ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə8/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   4   5   6   7   8   9   10   11   ...   141

ġəriət risaləsi 
17 
Məsələ 18: Əgər insan bir müddət təqlid etmiĢsə və öz təqlidinin düzgün 
olub-olmadığını  bilmirsə,  ötən  əməllərinə  irad  yoxdur.  Amma  hazırkı  və 
gələcək əməllərində düzgün təqlid etməlidir. 
Məsələ  19:  Əgər  iki  müctəhidin  səviyyəsi  eyni  olarsa,  müəyyən 
Məsələlərdə  birinə,  müəyyən  Məsələlərdə  o  birinə  təqlid  etmək  olar.Lakin 
əgər  bir  məsələdə  birinin  fitvasına  əməl  etmiĢ  olarsa  həmin  məsələdə 
digərinin fitvasına əməl edə bilməz. 
Məsələ  20:  Müctəhid  olmayan  Ģəxsə  fətva  vermək,  Ģəriət  məsələləri  ilə 
bağlı  fikir  bildirmək  haramdır.  Ġnsan  yetərincə  mə’lumatı  olmadığı  halda 
Ģəriət məsələləri ilə bağlı münasibət bildirərsə, onun sözləri əsasında hərəkət 
edən bütün insanların əmələrinə görə məs’uliyyət daĢıyır. 


ġəriət risaləsi 
18 
 
TƏHARƏT (DĠNĠ BAXIMDAN PAKLIQ) 
Su növləri 
Məsələ 21: Su ya saf (mütləq), ya da qatqılı (müzaf) olur. Qatqılı su odur 
ki, ona təkcə su deyilməsin. Meyvə Ģirəsi, sodalı su və gülab bu qəbildəndir. 
Amma  bir  su  haqqında  heç  bir  qeyd-Ģərtsiz  “su”  deyilərsə,  belə  bir  su  saf 
sudur.  
Məsələ  22:  Saf  suyun  müxtəlif  növləri  var  və  hər  növ  xüsusi  hökmlərə 
malikdir.  Saf  su  beĢ  qisimdir:  “Kürr”  su,  “qəlil”  su,  axar  su  və  borularla 
ötürülən  su,  yağıĢ  suyu,  quyu  suyu.  Bu  beĢ  növ  su  pak  və  pakedicidir. 
Qatqılı su isə murdarı paklamır, murdara toxunduqda özü də murdarlanır.  
1. Kürr su 
Məsələ  23:  Kürr  su  dedikdə  vacib  ehtiyata  əsasən  uzunluğu,  eni  və 
dərinliyi üç qarıĢ  yarım olan qabı dolduran su nəzərdə tutulur. Kürr suyun 
çəkisi  də  müəyyəndir.  Bu  su  üç  yüz  səksən  dörd  kq.  və  ya  üç  yüz  səksən 
dörd l. olmalıdır. QarıĢla ölçü apardıqda orta bir qarıĢ nəzərdə tutulur. 
Məsələ  24:  Əgər  sidik  və  qan  kimi  murdarın  əsli  kürr  suya  tökülərsə, 
həmin suyun rəngini, qoxusunu və ya dadını dəyiĢmədiyi halda, həmin suyu 
murdarlamaz. 
Məsələ  25:  MurdarlanmıĢ  (murdarın  əsli  olmayan)  libas  və  qab  kimi 
əĢyaları kürr suda yusalar paklanar. 
Məsələ  26:  Kürr  suyun  rəngi,  qoxusu  və  dadı  murdar  olmayan  bir  Ģey 
vasitəsi  ilə  dəyiĢərsə  həmin  su  murdarlanmaz.  Amma  istənilən  bir  bulaĢıq 
sudan çəkinmək daha yaxĢıdır. 
Məsələ  27:  Murdarın  əsli  (məsələn,  qan)  kürr  miqdarından  artıq  suya 
qatılıb  onun  bir  hissəsinin  halını  dəyiĢərsə,  onun  kürr  həddində  və  ya 
kürrdən artıq qalan hissəsi pakdır və yalnız dəyiĢmiĢ hissə murdardır. Qalan 
hissə kürrdən az olduqda bütün su murdarlanır. 
Məsələ  28:  Murdar  bir  Ģeyi  kürr  suya  birləĢən  kranın  altına  tutsalar, 
ondan  axan  su  pakdır.  Lakin  o  suda  murdarın  qoxusu,  rəngi  və  ya  dadı 
qalarsa, murdar sayılar. 
Məsələ 29: Kürr və  ya  ondan artıq həddə olmuĢ suyun kürdən az olub-
olmamasında Ģəkk olunsa, kürr su hökmündədir. Kürdən az olan suyun kürr 
həddinə çatıb-çatmamasında Ģəkk olunsa, kürdən az su hökmündədir. 
Məsələ 30: Suyun kürr miqdarında olduğunu iki yolla müəyyənləĢdirmək 
mümkündür: Suyun həmin miqdarda olmasına ya insan özü əmin olmalıdır, 
ya da onu azı bir ədalətli  Ģəxs söyləməlidir. 


ġəriət risaləsi 
19 
2. Az (qəlil) su 
Məsələ 31: Kürr miqdarından az olan və yerdən qaynayıb çıxmamıĢ su az 
(qəlil) su sayılır. 
Məsələ 32: Əgər murdar bir Ģey az suya toxunarsa (vacib ehtiyata əsasən) 
onu  murdarlayar.  Amma  az  su  yuxarıdan  axıb  murdar  Ģeyə  toxunduqda 
onun  yalnız  murdara  toxunmuĢ  miqdarı  murdarlanır.  Əgər  su  fəvvarə 
Ģəklində aĢağıdan yuxarıya qalxarsa və yuxarıdan murdara toxunarsa, onun 
aĢağıda qalan hissəsi murdarlanmıĢdır. 
Məsələ 33: Əgər  az və  pak su ilə murdar Ģey  (qarĢıda deyiləcək Ģərtlər 
daxilində)  yuyulursa,  pak  olar.  Amma  yuyulan  zaman  ayrılan  və  “ğusalə” 
adlanan  su  murdardır.  Amma  sidik  və  nəcisin  çıxacağından  ayrılan  su  beĢ 
Ģərt daxilində pakdır: 
1. Murdarın üç xüsusiyyətinə malik olmasın;  
2. Kənardan murdarlıq toxunmasın;  
3. Qan və sidik kimi murdarlıqlarla yanaĢı olmasın;  
4. Vacib ehtiyata əsasən, həmin suda nəcis qırıntıları görünməsin;  
5. Nəcis çıxacağının ətrafı adi həddən artıq bulanmasın. Amma bu suyun 
pak olması dedikdə nəzərdə tutulur ki, həmin su bədəni və ya libası isladarsa 
onu  suya  çəkmək  lazım  deyil.  Amma  ondan  pak  su  kimi  baĢqa  iĢlərdə 
istifadə etmək olmaz. 
3. Axar (cari) su 
Məsələ  34:  Torpaqdan  qaynayan  və  axan  sular  bulaq  və  kəhriz  suyu, 
eləcə də, dağlarda toplanmıĢ qardan süzülüb gələn davamlı sular kimidir. 
Məsələ 35: Axar su kürr miqdarından az olsa belə murdara toxunduqda 
murdarlanmır.  Yalnız  murdarın  qoxusunu,  rəngini  və  ya  dadını  özünə 
götürərsə murdar sayılar. 
Məsələ  36:  Əgər  axar  suya  murdarlıq  toxunsa  və  onun  bir  hissəsinin 
qoxusunu, rəngini və ya dadını dəyiĢərsə murdarın qoxusunu, rəngini və ya 
dadını  götürən  hissə  murdar  sayılır.  Axar  suyun  çeĢməyə  doğru  hissəsi 
kürrdən  az  olsa  belə  pak  sayılır.  Amma  murdardan  axıb  keçən  hissəsi 
kürrdən  az  olduqda  murdar  sayılır;  həmin  hissə  öz  halını  dəyiĢməyibsə  və 
çeĢmə ilə rabitəsi varsa murdar sayılmır. 
Məsələ 37: Bə’zi durğun sulardan bir miqdar götürdükdə götürülən hissə 
yenidən  dolur.  Belə  durğun  sular  axar  su  hökmündədir.  Onlara  murdar  bir 
Ģey  toxunduqda  murdarlanmırlar.  Onlar  kürr  həddindən  az  olsalar  da 
murdarlanmazlar. Çaydan kənarda  yaranmıĢ çay  ilə əlaqəli durğun sular  da 
belədir. 
Məsələ 38: Bə’zi bulaqlar və kəhrizlər bə’zən qaynayır, bə’zən dayanır. 
Bu sular qaynadığı vaxt axar su hökmündədir. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə