Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və



Yüklə 65,37 Kb.
Pdf görüntüsü
tarix05.02.2018
ölçüsü65,37 Kb.
#25719


"Ərazi,  müəssisə  və  təşkilatların  radioloji-gigiyenik  pasportlarının  forması  və 

tərtib  edilməsi  Qaydası"nın  və  "Fərdi  şüalanma  dozalarının  uçotu  və  onlara 

nəzarət Qaydası"nın təsdiq edilməsi barədə 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI 

 

 

"Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq 



edilməsi  barədə"  Azərbaycan  Respublikası  Prezidentinin  1998-ci  il  19  avqust  tarixli  758 

nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: 

1.  Ərazi,  müəssisə  və  təşkilatların  radioloji-gigiyenik  pasportlarının  forması  və  tərtib 

edilməsi  Qaydası  və  Fərdi  şüalanma  dozalarının  uçotu  və  onlara  nəzarət  Qaydası  təsdiq 

edilsin (əlavə olunur). 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 



 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ  



 

 

Bakı şəhəri, 25 avqust 1999-cu il 

                   № 134 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  

1999-cu il 25 avqust  tarixli 134 nömrəli qərarı ilə  

TƏSDİQ EDİLMİŞDİR 



  

 

 

Fərdi şüalanma dozalarının uçotu və onlara nəzarət 



QAYDASI 

 

 

Bu  Qaydalar  "Əhalinin  radiasiya  təhlükəsizliyi  haqqında"  Azərbaycan  Respublikası 



Qanununun  əsasında  hazırlanmış  və  işçi,  əhalinin  fərdi  şüalanma  dozalarının  uçotu  və 

onlara nəzarətinin prinsiplərini müəyyən edir. 

1.  İşin  xarakterindən  asılı  olaraq  işçilərin  şüalanmasının  fərdi  nəzarətinə  aşağıdakılar 

daxildir: 

1.1. Fərqi dozimetrlərdən istifadə etməklə xarici betaşüalanma, neytron, rentgen, qamma-

şüalanma, həmçinin qarışıq şüalanma dozalarına fərdi nəzarət; 

1.2. Fərdi nümunə götürənlərdən istifadə etməklə ekskrementlərin (insan ifrazatlarının), 

tənəffüslə  xaric  olan  havanın  radioaktivliyini  və  ya  spekrometrlərin  köməyi  ilə  adamların 

şüalanmasını ölçməklə orqanizmdə və yaxud ayrı-ayrı kritik orqanda radioaktiv maddələrin 

miqdarına və daxil olmasına fərdi nəzarət; 

1.3.  Öz-özünə  zəncirvari  bölünmə  reaksiyası  baş  verə  bilən  miqdarda  parçalanan 

materiallarla işləyən şəxslər fərdi qəza dozimetləri ilə təmin olunmalıdır. 

2. İdarənin müdiriyyəti və yerli sanitariya-epidemioloji xidməti fərdi dozaların üzərində 

radiasiya  nəzarətinin  vaxtında  və  keyfiyyətlə  keçirilməsinə,  habelə  şüalanma  yüklərinin 

uçotu üzrə sənədlərin düzgün aparılmasına müntəzəm nəzarət etməlidir. 

3.  İşçilər  idarədə  müəyyən  edilmiş  fərdi  dozimetrlərin  istifadəsi  qaydalarına  riayət 

etməyə borcludur. 



4.  İonlaşdırıcı  şüa  mənbələri  ilə  işləyən  bütün  şəxslər  fərdi  dozimetrlərlə  təmin 

olunmalıdır. 

Bəzi  hallarda  ionlaşdırıcı  mənbələri  ilə  aparılan  işlərin  növündən  asılı  olaraq,  bu  işləri 

aparan  şəxslər  iki  cür-bilavasitə  göstərən  və  fotodozimetrlərlə  və  yaxud  termolüminessens 

dozimetrlərlə təmin olunur. 

Foto  və  termolüminessens  dozimetrlərin  göstəriciləri  ayda  bir  dəfə,  bilavasitə 

göstərənlərin isə hər həftə çıxarılır. 

5.  Radiasiya  təhlükəsizliyi  xidməti  və  ya  radiasiya  nəzarətinə  cavabdeh  şəxs  aylıq  və 

rüblük  şüalanma  dozalarını  təyin  edir.  Fərdi  nəzarətin  aparılması  zamanı  illik  dozanın, 

habelə peşə işinin bütün dövrü ərzindəki ümumi dozanın uçotunun aparılması zəruridir. 

Bütün  növ  radiasiya  nəzarəti  üsullarının  nəticələri  qeydə  alınmalı  və  50  il  müddətində 

saxlanılmalıdır. 

6. Fərdi şüalanma dozaları fərdi uçot vərəqəsində qeyd edilir (1 nömrəli əlavə). Vərəqə 

işçi azad edildikdən sonra 50 il müddətində saxlanılmalıdır. İşçinin radioaktiv maddələr və 

digər ionlaşdırıcı şüa mənbələrinin tətbiqi ilə əlaqədar işlər aparılan başqa idarəyə keçməsi 

hallarında onun şüalanma dozası barədə məlumatın surəti təzə iş yerinə verilməli, orijinalı 

isə əvvəlki iş yerində saxlanılmalıdır (2 nömrəli əlavə). 

Ezamiyyətə  göndərilmiş  şəxslərin  fərdi  şüalanma  dozası  barədə  məlumatları  onların 

daimi iş yerlərinə verilməlidir. 

7.  Fərdi  dozaların  normadan  artıq  yüksək  olması  müəyyən  edilən  bütün  hallarda 

radiasiya təhlükəsizliyi xidməti və ya radiasiya nəzarətinə cavabdeh şəxs bu barədə idarənin 

rəhbərliyinə,  idarə  rəhbərliyi  isə  öz  növbəsində  yerli  sanitariya  -  epidemioloji  xidmətinə 

məlumat verir. 

Yerli  sanitariya-epidemioloji  xidməti  idarənin  müdiriyyəti  ilə  birlikdə  şəxslərdə  fərdi 

dozaların normadan artıq olması səbəbini araşdırır və müvafiq tədbirlər həyata keçirir. 

8.  Yol  verilən  şüalanma  dozası  həddindən  artıq  doza  almış  şəxslər  müvəqqəti  olaraq 

ionlaşdırıcı şüa mənbələri ilə işlərdən kənarlaşdırılır və həkim müayinəsinə göndərilir. 

9.  Tibbi  rengen-radioloji  müayinə  zamanı  əhalinin  (xəstələr)  aldığı  şüalanma  dozaları 

haqqında  məlumat  onların  xəstəlik  tarixində  və  ambulator  vərəqəsində  müayinə  aparan 

həkim tərəfindən qeyd edilir və nəzarət aparılır. 

10.  Əhali  və  işçilərin  radiasiya  təhlükəsizliyini  təmin  etmək  məqsədi  ilə  təbii  və  ya 

texnogen  dəyişdirilmiş  radiasiya  fonu  normadan  artıq  olan  yerlərdə  kollektiv  fərdi 

dozimetrlərdən  istifadə  etməklə  həmin  ərazidə  radiasiya  nəzarəti  müvafiq  olaraq  yerli-

sanitariya-epidemioloji xidməti və idarə müdiriyyəti tərəfindən aparılır. 

 

 

Fərdi şüalanma dozalarının uçotu 



və onlara nəzarət Qaydasına 

1 nömrəli əlavə 

 

 

 



İonlaşdırıcı şüa mənbələri ilə işləyənlərin fərdi şüalanma dozalarının uçot 

VƏRƏQƏSİ

 

 

 



1. İdarə, müəssisə ____________________________________________________________________ 

(adı, ünvanı, telefonu) 

2. Soyadı, adı, atasının adı ______________________________________________________________ 



3. Doğum ili __________________________________________________________________________ 

4. Cinsi _____________________________________________________________________________ 

5. İşlədiyi yer _________________________________________________________________________ 

____________________________________________________________________________________ 

(sex, şöbə,sahə, laboratoriya və s.) 

6. Vəzifəsi ___________________________________________________________________________ 

7. İonlaşdırıcı şüa mənbələri ilə iş stajı _____________________________________________________ 

____________________________________________________________________________________ 

(hansı vaxtdan idarədə işləyir, ümumi staj) 

8. Yaşadığı yerin ünvanı, telefonu ________________________________________________________ 

9. İşin şəraiti _________________________________________________________________________ 

(işin növü, işin dərəcəsi, radioaktiv maddənin aqreqat vəziyyəti) 

____________________________________________________________________________________ 

(iş yerində yol verilən maksimal birdəfəlik aktivlik və s.) 

10. Dozanın ölçülməsi üsulu _____________________________________________________________ 

____________________________________________________________________________________ 

(dozimetrin tipi, ekspozisiya vaxtı) 

 

 



Fərdi şüalanma dozalarının uçotu 

və onlara nəzarət Qaydasına 

2 nömrəli əlavə

 

 

 

Şüalanma dozası barədə məlumat 



 

 

Ay

 

Dozimetrin 

yerləşdiyi sahə

 

Doza, mZv (millizivert) mRBE (millirengenin bioloji 



ekvivalenti)

 

Qeyd

 

1999-il

 

2000-il

 

2001-il

 

2002-il

 

2003-il

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

I



 

əllər 


sinə 

çanaq


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

II

 



əllər 

sinə 


çanaq

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

III



 

əllər 


sinə 

çanaq


 

 

 



 

 

 



 

 

 



 

 

 



 


I rüb

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

IV

 



əllər 

sinə 


çanaq

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

V



 

əllər 


sinə 

çanaq


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

VI

 



əllər 

sinə 


çanaq

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

II rüb



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



VII

 

əllər 



sinə 

çanaq


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

VIII


 

əllər 


sinə 

çanaq


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

IX

 



əllər 

sinə 


çanaq

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

III rüb



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



X

 

əllər 



sinə 

çanaq


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

XI

 



əllər 

sinə 


çanaq

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

XII



 

əllər 


sinə 

çanaq


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

IV rüb


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



il 

ərzində


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



  

  

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

       

13  sentyabr  2006-cı  il  tarixli  207



 

nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)

 

 



 

2. 1  mart  2007-ci  il 

tarixli  46  nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 

(Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №3, maddə 302)

 

 



 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



 

 

 



[1]

 

1  mart  2007-ci  il tarixli 46 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 



(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2007-ci  il,  №3,  maddə  302)  ilə  3-cü 

bəndində  “Dövlətdağmədəntexnəzarət  Komitəsi”  sözləri  “Fövqəladə  Hallar  Nazirliyi”  sözləri  ilə 

əvəz edilmişdir.

 

 



 

 

 



[2]

 13  sentyabr  2006-cı  il  tarixli  207

 

nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 



(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2006-cı  il,  №  9,  maddə  822)  ilə 1  nömrəli 

əlavənin  - “İonlaşdırıcı şüa mənbələrindən istifadə edən müəssisə  və təşkilatların radioloji-gigiyenik 

Pasportu”nun  6-cı  bəndində  “Dövlətdağmədəntexnəzarət  Komitəsi”  sözləri  “Fövqəladə  Hallar 

Nazirliyi” sözləri ilə əvəz edilmişdir. 

  

[3]



 13  sentyabr  2006-cı  il  tarixli  207

 

nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Qərarı 



(Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2006-cı  il,  №  9,  maddə  822)  ilə 2  nömrəli 

əlavənin - “Ərazinin radioloji-gigiyenik Pasportu”nun 14- cü bəndində “Dövlətdağmədəntexnəzarət 



Komitəsi” sözləri “Fövqəladə Hallar Nazirliyi” sözləri ilə əvəz edilmişdir. 

 

 



Yüklə 65,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə