Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə11/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   7   8   9   10   11   12   13   14   ...   172

www.vivo-book.com 

 

61 



– АnasteyĢa, yenə də tutduğundan əl çəkmirsən… 

– Kristian, mən uĢaq deyiləm. 

– Amma özünü uĢaq kimi aparırsan. 

Diksindim,  sanki  ĢillələnmiĢdim.  Ġndi  qıcıqlandırıcı 

bəhsəbəhs baĢlayacaqdı, hə, romantik interyerdə. 

–  Mən  uĢağam,  ona  görə  ki  steyki  xoĢlamıram?  – 

donquldandım, incikliyimi gizlətməyə çalıĢırdım. 

– Çünki bilərəkdən məni qısqanmağa məcbur eləyirsən. 

Tamamilə  uĢaqcasına.  Bu  cür  hərəkət  elədikdə  doğrudanmı 

tanıĢına yazığın gəlmir? – dodaqlarını sıxıb üzünü turĢutdu. 

 

 Ofisiant ―Ģərab menyusu‖ ilə geri döndü... 



 Necə  olub  ki,  bunu  heç  düĢünməmiĢəm?  Yenə 

qızarırdım. Yazıq Xose, onu heç ümidləndirmək istəmirdim. 

Ölgün  olmuĢam:  doğrudan  da  səfeh  iĢ  görmüĢəm!  Kristian 

haqlı idi. 

–  ġərab  seçmək  istəyirsən?  –  o  mənə  müraciət  elədi, 

qaĢları ilə sual iĢarəsi verərək, sanki təkəbbür mücəssəməsi 

idi. Axı bilirdi ki, mənim Ģərabdan qətiyyən baĢım çıxmırdı. 

– Özün seç, – dedim, incik, amma itaətkar tərzdə. 




www.vivo-book.com 

 

62 



– Zəhmət olmasa, iki qədəh ―Barossa Velli ġiraz‖. 

– Ee… Biz Ģərabı yalnız ĢüĢəylə veririk. 

– Onda bir ĢüĢə, – Kristian əmr elədi. 

– YaxĢı, ser. 

 Оfisiant  itaətlə  uzaqlaĢdı  və  mən  onu  anlayırdım. 

Kədərlə  Əlli  Çalarıma  baxırdım.  Onu  özündən  çıxaran  nə 

idi?  Yəqin  ki,  mən.  Hardasa  qəlbimin  dərinliyində  daxili 

ilahəm  yuxudan  oyanır,  gərnəĢir  və  gülümsəyirdi.  О 

yuxusunu almıĢdı. 

– Sən çox ədəbsizsən. 

О, laqeydliklə mənə baxdı. 

– Maraqlıdı, nəyə görə? 

– YaxĢı, bəlkə gələcəyimizin müzakirəsiylə bağlı doğru 

və  səmimi  ton  tapaq?  –  Mən  düz  gözlərinin  içinə  baxıb 

gülümsədim. 

Onun ağzı sərt bir xətlə birləĢmiĢdi, amma sonra demək 

olar ki, istəyinə əks olaraq, dodaqları tərpəndi və anladım ki, 

o, təbəssümünü gizlətməyə çalıĢır. 

– BağıĢla. 



www.vivo-book.com 

 

63 



– Üzrxahlıq qəbul edildi. Və mən məmnuniyyətlə sənə 

xəbər  verirəm  ki,  sonuncu  Ģam  yeməyimizdən  bəri  mən 

vegeterianlığa keçməmiĢəm. 

–  Sonuncu  dəfə  haçan  normal  yemək  yemisən  ki?! 

Odur ki, bu mücərrəd fakt əyani gerçəklikdən uzaqdır. 

– Yenə də bu ―mücərrəd‖ sözü. 

– Hə, mücərrəd, Ģəkk-Ģübhəsizdi, – dedi və gözlərində 

yenə  də  gülüĢ  oynaĢırdı.  О,  saçlarını  tumarlayıb  yenidən 

ciddiləĢdi. – Аnа, sonuncu dəfə səninlə ciddi Ģeylər haqında 

söhbət  elədikdə  məni  atıb  getdin.  Mən  bir  qədər 

əsəbiləĢirəm. Artıq sənə demiĢəm ki, səni yanıma qaytarmaq 

istəyirəm, sənsə... mənə cavab vermədin. – Onun gözlərində 

yalvarıĢ və intizar görürdüm, səmimiliyi isə məni tərki-silah 

edirdi. Lənət Ģeytana, ona nə deməliydim? 

–  Sənsiz  darıxırdım…  dəhĢətli  dərəcədə  darıxırdım, 

Kristian.  Sonuncu  günlərim…  çox  ağır  idi.  –  Boğazımdakı 

düyün hey böyüyürdü, acı ümidsizliyimi xatırlayırdım. 

Son  həftələr,  təsviredilməz  ağrıyla  dolub-daĢaraq 

həyatımın ən ağır dönəmi olmuĢdu. Buna bənzər Ģeylər heç 



www.vivo-book.com 

 

64 



vaxt  baĢıma  gəlməyib.  Belə  bir  halla  heç  vaxt 

qarĢılaĢmamıĢdım. Amma sağlam zəka üstünlüyü ələ alırdı. 

–  Heç  nə  dəyiĢməyib.  Mən  sənin  istədiyin  kimi  ola 

bilmərəm,  –  sözləri  demək  olar  ki,  basıb  çıxarırdım,  çünki 

boğazımdakı qom tələffüzümə çox mane olurdu. 

–  Sən  mənim  istədiyim  kimi  olacaqsan,  –  o,  qərarlı 

tərzdə dedi. 

– Yox, Kristian, olmayacam. 

–  Sən  sonuncu  dəfə  baĢ  verənlərdən  kefini  pozmusan. 

Özümü  axmaqcasına  apardım,  sənsə…  Elə  sən  özün  də. 

Niyə  görə  ―stop-sözlər‖dən istifadə  eləmədin, АnasteyĢa?  – 

Onun səs ahəngi dəyiĢdi, məzəmmətli idi. 

Nə?.. Aha, mövzu dəyiĢdi… 

– Mənə cavab ver. 

– Bilmirəm. Mən özümdə deyildim. Mən istədiyin kimi 

olmağa,  ağrıya  dözməyə  çalıĢırdım.  Buna  görə  də,  sadəcə, 

unutdum. BaĢa düĢürsən… unutdum,  – pıçıldadım, utancaq 

halda və günahkarcasına çiyinlərimi çəkdim. 

Bəlkə də bu an biz mübahisədən yayınırdıq. 



www.vivo-book.com 

 

65 



–  Unutdun!  –  o,  heyrətləndi  və  masanın  kənarını  var-

gücüylə  sıxmağa  baĢladı.  Onun  qəzəbli  baxıĢı  altında 

solurdum. 

Ġblis! О yenə də əsəbiləĢirdi. Daxili ilahəm də məndən 

narazı idi. Görürsən ki, hər Ģeydə özün günahkarsan!.. 

–  Sənə  necə  etibar  eləyim?  –  Səsi  eĢidilməz  idi.  – 

Necə? 

 Ofisiant sifariĢ verilmiĢ Ģərabla gəlib çıxdı, biz isə bir-



birimizə  oğrun-oğrun  baxırdıq,  mavi  və  boz  gözlər.  Hər 

ikimizin  içində  deyilməmiĢ  məzəmmətlər  coĢub-daĢırdı. 

Ofisiant  naqolay  təntənəylə  ĢüĢənin  ağzını  açdı  və  Kristian 

üçün bir qədər Ģərab süzdü. O, ani olaraq qədəhi  əlinə aldı 

və Ģərabdan qurtumladı. 

– YaxĢı, – o baĢıyla təsdiqlədi. 

 

Оfisiant  səliqəylə  qədəhləri  doldurdu,  ĢüĢəni  masaya 



qoyub  tələsik  getdi.  Bu  müddət  ərzində  Kristian  gözlərini 

məndən  çəkmirdi. Oyunu  ilk  olaraq  mən  bitirdim  və  böyük 

bir  qurtum  içdim.  ġərabın  dadını  demək  olar  ki, 

duymurdum. 




www.vivo-book.com 

 

66 



– BağıĢla, – pıçıldadım. 

Doğrudan  da  necə  səfehcəsinə  oldu.  Mən  çıxıb 

getmiĢdim, həzz barədə fərqli təsəvvürə malik olduğumuzu 

düĢünərək, amma indi o deyir ki, onu dayandıra bilərdim. 

– Niyə görə? – o ürkdü. 

– ―Stop-sözlər‖i demədiyimə görə. 

О, yanaqlarını örtdü, sanki rahatlanırdı. 

–  Bütün  bu  əzablardan  yan  keçə  bilərdim,  – 

donquldandı. 

– Bununla belə, yaxĢı görünürsən. 

 

―Həddindən artıq yaxĢı. HəmiĢəki kimisən‖. 



–  Təəssürat  aldadıcıdır,  –  o,  sakitcə  etiraz  elədi.  – 

Halım  çox  pis  idi,  Аnа.  BeĢ  gün  zülmətdə,  gün  iĢığı 

olmadan yaĢadım. Əbədi gecələr. 

Onun  səmimiyyəti  mənə  təsir  edirdi.  Ġlahi,  lap  mənim 

kimiymiĢ … 

– Söz vermiĢdin ki, heç vaxt məni tərk etməyəcəksən, 

halbuki  hansısa  anlaĢılmazlıq  ucbatından  qapını  çırpıb 

getdin. 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə