T
ədbir 1.2.11: Yerli turoperatorların internet səhifəsində “özün hazırla”
(“do it yourself”) paketlərinin təklif edilməsi
Yerli turoperatorların internet səhifəsi vasitəsilə turistlərə uçuş, mehmanxana,
avtomobil kiray
əsi və turlar da daxil olmaqla, hərtərəfli səyahət seçimləri təklif edən
“özün hazırla” paketlərinin hazırlanması imkanı təmin ediləcəkdir. Turistlər
turoperatorların internet səhifələrinə daxil olaraq istədikləri uçuş istiqamətini,
mehmanxananı və s. xidmətləri seçməklə, xüsusi turist xidmət paketini hazırlamış
olacaqlar. Bu sistem h
ər bir turisti günlük turlara, avtomobil kirayəsinə, turizm
m
əkanlarına və tədbir çərçivəsində keçirilən satışlara sövq edəcək ki, bu da gəlirlərin
art
masına imkan verəcəkdir. Təklif ediləcək “özün hazırla” onlayn turizm xidmət
paketl
əri yerli turizm agentlikləri ilə, uyğun qiymətə mehmanxanalardan tutmuş
yüks
ək qiymətə mehmanxanalarla, avtomobil kirayəsi və satış xidmətləri ilə, eləcə də
restoran, muzey v
ə cəlbedici turizm məkanları ilə tərəfdaşlığı da əhatə edəcəkdir.
Büro bütün mövcud m
əlumatları və turizm xidmət paketlərini təşviq etmək
üçün yerli turoperatorlar il
ə birgə layihəyə başlayacaqdır. Bu layihə turoperatorların
v
ə Büronun internet səhifəsində Bakı şəhəri ilə əlaqədar təklifləri artıracaq və “özün
hazırla” turist xidmət paketlərinin alınmasına şərait yaradacaqdır. İnternet
s
əhifəsində, təyyarə biletləri də daxil olmaqla, ümumi kompleks paket
sövd
ələşməsinə aid təkliflərlə birlikdə Bakı və ətraf ərazilər üçün ayrıca məlumat
s
əhifəsi də olacaqdır. Bunun həyata keçirilməsi üçün Büro tərəfindən vahid sistem
yaradılacaq və turoperatorların bu sistemə inteqrasiyası təmin olunacaqdır.
Dostları ilə paylaş: |