Ərbaycan Respublikası Prezidentinin



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə25/161
tarix31.12.2021
ölçüsü2,9 Mb.
#82188
1   ...   21   22   23   24   25   26   27   28   ...   161
Turizm sənayesinin inkişafına dair strateji yol xeritesi

4.2.  2025-ci il

ədək olan dövr üçün uzunmüddətli baxış 

 

2025-ci il



ədək olan dövr üçün uzunmüddətli baxış Azərbaycanın həm region 

ölk

ələri  arasında,  həm  də  digər  dünya  ölkələri  arasında  cəlbedici  turizm 

m

əkanlarından birinə çevrilməsinə nail olmaqdır. 

Uzunmüdd

ətli baxışın şərhi 

2025-ci  il

ə  qədər  Azərbaycanda  brendinq  və  marketinq  tədbirlərinin  həyata 

keçirilm


əsi,  hava  və  quru  yolları  əlaqələrinin  inkişafı,  infrastrukturun 

yaxşılaşdırılması, turizm mərkəzlərinin və onların fəaliyyətinin, eləcə də sahibkarlıq 




21 

f

əaliyyətinin genişləndirilməsi və turizm sahəsində peşə təhsili istiqamətində bu baxış 



üzr

ə əsas  nailiyyətlər əldə  edilmiş olacaqdır. Bu  müddət ərzində turizm sahəsində 

prioritetl

ər arasında tarazlı inkişafın təmin olunması əsas məqsəddir. Tarazlı inkişaf 

yanaşması  həm  Bakının  potensialının  reallaşdırılmasına,  həm  də  regionlar  üzrə 

turizm sektoruna investisiya qoyuluşuna (bununla da şəhər, sağlamlıq, qış və ekoloji 

turizm kimi sah

ələrdən başqa, dini, kruiz və çimərlik turizmi də daxil olmaqla müxtəlif 

turizm  növl

ərinin  inkişafına)  səbəb  olacaqdır.  Bu  investisiyalar  2020-ci  ilədək  bu 

Strateji  Yol  X

əritəsində  müəyyən  edilmiş  prioritetlərin  həyata  keçirilməsini,  o 

cüml

ədən  təsirləri  2025-ci  ilədək  uzunmüddətli  dövrü  əhatə  edəcək  təşəbbüslərin 



icrasını da ehtiva edəcəkdir. 

Bu,  Az


ərbaycanda  beynəlxalq  turizmi  genişləndirməyə  və  ümumi  daxili 

m

əhsulda  turizm  gəlirlərinin  payını  artırmağa  şərait  yaradacaqdır.  Bu  istiqamətdə 



m

əqsədlərə nail olmaq üçün prioritet olaraq müəyyən edilmiş regionlarda brendinq 

v

ə marketinq tədbirlərini həyata keçirmək məqsədilə Milli Turizm Təbliğat Bürosunun 



n

əzdində  şəhər büroları təsis ediləcəkdir. Bürolar daha çox yerli və xarici turistlərin 

c

əlb  edilməsinə  və  onların  Azərbaycana  olan  səfərlərinin  tezliyinin  artırılmasına 



köm

ək edəcəkdir. 

Bu bürolar turistl

ər və səyahətlər haqqında məlumat bazasının yaradılmasını 

v

ə  idarə  edilməsini  də  təmin  edəcəkdir.  2025-ci  ildən  sonra  bürolar  Azərbaycana 



s

əfər  edən  turistlər  ilə  bağlı  ümumi  məsələlərin  təhlil  edilməsinə  və  brendinq 

t

ədbirlərinin  məqsədəmüvafiq  qaydada  təşkilinə  kömək  edəcəkdir.  2020-ci  ilədək 



əyyən  edilmiş  prioritetlərdə  nəzərdə  tutulmuş  qaydada  Bakı  üzrə  həyata 

keçiril

əcək  məlumatlara  əsaslanan 



(“data-driven”)

  marketinq  f

əaliyyətləri  pilot 

xarakteri  daşıyacaq  və  2025-ci  ilə  qədər  müddətdə  daha  da  gücləndiriləcəkdir. 

Ümumi t

ələb xüsusiyyətlərini və turist seqmentlərini müəyyən etmək məqsədilə Milli 

Turizm T

əbliğatı Bürosu hədəf ölkə qruplarında potensial turistlərlə və Azərbaycana 

s

əfər edən digər turistlərlə əlaqədar tədqiqatlar aparacaqdır. Artan turist maraqlarının 



t

əhlili həyata keçirilməklə, 2025-ci ilə qədər qarşıya qoyulan məqsədlərə nail olmaq 

m

əqsədilə  yeni  bazar  iştirakçıları  və  turistlər  üçün  ən  yaxşı  turizm  məkanlarından 



birin

ə çevrilməsi istiqamətində Bakının mövqeyi daha da yaxşılaşdırılacaqdır. 

Daha  çox  birbaşa  xarici  investisiya  cəlb  etmək  məqsədilə  Azərbaycanda 

sad


ələşdirilmiş  hüquqi  və  inzibati  proseslər,  həmçinin  müvafiq  tənzimləyici 

d

əyişikliklər  nəticəsində  əlverişli  mühit  yaranacaqdır.  Turizm  assosiasiyaları  ilə 



əməkdaşlıq  çərçivəsində  sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi  prosesi 

n

əzərdən keçiriləcək və gələcək perspektivdə görünə bilən bütün maneələrin aradan 



qaldırılmasına səy göstəriləcəkdir. 

M

ədəni  ornamentlərin  və  unikal  əşyaların  istehsalı  və  satışı  həyata 



keçirilm

əklə, bu turizm məkanlarının daha yaxşı təbliğinə nail olunacaqdır. Əvvəlcə 

qonşu  ölkələrdən  başlamaqla,  Naftalan  neftindən  istehsal  edilmiş  kosmetik 

vasit


ələrin Azərbaycandakı sağlamlıq mərkəzlərinə gələn turistlərə xatirə rəmzi kimi 

satışı  və  digər  ölkələrə  ixracı  təmin  olunacaqdır.  Bununla  yanaşı,  Azərbaycanın 

xalça,  çay  v

ə misgərlik məhsulları kimi digər nadir  mədəni  məhsulları da bu hədəf 

ölk

ələrə ixrac olunacaqdır. Bu, Azərbaycanın iqtisadiyyatı üçün əlavə gəlir mənbəyi 



olmaqla  b

ərabər,  bütövlükdə,  Azərbaycan  məhsullarının  ölkədən  kənarda 

tanınmasına da şərait yaradacaq və Azərbaycan turizminin nüfuzunu artıracaqdır. 

2025-ci il

ə qədər Azərbaycanın yerləşdiyi region daxilində ən hərəkətli hava 

limanlarından  birinə  malik  olması  məqsədi  qarşıya  qoyulacaqdır  və  bu  çərçivədə 

prioritet kimi Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayının 49-dan 

100-


ə çatdırılması hədəflənəcəkdir. Hədəf bazarlardan daha çox turistin cəlb edilməsi 

m

əqsədilə qış və yay turizm mövsümü ərzində çarter reyslərinin də sayının artırılması 



əsas  götürüləcəkdir.  Əsas  diqqət  aşağı  büdcəli  uçuşlar  vasitəsilə  sərnişin 


22 

daşımalarına  yönəldilməklə,  hava  limanlarına  da  investisiya  qoyuluşları  təmin 

edil

əcəkdir. 



2025-ci  il

ə  qədər  Azərbaycanda  mükəmməl  turizm  təcrübəsinə  nail  olmaq 

üçün q

arşıya qoyulan uzunmüddətli təşəbbüslər istiqamətində regionlarda və Bakıda 



t

əkmilləşdirilmiş turizm infrastrukturunun qurulmasına nail olunacaqdır. Mövcud olan 

aşağı büdcəli yerləşdirmə vasitələrinin (məsələn, böyük mehmanxana şəbəkələrinin 

aşağı büdcəli brendlərinin, hostellərin) şaxələndirilməsi təmin ediləcək və bununla da 

mövcud obyektl

ərə tələbin artması ilə yanaşı, paralel olaraq yeni turizm obyektlərinin 

yaradılmasına şərait yaranacaqdır. 

Turizm sektoru infrastruktur baxımından inkişaf etdikcə, yerli xidmətlərə daha 

çox diqq

ət yönəldiləcəkdir. Bəzi yerli kommersiya şirkətləri əsas biznes fəaliyyətindən 

əlavə, rekreasiya və əyləncə obyektləri kimi geniş turizm xidmətləri təklif edən turizm 

konqlomeratları kimi də formalaşacaqdır. Sektorda yerli iştirakın güclənməsi regional 

turizmin  artımına  ciddi  təsir  etməklə  bərabər,  həm  də  Azərbaycanda  xidmətlərin 

keyfiyy


ətinə  və  rəqabətqabiliyyətliliyinə  töhfə  verəcəkdir.  Bu  da,  öz  növbəsində, 

ölk


ənin  turizm  agentliklərinin  dünya  standartları  səviyyəsinə  çatmasına,  ölkədən 

k

ənarda,  xüsusilə  Qafqaz,  Orta  Şərq  və  Şərqi  Avropa  regionlarında  tanınmasına 



s

əbəb olacaqdır. 

2025-ci il

ə qədər Azərbaycan artıq sağlamlıq, qış, mədəni və ekoturizm kimi 

bir  çox  ixtisaslaşmış  turizm  növləri  üzrə  kifayət  qədər  tanınmış  olacaqdır.  Bundan 

başqa, milli parkların, görməli və dini yerlərin dünya miqyasında tanınmasına, eləcə 

d

ə  Azərbaycanın  xarici  və  yerli  turistlər  arasında  tanınmış  turizm  mərkəzinə 



çevrilm

əsinə səy göstəriləcəkdir. Şimaldən qərbə doğru uzanan “Böyük İpək Yolu” və 

dig

ər  mədəni  marşrutlar  Azərbaycanın  mədəni  irsini  əks  etdirən  tarixi  kəndləri  də 



əhatə etməklə məşhur ekoturizm mərkəzi olacaqdır. 

Az

ərbaycan  2025-ci  ilədək  müxtəlif  turizm  tədbirlərinə  ev  sahibliyi  edəcək, 



özünün yüks

əkkeyfiyyətli qış idman kompleksləri, xüsusi sağlamlıq turizmi imkanları, 

unikal  t

əbii gözəllikləri, parkları, dini və kənd turizmi sahəsində  mədəni irsinə görə 

tanınacaqdır.  Bir  çox  fərqli  və  etnik  mədəniyyət  komponentlərinin  qorunub 

saxlanıldığı Azərbaycan kəndləri müasir dünyanın təsirindən kənarda qalmış ənənəvi 

irsi  görm

əyə  maraqlı  olan  turistlər  üçün  əsas  cəlbedici  məkan  olacaqdır.  Bununla 

yanaşı,  Azərbaycanda  potensial  turizm  bazasından  istifadə  etmək  üçün    dini 

m

əkanlar da təşviq ediləcəkdir.




Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə