Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə5/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   2   3   4   5   6   7   8   9   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 15
Bu yerdə sivilizasiya və  mədəniyyət anlayışlarının  əhatə 
dairəsi ilə bağlı öz mülahizələrimizi də qeyd etməyi lazım bilirik. 
Bununla bağlı bir sıra alimlərin yuxarıda göstərilən mövqelərindən 
də göründüyü kimi, mədəniyyət, yoxsa sivilizasiya anlayışının daha 
geniş tutumlu olması ilə bağlı  fərqli yanaşmalar mövcuddur. 
Fikrimizcə, bu zaman hansı meyarın  əsas götürülməsi fərqli 
mülahizələrin səbəblərinin  əsaslandırılması üçün başlıca amil ola 
bilər. Məsələn,  əsas meyar olaraq zaman kriteriyasını götürənlər 
müasir dövr sivilizasiyasının mədəniyyətin yalnız  ən yuxarı 
pilləsini - intellektlə bağlı  təbəqəni  əhatə etdiyini və beləliklə, 
mədəniyyətin daha böyük anlayış olduğunu iddia edirlər.  Əksinə, 
əsas meyar olaraq mənəvi dəyərləri  əsas götürənlər üçün isə 
sivilizasiya vahid mənəvi dəyərlərə malik bir neçə  mədəniyyəti 
əhatə edir və bu səbəbdən sivilizasiya daha geniş tutumlu 
məfhumdur. Beləliklə, fikrimizcə, sivilizasiya və  mədəniyyət 
anlayışının əhatə dairəsi ilə bağlı müqayisə apararkən hansı meyara 
üstünlük verilməsi həlledici rol oynayır.  
Bizim qənaətimizə görə, sivilizasiya və  mədəniyyət 
anlayışlarını müqayisə edərkən tarixi dövr amili də mütləq nəzərə 
alınmalıdır. Belə ki, müxtəlif tarixi dövrlərdə sivilizasiya 
anlayışının daxili komponentlərinin dəyişdiyini nəzərə almadan 
mülahizə irəli sürmək qeyri-dəqiqliklərə gətirib çıxara bilər. Misal 
üçün, kulturoloq Fuad Məmmədov tarixi dövrlərə uyğun olaraq 
sivilizasiyaları  səciyyələndirərkən bu anlayışa XVIII, XIX, XX 
əsrlər üçün fərqli komponentləri daxil edir. Belə ki, onun təsnifatına 
görə “sivilizasiya termini Avropa elminə  və  ədəbiyyatına XVIII 
əsrdə əxlaq normaları, tərbiyə və nəzakət də daxil olmaqla ümumi 
mədəni inkişaf səviyyəsinin ifadəsi kimi daxil olmuşdur. XIX əsrdə 
“sivilizasiya” anlayışı böyük tarixi hadisələr, xalqların tarixi 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 16
nailiyyətləri, insan yaradıcılığını ifadə edirdi. “Mədəniyyət” termini 
ilə eyniləşdirilirdi, insan birliyini ifadə edirdi; dünya mədəniyyəti 
vahid sivilizasiya kimi mənimsənilirdi. Ayrı-ayrı ölkə, xalq və 
regionların sosial-mədəni inkişafının səviyyə  və formasını, etno-
mədəni nailiyyət və xüsusiyyətlərini ifadə edən “etno-tarixi” 
sivilizasiya  konsepsiyası  qəbul edilmişdi. XX əsrdə isə 
sivilizasiyanın “etnoqrafik” konsepsiyası formalaşmağa başladı ki, 
onun da mahiyyətini hər bir xalqın öz sivilizasiyası olması 
müddəası təşkil edirdi”.
15
 Bu təsnifatdan da göründüyü kimi, tarixin 
müxtəlif dövrlərindəki sivilizasiya komponentləri hazırda 
mədəniyyətə aid etdiyimiz anlayışı ifadə edir. Xüsusən də, milli 
mədəniyyətlərin sivilizasiya tipi olaraq görülməsində XIX və XX 
əsrlərdə  fərqli yanaşmalar olmuşdur. Bu baxımdan sivilizasiya və 
mədəniyyət anlayışlarını müqayisə edərkən təmsil etdiyi tarixi 
dövrün xüsusiyyətləri mütləq nəzərə alınmalıdır.  
 
Sivilizasiyaların təsnifatı: mərhələli və lokal nəzəriyyələr 
Sivilizasiya və  mədəniyyət anlayışlarının  əhatə dairəsi ilə 
bağlı mülahizələrə aydınlıq gətirdikdən sonra yenidən qayıdırıq 
sivilizasiyaların  əsasında dayanan amillərlə bağlı  nəzəri 
yanaşmalara. Rus alimlərindən Nikolay Yakovleviç Danilevski 
(1822-1885) tərəfindən aparılan sivilizasiyaların təsnifatı 5 əsas 
amilə söykənirdi: vahid dil birliyi, siyasi müstəqillik, qarşılıqlı təsir, 
tədrici inkişaf mərhələləri və müxtəlif etnik köklərin birləşməsi. O, 
dünyada özünəməxsusluğu ilə seçilən cəmiyyətləri “mədəni tarixi 
tiplər” adlandırırdı və onları tarix səhnəsində əsas subyektlər hesab 
edirdi. Onun təqdim etdiyi bəşər cəmiyyətinin “mədəni-tarixi 
                                                 
15
 Fuad Məmmədov. Kulturologiya effektivli həyat və fəaliyyətə aparan yol kimi. Bakı: 
Çıraq, 2008, səh.89-90 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 17
tip”lərə bölgüsü (N.Danilevskinin təsnifatında 13 fərqli sivilizasiya 
tipi fərqləndirilir: Misir, Çin, Semit, Hind, İran, Yəhudi, Yunan, 
Roma,  Ərəb, German-Roman, Slavyan və artıq məhv olmuş 
Meksika və Peru) sivilizasiyaların inkişaf tarixinin çoxnövlüyünün 
nümunəsini ortaya qoymuş oldu.
16
  
Bu yerdə məşhur alimin slavyan və türk mədəni tiplərini necə 
xarakterizə etməsinə  də  qısaca toxunmaq istərdik. Belə ki, 
Danilevskinin Slavyan sivilizasiyasının xarakteristikası və gələcəyi 
ilə bağlı özünəməxsus geosiyasi yanaşması var idi. O, bütün 
slavyan xalqlarını bir mədəni tipə aid edərək, onların birləşməsinin 
və paytaxtı keçmiş Bizansın mərkəzi 
Konstantinopol                       
(o, Konstantinopolu Çarqorod adlandırırdı) olmaqla vahid dövlət 
yaratmasının zəruriliyini qeyd edirdi. Slavyanofil müəllifin 
türklərin sivilizasiya qruplaşmalarında rolu ilə bağlı mövqeyi isə 
daha çox təmsil etdiyi slavyanofillərin şovinist-millətçi hisslərindən 
irəli gəlirdi. Belə ki, o, “Rusiya və Avropa” kitabında yazırdı: 
“Günəş sistemində planetlərlə  bərabər zaman-zaman ortaya çıxan 
və sonra da kosmik məkanda itib-batan kometalar olduğu kimi, 
bəşəriyyət tarixində də müsbət yönlü mədəni tiplər və ya müstəqil 
sivilizasiyalardan  əlavə müvəqqəti ortaya çıxan və öz 
həmyaşıdlarına əsaslı təsir göstərən fenomenlər mövcuddur. Bunlar 
hunlar, monqollar, türklər kimi öz dağıdıcı yürüşləri ilə ölümlə 
mübarizə aparan sivilizasiyaların qalıqlarını  məhv edərək heç 
nədən yarandıqları kimi də sakitcə tarix səhnəsində gizlənirlər. 
Onları insan cəmiyyətinin mənfi üzvləri adlandırmaq olar”.
17
   
                                                 
16
 Данилевский  Николай Яковлевич.  Россия  и  Европа.  Взгляд  на  культурные  и 
политические 
отношения 
Славянского 
мира 
к 
Германо-Романскому. 
http://new.runivers.ru/bookreader/book10067/#page/1/mode/1up стр. 92 
17
 Yenə orda, səh. 94
 
 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə