ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə36/455
tarix15.06.2022
ölçüsü4,4 Mb.
#89568
1   ...   32   33   34   35   36   37   38   39   ...   455
AzBookResaleTozih

4. Heyvan ölüsü 
Məsələ
94
: Atıcı qanı olan heyvanın ölüsü murdardır. Heyvan ölüsü 
dedikdə özü ölmüĢ heyvan nəzərdə tutulur. Amma Ģəriət qaydasınca yox, 
baĢqa bir qaydada kəsilmiĢ heyvan pakdır. Ondan çəkinmək müstəhəb 
ehtiyatdır. Beləcə, qeyri-Ġslami ölkələrdən gətirilən heyvan əti və dəri pak 
sayılır. Amma bu ətlərdən yemək haramdır. Ġnsan həmin heyvanların Ģəriət 
qaydasınca kəsildiyinə əmin olsa və ya həmin əti gətirən Ģəxs onun Ģər’i 
qaydada kəsildiyini bildirsə, ondan yemək olar. 
Məsələ
95
: Ölü heyvanın yun, tük və dırnaq kimi ruhsuz hissələri pakdır. 
Amma zədələndikdə ağrı verən sümük, diĢ (bir hissəsi), buynuz kimi ruhu 
olan hissələr iĢkallıdır. 
Məsələ
96
: Diri insan və heyvanın ruhu olan bədən hissəsi bədəndən 
ayrılarsa, murdardır. Bədəndən ayrılan azca ət də murdar sayılır. 
Məsələ
97
: Ġnsanın dodağından, baĢından, bədəninin baĢqa yerlərindən 
qopan dərilər pakdır. Amma güclə qoparılmıĢ dəridən vacib ehtiyata əsasən 
çəkinmək lazımdır. 
Məsələ
98
: ÖlmüĢ toyuğun yumurtalığından çıxan yumurta pakdır. Bir 
Ģərtlə ki, onun qabığı bərkimiĢ olsun. Amma həmin yumurtanı suya çəkmək 
lazımdır. 


ġəriət risaləsi 
26 
Məsələ
99
: Əgər quzu və çəpiĢ ot yemək həddinə çatanadək ölsə, onun 
qursağındakı pendir mayası pakdır. Amma həmin mayanı vacib ehtiyata 
əsasən suya çəkmək lazımdır. 
Məsələ
100
: Müsəlman bazarında satılan və ya müsəlmanın hədiyyə 
etdiyi ətlər pak və halaldır. Bu ətlərə münasibətdə araĢdırma aparmaq lazım 
deyil. Amma mə’lum olsa ki, həmin müsəlman bu əti kafirdən alıb və 
lazımınca diqqət göstərməyib, ondan yemək haramdır. Qeyri-Ġslami 
ölkələrdən gətirilən dərilər pakdır, amma onlarla namaz qılmaq olmaz. 
Məsələ 101
: Qeyri-Ġslami ölkələrdən gətirilən yağ, pendir, dərmanlar
sabunlar, kremlər, parçalar, ətirlər və bu kimi baĢqa Ģeylər pakdır. Yalnız 
əminlik varsa, onları pak saymamaq olar. 

Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   455




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə