Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə12/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   8   9   10   11   12   13   14   15   ...   172

www.vivo-book.com 

 

67 



– Haçan sənə söz vermiĢəm ki, çıxıb getməyəcəm? 

–  Yuxuda.  АnasteyĢa,  bu,  həyatımda  eĢitdiyim  ən  xoĢ 

Ģey idi. Elə sevinmiĢdim ki. 

Ürəyim sıxıldı, əlim qədəhə uzandı. 

–  Deyirdin  ki,  məni  sevirsən,  –  o  pıçıldayırdı.  – 

Nooldu,  bütün  bunlar  keçmiĢdə  qaldı?  –  Onun  səsində 

həyəcan var idi. 

– Yox, Kristian, yox. 

–  YaxĢı,  –  o  donquldandı  və  rahatlanıb  köks  ötürdü. 

Ġndi Kristian elə zavallı görünürdü ki. 

Onu  etirafı  məni  mütəəssir  etmiĢdi.  Doğrudanmı  o 

dəyiĢilib?  Axı  nə  vaxtsa,  lap  əvvəldə  etiraf  eləmiĢdim  ki, 

onu sevirəm və o, bundan dəhĢətə gəlmiĢdi… 

 

Ofisiant  qayıtdı.  Tələsik  masamıza  boĢqabları  qoyub 



yox oldu... 

Lənət. Hələ yemək yeməliyik! 

– Ye, – Kristian əmr elədi. 

Hiss  edirdim  ki,  acam,  amma  bu  an  mədəm  qıc 

olmuĢdu.  Budur,  sevimli,  həyatımda  yeganə  olan  kiĢinin 



www.vivo-book.com 

 

68 



önündə oturmuĢam və biz qeyri-müəyyən aqibətimiz haqda 

danıĢırıq.  Heç  iĢtahanın  yeri  idi?  Qüssəli  halda  boĢqaba 

baxırdım. 

– Tanrıya and olsun, АnasteyĢa, əgər yemək yeməsən, 

mən  elə  burdaca,  restoranda  səni  dizlərim  üstə  qoyub 

Ģapalaqlayacam. Və bu mənim seksual ehtirasımla əsla bağlı 

olmayacaq. Ye! 

Özündən  çıxma,  Qrey…  TəhtəlĢüurum  ayparaĢəkilli 

eynək  ĢüĢəsi  ilə  yuxarıdan  aĢağıya  mənə  baxırdı.  О, 

bütünlüklə və tam mənada Əlli Çaları dəstəkləyir və onunla 

razılaĢırdı. 

– YaxĢı, yeyirəm. XahiĢ edirəm iri ovcunun titrəməsini 

dayandır. 

О  hələ  də  mənə  baxırdı,  sərt,  təbəssümsüz.  Həvəssiz 

bıçaq-çəngəli  əlimə  aldım  və  steykdən  kiçik  bir  parça 

kəsdim.  Ah,  necə  də  dadlı  idi!  Ac  idim,  çox  ac  idim.  Əti 

çeynədim və Qrey tədricən sakitləĢdi. 

Biz  səssiz  yemək  yeyirdik.  Musiqi  dəyiĢmiĢdi.  Ġncə 

qadın  səsi  kədərli  bir  nəğmə  oxuyurdu,  onu  sözləri 

düĢüncələrimin əks-sədası idi. Mən də bundan sonra əvvəlki 




www.vivo-book.com 

 

69 



kimi  olmayacaqdım,  Kristian  həyatıma  girəndən  bəri 

olduğum kimi. 

BaxıĢlarımı  Əlli  Çalara  yönəltdim.  O,  əti  çeynəyərək 

mənə  baxırdı.  Hərarətli  baxıĢında  ehtiras  və  narahatlıq  bir-

birinə qarıĢmıĢdı. 

–  Bilirsən  oxuyan  kimdir?  –  Normal  söhbət  qurmağa 

çalıĢırdım. 

Kristian çeynəməyini dayandırıb qulaq asırdı. 

– Yox, amma yaxĢı oxuyur.  

– Mənim də xoĢuma gəlir. 

Nəhayət,  onun  simasında  adi  bir  sirli  təbəssüm  peyda 

oldu. O nə fikirləĢirdi görəsən? 

– Nə? – soruĢurdum. 

– Ye, – incə tərzdə dedi və baĢını yellədi. 

 BoĢqabın  yarısını  boĢaltmıĢdım.  Bundan  artığına 

gücüm çatmırdı. Onu necə inandıraydım? 

–  Vəssalam,  doymuĢam.  Ser,  necə  bilirsiniz,  yetərincə 

yedim? 


О, sakitcə və halını pozmadan mənə, sonra saata baxdı. 


www.vivo-book.com 

 

70 



–  Doğrudan  doymuĢam,  –  əlavə  etdim  və  ləziz  Ģərabı 

qurtumladım. 

–  Getmək  vaxtıdı.  Teylor  artıq  burdadı,  səhər  də  iĢə 

getməlisən. 

– Elə sən də. 

– Səninlə müqayisədə mənə yuxumu almaq üçün elə də 

böyük  vaxt  lazım  deyil,  АnasteyĢa.  Hə,  hər  halda  yemək 

yedin. 


– Yenidən ―Çarli Tanqo‖da uçacağıq? 

–  Yox,  axı  Ģərab  içmiĢəm.  Bizi  Teylor  aparacaq.  Heç 

olmasa  iki  saat  bir  yerdə  olarıq,  söhbət  eləyərik.  Bir  tap 

görək, söhbətdən baĢqa daha nəylə məĢğul ola bilərik? 

А-а,  sən  bir  bunun  fikrinə  bax!  Kristian  ofisiantı 

səsləyib çeki xahiĢ elədi, sonra telefonu götürüb zəng etdi. 

– Biz ―Le Pikoten‖ restoranındayıq, Üçüncü avenyu. 

 О, telefonla həmiĢə qısa danıĢırdı. 

– Teylorla çox sərt danıĢırsan, elə baĢqalarıyla da. 

– Mən mahiyyəti tez çatdırıram, АnasteyĢa və özüm də 

sözü havada tuturam. 



www.vivo-book.com 

 

71 



–  Bu  gün  axĢam  mahiyyətə  vara  bilmədin.  Heç  nə 

dəyiĢməyib, Kristian. 

– Sənə təklifim var. 

– Təkliflərini artıq eĢitmiĢəm. 

– Bu baĢqasıdır. 

Ofisiant qayıtdı və Kristian hesaba baxmadan öz kredit 

kartını  ona  uzatdı.  О,  düĢüncəli  halda  mənə  baxdı,  ofisiant 

isə kartı alıb hesabı çıxdı. Smartfon yenidən iĢıqlandı. 

Təklif? Bu dəfə nə fikirləĢib? Təxəyyül bir neçə ssenari 

yaradır: qaçırılma, köləlik… Yox, bütün bunlar səfehlikdir. 

Kristian kredit kartını cibinə qoydu. 

– Gedək. Teylor gəlib. 

Qalxdıq və o, əlimdən tutdu. 

– Səni itirmək istəmirəm, АnasteyĢa. 

 

O, incə tərzdə barmaqlarımı öpürdü. Dodaqların dərimə 



toxunuĢu bütün bədənimdə titrəyiĢ yaradırdı. 

Restoranın  giriĢində  bizi  ―Audi‖  gözləyirdi.  Kristian 

mənimçün  qapını  açdı.  Mən  yumĢaq,  dəri  oturacağa 

əyləĢdim. О, Kristiana iĢarə etdi, sürücümüz maĢından endi 




www.vivo-book.com 

 

72 



və onlar birlikdə nəyisə müzakirə eləməyə baĢladılar. Bu cür 

halı  birinci  dəfə  görürdüm.  Maraqlıdır,  görəsən,  nədən 

danıĢırdılar?  Ġki  dəqiqə  sonra  hər  ikisi  maĢına  əyləĢdi. 

Kristiana  çəpəki  baxırdım,  o  isə  sakitcə  harasa  irəliyə 

baxırdı. 

Bir  anlığa  onun  profilinə  baxmaq  üçün  özümə  icazə 

verdim: düz burun, dolğun, düzxətli dodaqlar, füsunkar gur 

saçlar alnını örtmüĢdü. Əlbəttə, mən bu ilahi gözəlliyə malik 

kiĢiyə layiq deyildim. 

Salon zərif musiqiylə doldu, hansısa gözəl orkestr ifası 

idi, adını da bilmirdim. Тeylor maĢın axarında yer tutub Ġ-5-

ə və Sietlə istiqamət götürürdü. 

Kristian baĢını çevirdi. 

– Bayaq dediyim kimi, AnasteyĢa, bir təklifim var. 

Əsəbi halda sürücüyə baxırdım. 

– Teylor, bizi eĢitmir, – Kristian məni arxayınlaĢdırdı. 

– Necə yəni? 

–  Teylor,  –  Kristian  səslədi.  Teylor  qımıldanmırdı.  О, 

yenidən sürücünü səslədi, yenə cavab yox idi. Kristian əyildi 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə