ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə141/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   133   134   135   136   137   138   139   140   141

ġəriət risaləsi 
354 
Sual 75: Valideynlərim qeydə almadığından doğulduğum günü bilmirəm. 
Mənim üçün dini vəzifələr nə vaxtdan vacib sayılır?  
Cavab:  Büluğ  həddinin  kiĢilər  üçün  üç  niĢanəsi  var:  15  yaĢın  tamam 
olması  (digər  əlamətlər  olmasa  15  yaĢın  tamamlanmasına  əmin  olmadan 
vəzifə  yoxdur);  yuxuda  və  oyaq  vaxtı  az  və  ya  çox  sperma  xaric  olması; 
ayıb yer ətrafında cod tüklərin çıxması. 
Sual  76:  Bir  Ģəxs  dünyasını  dəyiĢmiĢ  atası  üçün  Qur’an  oxutdurmaq 
məqsədi ilə  pul  və’d  edərsə  və  Qur’an baĢa çatdıqdan sonra pul  ödəməzsə, 
borclu qalırmı?  
Cavab: Və’dinə zamindir. 
77:  Çek  alıĢ-veriĢi:  Çek  müamiləyə  aid  olarsa,  borc  sənədi  sayılarsa, 
(dostcasına çek olmazsa) onun az və ya çox miqdarda alıĢ-veriĢi caizdir. 
78:  Poker,  Ģahmat  və  bilyard  oyunları:  əgər  bu  oyunlar  qumar  aləti 
halından  çıxarsa  və  xalq  arasında  idman,  əyləncə  vasitəsi  sayılarsa,  udub-
uduzmaq olmadan eybi yoxdur.  
79:  Musiqi:  eyĢ-iĢrət  məclislərinə  aid  olan  bütün  musiqilər  haramdır. 
Haram  musiqini  halal  musiqidən  fərqləndirmək  üçün  bu  iĢi  bilən  imanlı 
insanlara müraciət edilməlidir. 
80: Hipnoz: Tibbi və bu kimi məqsədələrlə hipnoz olar. Amma gizli iĢləri 
aĢkarlamaq,  keçmiĢdən  və  ya  gələcəkdən  xəbər  vermək  məqsədli  hipnoz 
caiz deyil. 
81:  Dodaq  və  qaĢların  döyəclənməsi,  bu  halda  qüsl  və  dəstəmaz:  bu  iĢ 
ifrat bəzək sayılmasa və fəsada səbəb olmasa caizdir. Hər halda döyəclənmə 
ilə dərinin üzəri örtülmədiyindən bu halda dəstəmaz və qüsl düzgündür. 
82: Bakirə qızların qaĢını və üzünü alması: bu iĢ qızlar üçün Ģər’ən haram 
deyil.  Amma  xalq  arasında  qəbul  edilmədiyindən  ondan  çəkinmək  daha 
yaxĢıdır. 
83:  Yatırım  Ģərti:  Əgər  bu  Ģəxs  bank  sahibinin  yox,  borc  götürənlərin 
iĢini asanlaĢdırarsa, eybi yoxdur. 
84:  Borc  götürmək:  Bankdan  borc  götürmək  olar.  Amma  bu  iĢdə  Ģər’i 
ölçülər  gözlənilməlidir.  Bu  ölçülər  gözlənildikdə  verilən  əlavə  haqq  sələm 
sayılmır.  Amma  istənilən  bir  məqsədlə  borc  götürərkən  müqaviləyə  əməl 
olunmalıdır. 
85:  Yubandırma  cəriməsi:  yubandırmağa  görə  cərimə  almağın  eybi  var. 
Amma  borclu  öz  borcunu  vaxtında  ödəməlidir.  Əks  təqdirdə  günahkar 
sayılır. 
86: Borc imtiyazının alqı-satqısı: əgər bu iĢ borc verən bankın qanunlrına 
zidd olmasa eybi yoxdur. 
87: BaĢqalarının sığorta dəftərçəsindən istifadə: bu iĢ sığorta təĢkilatının 
qaydalarına  zidd  olduğundan  və  sığortalanan  Ģəxslə  öncədən  Ģərt 
kəsildiyindən caiz deyil. Hətta sığorta idarəsi öz xidmətlərində səhlənkarlıq 
göstərsə də belədir. 


ġəriət risaləsi 
355 
88:  Borc  və  infilyasiya:  borc  ödənən  müddətədək  ciddi  infilyasiya  baĢ 
verərsə,  borclu  Ģəxs  infilyasiya  faizini  nəzərə  alıb  borcunu  ödəməlidir. 
Banklardan  ayrı-ayrı  illərdə  infilyasiya  faizinin  nə  qədər  olduğunu 
öyrənmək olar. 
89:  Həcc  və  ümrə  yatırımları:  Əgər  Ģəxslərlə  Həcc  təĢkilatları  arasında 
müqavilə olmazsa və Ģəxslər öz istəyi ilə bu məbləği ödəyərsə eybi yoxdur. 
Bu fayda Həcc xərclərindən sayılarsa, onun üzərinə xüms gəlməz. 
Sual  90:  Həftədə  üç  gün  tədris  məqsədi  ilə  baĢqa  Ģəhərə  gedən 
müəllimlərin namaz və orucunun hökmü nədir? 
Cavab:  Bu  səfər  üç  gün  və  ya  daha  artıq  çəkərsə,  onların  namaz  və 
orucları tamdır. 
Sual  91:  Həftədə  üç  gün  təhsil  üçün  bir  Ģəhərdən  o  birinə  gedən 
tələbələrin namaz və orucunun hökmü nədir? 
Cavab:  Onların  namaz  və  orucu  tamdır.  Amma  3  gündən  az  olarsa 
müsafir hökmündədirlər. 
Sual  92:  Bə’zi  dövlət  mə’murları  iĢləri  ilə  bağlı  həftədə  üç  gün  bir 
Ģəhərdən o birinə gedirlər. Onların namaz və oruclarının hökmü nədir? 
Cavab: Onların namaz və orucu tamdır. 
Sual  93:  Əgər  hərbi  xidmətdə  olan  əsgər  valideynlərini  görmək  üçün 
həftədə  üç  gün  bir  Ģəhərdən  o  birinə  gedirsə,  onun  namaz  və  orucunun 
hökmü nədir? 
Cavab: Onların namaz və orucu tamdır. Ardıcıl Ģəkildə iĢ və təhsil üçün 
həftə ərzində 3 gün baĢqa yerə gedənlərin namaz və orucu tamdır. 
Sual 94: Mübarək ramazan ayında günortadan sonra təbliğ üçün Qumdan 
40 km. aralanan tələbə və təbliğçilərin namaz və oruclarının hökmü nədir? 
Cavab: Namaz və orucları tamdır.  
Sual  95:  Büluğ  yaĢa,  9  yaĢa  çatmıĢ,  amma  fiziki  baxımdan 
möhkəmlənməmiĢ qızların oruc tutmasının hökmü nədir? 
Cavab:  Nəzərdə  tutulan  halda  bu  qızlara  oruc  tutmaq  vacib  deyil.  Əgər 
bu zəiflik gələn ramazan ayınadək davam edərsə, həmin orucların qəzası da 
vacib olmaz. Hər gün üçün bir mudd (750 qr) təam vermək bəs edər. 
Sual  96:  ĠĢ  məqsədi  ilə  Tehrandan  Savəyə  həftədə  4  gün  səfərə  çıxan 
mühəndis və fəhlələrin namaz və orucunun hökmü nədir? 
Cavab: Onlar tez-tez gedib-gəldiyindən “kəsirus-səfər” sayılırlar, namaz 
və orucları tamdır. 
Sual  97:  ĠĢlə  bağlı  hər  gün  Tehrandan  Kərəcə  səfərə  çıxan  qız  və 
xanımların namaz və orucunun hökmü nədir? 
Cavab: Namaz və orucları tamdır. 
Sual  98:  Həftədə  üç  gün  müxtəlif  məntəqələrə  səfərə  çıxan  imam-
cümələrin namaz və orucunun hökmü nədir? 
Cavab: Onlar da “kəsirus-səfər” sayılırlar, namaz və orucları tamdır. 


ġəriət risaləsi 
356 
Sual  99:  Həftədə  üç  gün  daxil  və  xaricə  uçuĢu  olan  təyyarəçi  və  hava 
limanı iĢçilərinin namaz və orucunun hökmü nədir? 
Cavab: Namaz və orucları tamdır. 
Sual  100:  Universitetlərdə  yaĢayıb,  qidalanan  yerli  və  xarici  tələbələrin 
fitrə  zəkatının  hökmü  nədir?  Bu  fitrə  onların  öz  öhdəsinədir,  yoxsa 
universitetin? 
Cavab: Tələbələr qidanı adətən dükandan aldıqları üçün fitrə zəkatını ya 
özləri, ya da xərclərini ödəyən Ģəxs verməlidir. 
Sual 101: Fabrik və müəssisələrdə iĢləyən iĢçilərin fitrə zəkatının hökmü 
nədir? Öz öhdələrinədir, yoxsa müəssisənin öhdəsinə? 
Cavab: Həmin  yerlərdə qidalanma maaĢın bir hissəsi sayıldığından fitrə 
zəkatı onların öz öhdəsinədir. 
Sual 102: Poçt kimi dövlət müəssisələrində iĢləyənlərin fitrə zəkatı kimin 
öhdəsinədir? 
Cavab: Fitrə zəkatı onların öz öhdəsinədir. 
Sual  103:  Ramazan  ayında  müxtəlif  Ģəhər  və  kəndlərdə  mənzillərdə 
yaĢayan  ruhanilərin  fitrə  zəkatı  kimin  öhdəsinədir?  Onlar  adətən  hər  gecə 
iftar üçün bir mənzilə də’vət edilir. 
Cavab:  Onların  fitrə  zəkatını  ödəmək  kimsəyə  vacib  deyil.  Ayın 
sonundan  bir  neçə  gün  bir  yerdə  qalsalar istisnadır. Səhərlər ardıcıl  Ģəkildə 
bir mənzildə olsalar, fitrə zəkatını ev sahibi verməlidir.  
Sual  104:  Kimsəsiz  xəstələrin  müalicəsi  üçün  fitrə  zəkatından  istifadə 
etmək olarmı?  
Cavab: Eybi yoxdur. 
Sual  105:  Müxtəlif  büdrəmələr  səbəbindən  zindana  düĢən  yoxsulların 
azadlığa çıxması üçün fitrə zəkatından istifadə etmək olarmı? 
Cavab: Eybi yoxdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


ġəriət risaləsi 
357 
 
E’TĠKAF 
1.  E’tikaf  müstəhəb  əməllərdəndir.  Amma  bu  əməl  nəzir  və  bu  kimi 
yollarla vacib olur. E’tikafda ibadət məqsədi Ģərtdir. 
2. E’tikaf 3 gündən çox da çəkə bilər. Amma iki gün artırsalar, 3-cü günü 
də əlavə etsinlər. (Vacib ehtiyata əsasən) 
3.  E’tikaf  ibadəti  came  məscidində  yerinə  yetirilməlidir.  Came  məscidi 
dedikdə Ģəhərin müxtəlif zümrələrinin iĢtirak etdiyi məscid nəzərdə tutulur. 
Məhəl və bazar məscidi isə belə deyil. 
4.  Bilərəkdən  məsciddən  çıxdıqda  e’tikaf  ibadəti  pozulur.  E’tikaf  edən 
Ģəxs unutqanlıqdan məsciddən çıxarsa, ehtiyata əsasən e’tikafı pozulmuĢdur. 
5.  Qadınlar  da  e’tikaf  saxlaya  bilər.  Amma  vacib  ehtiyat  budur  ki, 
ərlərindən icazə alsınlar. 
6.  BaĢqası  üçün  e’tikaf  saxladıqda  ehtiyat  budur  ki,  hədiyyə  məqsədi 
olsun.  Bu  məqsədlə  həm  diri,  həm  də ölü  üçün  e’tikaf etmək  olar.  Demək, 
bir neçə nəfər üçün də bu iĢi görmək mümkündür. 
7.  E’tikafda  xüsusi  oruc  tutmaq  zəruri  deyil.  Mübarək  ramazan  ayının 
orucunu və ya qəza orucu tutmaq olar. Amma muzdla oruc tutmaq iradlıdır.  
8. Müstəhəb e’tikafı ilk iki gündə pozmaq olar. Amma 3-cü gün pozmaq 
caiz deyil.  
9. E’tikaf ibadəti bir məsciddə yerinə yetirilsə, daha yaxĢıdır. Amma bir-
birinə bitiĢik iki məsciddə də e’tikaf saxlamaq olar.  
10.  Bir  yerin  məsciddən  olub-olmadığı  Ģübhəlidirsə  və  zahirən  bu 
məhəlin məscid olması bilinmirsə, e’tikaf düzgün deyil. 
11. Qadınlar da yalnız məsciddə e’tikaf saxlaya bilər.  
12. YaxĢını pisdən seçən uĢaqlar da e’tikaf edə bilər. 
13. AĢağıdakı hallarda e’tikaf saxlayan Ģəxs məsciddən xaric ola bilər: 
a)  ġər’i  və  ürfi  zəruri  bir  iĢə  görə.  Məsələn,  ayaqyoluna  getmək  və  ya 
zəruri qüsl etmək üçün. 
b)  Məhkəmədə  Ģahidlik,  cümə  namazı,  dəfn,  xəstəni  yoxlamaq  üçün 
məsciddən çıxmaq olar. Amma hər müstəhəb iĢ üçün caiz deyil. 
14.  E’tikaf  zamanı  qəsbi  xalça  üzərində  əyləĢmək  e’tikafı  batil  etmir. 
Ehtiyata əsasən, qəsbi xalça qəsbi yerdən fərqlənir.  
15.  E’tikafda  niyyətin  baĢlanğıcında  Ģərt  qoymaq  olar  ki,  ürfi  və  Ģər’i 
üzür  yaranarsa,  e’tikaf  dayandırılacaq.  Bu  halda  üzür  yaranarsa,  hətta  3-cü 
gün e’tikafı pozmaq olar. 
16. Tam 3-gündən az e’tikaf düzgün deyil. Gün dedikdə fəcr tülusundan 
günəĢin qürubunadək olan vaxt nəzərdə tutulur. 
17. Məscidin Ģəbistanında, sərdabədə, məscidin həyətində e’tikaf caizdir. 
Bir  Ģərtlə  ki,  məscid  həyətinin  məscidə  aid  olmadığı  sübuta  yetməsin  və 
zahirən mə’lum olmasın. 


ġəriət risaləsi 
358 
18. E’tikafda beĢ Ģey haramdır: 
a) Zövcədən ləzzət almaq. Ġstər yaxınlıq, ehtiyata əsasən, istər toxunmaq 
vasitəsi ilə. 
b) Ġstimna. Ehtiyata əsasən, zövcə vasitəsi ilə halal istimna olsa belə. 
c) Ləzzət məqsədi olmasa belə ətir və xoĢ qoxuları iyləmək. 
ç)  AlıĢ-veriĢ,  hətta  mütləq  ticarət.  Ehtiyata  əsasən  zərurət  olmadıqda. 
Amma tikiĢ kimi halal dünyəvi iĢlərlə məĢğul olmaq mümkündür.  
d) Qələbə, üstünlüyü göstərmək məqsədi ilə dini və dünyəvi mövzularda 
höcətləĢmək. Bu iĢin gündüz və ya gecə baĢ verməsinin fərqi yoxdur.  
19.  E’tikaf  edən  Ģəxs  dünyəvi  iĢlər  görüb  mütaliə  edə  bilər.  Amma  bu 
qəbil iĢlərdən uzaqlıq və ibadətə diqqət daha yaxĢıdır.  
20. Əgər e’tikaf edən Ģəxs qeyd olunan yollardan biri ilə e’tikafını batil 
etsə,  e’tikaf  vacib  olmuĢsa,  qəzasını  yerinə  yetirməlidir.  Əgər  qeyri-
müəyyən vacibsə və 3-cü gün pozulmuĢsa, yenə qəzası yerinə yetirilməlidir. 
1-ci və 2-ci gündə baĢ verdikdə qəzası vacib deyil. E’tikafın qəzasını dərhal 
yerinə yetirmək vacib deyil. 


Mündəricat 
359 
CƏNAB AYƏTULLAH-ÜZMA MƏKARĠM ġĠRAZĠNĠN 
HƏYATINA ÖTƏRĠ BĠR BAXIġ 
Bərəkətli baĢlanğıc 
Cənab  Ayətullah-üzma  Məkarim  ġirazi  hicri-qəməri  1345-ci  ildə  ġiraz 
Ģəhərində  dindar  bir  ailədə  dünyaya  göz  açmıĢdır.  Bu  ailə  öz  əxlaqi 
üstünlükləri  ilə  tanınmıĢdır.  Cənab  ustad  ibtidai  təhsilini  ġirazda  baĢa 
çatdırmıĢdır.  Onun  güclü  yaddaĢı  və  misilsiz  istedadı  Ģagirdlər  arasında 
seçilməsinə səbəb olmuĢdur. 
Elmə maraq 
Cənab  ustadın  ailə  üzvləri  arasında  ruhani  olmasa  da,  Ġslam  maarifinə 
eĢqi onu bu iftixarlı sahəyə sövq etmiĢdir. Ustad təqribən 14 yaĢında ġirazın 
Ağababaxan mədrəsəsində dini təhsilə baĢlamıĢdır. Qısa bir müddətdə sərf, 
nəhv,  məntiq,  məani,  bəyan  və  bədii  sahəsində  zəruri  biliklərə 
yiyələnmiĢdir.  Daha  sonra  fiqh  və  üsulla  məĢğul  olmuĢ,  fövqəladə  istedadı 
sayəsində  4  il  müddətində  müqəddimə,  orta  və  ali  səth  dərslərini  baĢa 
çatdırmıĢdır.  Həmin  illərdə  ġiraz  elmi  hövzəsinin  tələbələri  də  onun 
biliyindən faydalanmıĢlar. Ustad özü təhsil almaqla yanaĢı bə’zən bir gündə 
8 sinifdə tədrislə məĢğul olmuĢdur. 
Cənab ustad 18 yaĢında ikən Qum elmi hövzəsinə daxil olmuĢdur. Həmin 
vaxt 
dövrün 
böyük 
ustadları  Ayətullah-üzma  Bürucerdi,  baĢqa 
ayətullahların dərsindən 5 ilə yaxın bəhrələnmiĢdir. 
Gənclik dövründə hicrət 
Cənab  ustad  böyük  müəllimlərin  düĢüncələri  ilə  tanıĢlıq  üçün  hicri-
qəməri 1369-cu ildə Nəcəf elmi hövzəsinə hicrət etmiĢdir. Orada Ayətullah 
Həkim,  Xoyi,  Seyid  Əbdül  Hadi  ġirazi  və  baĢqa  böyük  ustadların 
dərslərində iĢtirak etmiĢdir. 
Hövzənin qədim ən’ənəsi 
Cənab  ustad  24  yaĢında  ikən  Nəcəfin  iki  böyük  aliminin  hüzurunda 
ictihad dərəcəsinə çatmıĢdır. 
Quma qayıdıĢ 
Böyük  ustad  hicri-Ģəmsi  1330-cu  ilin  Ģəban  ayında  Ġrana  qayıtmıĢ, 
müqəddəs Qum Ģəhərində məskunlaĢmıĢdır. 


Mündəricat 
360 
Yeni hövzə, yeni dərs 
Cənab  Ayətullah-üzma  Məkarim  ġirazi  Ġrana  qayıtdıqdan  sonra  üsul  və 
fiqh dərsləri, ali səth dərsləri ilə məĢğul olmuĢdur. Hövzə 55 ilə yaxındır ki, 
ustadın  xaric  dərslərindən  bəhrələnir.  O  bir  çox  mühüm  fiqh  kitablarını 
tədris etmiĢ, onlarda düzəliĢlər aparmıĢdır. Hazırda cənab ustadın xaric dərsi 
ən  çox  dinləyicisi  olan  dərslərdəndir.  Bu  dərslərdə  2  minə  yaxın  tələbə və 
alim  iĢtirak  edir.  Cənab  ustad  gənclik  dövründən  baĢlayaraq  müxtəlif 
sahələrlə bağlı, o cümlədən əqidə, Ġslam maarifi, vilayət, təfsir, fiqh və üsul 
mövzusunda  kitablar  yazmıĢdır.  Cənab  Ayətullah-üzma  Məkarim  ġirazi 
Ġslam dünyasının böyük qələm sahiblərindən sayılır. 
Siyasi həyat 
Cənab  ustad  Ġslam  inqilabında  fəal  iĢtirak  etmiĢdir.  Bu  fəaliyyətlərinə 
görə dəfələrlə həbsə alınmıĢ, Çabhar, Mehabad, Hənarək Ģəhərlərinə sürgün 
edilmiĢdir. Ustad ilk xibrə məclisinin əsas qanununun hazırlanmasında fəal 
iĢtirak etmiĢdir. 
Cənab ustadın dəyərli xidmətləri 
Zalım  rejim  hiss  edirdi  ki,  Qum  elmi  hövzəsi  ümumi  bir  nəĢriyyəyə 
ehtiyaclıdır  və  bu  nəĢriyyə  çoxsaylı  fitnəkar  nəĢriyyələrin  Ģübhələrini 
cavablandıra bilər.  
Cənab ustad bir sıra alimlərlə həmkarlıq edib “Ġslam məktəbi” adlı aylıq 
nəĢriyyəni  çap  etməyə  baĢladı.  Bu  nəĢriyyənin  yayılmasına  Qum  elmi 
hövzəsinin böyük ustadları yardım göstərirdi. “Ġslam məktəbi” nəĢriyyəsi Ģiə 
dünyasında görünməmiĢ bir xidmət idi. Yayım baxımından bu nəĢriyyə elmi 
və dini jurnallar arasında bütün Ġslam dünyasında birinci yerdə dayanırdı. 
Cənab ustadın əsərləri 
Cənab  Ayətullah-üzma  Məkarim  ġirazinin  132  cild  kitabı  nəĢr 
olunmuĢdur. Bu kitablardan bə’ziləri 30 dəfədən artıq təkrar çap edilmiĢdir. 
Kitablardan bir hissəsi dünyanın on dilinə tərcümə edilib, müxtəlif ölkələrdə 
yayılmıĢdır. Həmin əsərlərlə tanıĢ olaq: 
1. “Qur’ani-məcidin aydın və rəvan tərcüməsi”; 
2-28. “Təfsiri-nümunə”; 
29-38. “Qur’an bəyanının mövzu təfsiri”; 
39, 40. “Təfsirul-mizan”ın tərcüməsi; 
41-43. “Qur’anda əxlaq”; 
44. “Filosofnümanlar”; 
45. “Ġslamda müdiriyyət və komandanlıq”; 
46. “Dünyanın ən üstün xanımı Zəhra (s. ə.)”; 
47. “Əxlaq iĢığında həyat”; 
48. “Haqq cilvəsi”; 


Mündəricat 
361 
49. “Ruhlarla rabitə”; 
50. “Dini suallar və cavablar”; 
51. “Ġslam iqtisadiyyatının əsas yönümləri”; 
52. “Dindarlıq amilləri”; 
53. “Allahı necə tanıyaq?”; 
54. “Varlığı yaradan”; 
55. “Böyük rəhbərlər və məs’uliyyətlər”; 
56. “Qur’an və son Peyğəmbər (s)”; 
57. “Məad və ölümdən sonrakı həyat”; 
58. “Müsəlmanın əqidəsi”; 
59. “Böyük Mehdi (ə. c.) inqilabı”; 
60. “UnudulmuĢ dəyərlər”; 
61. “Marksizmin süqutu”; 
62. “Təkamülün son fürsətləri”; 
63. “Bizim ainlərimiz”; 
64. “Gənclər üçün 50 əqidə dərsi”; 
65. “Təhlükəli əyləncələr”; 
66. “Namaz ali tərbiyə məktəbidir”; 
67. “Me’rac, Ģəqqül-qəmər...”; 
68. “Varlığın müəmması”; 
69. “ġəhadət fəlsəfəsi”; 
70. “ġərqin gerilik səbəbləri”; 
71. “Ġslamın çöhrəsinə xülasə baxıĢ”; 
72. “Allah axtarıĢında”; 
73. “Gənclərin cinsi problemləri”; 
74. “Ġslamdan nəyi bilməyik?”; 
75. “Materializm və kommunizm haqqında”; 
76. “Qur’an və hədis”; 
77. “Təqlid, yoxsa təhqiq”; 
78. “Xüms istiqlalın sütunudur”; 
79. “Ġntizar məsələsi”; 
80. “Rə’y əsasında təfsir”; 
81. “Ciddi mübarizə üçün təqiyyə”; 
82. “Bu məsələ bütün gənclərə aiddir”; 
83. “Ġslam və qulların azadlığı”; 
84. “Həyatdan 150 dərs”; 
85. “Nümunəvi ailədə qayğı”; 
86. “Ġslam hökuməti proqramı”; 
87. “Müqəddimə vəhy risaləsi”; 
88. “Ġltiqat və iltiqatiha”; 
89. “Ġmam Rizanın (ə) tarixi”; 
90, 91. “Nəhcül-bəlağədə Ġslam əxlaqı”; 


Mündəricat 
362 
92. “ġəriət məsələləri risaləsi”; 
93. “Gənclərin hökmləri risaləsi”; 
94. “Qadınların hökmləri risaləsi”; 
95. “Həcc mərasimi”; 
96, 97. “Yeni istiftaat”; 
98-100. “Hidayət nuru”; 
101. “Ürvətul vüsqaya Ģərh”; 
102, 103. “Fiqh qaydaları”; 
104-108 “Ənvarul-füqahə”; 
109-111. “Ənvarul-üsul”; 
112-114. “Ġmamın tapĢırığı” (Nəhcül-bəlağənin Ģərhi); 
115. “Sələm və Ġslamda bank”; 
116. “Sələmdən uzaqlıq yolları”; 
117. “Qur’anın gözəl məsəlləri”; 
118. “Əbədi öyüdlər”; 
119. “Əxlaq sayəsində sağlam cəmiyyət”; 
120. “Mühüm fiqh məsələləri”; 
121. “Hökmul-əzhiyə”; 
122. “Fərdi ümrə”; 
123. “Xanımların Həcci”; 
124. “Həccin ümumi ayinləri”; 
125. “Həzrət Mehdinin (ə. c.) ümumdünya hökuməti”; 
126. “Gənclərin sorağınca”; 
127. “Həzrət Əlinin (ə) buyuruqlarından 110 öyüd”; 
128. “Ayın görünməsi ilə bağlı bir neçə mühüm nöqtə”; 
129. “ġər’i hiylələr və düzgün çıxıĢ yolu”; 
130. “Vilayət ayələri”; 
131. “Yeni Məfateh”; 
132. “Cəzalandırma”. 
 
Əlhəmdulillahi-Rəbbil-aləmin 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə