Ərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi



Yüklə 342,79 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix14.01.2018
ölçüsü342,79 Kb.
#20575
1   2   3   4   5   6   7   8   9   10

olmayan  bronxial 

adenomanın  xoş-  və  ya  bədxassəli  şiş  kimi 

davranacağı  naməlum  olmadığı  üçün  ona  /1  davranış  kodu  təyin 

edilmişdir.  “Metastatik  adenokarsinoma,  ƏGO”  8140/6  koduna 

malikdir.  XBT-O-nun  r

əqəmli  siyahısı  və  ya  əlifba  siyahısı 

indeksind

ə  göstərilməsə  də,  8140/9  da  matriksin  tərkib  hissəsidir. 

Əgər  klinik  və  ya  patoloji  qeydlərdə  “birincili  və  ya  metastatik 

olduğu  bəlli  olmayan  ağciyər  adenokarsinoması”  diaqnozu  qeyd 

edilirs

ə, bu 8140/9 kimi kodlaşdırıla bilər. Əvvəldə də qeyd edildiyi 



kimi  x

ərçəngin  qeydiyyatını  aparan  şəxs  bu  koddan  istifadə  etmir, 

çünki  normada 

yalnız  /2  (in  situ)  və  /3  (bədxassəli  yenitörəmə, 

birincili nahiy

ə) kodlarına uyğun gələn törəmələr registrə daxil edilir. 

İkinci misalda (B) dörd simvollu 9000 nömrəli morfoloji kodun 

altında üç termin sadalanıb. “Brenner şişi, ƏGO”, adətən, xoşxassəli 

olur, ona gör

ə də 9000/0 kimi qeyd edilir. Əgər “bədxassəli Brenner 

şişi” diaqnozundan istifadə edilmişsə, bu zaman bu şişi 9000/3 kimi 

kodlaşdırmaq  düzgündür.  Analoji  olaraq  “malıqnantlığı  qeyri-

əyyən  olan  Brenner  şişi”  9000/1  kimi  kodlaşdırılır.  9000/2, 



9000/6  v

ə 9000/9 kodları XBT-O-da qeyd edilmir. Ehtiyac olduqda 

onlardan  istifad

ə  oluna  bilər.  Məsələn,  “in  situ  Brenner  şişi” 

əyyən edilərsə, 9000/2 kodu tətbiq oluna bilər. 



Üçüncü  misalda 

yalnız  bir  termin,  “xordoma”  qeyd  edilir. 

Xordoma,  ad

ətən,  bədxassəli  olur  və  ona  görə  də  morfoloji  kodu 

9370/3 

olmalıdır. 9370 matriksində digər kodlar da vardır və ehtiyac 



olarsa,  istifad

ə  edilə  bilər.  Məsələn,  XBT-O-da  qeyd  edilməsə  də 

“xoşxassəli  xordoma”  müəyyən  edildikdə,  o,  9370/0  kodlaşdırılır. 

Qeyd  etm

ək  lazımdır  ki,  bəzi  mümkün  kombinasiyalar  yəqin  ki, 

mövcud  deyil,  yaxud  da  q

əbul  edilməyib  və  təsvir  olunmayıb. 

M

əsələn, “xoşxassəli sarkoma” termini mövcud konsepsiyalara zidd 



olardı. 

Ad

ətən, histoloji termin aydın şəkildə şişin davranışını, yəni xoş- 



v

ə ya bədxassəli olmasını özündə əks etdirir və bu, XBT-O-da həmin 

şiş üçün təyin edilmiş davranış kodu vasitəsilə də qeyd edilir. XBT-

O-da 


yalnız in situ şişlərinin bir neçə histoloji növü qeyd edilir. Əgər 

in  situ  tör

əmə  aşkar  edilərsə,  XBT-O-3-də  verilən  istənilən  dörd 

simvollu  koda  /2 

davranış  kodunu  əlavə  etmək  mümkündür.  Qeyd 

edilm


əlidir ki, matriks sistemi şişin xoşxassəli, bədxassəli, in situ və 

29 



ya 

xoş-  və  ya  bədxassəliliyi  məlum  olmayan  kimi  müəyyən 

edilm

əsində yekun rəyi patoloqa vermişdir. 



Burada  t

əyin  edilən  davranış  kodu  patoloqun  fikrincə  həmin 

tör

əməyə  ən  çox  xas  olan  davranış  kodunu  göstərir.  Əgər  patoloq 



XBT-O-da  göst

ərilmiş  kodla  və  ya  konkret  bir  halda  təyin  edilən 

kodla 

razı  deyilsə,  onu  dəyişə  bilər.  Məsələn,  süd  vəzi  giləsinin 



Pedcet x

əstəliyi XBT-O-da bədxassəli xəstəlik kimi qeyd edilir. Son 

vaxtlarda  b

əzi  patoloqlar  nəzərə  çarpan  şiş  kütləsinin  olmaması 

hallarında  bu  patologiyanı  in  situ  hesab  etməyə  başlamışlar.  Belə 

olduğu  halda  şiş  in  situ  olaraq  qeyd  edilir  və  müvafiq  şəkildə 

kodlaşdırılır.  

C

ədvəl 7.  

Morfologiya v

ə davranış kodu matriksi 

(h

əmçinin bax: XBT-O-3, səhifə 29, Cədvəl 20)



 

Misal A 

Misal B 

Misal C 

Əsas hüceyrə növü 

5-ci r

əqəm – 

davranış kodu 

8140 


9000 

9370 


/0 

xoşxassəli 

8140/0 Adenoma, 

ƏGO 


9000/0 Brenner 

şişi, 


ƏGO (C56.9) 

9370/0 


/1 

xoş- və ya 

b

ədxassəli olması 



nam

əlum 


8140/1 Bronxial 

adenoma (C34._) 

9000/1 Brenner 

şişi, 


keçid 

malıqnizasiyalı 

(C56.9) 

9370/1 


/2 in situ, qeyri-invaziv 

8140/2 


İn situ 

adenokarsinoma 

9000/2 

9370/2 


/3 b

ədxassəli, birincili 

8140/3 

Adenokarsinoma, 



ƏGO 

9000/3 B


ədxassəli 

Brenner 


şişi (C56.9) 

9370/3 


Xordoma 

/6 b


ədxassəli, 

metastatik

*

 

8140/6 Metastatik 



adenokarsinoma 

9000/6 


9370/6 

/9 b


ədxassəli, birincili 

v

ə ya metastatik olduğu 



qeyri-mü

əyyən


*

 

8140/9 



9000/9 

9370/9 


*

İşarə ilə verilmiş kodlar Xərçəng Registrlərdə istifadə edilmir.

30 



Yadda 

saxlayın ki, XBT-O topoqrafik və morfoloji kodlaşdırma 

sistemidir 

(dig


ər  sözlə  kodlaşdırılmış  nomenklaturadır)  və 

x

əstəliklərin  mərhələlər  və  ya  xəstəliyin  yayılma  dərəcəsini 



kodlaşdırmaq  üçün  nəzərdə  tutulmayıb.  XBT-O  təsnifat  sisteminin 

X

ərçəng  Əleyhinə  Beynəlxalq  Cəmiyyətin  (XƏBC)  və  ya  Amerika 



X

ərçəngə  Qarşı  Müştərək  Komitə  (AXQMK)  tərəfindən  verilmiş 

TNM  t

əsnifatı  ilə  heç  bir  əlaqəsi  yoxdur.  Kodlaşdırma  patoloqun 



qeydl

əri  əsasında  aparılır.  Lakin  əgər  şişin  davranışı  qeyri-

əyyəndirsə  və  ya  qeyd  edilməmişdirsə,  o  zaman  XBT-O-da 



göst

ərilən davranış kodu istifadə edilməlidir. 



Histoloji d

ərəcə və diferensiasiya kodları (6-cı simvol) 

QAYDA  G.  Diaqnozda 

verilmiş  ən  yüksək  dərəcə  və  ya 

diferensiasiya kodundan istifad

ə edin. 

XBT-O-da  b

ədxassəli  yenitörəmələrin  diferensiasiyasını  göstər-

m

ək üçün 6-cı simvoldan istifadə edilir. Bu simvollar 8-ci Cədvəldə 



əks etdirilib (həmçinin bax: XBT-O-3, səhifə 30, Cədvəl 21). Histoloji 

d

ərəcə yalnız bədxassəli patologiyalar üçün tətbiq edilir. 



Müxt

əlif  patoloqlar  törəmələrin  histoloji  dərəcəsini  fərqli  təyin 

edir  v

ə  bir  çox  bədxassəli  şişlərin  çox  vaxt  histoloji  dərəcəsi  təyin 



edilmir.  8-ci  C

ədvəldə  verilən  dərəcə  kodları  1-dən  4-dək  olub, 

müvafiq  olaraq  I-IV  histoloji  d

ərəcələri  ifadə  edir.  Diferensiasiya 

d

ərəcəsini müəyyən edən sözlər ayrıca sütunda qeyd edilir. 



Diferensiasiya 

şişin əmələ gəldiyi toxumaya nə dərəcədə bənzər 

v

ə ya ondan nə qədər fərqli olmasını təsvir edir. Patoloqlar tərəfindən 



tör

əmənin  diferensiasiyasını  müəyyən  etmək  üçün  istifadə  edilən 

terminl

ər  çox  müxtəlifdir.  Ümumilikdə  diferensiasiya  dərəcəsini 



göst

ərmək üçün “yüksək”, “orta” və “aşağı” terminləri istifadə olunur 

ki,  bunlar  da  t

əxminən  törəmənin  I,  II  və  III  histoloji  dərəcələrinə 

uyğun  gəlir.  “Diferensiasiya  olunmamış”  və  ya  “anaplastik” 

terminl


əri  IV  histoloji  dərəcəyə  uyğundur.  Ona  görə  də  “yastı 

hüceyr


əli  karsinoma,  II  dərəcə”  və  “orta  dərəcəli  diferensiasiya 

olunmuş  yastı  hüceyrəli  karsinoma”  eyni  kodla  –  8070/32  ilə 

kodlaşdırılır. Törəmənin diaqnozunda iki müxtəlif diferensiasiya və 

ya  histoloji  d

ərəcə qeyd edilirsə, kodlaşırma üçün daha yüksək olan 

d

ərəcə istifadə edilir.  



31 


Yüklə 342,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə