o  cümlədən  onların  satışını  həyata  keçirən  şəxslərin  adları  və 

ünvanları; 

 5.2.2.  hazırlanan  (istehsal  edilən),  göndərilən,  qəbul  edilən  və  ya 

sifariş olunan pirat və ya kontrafakt məhsulların kəmiyyəti və qiyməti. 

 

 Maddə 6. Zərərin əvəzinin ödənilməsi 

 6.1.  Hüquqpozmaya  yol  vermiş  şəxsin  əqli  mülkiyyətdən  qeyri-

qanuni istifadə ilə bağlı hərəkətlərinin qanuna zidd olduğunu bilmədiyi və 

ya  bunu  bilməsinə  kifayət  qədər  əsaslar  olmadığı  hallarda  da  məhkəmə 

hüquq  sahibinin  çəkdiyi  zərərin  əvəzinin  ödənilməsi  barədə  qərar  qəbul 

etmək hüququna malikdir.  

 6.2. Zərər müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır: 

 6.2.1.  hüquq  sahibinə  məxsus  olan  əqli  mülkiyyətdən  qeyri-qanuni 

istifadə nəticəsində hüquqpozmaya yol vermiş şəxsin əldə etdiyi gəlirlər; 

 6.2.2.  hüquq  sahibinin  pozulmuş  hüquqlarının  bərpası  üçün  vəkilə 

ödədiyi haqq da daxil olmaqla çəkdiyi və çəkməli olduğu xərclər; 



 6.2.3. hüquqları pozulmasaydı, hüquq sahibinin ona məxsus olan əqli 

mülkiyyəti qanuni istifadəyə verəcəyi təqdirdə əldə edəcəyi gəlirlər (əldən 

çıxmış fayda). 

 

 Maddə 7. Məhkəmə qərarından irəli gələn tədbirlər 

Məhkəmə  hüquqpozmaya  səbəb  olan  malların  kompensasiya 

ödənilmədən  ticarət  şəbəkəsindən  çıxarılması,  malların  hazırlanmasında 

(istehsalında)  istifadə  olunan  materialların  və avadanlıqların  istifadəçidən 

götürülməsi,  müsadirə  və  ya  məhv  edilməsi  barədə  qərar  çıxarmaq 

hüququna  malikdir.  Belə  məsələlərə  baxılarkən  üçüncü  şəxslərin  qanuni 

maraqları nəzərə alınmalıdır. 

 

 Maddə 8. Məhkəmə qərarlarının açıqlanması 

 8.1.  Məhkəmə  qərarları  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada 

internet informasiya ehtiyatlarında yerləşdirilməlidir. 

 8.2.  Hüquq  sahibinin  əsaslandırılmış  müraciəti  olduqda,  məhkəmə 

hüquqpozmaya  yol  vermiş  şəxsin  hesabına  məhkəmə  qərarları  barədə 

məlumatların  yayılması,  o  cümlədən  məhkəmə  qərarlarının  bir  hissəsinin 

və  ya  tam  şəkildə  iddiaçının  ərizəsində  göstərdiyi  dövri  mətbu  nəşrlərdə 

də dərc edilməsi üçün müvafiq tədbirlər görülməsinə dair qərar çıxarır. 

 8.3.  Bu  Qanunun  8.2-ci  maddəsində  nəzərdə  tutulmuş  məhkəmə 

qərarları  barədə  məlumatların  yayılması  məqsədi  ilə  məhkəmə 

hüquqpozmaya  yol  vermiş  şəxsin  hesabına  əlavə  aşkarlıq  tədbirləri 

görülməsini, o cümlədən həmin məlumatların hər kəs üçün yaxşı görünən 

lövhələrdə yerləşdirilməsini təmin etmək hüququna malikdir. 

 

 Maddə 9. İddianı təmin etmək üçün tədbirlər 

 9.1. Məhkəmə mülki iddianın təmin edilməsi məqsədi ilə bu Qanuna 

və  Azərbaycan  Respublikasının  Mülki  Prosessual  Məcəlləsinə  uyğun 

olaraq  təcili  və  səmərəli  müvəqqəti  tədbirlər  barədə  qərardad  çıxarmaq 

hüququna malikdir. 

 9.2. Əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar iddianı təmin 

etmək üçün tədbirlər aşağıdakı məqsədlərlə həyata keçirilir: 

 9.2.1. əqli mülkiyyət hüquqlarının pozulmasına səbəb olan pirat və ya 

kontrafakt  məhsulların  hazırlanmasının  (istehsal  edilməsinin)  və  müxtəlif 

üsullarla yayılmasının qarşısını almaq; 



 9.2.2.  pirat  və  ya  kontrafakt  məhsulların  ticarət  şəbəkələrinə  daxil 

edilməsinin qarşısını almaq; 

 9.2.3.  əqli  mülkiyyət  hüquqlarının  ehtimal  olunan  pozuntularına  aid 

sübutları qorumaq.  

 9.3.  Məhkəmə  Azərbaycan  Respublikasının  Mülki  Prosessual 

Məcəlləsində nəzərdə tutulmuş iddianın təmin edilməsi tədbirlərini tətbiq 

edə bilər.  

 9.4. Qərardadın qəbulu ilə bağlı hər hansı gecikdirmə hüquq sahibinə 

bərpaedilməz  zərər  vuracaqsa  və  ya  sübutların  məhv  ediləcəyi  barədə 

əsaslı  risk  mövcuddursa,  məhkəmə  iddianı  təmin  etmək  haqqında 

qərardadı  cavabdehin  və  ya  işdə  iştirak  edən  digər  şəxslərin  iştirakı 

olmadan, lakin qəbul edilmiş qərardad barədə onlara dərhal xəbər vermək 

şərti ilə çıxarır.  

 9.5.  İddiaçı  hüquq  sahibi  olduğunu  və  hüquqlarının  pozulduğunu, 

yaxud  bu  cür  hüquqpozmanın  qaçılmaz  olduğunu  təsdiqləyən  sübutları 

məhkəmənin tələbi ilə ona təqdim etməlidir.  

 9.6.  Hüquqpozma  faktı  təsdiq  edilmədiyi  təqdirdə  iddianı  təmin 

etmək üçün həyata keçiriləcək tədbirlərin cavabdehə vura biləcəyi zərərin 

əvəzinin ödənilməsinin təmin edilməsi məqsədi ilə məhkəmə iddianı təmin 

etmək  haqqında  qərardad  çıxararkən  ərizəçidən  girov  və  ya  bərabər 

qiymətli digər təminat qoymasını tələb edə bilər.  

 9.7.  İddianı  təmin  etmək  üçün  tədbirləri  həyata  keçirən  orqan 

müvafiq 

malların 

eyniləşdirilməsi 

ilə 


bağlı 

ərizəçidən 

zəruri 

informasiyanın verilməsini tələb etmək hüququna malikdir. 



 9.8. Əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar mülki işlərə 

dair  ərizə  məhkəməyə  daxil  olduğu  vaxtdan  20  iş  günü  müddətində 

ərizəçinin  hərəkəti  (hərəkətsizliyi)  nəticəsində  işə  mahiyyəti  üzrə 

baxılmağa başlanmadıqda məhkəmə cavabdehin müraciəti əsasında, lakin 

işdə  iştirak  edən  şəxsləri  dinlədikdən  sonra  iddianı  təmin  etmək  üçün 

tədbirləri ləğv edə bilər. 

 9.9.  İddianı  təmin  etmək  üçün  tədbirlərin  ləğv  olunduğu  və  ya 

ərizəçinin  hərəkəti  (hərəkətsizliyi)  nəticəsində  dayandırıldığı  hallarda, 

yaxud əqli mülkiyyət hüquqlarının pozulmadığı və pozulma təhlükəsinin 

olmadığı  müəyyən  edildikdə,  məhkəmə  cavabdeh  tərəfin  ərizəsi  əsasında 

həmin  tədbirlərin  ona  vurduğu  zərərin  iddiaçı  tərəfindən  ödənilməsi 

barədə qərar çıxarmaq hüququna malikdir. 

 

 



 Maddə 10. Sərhəd tədbirləri 

 Gömrük  sərhədində  əqli  mülkiyyət  hüquqlarının  müdafiəsi,  habelə 

pirat və ya kontrafakt məhsulların idxalının (ixracının) qarşısının alınması 

məqsədi  ilə  tədbirlər  Azərbaycan  Respublikasının  Gömrük  Məcəlləsində 

nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

 

 Maddə 11. İnzibati və cinayət prosedurları 

 Əqli  mülkiyyət  hüquqlarının  pozulmasına  görə  inzibati  və  cinayət 

məsuliyyəti  ilə  bağlı  tədbirlər,  həmçinin  bu  hüquqlarla  bağlı  inzibati 

mübahisələrə  baxılması  müvafiq  olaraq  Azərbaycan  Respublikasının 

İnzibati  Xətalar,  Cinayət,  Cinayət-Prosessual  və  İnzibati  Prosessual 

məcəllələrinin müddəalarına uyğun olaraq həyata keçirilir. 

 

3-CÜ FƏSİL 



MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLAR 

OBYEKTLƏRİNİN NÜSXƏLƏRİNİN PİRATÇILIQ YOLU İLƏ 

İSTEHSALINA 

VƏ YAYILMASINA QARŞI İNZİBATİ TƏDBİRLƏR 

 

 Maddə 12. Eyniləşdirmə nömrələri 

 12.1.  Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  obyektlərinin  hüquqi 

qorunmasını  təmin  etmək  məqsədi  ilə  belə  obyektlərdə  unikal  rəqəmli 

kodlardan  istifadə  olunur.  Həmin  kodlar  müəlliflik  hüququ  və  əlaqəli 

hüquqlar  obyektlərinin  hazırlanmasının  mənşəyi  haqqında  informasiyanı 

eyniləşdirməyə imkan verir. 

 12.2.  Müvafiq  icra  hakimiyyəti  orqanı  İSBN,  İSMN,  İSSN,  İSAN  və 

İSRC  beynəlxalq  standart  eyniləşdirmə  nömrələrinin  verilməsi  ilə  bağlı 

müvafiq işləri təşkil edir və həyata keçirir. 

 12.3.  Beynəlxalq  standart  eyniləşdirmə  nömrələrinin  verilməsi 

qaydalarını  və  həmin  nömrələrin  verilməsinə  görə  haqqın  məbləğini 

müvafiq  icra  hakimiyyəti  orqanı  müəyyən  edir.  Həmin  qaydalarda 

beynəlxalq  standart  eyniləşdirmə  nömrələrinin  alınmasının  könüllü  və 

məcburi olduğu hallar da müəyyən edilməlidir. 

 12.4.  Müvafiq  icra  hakimiyyəti  orqanı  rəqəmsal  şəbəkələrdə  də 

müəllif, ifaçı və fonoqram istehsalçılarının əmlak hüquqlarından istifadəyə 

nəzarət edir, hüquq sahiblərinin mənafelərinə və iradələrinə uyğun olaraq 

bu  hüquqların  kollektiv  əsasda  idarəçiliyini  təşkil  edir,  hüquqların 



pozulduğu, 

cümlədən 



hüquqlardan 

istifadəyə 

qoyulmuş 

məhdudiyyətləri  təmin  edən  texniki  müdafiə  vasitələrinin  qeyri-qanuni 

dağıdıldığı,  eləcə  də  hüquq  sahibinin  razılığı  olmadan  hüquqların  idarə 

edilməsi  haqqında  informasiyanın  ləğvi,  yaxud  dəyişdirildiyi  hallarda 

müvafiq tədbirlər görür. 

 

 Maddə 13. Nəzarət markası 

 13.1.  Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  obyektlərinin 

(audiovizual  əsər,  fonoqram,  kompyuter  proqramı,  məlumat  toplusu, 

kitab)  nüsxələrinə  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  verilən 

nəzarət markası yapışdırılmalıdır. 

 13.2. Nəzarət markası almaq hüququ olan şəxslərin dairəsini, nəzarət 

markasının  və  onun  verilməsi  üçün  ərizənin  nümunələrini,  bu  ərizəyə 

baxılma  müddətini,  nəzarət  markalarının  verilməsi  üçün  tələb  olunan 

sənədlərin siyahısını, nəzarət markalarını verməkdən imtinanın əsaslarını, 

onların  vurulma  yeri  və  üsulunu  da  nəzərdə  tutan  nəzarət  markalarının 

verilməsi  və  onlardan  istifadə  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən təsdiq edilir. 

 13.3. Nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləğini 

müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 

 13.4.  Nəzarət  markalarının  hazırlanması  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən təmin edilir. 

 

 Maddə  14.  Nəzarət  markalarının  və  beynəlxalq  standart 



eyniləşdirmə nömrələrinin verilməsi 

 14.1.  Nəzarət  markalarının  və  beynəlxalq  standart  eyniləşdirmə 

nömrələrinin  verilməsindən  əldə  olunan  vəsait  müvafiq  icra  hakimiyyəti 

orqanının büdcədənkənar xüsusi vəsaitlər üzrə xəzinə hesabına köçürülür. 

Bu  vəsaitdən  nəzarət  markalarının  hazırlanması,  verilməsi,  eləcə  də 

beynəlxalq  standart  eyniləşdirmə  nömrələrinin  verilməsi  üçün  tədbirlərin 

həyata  keçirilməsi,  habelə  bu  Qanunun  icrasına  nəzarətin  təmin  edilməsi 

məqsədi ilə istifadə olunur.  

 14.2.  Nəzarət  markalarının  və  beynəlxalq  standart  eyniləşdirmə 

nömrələrinin  verilməsi  ilə  bağlı  müvafiq  icra  hakimiyyəti  orqanının 

büdcədənkənar xüsusi vəsaitlər üzrə xəzinə hesabına köçürülən vəsaitdən 

istifadə  edilməsi  və  həmin  vəsaitdən  istifadə  haqqında  hesabatın  dərc 

olunması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 



 

 Maddə  15.  Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  obyektlərinin 

(audiovizual  əsər,  fonoqram,  kompyuter  proqramı,  məlumat  toplusu, 

kitab) nüsxələrinin yayılmasına nəzarət 

15.1. Nəzarət markalarının verilməsi məqsədi ilə müəlliflik hüququ və 

əlaqəli  hüquqlar  obyektlərinin  (audiovizual  əsər,  fonoqram,  kompyuter 

proqramı,  məlumat  toplusu,  kitab)  yayılmasına  nəzarəti  müvafiq  icra 

hakimiyyəti orqanı təmin edir.  

 15.2.  Azərbaycan  Respublikası  ərazisində  kütləvi  nümayiş  (kinozal, 

videozal, video yayım məntəqələri, efir və kabel televiziyası) üçün nəzərdə 

tutulmuş  audiovizual  əsərlərin  (filmlərin)  nüsxələrinə  nəzarət  markaları 

həmin  film  “Kinematoqrafiya  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydə 

alındıqdan  və  filmlərin  dövlət  reyestrinə  daxil  edildikdən  sonra 

yapışdırılır. 

 15.3. Nəzarət markası olmayan müəlliflik hüququ və əlaqəli hüquqlar 

obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat 

toplusu, kitab) nüsxələrinin yayılmasına yol verilmir.  

 15.4.  Müvafiq  icra  hakimiyyəti  orqanı  nüsxələrinə  nəzarət  markası 

yapışdırılması  nəzərdə  tutulan  müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar 

obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat 

toplusu,  kitab)  dövlət  reyestrini  aparır,  həmin  nüsxələrin  yaradılmasının 

qanuniliyini  müəyyənləşdirir,  müvafiq  məlumatları  dərc  edir  və  bu 

Qanunun  3-cü  fəslinin  müddəalarından  irəli  gələn  məsələlərin 

tənzimlənməsi ilə bağlı tədbirlər görür.  

 15.5.  Nüsxələrinə  nəzarət  markası  yapışdırılması  nəzərdə  tutulan 

müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  obyektlərinin  (audiovizual  əsər, 

fonoqram,  kompyuter  proqramı,  məlumat  toplusu,  kitab)  dövlət 

reyestrinin  aparılması  qaydalarını  müvafiq  icra  hakimiyyəti  orqanı 

müəyyən edir. 

 15.6.  Ölkəyə  idxal  edilən  müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar 

obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat 

toplusu, kitab) nüsxələrinə nəzarət markalarının yapışdırılması proseduru 

gömrük rəsmiləşdirilməsindən sonra həyata keçirilir. 

 

 



 

 



 Maddə  16.  Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  obyektlərinin  

(audiovizual  əsər,  fonoqram,  kompyuter  proqramı,  məlumat  toplusu, 

kitab) nüsxələrindən və nəzarət markalarından  qeyri-qanuni istifadəyə 

görə məsuliyyət 

 16.1.  Nəzarət  markalarının  qəsdən  məhv  edilməsi,  saxtalaşdırılması, 

qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı qadağandır. 

 16.2.  Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  obyektlərinin 

(audiovizual  əsər,  fonoqram,  kompyuter  proqramı,  məlumat  toplusu, 

kitab) pirat nüsxələri və bu Qanunun tələblərinin pozulması ilə hazırlanan 

(istehsal edilən), istifadə edilən və satılan nəzarət markaları, habelə onların 

hazırlanmasında  (istehsal  edilməsində)  və  yayılmasında  istifadə  olunan 

materiallar,  avadanlıqlar  və  hüquqpozmaya  səbəb  olan  digər  vasitələr 

qanunla müəyyən edilmiş qaydada müsadirə edilir. 

 16.3.  Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  obyektlərinin 

(audiovizual  əsər,  fonoqram,  kompyuter  proqramı,  məlumat  toplusu, 

kitab)  nüsxələrinin  və  nəzarət  markalarının  qeyri-qanuni  hazırlanmasının 

(istehsal  edilməsinin)  və  yayılmasının  qarşısının  alınması  sahəsində 

nəzarəti  müvafiq  icra  hakimiyyəti  orqanı  və  qanunla  səlahiyyət  verilmiş 

digər dövlət orqanları həyata keçirirlər. 

 16.4.  Müəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  obyektlərindən 

(audiovizual  əsər,  fonoqram,  kompyuter  proqramı,  məlumat  toplusu, 

kitab),  habelə  nəzarət  markalarından  qeyri-qanuni  istifadə  edilməsi 

qanunla nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. 

 

4-CÜ FƏSİL 

YEKUN MÜDDƏALAR 

 

 Maddə 17. Qanunun qüvvəyə minməsi 

 Bu Qanun dərc edildiyi gündən 90 gün sonra qüvvəyə minir. 

 

 İlham ƏLİYEV, 



 Azərbaycan Respublikasının Prezidenti 

 

 Bakı şəhəri, 22 may 2012-ci il 



№ 365-IVQ 

Document Outline

  • Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqındaAZƏRBAYCAN RESPUBLİKASININ QANUNUBu
    • 1-Cİ FƏSİLÜMUMİ MÜDDƏALAR
      • Maddə 1. Əsas anlayışlar
      • Maddə 2. Bu Qanunun tətbiq sahəsi
    • 2-Cİ FƏSİLƏQLİ MÜLKİYYƏT HÜQUQLARININ POZULMASI ZAMANI MÜLKİ HÜQUQİ VƏ İNZİBATİ PROSEDURLAR VƏ MÜDAFİƏ VASİTƏLƏRİ
      • Maddə 3. Mülki hüquqi müdafiəni təmin edən prosedurlar
      • Maddə 4. Sübutlar
      • Maddə 5. İnformasiya hüququ
      • Maddə 6. Zərərin əvəzinin ödənilməsi
      • Maddə 7. Məhkəmə qərarından irəli gələn tədbirlər
      • Maddə 8. Məhkəmə qərarlarının açıqlanması
      • Maddə 9. İddianı təmin etmək üçün tədbirlər
      • Maddə 10. Sərhəd tədbirləri
      • Maddə 11. İnzibati və cinayət prosedurları
    • 3-CÜ FƏSİL MÜƏLLİFLİK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLAR OBYEKTLƏRİNİN NÜSXƏLƏRİNİN PİRATÇILIQ YOLU İLƏ İSTEHSALINA VƏ YAYILMASINA QARŞI İNZİBATİ TƏDBİRLƏR
      • Maddə 12. Eyniləşdirmə nömrələri
      • Maddə 13. Nəzarət markası
      • Maddə 14. Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi
      • Maddə 15. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinin yayılmasına nəzarət
      • Maddə 16. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrindən və nəzarət markalarından qeyri-qanuni istifadəyə görə məsuliyyət
    • 4-CÜ FƏSİLYEKUN MÜDDƏALAR

Yüklə 80,04 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə