Ərəstü Həbibbəyli


Sivilizasiyaların kəsişməsində türk dünyası



Yüklə 81,39 Kb.
Pdf görüntüsü
səhifə8/77
tarix02.10.2017
ölçüsü81,39 Kb.
#2798
1   ...   4   5   6   7   8   9   10   11   ...   77

Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 24
uyğunsuzluğu səbəbindən imtina edilməsi, yeni dəyərlərin 
qazanılması sivilizasiyalar üçün xarakterik ola bilər. Dəyişiklik 
genotipi zənginləşdirir və onu vaxtını keçirmiş  dəyərlərdən azad 
edir. Yalnız bu dəyişikliklər radikal həddi keçdikdə sivilizasiya 
artıq yeni nəsillə deyil, yeni sivilizasiya ilə əvəz olunur. 
Cədvəl 1
28
 
İrsilik 
qanunauyğunluğu
 
 
Sikllərin    
dəyişikliyi 
zamanı 
sivilizasiyaların 
genetik 
özülünün 
saxlanması 
 
Sivilizasiyaların 
dinamikasında 
sosiogenetik 
qanunauyğunluqlar 
 
Dəyişiklik 
qanunauyğunluğu
Genotipin innova-
tiv yenilənməsi,
dəyişən inkişaf
şərtlərinə 
adaptasiya 
 
 
Seçim 
qanunauyğunluğu
 
Keçid dövründə 
sosial 
qüvvələrin 
mübarizəsi 
nəticəsində  təbii 
seçim. 
Liderlər və 
alimlər 
tərəfindən 
məqsədyönlü 
seçim. 
                                                 
28
 
Кузык  Борис  Николаевич,  Яковец  Юрий  Владимирович.  Истоки  и  вершины 
восточнославянской  цивилизации.  Москва:  Институт  экономических  стратегий, 
2006,  стр. 23 
 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 25
Sivilizasiya və geopolitika 
Sivilizasiya məfhumu cəmiyyətin müxtəlif sahələrində  fərqli 
yanaşmalar doğurur. Bu münasibətlərdən özünəməxsus 
qanunauyğunluq yaradanlardan biri də sivilizasiya ilə geopolitika 
arasında müşahidə olunur. Professor Əli Həsənov yazır ki: 
“Sivilizasiya termini və onun mahiyyətini ayrı-ayrı elmlərdə fərqli 
anlayışlar ehtiva edir. Geosiyasi anlamda “sivilizasiya” anlayışı 
insanlığın xüsusi bir tarixi inkişaf dövrü olaraq, “barbarlıq” 
dövründən sonrakı daha sivil sosiomədəni münasibətlərə malik, 
xüsusi inkişaf mərhələsi hesab olunur.”
29
 
Geosiyasi baxımdam sivilizasiyaların qütblərə bölünməsi 
mühüm  əhəmiyyət kəsb edir. Lokal sivilizasiyalar birqütblü və 
çoxqütblü ola bilirlər. Eyni zamanda qeyd edilməlidir ki, tarixi 
zaman kəsiyində bu qütblərin dəyişməsi və ya birləşməsi 
mümkündür. Birqütblü sivilizasiyalarda siyasi hakimiyyət, iqtisadi 
mərkəz, elmi-texniki, mədəni və dini fəaliyyət bir mərkəzdə 
(şəhərdə və ya dövlətdə) təmərküzləşir. Bu tip sivilizasiyalar daha 
azdır. Misal üçün, Yunan-Roma (əvvəl Afina, sonra Roma), Yapon 
(əvvəl Kioto, sonra Tokio) sivilizasiyalarını misal göstərmək olar. 
Daha çox ikiqütblü sivilizasiyalara rast gəlinir. Burda siyasi 
hakimiyyətlə digər fəaliyyət sahələri iki ayrı mərkəzdə (şəhər və ya 
dövlətdə) cəmlənir (Şimali Amerika sivilizasiyasında Nyu-York və 
Vaşinqton, Çin sivilizasiyasında Pekin və  Şanxay, Hind 
sivilizasiyasında Dehli və Bombey və s.). Bundan başqa çoxqütblü 
sivilizasiyalar da mövcuddur. Qərb, Buddist, Latın Amerikası 
sivilizasiyalarını belələrinə aid etmək olar. Bizim üçün xüsusi 
maraq doğuran Türk sivilizasiyasını da çoxqütblü adlandırmaq olar. 
Tarixin müxtəlif zamanlarında və  hətta bəzən eyni zaman 
                                                 
29
 Əli Həsənov. Geosiyasət. Bakı: Aypara-3 nəşriyyatı, 2010, səh.369 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 26
periodunda Türk sivilizasiyası bir neçə  mərkəzi güc üzərində 
qurulmuşdur. Məsələn, birinci nəsil sivilizasiyalar dövründə Ön 
Asiyada və Uzaq Şərqdə Türk sivilizasiyalarının izlərinə rast 
gəlinir. Sonrakı  mərhələlərdə Osmanlı, Səfəvi, Misir Məmlük 
sultanlığı, Böyük Moğol imperiyasının timsalında Türk 
sivilizasiyasının güc mərkəzləri artmışdır. Ümumiyyətlə, 
çoxqütblülük Türk sivilizasiyasının zəngin mədəniyyətinin və 
çoxminillik aramsız dövlətçilik tarixinin əsas səbəblərindən biridir. 
Sivilizasiya nəzəriyyələrindən fərqli olaraq geopolitik 
nəzəriyyə dövlətlərin milli maraqları  zəminində formalaşır. 
Geopolitikada münasibətlər dövlətlərin maraqlarına uyğun olaraq 
qurulur. Bu baxımdan geopolitika və sivilizasiyaşünaslığın 
obyektləri də  fərqli olur. “Dövlət”  ərazi sərhəd müəyyənliyinə, 
özünəməxsus idarəetmə sisteminə  və funksiyalarına malik olan 
inzibati subyektdir, “sivilizasiya” isə belə konkret müəyyənliklərə 
malik olmayan, lakin spesifik mədəniyyət kodlarının arxetipləşdiyi 
fenomendir. Bununla yanaşı, qeyd etməliyik ki, geopolitik 
nəzəriyyələrdə sivilizasiyaların  əsası 2 mühüm faktorda görülür: 
quru (tellurokratiya) və dəniz (talassokratiya) hökmranlığı. 
Tellurokratiya yunan sözü olub, “torpaq vasitəsilə 
hakimiyyət” və ya “quru hökmranlığı” mənasını verir. 
Tellurokratiya üçün dəqiq müəyyən edilmiş  sərhədlər, təsdiq 
edilmiş ərazi, oturaq həyat fəaliyyəti, konservatizm, insan qrupları, 
tayfalar, xalqlar, ölkələr, imperiyaların riayət etdiyi əxlaqi və 
hüquqi norma və qanunlar xarakterikdir. Qurunun özünün 
davamlılığı, möhkəmliyi  əxlaq normalarının, qanunların və 
ənənələrin də davamlığını  təmin edir. Əxlaq normaları ictimai 
fikirdə möhkəmlənir, irsən ötürülür, etik norma və prinsiplər 
məcəlləsi formalaşır. Bu da onunla izah olunur ki, oturaq xalqlara 


Sivilizasiyaların kəsişməsində türk dünyası 
 
 27
individualizm deyil, kollektivizm hissləri daha yaxındır. Böyük və 
kiçik qrupların idarə olunmasında iyerarxizm əsas prinsipdir. 
Talassokratiya isə tellurokratiyaya tamamilə  əksdir - yunan 
sözü olub, “dəniz vasitəsilə hakimiyyət” və ya “dəniz hökmranlığı” 
mənasını verir. Talassokratiya və ya ticarət sivilizasiyası daha 
dinamik olması  və texniki inkişafa həssaslığı, individualizm ruhu 
ilə xarakterizə olunur. İnsanda və insan qruplarında bu cür 
xarakterin formalaşmasına səbəb olan dəniz faktoru ekstremal 
şəraitdə yaşamağa qabil şəxsiyyət tipi tələb edir. Bu sivilizasiya 
tipində əxlaqi norma və qanunlar, prinsiplər nisbi xarakter daşıyır. 
Talassokratiya tellurokratiyadan fərqli olaraq, əxlaqi və  mədəni 
dəyərləri daha tez dəyişir, yeni kəşflərə, macəralara doğru yönələn 
sürətli inkişaf yolu tutur. 
Tarixə  nəzər salsaq, ilk sivilizasiyaların “quru hökmranlığı” 
üzərində qurulduğunu görərik. Yüz illər boyu kontinental 
sivilizasiyaları  təmsil edən Sparta, Afina, Roma dənizlər üzərində 
hakim olsalar da, texnikanın inkişafı ilə (gəmiqayırma 
texnologiyasının səviyyəsinin yüksəlməsi, silahlanma, ictimai əmək 
bölgüsü, ticarətin intensivləşməsi və s.) obyektiv olaraq dənizin və 
dəniz sivilizasiyalarının mövqeyi güclənmişdir. “Böyük coğrafi 
kəşflər”dən sonra XVI əsrdən başlayaraq Avropa dövlətlərindən 
olan Britaniya, Portuqaliya, İspaniya, Hollandiyanın dənizdə 
hökmranlığı sayəsində  Qərb (Avropa) sivilizasiyası Okeaniyadan 
başlayaraq Latın Amerikasınadək planetin əksər yerlərinə 
yayılmışdır. Qeyd etməliyik ki, Türk sivilizasiyasının dənizlərdə də 
hökmranlıq dövrü olmuşdur. Hələ avropalıların bu statusa 
yiyələnməsindən əvvəl XV əsrdə Osmanlı dövləti Aralıq dənizində, 
Qara dənizdə, hətta Hind okeanında  əsas söz sahibi olmuşdur. 
Təsadüfi deyil ki, bu dövrdə bəzi tarixi mənbələrdə Aralıq dənizini 


Yüklə 81,39 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə