Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə7/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   2   3   4   5   6   7   8   9   10   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 21
qoyulması ilə başlayıb, Böyük Karlın (742-814) hakimiyyəti ilə 
başa çatır. Okean mərhələsi isə Amerika qitəsinin kəşf olunması ilə 
başlayır.
25
Göründüyü kimi, Lev Meçnikov sivilizasiyaların 
yaranmasında coğrafi amillərə üstünlük verirdi və bu prosesə 
konkret inkişaf trayektoriyası əsasında baxırdı.  
Beləliklə, sivilizasiyaların əsasında dayanan amillərin təsnifatı 
ilə bağlı  fərqli yanaşmalar olmasına baxmayaraq, müəyyən 
ümumiləşdirmələr aparmaq mümkündür. Aparılan müşahidələr 
göstərir ki, müxtəlif meyarlar üzrə yanaşmadan asılı olmayaraq, 
sivilizasiya nəzəriyyələrini iki qrup üzrə  fərqləndirmək olar: 
sivilizasiyaların mərhələli inkişaf nəzəriyyələri (1) və yerli (lokal) 
nəzəriyyələr (2). Mərhələli nəzəriyyə sivilizasiyaları insan 
cəmiyyətinin vahid inkişaf prosesi kimi öyrənir ki, burada da 
müəyyən mərhələ  və ya dövrlər fərqləndirilir. Məsələn, Rusiyalı 
alim Boris Nikolayeviç Kuzık sivilizasiyaların təsnifatı zamanı 
dünya sivilizasiyasının ardıcıllıqla bu mərhələlərdən keçdiyini 
yazır: neolit dövrü (e.ə. VIII - e.ə. IV minilliklər), ilkin sinifli dövr 
(e.ə.IV - e.ə.I minilliklər), antik dövr (e.ə. I minilliyin əvvəlləri - 
b.e. I minilliyinin ortaları), orta əsrlər dövrü (VI -XV əsrlər), ilkin 
sənaye dövrü (XVI - XVIII əsrlər), sənaye dövrü (XVIII əsrin sonu 
- XX əsrin sonu), postsənaye dövrü (XXI əsr).
26
 Qlobal miqyasda 
bəşəriyyətin və  cəmiyyətin inkişaf trayektoriyasını  və meylini 
göstərmək baxımından bu cür təsnifatı nəzəri cəhətdən qəbul etmək 
olar. Ancaq hətta eyni dövrdə mövcud olan müxtəlif mədəniyyətləri 
təmsil edən sivilizasiyaların fərqli xarakterik xüsusiyyətlərə malik 
olduğunu nəzərə alsaq, bu təsnifatın kifayət etmədiyini və tam 
                                                 
25
 Мечников Лев Ильич. Цивилизация и великие реки. Москва, 1995 
26
 Кузык Борис Николаевич, Яковец Юрий Владимирович. Цивилизации: теория, 
история, диалог, будущее. Москва: Институт экономических стратегий, 2006, Т. 1, 
Теория и история цивилизаций. стр.117 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 22
olmadığını qeyd etməliyik. Bununla bağlı başqa bir Rusiyalı alim 
Aleksandr Koptev göstərir ki, bu yanaşma zamanı 2 problem ortaya 
çıxır. Birincisi, mərhələli sivilizasiya nəzəriyyələri mədəniyyəti 
struktur yaradan başlanğıc kimi istifadə etməyə imkan vermir. Bu 
zaman əsas üstünlük ictimai-iqtisadi formasiya növünə, yəni başqa 
sözlə iqtisadi inkişaf səviyyəsinə verilir. Belə olan halda isə qədim 
dövr sivilizasiyası, sənayeyə  qədərki sivilizasiya, sənaye dövrü 
sivilizasiyası  və s. kimi fərqləndirilir. Bu isə obyektiv 
qanunauyğunluqları müəyyən edə bilməz.  İkincisi, mərhələli 
nəzəriyyələrdə sivilizasiyaya münasibətdə bütün bəşəriyyət üçün 
vahid inkişaf qanunauyğunluqlarının müəyyənləşdirilməsinə 
yönəlmiş yanaşmaya ehtiyac yoxdur. İctimai və  mədəni inkişafın 
kompleks qanunauyğunluqları cəmiyyətin hər bir inkişaf mərhələsi 
üçün hansısa vahid sivilizasiya yaratmır. Bu cür qanunauyğunluqlar 
sivilizasiyalara deyil, ictimai orqanizm və ya siyasi sistemlərə 
xasdır.
27
 
Lokal sivilizasiya nəzəriyyələri isə müəyyən  əraziyə  və 
özünəməxsus sosial-iqtisadi və  mədəni inkişaf xüsusiyyətlərinə 
malik, genotiplə müəyyən edilən böyük tarixi birlikləri tədqiq edir. 
Bu zaman vahid dəyərlər sistemi ətrafında birləşən etno-mədəni 
birliklər  əsas götürülür. Lokal sivilizasiya nəzəriyyəsində  bəşər 
tarixinə vahid proses kimi deyil, mədəni-tarixi orqanizmlərin 
paralel inkişaf etdikləri proseslərin məcmusu olaraq baxılır. Məhz 
belə təsnifatda bəşər cəmiyyətinin tarixində silinməz izlər buraxan 
Türk sivilizasiyasına da ayrıca element kimi yer verilir. Lokal 
sivilizasiya anlayışına ilk dəfə fransız filosofu Şarl Renuvyenin 
(1815 - 1903) əsərlərində rast gəlinir. Daha sonra Jozef Qobino 
(1816 - 1882), Henrix Rükkert (1823 - 1875), Nikolay Danilevski 
                                                 
27
 http://www.gumer.info/bibliotek_Buks/History/kopt/ant_civil.php 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 23
(1822 - 1885), Osvald Şpenqler (1880 - 1936), Arnold Toynbi 
(1889 - 1975) və digər məşhur sivilizoloqlar bu nəzəriyyənin 
davamçıları olmuşlar. 
Bu nəzəriyyəyə görə lokal sivilizasiyalar müəyyən tarixi dövr 
ərzində  mərhələli inkişaf dinamikasına malik olurlar. Hər bir 
sivilizasiya öz inkişaf dinamikasında böhrandan sonrakı mərhələni 
ya tamamilə tarix səhnəsindən silinməklə, ya da yeni siklin 
başlanması ilə tamamlayır (inkişaf mərhələləri: yaranma - 
formalaşma - genişlənmə - böhran - son və ya yeni mərhələ). 
Sivilizasiyalar yarandığı gündən heç bir zaman bəşər tarixində 
sivilizasiya nəsilləri arasında fasilə olmamışdır. Yalnız coğrafi, 
sosioloji, demoqrafik və ya hər hansı bir digər səbəbdən yaşama 
dövrünü sona yetirən sivilizasiyalar ya tarix səhnəsində yerini 
başqasına vermiş, ya da nəsildəyişmə prosesini yeni özünəməxsus 
xüsusiyyətlər  əldə etməklə keçmişlər. Bütün hallarda məhz bu 
parametrlərinə görə sivilizoloqlar sivilizasiyaları müəyyən tarixi 
dövrü  əhatə edən bir neçə  nəsil üzrə  təsnif edirlər. Çox az sayda 
sivilizasiya daşıyıcıları var ki, onlar bəşər tarixinin əvvəlindən 
indiyədək nəsildəyişmə proseslərində öz mövcudiyyətini qoruyub 
saxlaya bilmişlər. Birinci nəsil sivilizasiyalar arasından yalnız Çin, 
Hind,  İran və Türk sivilizasiyaları indi də  həyat sikllərini davam 
etdirirlər. Nəsildəyişmə prosesi zamanı  əsas diqqət  əhali, təbii 
şərait, texnoloji və iqtisadi inkişaf səviyyəsi, sosial-siyasi quruluş, 
mənəvi sahənin inkişaf səviyyəsi və xarakteri ilə müəyyən olunan 
genetik özülün qorunub saxlanmasına yönəlir. Bu genetik 
dəyərlərin ötürülməsi sivilizasiyanın qorunmasına səbəb olur. 
Lakin aşağıdakı cədvəldən də göründüyü kimi, müəyyən şərtlərdən 
asılı olaraq genotipin yeni tarixi şəraitə uyğunlaşması, əvvəllər özü 
üçün xarakterik olan adət-ənənələrin bəzilərindən, yeni şəraitə 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə