Erik Qartzke



Yüklə 308,92 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix17.11.2017
ölçüsü308,92 Kb.
#10714
  1   2   3   4   5   6   7   8   9   10


 

www.azadliqciragi.org 



 

 

 

İqtisadi azadlıq və sülh 

Erik Qartzke 

 

 



 

İkinci fəsil 

 

 

 

 

 

“Azad Düşüncələr” Assosiasiyası  



 

Bakı - 2009 



 

 

 


 

www.azadliqciragi.org 



 

Mündəricat 

 

Giriş ............................................................................................................................................ 3

 

Ön söz......................................................................................................................................... 4



 

İqtisadi azadlıq və Dünya müharibələri ................................................................................... 4

 

Kapitalist sülhü: təkmilləşən izah ............................................................................................ 6



 

Nəzərə alınmalı əlavə faktorlar .............................................................................................. 11

 

Kapitalist sülhün gələcəyi ......................................................................................................... 13



 

Nəticə ....................................................................................................................................... 17

 

Əlavə : Məlumatların mənbəyi .................................................................................................. 18



 

Qeydlər ..................................................................................................................................... 21

 

 

 

 

 



 

www.azadliqciragi.org 



Giriş 

 

Yaxın  Şərqdəki  müharibəni  və  böyük  hava  limanlarından  tutmuş  yerli  ticarət 



mərkəzlərinədək  müxtəlif  sahələrə  terror  hucumlarının  perspektivini  nəzərə  almasaq,  dünyanın 

böyük qisminin uzunmüddətli sülh dövründə yaşamasını xatırlatmaq yerinə düşər. Həqiqətən də, 

II Dünya müharibəsindən sonra inkişaf etmiş ölkələr bir-biri ilə vuruşmamışlar. Bu sülhün qeyri-

adiliyinin səbəbi güclü millətlərin tarixən  münaqişəyə daha çox  meylli olmasıdır. Tusidaydların 

zamanından  başlayaraq,  dövlətlər  öz  sərvətlərindən  daha  çox  ərazi  əldə  etmək  və  qonşularının 

işləri  üzərində  dominantlıq  etmək  üçün  istifadə  edərdilər.  Bugünkü  güclü  dövlətlərin  öz 

sələflərinə  nisbətən  daha  az  davakar  olması  səbəblərinin  dərk  edilməsi  sülhü  qorumaq  və  onun 

bəhrələrindən  daha  çox  yararlanmaq  üçün  önəmlidir.  Demokratiya  ilə  sülh  arasında  səhv 

assosiasiyalara  əsəslanan  siyasətlər,  görünür,  həll  etdiklərindən  daha  çox  problem  yaratmağa 

məhkumdur.  

Klassik liberal nəzəriyyə sülhün şərhi üçün iki istiqamət müəyyən etmişdir ki, bunlardan 

biri  əsas  diqqəti  dövlətin  forma  və  praktikasına,  ikincisi  isə  azad  bazarlara  və  özəl  mülkiyyətə 

yönəldir.  Daha  çox  İ.  Kantın  əsərlərində  rast  gəlinən  birinci  formula,  son onillikdə  beynəlxalq 

siyasəti  öyrənən  tələbələrin  böyük  diqqətini  cəlb  etmişdir.  Kant  respublikaların  digər  dövlət 

idarəçilik  formalarına  nisbətən  daha  az  müharibə  meylli  olduğunu  iddia  etməklə  yanılırdı. 

Əksinə,  tədqiqatçılar  müəyyən  etmişlər  ki,  demokratik  dövlətlərin  vuruşması  və  ümumiyyətlə, 

güc  tətbiq  etməsi  ehtimalı  çox  azdır.  Sonralar  bu  “demokratik  sülh”  inkişaf  etməkdə  olan 

demokratiyaların  inkişaf  etməkdə  olan  diktaturalar  qədər  müharibə  meylli  olmasının  kəşf 

edilməsi ilə qanundan kənar elan olundu. Demokratik norma, institut, yaxud şəffaf qaydalar kimi 

sülh effektlərini əhatə edən mövcud şərhlər, firavanlığın sülhün bərqərar olması üçün  niyə əsas 

şərt olduğunu izah etməyə çalışmalıdır.  

Liberal  siyasi  iqtisadiyyat  belə  ziddiyyət  təklif  etmir.  Monteskyu,  Adam  Smit,  Riçard 

Kobden,  Norman  Angell  və  Riçard  Rozekrans  kimi  alimlər  həmişə  iddia  edirdilər  ki,  azad 

bazarların  dövlətləri  mütəmadi  toqquşma  təhlükəsindən  xilas  etmə  potensialı  var.  Kapitalizm 

müharibəyə  son  qoyan,  yaxud  onu  qeyri-zəruri  edən  şərtlər  yaratmaqla  dövlətlərarası 

əməkdaşlığa  dəstək  verir.  Azad  bazarlar  dövlətlərarası  rəqabət  üçün  tez-tez  hərbi  gücdən 

istifadəyə  ehtiyac  yaratmayan  münaqişələri  ehtiva  edən  digər  bir  məkan  təmin  edir.  İqtisadi 

azadlığın  mümkün  etdiyi  kommersiyada  transformasiya  beynəlxalq  əlaqələrdə  də 

transformasiyaya  gətirib  çıxarır.  İstilaçılıq  baha  başa  gələn  və  mənfəətsiz  bir  şeyə  çevrilir. 

Müasir iqtisadiyyatda sərvəti güc vasitəsilə “oğurlamaq” aqrar və erkən sənaye cəmiyyətlərində 

olduğundan daha çətindir. Bu cür “kapitalist sülhünün” yetişməsi ləng olsa da, onun vasitələri və 

sübutları  iqtisadi  azadlıq  və  münaqişələrin  azadılması  arasında  möhkəm  əlaqə  yaratmaq  üçün 

hazırdır.  Mən  azad  bazarların sülhə dəstək olduğunu sübut etmək üçün Qvartney  və  Lousonun 

tərtib etdiyi İqtisadi  Azadlıq  İndeksindən  və  müxtəlif  statistik təhlillərdən  istifadə  edirəm.  Mən 

həm  də  dövlətlərin  vuruşmasına  təsir  göstərdiyi  düşünülən  digər  müxtəlif  amilləri  də 

qiymətləndirirəm.  İqtisadı  azadlıq  millətlərarası  münaqişəyə  ümumilikdə  mane  olan  ən  nadir 

amillərdəndir. 

Demokratiya bir çox səbəblərə görə arzu olunandır. Lakin nümayəndəli hökumətə dəstək 

verən və hətta onu güclə  sırımağa çalışan siyasətlərin beynəlxalq sülhə  birbaşa  yardımçı olması 

ehtimalı  çox  azdır.  Buradakı  nəticələrdən  aydın  olur  ki,  demokratiya  deyil,  məhz  azad  bazarlar 

hərbi  zorakılığa  meylli  dövlətlərə  böyük  təsir  gücünə  malikdir.  Ən  yaxşı  halda,  demokratiya 

yalnız  inkişaf  etmiş  sənaye  ölkələri  arasındakı  münaqişəni  azalda  bilər.  İnkişaf  etməkdə  olan 

ölkələr  demokratik  sülhdən  faydalanmır.  Əsasən  də,  avtokrat  hökumətlərin  dominantlıq  etdiyi 

regionlarda demokratiyanın tətbiqinin beynəlxalq əməkdaşlığa birbaşa təsiri çox az olur. Həm də 

əsaslı  tədqiqatlar  göstərir  ki,  demokratik  dövlət  ancaq  iqtisadi  inkişafın  nisbətən  yüksək 

səviyyələri  ilə  əlaqə  olduqda,  sabit  ola  bilir.  Ayrılıqda  yoxsul  ölkələri  demokratik  etməyə 

yönəlmiş  siyasətlər nə  siyası  sabitliyə, nə də beynəlxalq sülhə zəmanət verə bilməz. Firavanlıq 



Yüklə 308,92 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə