Ərazinin qeyd edilməsi



Yüklə 35,94 Kb.
tarix07.12.2017
ölçüsü35,94 Kb.
#14532
növüDərs

Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Sənaye – Pedaqoji Kolleci

Fənn: Proqramlaşdırma dilləri

Metodiki iş

Mövzu: Blok - sxemlərin tərtib edilməsi

M
üəllim: Abdullayeva Rəna


Bakı-2012

Mövzu: Blok - sxemlərin tərtib edilməsi”

Dərsin məqsədi: Alqoritmlərin təsvir vasitələri ilə tələbələri tanış etmək. Sxematik şəkildə alqoritmin tərtib edilməsı üsulunu oyrətmək. Bu məqsədlə istifadə olunan xususi bloklarla onları tanış etmək. Və bu blok- sxemlər vasitəsi ilə necə müxtəlif tipdə alqoritmlərin tərtib esdilməsi üsullarını onlara mənimsətmək.

Tələbələrə dərsi daha anlaşılan,effektiv üsullarla öyrətmək:

Dərs komputer zalında aparılr. Hər bir tələbə fərdi kompüterdə, müəllimin şifahi şərhi ilə müşayət olunan və proyektorla ekranada canlanan əməliyyatları təkrar edərək, alətlərlə işləmək bacarığına daha yaxşı yiyələnərək, dərsi daha yaxşı qavrayır. Mövzu dərsin gedişi boyu tələbələr tərəfindən bu yolla daha yaxşı mənimsənilir, nümünələr hazırlanaraq müəllim tərəfindən dəyərləndirilir, iş prosesində yaranan suallar yerindəcə cavablandırılaraq, tələbə ən düzgün, cəld və optimal üsüllarla alətlərdən istifadə vərdişlərinə yiyələnir.

Dərsin planı.

1. Təşkilati hissə 10 dəq.

2. Əvvəl keçilmiş dərs üzrə sorğu:

Keçmiş dərsin tələbələr tərəfindən mənimsənilməsinin yoxlanılması.

3. Yeni mövzunun öyrənilməsi və mənimsənilməsi:


  • Tələbələrə dərsin məqsəd və vəzifələrinin izahı;

  • Yeni mövzu üçün, əvvəlcədən müəllim tərəfindən kompüterin yaddaşına daxil edilmiş təsvirlərdən istifadə etməklə lazımı nəticələri əldə etmək, dərsi effektiv mənimsəmək.

4. Dərsin izahı.

5. Keçilmiş materialların möhkəmləndirilməsi.

7. Ev tapşırığı.

Dərsin gedişi:

Təşkilati hissə:


  1. Tələbələrin davamiyyətinin yoxlanılması;

  2. Kompüterlərin işə hazırlıq vəziyyətinin yoxlanılması;

  3. Proyektor və digər əyani vasitələrin hazırlıq vəziyyətinin yoxlanılması.

Keçmiş dərsin tələbələr tərəfindən nə dərəcədə mənimsənilməsinin yoxlanılması:

  1. Frontal sorğu.

Yeni dərsin izahı:

Alqoritmləri müxtəlif formalarda vermək olar: təbii dildə, xüsusi dildə, düsturlarla,

həndəsi fiqurlar şəklində. Verilmə formasının seçilməsi məsələnin xarakterindən

asılı olur. Hesablamalarla bağlı alqoritmi düstur, yaxud düsturlar ardıcıllığı

şəklində yazmaq olar. Çayın dəmlənməsi alqoritmini nömrələnmiş bənd -

lərdən ibarət cümlələrlə vermək daha əlverişlidir.

Alqoritmlərin ən sadə verilmə forması onların təbii dildə sözlə yazılış formasıdır.

Alqoritmin ma hiyyətini təqribi vermək lazım gəldikdə bu üsul çox əlve -

rişli olur. Ancaq sözlər vasitəsilə heç də həmişə ideyanı dəqiq ifadə etmək

mümkün olmur.

Alqoritmi əyani təsvir etməyin ən geniş yayılmış üsulu onun qrafik formada

– blok-sxem şəklində verilməsidir. Bu forma sözlə yazılışa nisbətən daha yığcamdır,

daha əyanidir, daha dəqiqdir. Blok-sxem standart həndəsi fiqurlardan iba -

rət olur.



Blok-sxemin elementləri




Başlanğıc/ Son



Giriş / Çıxış


Emal




Seçim (Şərt) Yox

Hər bir element alqoritmin bir hissəsidir. Blok-sxemdə əməliyyatlar(hərəkətlər) düzbucaqlılarla, şərtin yoxlanılması isə rombla göstərilir. Giriş və çıxış paraleloqram şəklində verilir. Elementləri birləşdirmək üçün şaquli və üfüqi xətlərdən istifadə olunur. Əməliy yatların yerinə yetirilmə istiqamətini göstərmək üçün xətlərin ucları oxla işarə olunur. Düzbucaqlılardan həmişə yalnız bir ox çıxır (lakin bir neçə ox girə bilər), romblardan isə iki ox çıxır. Rombdan çıxan oxların biri “hə” sözü ilə, ikincisi isə “yox” sözü ilə işarə olu nur (onlar şərtin yerinə yetirilib-yeti rilmədiyini göstərir). Belə üsul alqoritmin analizi üçün, onun işinin məntiqi düzgünlüyünün yoxlanılması üçün əlverişlidir. Oval, yaxud dəyirmi düzbucaqlı proqramın başlanğıc və son nöqtə lərini bildirir.

Alqoritmdə hərəkətlər bir-birinin ardınca təsvir olunur, ancaq həmin hərəkətlər heç də həmişə ardıcıl yerinə yetirilmir. Buna səbəb alqoritmdə müəyyən şərtlərin təhlil olunmasıdır. Alqoritmə şərtlər artırmaqla müxtəlif strukturlu al qorit mlər almaq olur. Quruluş baxımından onlar üç əsas qrupa bölünür: xətti alqoritmlər, budaqlanan alqoritmlər, dövri alqoritmlər.

İstənilən mürəkkəb alqoritmi hissələrə elə bölmək olar ki, hər bir hissə yuxarıda göstərilən qrupların birinə aid olsun. Buna görə də həmin üç növ alqoritmin hər birinin strukturunu və onların qurulma prinsipini bilmək çox önəmlidir.

Blok-sxemdə budaqlanma şərti rombla gös tərilir və ondan iki ox çıxır: “Hə” oxu şərt ödəndikdə, “yox” oxu isə şərt ödənmədikdə hansı əməlin yerinə yeti rilməli olduğunu göstərir. Budaqlanma alqoritmi ümumi şəkildə aşağıdakı kimi olur:



Hə Seçim (Şərt) Yox


ƏMƏLİYYAT1



ƏMƏLİYYAT2




Bu sxemi sözlərlə belə ifadə etmək olar: “əgər Şərt, onda Əməliyyat1, əks halda Əməliyyat2”. Budaq lan ma alqoritminin bu şəklinə onun tam forması deyilir.

Budaqlanma alqoritmində şərt ödə nil mədikdə hər hansı əməliyyatın yerinə yetirilməsi nəzərdə tutulmaya da bilər. Al qoritmin bu şəklinə yarımçıq forma deyilir: “əgər Şərt, onda Əməliyyat1”.



Hə Seçim (Şərt) Yox


ƏMƏLİYYAT1









Məsələ.

Tərəzidə çəkmə məsələsi. Görünüşcə tamamilə eyni olan 8 medal hazırladılar.

Medallardan biri qalanlarından yüngül alındı. Çəki daşları olmayan əl tərəzisində yalnız iki dəfə çəkməklə yüngül medalı necə müəyyənləşdirmək olar?

Həlli.

Medalları üç qrupa ayıraq: 3 + 3 +2. Üç medaldan ibarət qrupları çəkək. Əgər onların çəkisi eyni olarsa, demək, axtarılan medal yerdə qalan iki medaldan biridir. Əks halda isə axtarılan medal çəkidə yüngül gəlmiş qrupda olacaq.

Hər iki halda bir dəfə çəkməklə yüngül medalın hansı qrupda olduğu müəyyən edilir. Sonra daha bir dəfə də çəkməklə yüngül medalı dəqiq müəyyənləşdirmək mümkündür.




Yekun:

Yeni mövzunun mənimsənilməsi ilə bağlı sorğuların aparılması.



Ev tapşırığı:

Blok – sxemlərdən istifadə etməklə müxtəlif nümunələr hazırlamaq.



İstifadə olunan əyani vəsait

Kompüter, multimedia proyektoru, CD-lər.




Ədəbiyyat:

  1. Паронджанов В. Д. Как улучшить работу ума. Алгоритмы без программистов — это очень просто!. — М.: Дело, 2001. — 360 с. — ISBN 5-7749-0211-0

  2. Ramin Mahmudzadə, İsmail Sadıqov, Naidə İsayeva “ İnformatika- 7-ci sinif”,04.07.2011-ci il.

Yüklə 35,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə