Ərbaycan Respublikası Prezidentinin



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə56/161
tarix31.12.2021
ölçüsü2,9 Mb.
#82188
1   ...   52   53   54   55   56   57   58   59   ...   161
Turizm sənayesinin inkişafına dair strateji yol xeritesi

 


37 

T

ədbir  1.3.3:  Təbliğat-təşviqat  tədbirlərinin  keçirilməsi  üçün  bazar 

araşdırmalarının aparılması 

M

əhdud  büdcə  şəraitində  marketinq  fəaliyyətinin  səmərəli  təşkili  məqsədilə 



marketinq strategiyası diferensial yanaşma əsasında qurulacaqdır. 1.3.2-ci tədbirdə 

h

ədəf olaraq müəyyən edilmiş şəhər və ölkələrin həmin tədbirdə müəyyən olunmuş 



meyarlara uyğunluğuna müvafiq olaraq onlara maliyyə vəsaiti ayrılacaqdır. Bununla 

əlaqədar  olaraq,  potensial  bazarlar  prioritetlik  prinsipi  üzrə  aşağıdakı  qruplara 

bölün

əcəkdir: 



 

Birinci kateqoriyalı ölkələr.

 Bu qrupa 

əsas, meyarlara cavab verən və turizm 

t

ələb ölkəsi qismində böyük potensiala malik olan ölkələr daxil olacaqdır. Bu 



qrup  ölk

ələrlə  əməkdaşlıq  əvvəlcədən  hazırlanmış  plan  üzrə  və  müəyyən 

edilmiş büdcə əsasında aparılmalıdır. 

 



İkinci kateqoriyalı ölkələr.

 Bu qrupa t

əsnifat meyarlarına qismən cavab verən 

ölk


ələr  daxil  olacaqdır.  Bu  qrup  ölkələrlə  əməkdaşlıq  ilə  bağlı  əvvəlcədən 

hazırlanmış tədbirlər planı nəzərdə tutulmur. Turizm sərgilərində iştirak, turizm 

s

ənayesi  nümayəndələri  və  jurnalistlər  üçün  tanışlıq  səfərlərinin  təşkili  kimi 



bird

əfəlik aksiyaların həyata keçirilməsi planlaşdırılır. Bu aksiyalar, həmçinin 

nümay

əndəlik  ofisləri  vasitəsilə  təşkil  oluna  və  onlarla  əməkdaşlıq 



“layihəəsaslı yanaşma” 

(“project based approach”)

 üzr


ə həyata keçirilə bilər. 

 



Üçüncü  k

ateqoriyalı  ölkələr.

  Bu  qrupa  t

əsnifat  meyarlarının  əksəriyyətinə 

cavab  verm

əyən  ölkələr  daxil  olacaqdır.  Bu  qrup  ölkələrdə  təbliğat-təşviqat 

t

ədbirlərinin  əsas  etibarilə  elektron  marketinq  və  beynəlxalq  televiziya 



kanalları vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. 

Büro bazar t

ədqiqatları və brendinq proqramı üçün büdcəni müəyyən edərək 

t

əqdim edəcək, daha sonra marketinq tədbirlərinin strategiyasının hazırlanması üçün 



beyn

əlxalq bazar araşdırması aparacaq və brendinq üzrə ekspert şirkətlər arasından 

seçilmiş  şirkət  ilə  işə  başlayacaqdır.  Görüləcək  işlər  Azərbaycanda  və  hədəf 

bazarlarda  bazar  t

ədqiqatlarının  aparılmasını  əhatə  edəcəkdir.  Bundan  başqa, 

Bakının  şəhər  turizmini  yaxşılaşdırmaq  məqsədilə  ən  yaxşı  cəhətləri,  eləcə  də 

müvafiq 

əraziləri müəyyən etmək üçün təhlillər aparılacaqdır. Bu bazar tədqiqatının 

əsasında Bakı şəhərinin brendi, loqosu, sloqanı və reklam videoları hazırlanacaqdır. 

Qeyd  olunanlardan  başqa,  təkmilləşdirilməli  olan  sahələrə  dair  zəruri  addımları  və 

Büro üçün keç

ən ilin nəticələrinə dair məlumatları müəyyən etmək məqsədilə bazar 

araşdırması hər il təkrarlanacaqdır. 

İmkanlardan  maksimum  istifadə  etmək  məqsədilə  Bakı  şəhərinin  təbliğat-

t

əşviqat  tədbirləri  hər  bir  ölkə  və  şəhər  üçün  xüsusi  olaraq  həyata  keçiriləcəkdir. 



Bazar  araşdırması  zamanı  təbliğat-təşviqat  tədbirlərinin  həm  təklif  (məsələn, 

r

əqabətli mühit və Azərbaycanın rəqabət üstünlüyü və s.), həm də tələb (məsələn, 



regional  yaxınlıq,  sosial-demoqrafik  profil  və  turist  səyahət  davranışı  və  s.) 

reallıqlarına uyğunlaşdırılması nəzərdə tutulur. Hər bir hədəf ölkə üzrə mövcud olan 

turist  seçiml

ərinin  başa  düşülməsi,  turizmə  dair  toplanan  məlumatın  həcminin  və 

keyfiyy

ətinin artırılması və Bakının hər hədəf ölkə üzrə dəyərinin düzgün müəyyən 

edilm

əsi məqsədilə Büro turizm ekspertlərini işə cəlb edəcəkdir. 




Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə