ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə14/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   10   11   12   13   14   15   16   17   ...   141

ġəriət risaləsi 
33 
Məsələ 170: Murdar qab az su ilə üç dəfə yuyulmalıdır. Amma onu kürr 
və ya axar su ilə bir dəfə yumaq bəs edir. Bununla belə, üç dəfə yumaq daha 
yaxĢıdır. (Su boruları ilə axıdılan su axar su hökmündədir.) 
Məsələ 171: Əgər it bir qabı yalamıĢsa və ya ondan su, baĢqa bir maye 
içmiĢsə, öncə həmin qabı bir qədər su ilə qatıĢmıĢ torpaqla sürtmək, sonra 
ya  az  su  ilə  iki dəfə,  ya  da  kürr  və  ya  axar su ilə  bir  dəfə  yumaq  lazımdır. 
Əgər  itin  ağzının  suyu  bir  qaba  tökülərsə,  müstəhəb  ehtiyata  əsasən, 
yuxarıda  deyilən  qaydada  hərəkət  edilməlidir.  Amma  itin  bədəninin  baĢqa 
bir hissəsi və ya rütubəti qaba toxunarsa, həmin qabı torpaqla sürtmək vacib 
deyil. Həmin qabı az su ilə üç dəfə, kürr və ya axar su ilə bir dəfə yumaq bəs 
edir. 
Məsələ  172:  Ġtin  ağzının  toxunduğu  qabın  ağzı  darsa  və  onu  torpaqla 
sürtmək  imkanı  olmasa,  imkan  olan  Ģəraitdə  bir  çubuğa  parça  sarıyıb  yaĢ 
torpağı  həmin  parça  ilə  qabın  içinə  sürtmək  lazımdır.  Bu  iĢ  mümkün 
olmazsa, qaba bir qədər torpaq və bir qədər su töküb onu çalxamaq lazımdır. 
Sonra isə yuxarıda deyilən qayda ilə hərəkət olunur. 
Məsələ  173:  Bir  qabdan  donuz  hər  hansı  bir  maye  içərsə,  həmin  qab 
yeddi dəfə yuyulmalıdır. Bu qabı torpaqla sürtmək lazım deyil. Qabı donuz 
yaladıqda və ya onda səhra siçovulu öldükdə də vacib ehtiyata əsasən həmin 
qab yeddi dəfə yuyulmalıdır. 
Məsələ 174: ġərabla murdarlanmıĢ qabı az su ilə üç dəfə yumaq və əllə 
sürtmək  lazımdır.  Həmin  qabı  yeddi  dəfə  yumaq  müstəhəbdir.Kür  və  ya 
axar suilə bir dəfə yumaq kifayət edər və əl sürtçək də lazım deyildir. 
Məsələ 175: Murdar gildən düzəlmiĢ və ya murdar su tökülmüĢ kuzə kürr 
və  ya  axar  suya  daxil  edilərsə,  su  onun  içinə  daxil  olub  çıxarsa,  bu  kuzə 
pakdır.  Su  qabın  içinə  nüfuz  etmədiyi  halda  onun  zahiri  paklanır.  Qabın 
zahirini az su ilə də paklamaq olar. 
Məsələ  176:  Qabları  paklamaq  üçün  onları  az  su  ilə  üç  dəfə  doldurub 
boĢaltmaq kifayat  edər.  Ya da hər dəfə bir qədər su töküb onu elə hərəkət 
etdirmək  lazımdır  ki,  su  bütün  murdar  yerləri  əhatə  etsin.  Sonra  həmin  su 
bayıra tökülür.  
Məsələ 177: Küp və qazan kimi böyük qabları paklamaq üçün onları üç 
dəfə su ilə doldurub boĢaltmaq bəs edər. Daha asan yol budur ki, hər dəfə bu 
qabların divarları yuxarıdan aĢağıya suya çəkilsin və onların dibində yığıĢan 
su  bayıra  atılsın.  Onların  dibindən  suyu  götürmək  üçün  istifadə  edilən  qab 
hər dəfə yuyulmalıdır. 
Məsələ 178: Dəmir əridilən vaxt murdarlanarsa da, suya çəkildikdə zahiri 
paklanar. 
Məsələ 179: MurdarlanmıĢ təndiri paklamaq üçün onu yuxarıdan aĢağıya 
bir  dəfə  suya  çəkmək  bəs  edər.  Bir  Ģərtlə  ki,  onun  bütün  ətrafı  yuyulmuĢ 
olsun.  Amma  təndir  sidiklə  murdarlanarsa  onu  iki  dəfə  yumaq  lazımdır. 
YaxĢı  olar  ki,  onun  dibində  çala  qazılsın  və  paklama  zamanı  axıdılan  su 


ġəriət risaləsi 
34 
həmin çalaya toplansın. Su həmin çaladan çıxarıldıqdan sonra onu torpaqla 
doldurmaq lazımdır. 
Məsələ  180:  Murdar  Ģeydən  murdarın  əslini  təmizləmək  üçün  onu  kürr 
və ya axar su ilə yusalar, ya da murdarın əsli təmizləndikdən sonra onu kürr 
və  ya  axar  suya  salsalar,  paklanar.  Amma  xalça,  libas  və  bu  kimi  Ģeyləri 
paklamaq  üçün  onları  sıxmaq  ya  da  hərəkət  verməklə  suyunu  xaric  etmək 
lazımdır. 
Məsələ 181:Ġstər sidik və istərsədə sidikdən baĢqa bir Ģeylə murdarlanmıĢ 
Ģeyi paklamaq üçün onu bir dəfə yumaq kifayət edər.Ġstər kürr su ilə olsun 
və ya az su ilə.Lakin Sidikdə az su ilə iki dəfə yumaq daha yaxĢıdır.  
Məsələ 182: Libas, xalça və bu kimi Ģeyləri az su ilə yumaq üçün onları 
bir qədər sıxmaq lazımdır ki, suyu xaric olsun. 
Məsələ  183:  Bir  Ģey  yeməyə  baĢlamamıĢ  südəmər  körpənin  istər  oğlan 
olsun və yaxud qız sidiyi ilə murdarlanarsa həmin Ģeyin üzərinə bir dəfə su 
axıtmaq onu paklayar. Belə bir sidiklə murdarlanmıĢ libas, xalça və bu kimi 
Ģeyləri  sıxmaq  lazım  deyil.  Amma  müstəhəb  ehtiyat  budur  ki,  iki  dəfə  su 
axıdılsın. 
Məsələ 184: Ġplə toxunmuĢ həsir murdarlandıqda onu kürr və axar suya 
batırsalar,  ya  da  su  kəmərindən  axar  suya  tutsalar,  murdarın  əsli 
təmizləndikdən sonra paklanar. 
Məsələ  185:  Əgər  buğda,  düyü,  sabun  və  bu  kimi  Ģeylər  zahirən 
murdarlanarsa,  onları  kürr  və  ya  axar  suya  batırdıqda,  eləcə  də  su 
kəmərindən  axan  suya  tutduqda  paklanar.  Əgər  murdarlıq  onların  daxilinə 
nüfuz edərsə, onları suya batırdıqda və ya suya tutduqda o qədər gözləmək 
lazımdır  ki,  suyun  onların  daxilinə  nüfuz  edib  xaric  olduğuna  əminlik 
yaransın. 
Məsələ  186:  ġübhə  varsa  ki,  murdar  su  bir  Ģeyin  daxilinə  nüfuz  edib, 
yoxsa yox, həmin Ģeyin daxili pakdır.  
Məsələ 187: MurdarlanmıĢ Ģeyi bir qaba qoyub üzərinə üç dəfə su töküb 
boĢaltsalar,  həmin  Ģey  paklanar.  Bu  vaxt  qab  da  paklanır.  Əgər 
murdarlanmıĢ  Ģey  suyu  sıxılıb  çıxarılası  libas  kimi  Ģeydirsə,  onu  hər  dəfə 
sıxmaq  lazımdır.  Həmin  vaxt  qabı  maili  qoymaq  lazımdır  ki,  su  axıb 
tökülsün.  
Məsələ  188:  Əgər  murdarlanmıĢ  libas  rəngləndikdə  onu  kürr  və  axar 
suya  batırıb,  ya da su  kranına  tutsalar, rəng  suya  çıxanadək su  bütün  libası 
islatdıqda  onu  paklayır.  Libası  sıxarkən  ondan  qatqılı  su  xaric  olsa  eybi 
yoxdur. Amma az su bütün libası islatmazdan öncə bulaĢarsa, libası o qədər 
yumaq lazımdır ki, o saf su ilə islanmıĢ olsun. 
Məsələ 189: Xalça və ya libası suya çəkdikdən sonra onda azca sabun və 
ya baĢqa əĢya görünərsə, pakdır. Həmin əĢya böyük olduqda onun zahiri pak 
sayılır.  Əgər  murdar  su  həmin  əĢyanın  daxilinə  nüfuz  edərsə,  onun 
paklanması üçün pak su ona nüfuz edib xaric olmalıdır. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə