ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə9/141
tarix26.10.2018
ölçüsü4,4 Mb.
#75702
1   ...   5   6   7   8   9   10   11   12   ...   141

ġəriət risaləsi 
20 
Məsələ  39:  ġəhərin,  hamamların  və  bu  kimi  yerlərin  mənbədən 
qidalanan,  boru  ilə  axan  suları  axar  su  hökmündədir.  Bir  Ģətlə  ki,  onların 
qidalandığı mənbənin suyu ya təklikdə, ya da borulardakı su ilə birlikdə kürr 
həddindən az olmasın. 
Məsələ 40: Əgər boru ilə çəkilmiĢ suyun altına bir qab qoyularsa qabdakı 
su krant suyu ilə əlaqədə olduğu vaxt axar su hökmündədir. 
4. YağıĢ suyu 
Məsələ 41: YağıĢ suyu axar su hökmündədir. Bu su istənilən bir murdar 
Ģeyi paklayır. Əgər bədəndə, xalçada, bu kimi baĢqa Ģeylərdə murdarın əsli 
olmazsa və onlardan (ğusalə) su ayrılarsa, yağıĢ suyu bütün bunları paklayır. 
Məsələ_45'>Məsələ 42: Bir neçə damla yağıĢ  yağması kifayat etmir. Yağıntı elə bir 
miqdarda olmalıdır ki, ona yağıĢ desinlər. 
Məsələ  43:  Əgər  yağıĢ  suyu  murdarın  əslinə  toxunub  baĢqa  bir  yeri 
nəmləndirərsə, vacib ehtiyata əsasən, həmin nəm yerdən çəkinmək lazımdır. 
Məsələ  44:  Əgər  torpağın  üzərində  və  ya  evin  damında  murdar  bir  Ģey 
varsa  və  onun  üzərinə  yağıĢ  yağmıĢsa  vacib  ehtiyata  əsasən,  çəkinmək 
lazımdır.  Amma  yağıĢın  murdar  Ģeyin  üzərinə  yağmayan  hissəsi  pakdır. 
Murdarın üzərinə yağmıĢ suya qatılıb novça ilə axan su pak sayılır.  
Məsələ 45: Əgər yağıĢ suyu axıb yağıĢın yağmadığı bir yerə çatarsa oranı 
paklayar, bir Ģərtlə ki, yağıĢ kəsilməsin. 
Məsələ  46:  YağıĢ  suyu  yağıĢla  əlaqəli  Ģəkildə  bir  yerə  toplanarsa  yağıĢ 
suyu hökmündədir. Bu su kürr miqdarından az olsa da bütün murdar Ģeyləri 
paklayır. 
Məsələ  47:  Əgər  pak  bir  xalça  murdarlanmıĢ  yerə  sərilmiĢsə,  onun 
üzərinə yağan yağıĢ altına keçdikdə xalça murdarlanmır, hətta yer pak qalır. 
Məsələ  48:  Əgər  yağıĢ  suyu  murdar  hovuza  yağarsa,  ya  ona  qatıĢarsa, 
hovuzdakı su paklanar. 
5. Quyu suyu 
Məsələ  49:  Quyu  suyu  həm  pakdır,  həm  də  pakedicidir.  Bu  su  kürr 
miqdarından az da olsa həmin xüsusiyyətlərə malikdir. MurdarlanmıĢ Ģeydə 
murdarın  əsli  olmazsa,  həmin  Ģey  quyu  suyu  ilə  yuyulduqda  paklanır.  Bir 
Ģərtlə ki, murdarın əsli toxunub, qoxusunu, rəngini və ya dadını həmin Ģeyə 
keçirməsin. 
Məsələ  50:  Quyuya  murdar  bir  Ģeyin  düĢməsi  ilə  onun  suyu 
murdarlanmasa  da,  hər  murdar  əĢya  müqabilində  quyudan  bir  miqdar  su 
çəkib bayıra atmaq müstəhəbdir. Bu miqdar fiqh kitablarında ətraflı Ģəkildə 
bəyan olunmuĢdur. 
Məsələ 51: Suyu su nasosu ilə bayıra vurulan dərin,  yarım dərin və adi 
bir  quyulardan  çəkilən  su  kürr  miqdarında  olarsa,  həmin  su  pakedicidir. 


ġəriət risaləsi 
21 
Əgər kürr miqdarından az olarsa, onun daim cərəyanda olan suyu quyu suyu 
hökmündədir və murdara toxunmaqla murdarlanmır. 
Məsələ 52: Əgər quyunun suyu ona murdarın əslinin düĢməsi ilə həmin 
murdarın qoxusunu, rəngini və ya dadını alarsa, sonradan bu dəyiĢiklik öz-
özünə  aradan  qalxarsa,  quyunun  suyu  pak  sayılmaz.  Onun  suyunun 
paklanması üçün bu suya yerdən qaynayan yeni sular qatıĢmalıdır. 
Suların hökmləri 
Məsələ  53:  Öncə  qeyd  etdiyimiz  kimi,  gülab,  meyvə  Ģirəsi  kimi  qatqılı 
sular  murdar  Ģeyi  paklamır,  həmin  sularla  dəstəmaz  almaq,  qüsl  vermək 
düzgün deyil. 
Məsələ 54: Əgər qatqılı su murdar Ģeyə toxunarsa murdarlanar. Yalnız üç 
halda həmin su murdarlanmaz. 
1.  Həmin  su  yuxarıdan  aĢağıya  axmıĢ  olsun;  məsələn:  gülabı  bir  qabla 
yuxarıdan  aĢağıya  murdar  Ģeyin  üzərinə  töksək  qabda  qalmıĢ  gülab 
murdarlanmaz. 
2. Fəvvarə Ģəklində təzyiqlə aĢağıdan yuxarıya qalxmıĢ olsun; belə halda 
suyun yalnız murdara toxunan hissəsi murdarlanır. 
3.  Su  o  qədər  çox  olsun  ki,  “murdar  ona  sirayat  etməyib”  desinlər. 
Məsələn, murdar Ģey qatqılı suyu olan böyük bir hovuza və ya çox uzun neft 
borusunun  bir  tərəfindəki  neftə  toxunarsa  onların  qalan  hissəsi 
murdarlanmaz. 
Məsələ 55: Əgər qatqılı və murdar su kürr və  ya  axar suya qatıĢdıqdan 
sonra, qatqılı sayılmazsa, paklanar.  
Məsələ 56: Əgər saf suya sonradan nə isə qatılmasına Ģübhə edəriksə bu 
su saf su hökmündədir. Məsələn, su sayılıb-sayılmadığı mə’lum olmayan sel 
suları kimi. Bu elə bir sudur ki, onunla murdar Ģeyi yumaq, dəstəmaz almaq, 
qüsl  vermək  olar.  Amma  qatqılı  suyun  sonradan  saflaĢmasına  Ģübhə 
edəriksə, bu su qatqılı su hökmündədir. 
Məsələ 57: Əgər bir suyun öncəki halı, saf və ya qatqılı olması mə’lum 
deyilsə,  bu  su  bir  Ģeyi  paklamaz,  onunla  dəstəmaz  almaq,  qüsl  vermək 
olmaz.  Amma  bu  su  kürr  miqdarında  olduqda  ona  murdar  bir  Ģey  toxunsa 
murdarlanmaz. 
Məsələ  58:  Əgər  su  murdar  bir  Ģeyə  yaxın  olduğundan  murdarın 
qoxusunu  götürsə,  pakdır.  Yalnız  murdarın  əsli  ona  toxunsa  murdarlanar. 
Bununla belə, ondan çəkinmək daha yaxĢıdır. 
Məsələ 59: Murdarın tə’sirindən qoxusu, rəngi və ya dadı dəyiĢmiĢ suyun 
həmin  rəngi,  qoxusu  və  dadı  öz-özünə  aradan  qalxarsa  paklanmaz.  Yalnız 
kürr su və ya yağıĢ suyu ilə qatıĢdıqda murdarlıq aradan götürülər. 
Məsələ  60:  Öncə  pak  olmuĢ  suyun  murdarlanıb-murdarlanmamasına 
Ģəkk  etsək  bu  su  pakdır.  Amma  öncə  murdar  olmuĢ  suyun  sonradan 
paklanıb-paklanmamasına Ģəkk etsək, həmin su murdardır. 


ġəriət risaləsi 
22 
Məsələ  61:  Ġt  və  donuz  kimi  murdar  heyvanların  içdiyi  suyun  artığı 
murdardır.  Amma  piĢik  və  baĢqa  yırtıcı  heyvanlar  kimi  əti  haram 
heyvanların içdiyi suyun artığı pakdır. Amma bu suyu içmək məkruhdur, bu 
iĢi görməmək daha yaxĢıdır. 
Məsələ  62:  Ġçiləcək  suyun  tam  təmiz  olması  müstəhəbdir,  bəyənilir. 
Xəstəlik törədəcək sulardan içmək haramdır. Ġnsanın yuyunduğu suların da 
təmiz  olması  daha  yaxĢıdır.  Üfunətli  və  bulaĢıq  sulardan  imkan  həddində 
çəkinmək lazımdır. 
Ayaqyoluna getməyin (təxəllinin) hökmləri 
Məsələ  63:  Ġstər  ayaqyolunda,  istərsə  də  baĢqa  vaxtlar,  istər  məhrəm 
(bacı və qardaĢ kimi), istərsə də naməhrəmlərin gözü qabağında, istər büluğ 
həddinə çatanların, istər büluğ həddinə çatmayanların, hətta  yaxĢını pisdən 
seçə  bilməyən  (müməyyiz)  körpələrin  hüzurunda  insanın  öz  ayıb  yerini 
örtməsi vacibdir. Amma ər və arvadın bir-birindən örtünməsi vacib deyil.  
Məsələ  64:  Ayıb  yeri  örtmək  üçün  hər  Ģeydən,  hətta  əl  və  qeyri-Ģəffaf 
əĢyalardan istifadə etmək olar. 
Məsələ 65: Ayaqyolunda sidiyə gedən və bayıra çıxan vaxt üzü qibləyə 
və  ya  arxası  qibləyə  oturmaq  olmaz.  Ayıb  yerin  özünü  çevirmək  kifayat 
etmir.  Amma  bədən  üzü  qibləyə  və  arxası  qibləyə  olmayan  vaxt  vacib 
ehtiyata əsasən, ayıb yer üzü qibləyə və arxası qibləyə çevrilməməlidir. 
Məsələ  66:  Sidik  və  ya  nəcis  çıxacağını  yuyan  vaxt  üzü  qibləyə  və  ya 
arxası qibləyə olmağın eybi yoxdur. Amma “istibra” (sidik kanalının Ģəriət 
qaydasında  təmizlənməsi)  zamanı  vacib  ehtiyata  əsasən  üzü  qibləyə  və  ya 
arxası qibləyə oturmaq olmaz. 
Məsələ 67: Böyüklər körpələri, vacib ehtiyata əsasən, bayıra çıxdıqları və 
ya sidiyə getdikləri vaxt üzü qibləyə və ya arxası qibləyə oturtmamalıdırlar. 
Amma  uĢaq  özü  həmin  vəziyyətdə  otursa  mane  olmaq  vacib  deyil.  Amma 
bu iĢ görülsə daha yaxĢıdır. 
Məsələ 68: Əgər ayaqyolu (bilərəkdən və  ya səhvən) üzü qibləyə və  ya 
arxası  qibləyə  tikilmiĢsə  insan  elə  oturmalıdır  ki,  üzü  qibləyə  və  ya  arxası 
qibləyə olmasın. Bu məsələni bilərəkdən fərqinə varmamaq haramdır. 
Məsələ  69:  Ayaqyoluna  gedən  zaman  qibləni  tanımayan  Ģəxs  onu 
tapmağa  çalıĢmalıdır. Əgər tapa bilməzsə, bir qədər  gözləməlidir. Gözləyə 
bilmədikdə istənilən bir tərəfə üz tutub oturmasının eybi yoxdur. Təyyarə və 
qatarda da bu nöqtə nəzərə alınmalıdır.  
Məsələ  70:  Bir  neçə  yerdə  sidiyə  getmək  və  ya  bayıra  çıxmaq  haram 
sayılır: 
1. Ġnsanların gediĢ-gəliĢi olan küçə və xiyabanlarda; 
2.  Xüsusi  bir  qrup  üçün  vəqf  olunmuĢ,  hədiyyə  edilmiĢ  yerlərdə; 
Tələbələrə  məxsus  mədrəsələr,  namaz  qılanlar  üçün  nəzərdə  tutulmuĢ 
məscid tualetləri bu qəbildəndir. 


Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə