Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə14/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   10   11   12   13   14   15   16   17   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 44
mövcudluğu türklərin aktiv passionarlıq
43
 dövrünə düşür və bu 
səbəbdən məhz türklərin maddi (arxitektura) dəyərləri Hindistanda 
öz izlərini günümüzədək saxlamışdır. Üçüncü amillə bağlı isə 
demək olar ki, ideoloji müstəvidə  təmas hökmranlıq iddiasından 
irəli gəlir. Bu halda da məkan anlayışı konkret sərhədlərlə 
əhatələnmir.  
Nəzərə almaq lazımdır ki, coğrafi amil daha çox təbii, ikinci 
və üçüncü amillər isə ekspansionist meyllərlə  şərtlənir. Belə ki, 
ekspansiya xarakterli hallarda sivilizasiyaların  əsas daşıyıcıları 
imperiyalar olur. Qədim sivilizasiyalara münasibətdə bu daşıyıcının 
mahiyyətini aydınlaşdırmağa ehtiyac olmasa da, müasir 
dövrümüzlə bağlı qeyd etməliyik ki, bu zaman dövlət quruluşunun 
və formasının necə olması heç nəyi dəyişmir. Tarixi təcrübədən 
görünür ki, hətta  ən demokratik görünən dövlətlər belə xarici 
siyasətlərində imperialist meylli ola bilirlər.  
Ümumilikdə sivilizasiyaların formalaşmasında imperiyaların 
xüsusi rolu qeyd edilməlidir. Mahiyyət  əslində aydındır. Adətən 
imperiyalar həm də sivilizasiya mərkəzləri kimi özlərini göstərirlər. 
Çünki yalnız güclü dövlət maddi və  mənəvi dəyərləri qoruyub 
                                                 
43
 Passionarlıq nəzəriyyəsini elmə ilk dəfə məşhur rus alimi Lev Qumilyov gətirmişdir. 
O, hesab edirdi ki, biosferdə baş verən bəzi dəyişikliklər, kimyəvi proseslər, müxtəlif 
kosmik şüalanmalar və digər xarici təsirlər planetdəki hadisələrə passionar təkan verir. 
Bu təkan nəticəsində isə xalqlar, etnoslar xarici aləmdən aldıqları enerjini aktiv 
fəaliyyətə yönəldirlər. Bu da planetdə həm yaradıcı, həm də dağıdıcı proseslərin əsasını 
təşkil edir. Müəllif passionar təkan anından tarazlığın yeni vəziyyətə qayıtmasınadək 
olan dövrü qomeostaz adlandırır və bu dövrün təxminən 1200-1500 il çəkdiyini 
düşünürdü. Bu zaman kəsiyində passionarlıq qəti  şəkildə artır və yüksəliş fazası 
başlayır. Passionarlıq yüksəkliyə çatdığı zaman isə ayrı-ayrı davranışlara və yaxın 
mədəniyyətə malik olan etnoslardan ibarət superetnos meydana gəlir. Bütün sonrakı 
etnik tarix növbəti fazayadək tarixin çökməsi nəticəsində  əks proseslərlə bağlıdır. 
Passionarlıq kritik nöqtədən aşağı  səviyyəyə düşəndə isə etnos bir varlıq kimi məhv 
olur, qalan ayrı-ayrı insanlar isə ya assimilyasiyaya məruz qalaraq yeni etnoslara 
çevrilir, ya da etnik qalıqlar  şəklində ömürlərini başa vurana qədər varlıqlarını 
saxlayırlar. 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 45
saxlamağa müvəffəq ola bilər. Məsələn, Samuel Hantinqtonun 
dəyərləndirməsində adı  çəkilən Qərb, Konfutsi, İslam 
sivilizasiyalarının tarixində  həmişə qüdrətli imperiyalar bu 
mədəniyyətlərin daşıyıcısı  və qoruyucusu olmuşlar. Roma 
imperiyası antik Qərb sivilizasiyasının, Makedoniyalı  İskəndərin 
imperiyası Ellin mədəniyyətinin, Xan imperiyası Çin 
sivilizasiyasının daşıyıcıları idi. Lakin bunun əksini nümayiş 
etdirən misallar da göstərmək olar. Yenə S.Hantinqtonun 
təsnifatında ayrıca sivilizasiya kimi göstərilən Hindu və Afrika 
sivilizasiyalarının daşıyıcısı kimi dünya miqyaslı imperiyalara rast 
gəlmirik. Yaxud, heç də  həmişə  əzəmətli imperiyalar sivilizasiya 
daşıyıcısı olmamışlar. Təkcə onu demək kifayətdir ki, uzun müddət 
Asiyadan tutmuş Avropaya qədər böyük bir məkanda hökmranlıq 
edən monqol sülalələrinin dövlətləri Monqol sivilizasiyasının 
yaranmasına səbəb ola bilməmişdilər.  
Bu yerdə bir məqamı xüsusi vurğulamaq istərdik. 
İmperiyaların sivilizasiya daşıyıcısı olmasını şərtləndirən ən böyük 
amil imperiyanın demoqrafik vəziyyəti ilə birbaşa asılıdır. Belə ki, 
sivilizasiya daşıyıcısı olan əhalinin artma və ya azalma dinamikası, 
əhalinin sosial tərkibi, eləcə də yaş və gender strukturu imperiyanın 
bu funksiyasını yerinə yetirə bilməsini  şərtləndirən başlıca 
amillərdir. Bu prizmadan yanaşdıqda  ərazisinə görə dünyanın  ən 
böyük dövlətlərindən biri olan Monqol imperiyasının müstəqil 
sivilizasiya təmsilçisinə çevrilə bilməməsinin səbəblərini 
aydınlaşdırmaq olar. Fikrimizcə,  ən  əsas amil kimi insan 
resurslarının çatışmazlığını göstərmək lazımdır. Monqolların 
passionarlıq dövrlərində  hətta  ən həlledici döyüşlərdən sonra belə 
öz hakimiyyətlərini yaymaq əvəzinə geri dönmələrinin səbəblərini 
bu faktor müəyyənləşdirmişdir. Eyni zamanda qeyd etməliyik ki, 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 46
demoqrafik vəziyyət imperiyaların öz varlıqlarını davam etdirə 
bilməsində  də mühüm əhəmiyyət kəsb etmişdir. Doğrudur
imperiyaların çökməsini daha çox siyasi faktorlarla, eləcə  də 
təsərrüfat quruluşu və iqtisadi münasibətlərin vəziyyəti ilə 
əlaqələndirilməsi hallarına rast gəlirik. Ancaq bizim fikrimizcə, 
hətta bu səbəblərin də hər biri mütləq demoqrafik proseslərdə baş 
verən tərəddüdlərlə birbaşa bağlıdır.  
Beləliklə, imperiyaların sivilizasiyaların formalaşmasında 
rolunu göstərməklə yanaşı, onların bu prosesdə yeganə sistem 
yaradan element kimi kifayət etmədiyini də nəzərə almaq lazımdır. 
Lakin onu da qeyd etməliyik ki, imperiyalar həm sivilizasiyaların 
qarşıdurmasında, həm də dialoqunda aparıcı rola malik olmuşlar. 
Nəzərə alsaq ki, əksər sivilizasiyalar öz təbii sərhədlərindən kənara 
məhz imperiya dövründə  çıxmaq imkanına malik olurlar, onda 
hakim sivilizasiya daşıyıcısının məğlublarla münasibətində hər iki 
prosesin baş verdiyini müşahidə etmiş olarıq. 
Sivilizasiya müstəvisində imperiyalarla bağlı digər bir məqam 
da xüsusi maraq doğurur. Belə ki, sivilizasiyaların daşıyıcısı olan 
imperiyalarda hakim elita heç də həmişə aid olduğu sivilizasiyanı 
təmsil etmir. Yəni əsas məsələ imperiyalarda hakim elita ilə etnik
mənəvi və digər baxımlardan daşıyıcısı olduğu sivilizasiya arasında 
yaranan fərqlə bağlı olmuşdur. Əslində elə imperiyaların süqutunun 
və dolayısı ilə sivilizasiyaların çökməsinin də  əsas səbəblərini 
burda axtarmaq lazımdır. Sivilizoloqlar arasında hakim elitanın 
cəmiyyətdən təcrid olunaraq, fərqli dəyərlər qazanmaq hesabına 
seçilməsi - yəni azlıqda qalan hakim elitanın fəaliyyətinin 
sivilizasiyaların çöküşünün  əsas səbəbi olması faktı daha çox 
Arnold Toynbinin tədqiqatlarında öz əksini tapmışdır. Eyni 
zamanda, oxucu üçün maraqlı ola biləcək bir misala Əhməd bəy 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə