Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə3/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   2   3   4   5   6   7   8   9   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 
9
Slavyan sivilizasiyasını  təmsil edir. Yaxud Şərqdə Çin, Vyetnam, 
Myanma, Kambocanın hər birinin özünəməxsus dəyərləri olsa da, 
bunlardan yalnız Çini müstəqil sivilizasiya daşıyıcısı kimi 
fərqləndirmək olar.  
Digər tərəfdən “sivilizasiya” və “mədəniyyət” anlayışlarına 
eynimənalı  məfhum kimi də baxanlar var. Təsadüfi deyil ki, 
amerikan kulturoloqları Alfred Luis Kreber (1876 - 1960) və Klayd 
Klakxon (1905 -1960) “mədəniyyət” sözünün 164 mənasının 
siyahısını tərtib edərkən göstərmişlər ki, bunların əksərində bu söz 
“sivilizasiya” ilə bərabər işlənir, oxşar məna verir.
5
   
Mədəniyyət və sivilizasiyanın müxtəlif anlayışları ifadə 
etməsinə ilk dəfə alman filosofların  əsərlərində rast gəlinir. 
İmmanuel Kant (1724-1804) sivilizasiya deyəndə - cəmiyyət və 
şəxsiyyət həyatının xarici tərəfini, mədəniyyət deyəndə isə - onların 
mənəvi mahiyyətini və yaxud mənəvi potensialını nəzərdə tuturdu. 
Alman idealist filosofu Osvald Şpenqler (1880-1936) hesab edirdi 
ki, “hər bir mədəniyyətin öz sivilizasiyası olur”. Onun fikrincə
sivilizasiya özünün bütün mahiyyəti etibarı ilə beynəlmiləldir. 
Yəni, alman filosof sivilizasiyanın  əsasında millətin yox, 
mədəniyyətin durduğunu iddia edirdi. Məsələn, o, Avropa 
mədəniyyətini “Faust mədəniyyəti” adlandırır və onun mərhələləri 
olaraq romanika, qotika, renessans, barokko, rokoko mədəniyyəti 
dövrlərini fərqləndirirdi. Göründüyü kimi, burda heç bir milli-etnik 
xüsusiyyət nəzərə alınmırdı. O.Şpenqler iddia edirdi ki, “hər bir 
mədəniyyət, özünün daxili yaradıcı imkanlarını tükədərək məhv 
olur və sivilizasiya mərhələsinə keçir”. Məsələn, onun qənaətinə 
görə  qədim Yunan mədəniyyəti öz sonluğunu qədim Roma 
                                                 
5
 Kroeber A.L., Kluckhohn С. Culture: A Critical Review of Concepts and Definitions. 
New York, 1952, p. 291 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 10
sivilizasiyasında tapır. Qərbi Avropa mədəniyyəti isə IX əsrdən 
formalaşmağa başlamış, öz intibah dövrünü XV-XVIII əsrlərdə 
keçirmiş və “sivilizasiya” mərhələsinə qədəm qoymaqla isə qürub 
etməyə başlamışdır.
6
 Beləliklə, göründüyü kimi, Osvald Şpenqler 
sivilizasiyaları  mədəniyyət amili ilə bağlayır, lakin onu mövcud 
deyil, müəyyən mədəniyyətdən qalmış ictimai mərhələ hesab 
edirdi. Onun fikrincə, sivilizasiya mədəniyyətin süqutu və 
deqradasiya mərhələsidir. Mədəniyyətin sivilizasiyadan prinsipial 
fərqi odur ki, sivilizasiya ruhsuz intellekt, ölü boylu olduğu halda, 
mədəniyyət həyatdır, yaradıcı fəaliyyətdir və inkişafdır.
 7
 
Bununla yanaşı, sivilizasiyaların keçmiş mədəniyyətləri təmsil 
etməsi ilə razılaşmayanlar da vardır. Belə ki, Arnold Toynbi (1889-
1975) sivilizasiyaların inkişafının sikllər üzrə sxemini qəbul edir və 
onu yaranma-inkişaf-çiçəklənmə-tənəzzül-dağılma dövrlərinə 
ayırırdı. Lakin onun fikrincə, bu sxem qaçılmaz deyil. 
Sivilizasiyaların məhvi ehtimaldır, lakin zəruri deyildir.
8
 Çünki 
sivilizasiyaşünaslıqda sikllər üzrə inkişaf dinamikasının 
təkrarlanması ilə  də bağlı mülahizələrə rast gəlinir. Belə ki, 
sivilizasiya siklinin (periodunun) yaranma-formalaşma-genişlənmə 
-böhran mərhələlərinin ya qürub və həyat siklinin sonu, ya da yeni 
siklin başlanması ilə davam etməsi haqqında elmi mülahizələr irəli 
sürülür.
9
 Qeyd  olunan  mülahizəyə görə  hər bir sivilizasiyanın öz 
həyat sikli var. Bu onun mövcudluğunun tarixi dövrünü müəyyən 
                                                 
6
 Шпенглер Освальд. Закат Европы. 
http://www.gumer.info/bibliotek_Buks/History/Speng/index.php 
7
 Шпенглер Освальд. Закат Европы. Образ и действительность. 
http://www.gumer.info/bibliotek_Buks/History/Speng/index.php 
8
 Арнольд Тойнби. Цивилизация перед судом истории. Москва: Прогресс, 1996, 
стр.45 
9
 Кузык  Борис  Николаевич,  Яковец  Юрий  Владимирович.  Истоки  и  вершины 
восточнославянской  цивилизации,  Москва:  Институт  экономических  стратегий, 
2006, стр.93 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 11
edir, bir və ya bir neçə qalxma və enmə mərhələsini - sivilizasiya 
siklini  əhatə edir. Bəzi sivilizasiyalar (Hind, Çin, Yapon, Qərb) 
çoxminillik tarixləri  ərzində bir neçə belə sikl yaşamış, digərləri 
(Monqol, Şumer, Elam, Krit-Minoy) cəmi bir sikl yaşamış və tarix 
səhnəsindən silinmiş, üçüncülər isə  (Şimali Amerika, Latın 
Amerikası, Okeaniya) öz birinci sivilizasiya sikllərinə indi 
başlamışlar. Bizim fikrimizcə, Türk sivilizasiyası da özünün inkişaf 
yolunda bir neçə sikl yaşamış  və mövcudiyyətini hələ  də 
saxlamaqda olan birinci qrup sivilizasiyalara aiddir. 
Başqa bir məşhur sivilizoloq Samuel Hantinqton (1927-2008) 
“Sivilizasiyaların toqquşması” kitabında sivilizasiya və mədəniyyət 
anlayışlarını müqayisə edərək qeyd edir ki, Almaniyadan başqa 
dünyanın hər tərəfində sivilizasiya mədəni bütövlük mənasında 
işlədilir. XIX əsr alman mütəfəkkirləri isə texnika, texnologiya və 
maddi amilləri  əhatə edən “sivilizasiya” anlayışı ilə, cəmiyyətin 
dəyərlər, ideallar və yüksək  əqli, bədii, mənəvi keyfiyyətlərini 
nəzərdə tutan “mədəniyyət” anlayışı arasında kəskin sərhəd 
qoymuşdular. S.Hantinqton isə bu fikirlərlə razılaşmır və bildirirdi 
ki, belə  təsnifat Almaniyadan başqa heç bir ölkədə  qəbul 
olunmur.
10
 
Görkəmli türkoloq Ziya Göyalp (1876-1924) mədəniyyət ilə 
sivilizasiya arasında müəyyən fərqliliklərin olduğunu yazmışdır. 
Belə ki, o, “Türkçülüyün əsasları”  əsərində “mədəniyyət” sözünə 
“kültür” və ya ”hars”, “sivilizasiya”ya isə “mədəniyyət” sözünü 
qarşılıq kimi işlədərək yazırdı: “Kültür milli olduğu halda, 
mədəniyyət uluslararasıdır - beynəlmiləldir. Kültür yalnız bir 
millətin din, əxlaq, hüquq, ağıl, estetika, dil, iqtisadiyyat və texnika 
ilə bağlı yaşayışlarının uyumlu - ahəngdar bir bütünüdür. 
                                                 
10
 Сэмюэль
 
 Хантингтон. Столкновение цивилизаций. Москва: АСТ, 2003, стр.76 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə