Dağ və qış turizmi
Dağ və qış turizm növləri Azərbaycanda perspektivli sahələrdəndir. Belə ki,
Az
ərbaycan Respublikasının dağlıq ərazilərində turizmdən istifadə imkanları
mövcuddur. Bu
ərazilər əsasən təbiəti sevən, quşları və vəhşi heyvanları müşahidə
etm
əyi, fiziki gərginliyi və həyəcanlı idman növlərini xoşlayan şəxslərin daxil olduğu
xüsusi turist qruplarını cəlb edir. Ölkə ərazisində dağ və qış turizminin inkişafı
istiqam
ətində atılmış məqsədyönlü addımlar nəticəsində dağların yamacları turizm
m
əkanı kimi inkişaf etdirilmişdir. Belə ki, bu gün “Şahdağ” Turizm Mərkəzi QSC və
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi kimi istirahət zonaları məşhur
istirah
ət mərkəzlərinə çevrilmişdir.
İdman turizmi
Ümumiyy
ətlə qeyd etmək lazımdır ki, idman Azərbaycanda ən sürətlə inkişaf
ed
ən sahələrdəndir. Son illərdə idman infrastrukturunun inkişafına böyükhəcmli
maliyy
ə vəsaiti qoyulmuşdur. Belə ki, Bakı, Masallı, Şəki, Quba, Qazax, Gəncə,
Naxçıvan, Bərdə, Lənkəran, Zaqatala, Şamaxı, Ağdam, Biləsuvar, Oğuz, Şəmkir,
Kürd
əmir, Sabirabad və digər şəhər və rayonlarda olimpiya kompleks və
m
ərkəzlərinin istifadəyə verilməsi, həmçinin müxtəlif sahələr üzrə idman
meydançalarının və təsisatlarının yaradılması ölkədə müvafiq idman növləri üzrə
nüfuzlu idman yarışlarının (Avropa və dünya çempionatlarının) təşkilinə imkan verir.
Buna misal olaraq, gül
əş, gimnastika, boks, voleybol və s. üzrə beynəlxalq yarışları
qeyd etm
ək olar.
İşgüzar turizm
İşgüzar turizm ölkəmizdə ən geniş yayılmış turizm növlərindən biridir. Hazırda
bu turizm növünün inkişafı məqsədilə daha çox ölkə ərazisində mövcud
mehmanxanaların imkanlarından istifadə edilir. Lakin ölkənin müxtəlif şəhərlərində
yerl
əşən konqres və mədəniyyət mərkəzləri bu cür tədbirlərin təşkili məqsədilə geniş
istifad
ə edilə bilər.
|