www.vivo-book.com
79
biləcək ağrıyla müqayisəedilməzdir. XoĢuna gəlmək
istəyirəm, amma bu çətindir.
– Sən həmiĢə xoĢuma gəlirsən, – o pıçıldayırdı. – Bunu
daha nə qədər təkrarlamalıyam ki?
– Heç vaxt nə fikirləĢdiyini bilmirəm. Bəzən elə qapalı
olursan ki… ada-dövlət kimi. Məni qorxudursan. Buna görə
sakitəm. Çünki bilmirəm, növbəti anda əhval-ruhiyyən necə
olacaq. Yüzdə bir saniyədə kefin Ģimaldan cənuba və əksinə
yerini dəyiĢir. Özümü itirirəm. Bir də ki, sənə toxunmağıma
icazə vermirsən, mənsə səni necə çox sevdiyimi göstərmək
istəyirəm.
O, qaranlıqda susurdu, güman ki, nə deyəcəyini
bilmirdi və mən də daha dözə bilmirdim. Təhlükəsizlik
kəmərini açdım və heyrət içində olan Kristianın dizləri
üstündə oturdum.
– Səni sevirəm, Kristian Qrey, – pıçıldadım,
ovuclarımla baĢını tutdum. – Mənə görə buna hazırsanmı?
Mən bütün o Ģeyləri eləməyə qabil deyiləm, bunu qurban
verə bilərsənmi? Bilmirəm, bəlkə də zamanla, bilmirəm…
www.vivo-book.com
80
amma təklifini qəbul eləyirəm, hə, qəbul edirəm. Ġmzamı
harda qoymalıyam?
О məni bağrına basıb qucaqladı.
– Ah, Аnа! – o, köks ötürdü və burnunu saçlarımın
arasına dürtdü.
QucaqlaĢaraq oturmuĢduq və musiqi dinləyirdik: sakit
Ģırıldayan fortepiano etüdü. О, hisslərimizi, tufansonrası
sakitliyi əks etdirirdi. Mən yerimi rahatlamıĢdım və baĢımı
onun çiyninə qoymuĢdum. О, nəvaziĢlə belimi sığallayırdı.
– Mən toxunuĢu qətiyyən xoĢlamıram, АnasteyĢa, – o
pıçıldayırdı.
– Bilirəm. Amma bilmirəm niyə.
О susdu, sonra köks ötürdü və asta səslə dedi:
– Mən qorxunc uĢaqlıq keçirmiĢəm. Anamın
sutenyorlarından biri… – Onun səsi titrəyirdi və Kristian
susur, bədəni isə daĢlaĢırdı. О, hansısa təsəvvür edilməz
dəhĢəti xatırlayır və ürpənirdi. – Heç nəyi unutmamıĢam.
Ürəyim sıxılır, Kristianın bədənindəki yanıq izləri
yadıma düĢürdü. Ah Kristian! Onun boynunu daha möhkəm
qucaqladım.
www.vivo-book.com
81
– О səni incidirdi? Ananı deyirəm, – səsim titrəyirdi,
gözlərimsə yaĢla dolmuĢdu.
– Yox, heç xatırlamıram. O mənə heç fikir də vermirdi.
Öz ―dost‖undan heç qorumurdu, – o ―hm‖ eləyir. – Məncə,
mən onun qayğısına qalırdım, o isə mənim deyildi. Nəhayət,
dünyasını dəyiĢəndə də bizi dörd gün sonra tapdılar… Bax
bunu xatırlayıram.
Özümü saxlamaq gücündə deyildim. Ġlahi! Ödüm
ağzıma gəlirdi.
– XoĢ bir gün görməmisən, – pıçıldadım.
– Zülmətin bütün əlli çalarını həyatımda görmüĢəm, – o
donquldandı.
Dodaqlarımla boynuna qısıldım, heyfsilənirdim, balaca
və çirkin bozgözlü oğlanı təsəvvürümə gətirirdim: düĢkün
və tənha, yanında da anasının meyiti.
Kristian!.. Qoxusunu içimə çəkirdim. Ġlahi, bu iĢıqlı
dünyada ən sevimli qoxu. Kristian məni daha möhkəm
qucaqlayır, saçlarımı öpürdü. Onun ağuĢunda əriyirdim,
Teylor isə gecəni yararaq maĢını quduz sürətlə sürürdü.
Oyananda biz artıq Sietldəydik.
www.vivo-book.com
82
– Ey, – Kristian nəvaziĢlə dedi.
– BağıĢla, – mırıldadım və qəddimi düzəldib gözlərimi
döydüm. Hələ də onun dizləri üstə oturmuĢdum, onun
ağuĢundaydım.
– Аnа, mən əbədi olaraq sənin necə yatmağına tamaĢa
edə bilmərəm.
– Yuxuda nəsə deyirdim?
– Yox. Biz artıq sənin evinə çatırıq.
Doğrudan? Belə tez?
– Sizə getməyəcəyik?
– Yox.
Çevrilib ona baxdım.
– Niyə yox?
– Çünki sabah iĢə getməlisən.
– А-а-а… – Dodaqlarımı büzüĢdürdüm.
– Bəs sən nə fikirləĢirdin?
– Bəlkə... – Bir qədər xəcalət çəkirdim.
О, Ģən halda gülümsədi.
– АnasteyĢa, sənə toxunmaq fikrim yoxdur, özün bunu
xahiĢ edənə qədər.
www.vivo-book.com
83
– Necə yəni? Anlamıram.
– Mənə lazım olan mənimlə əlaqəyə girməyindir.
Gələn dəfə seviĢərkən nə istədiyini mənə dəqiq deməlisən.
Dəqiq və ətraflı.
Teylor maĢını evimin yanında saxladı. Kristian
maĢından çıxdı və qapını mənimçün açdı.
– Səninçün bəzi Ģeylər hazırlamıĢam.
О, baqajı açdı və ordan böyük, gözəl bir qutu çıxartdı.
Maraqlıdır, bu nə idi belə?
– Yuxarı qalxandan sonra açarsan.
– Mənimlə gedəcəksən?
– Yox, АnasteyĢa.
– Səni haçan görə biləcəm?
– Sabah.
– Müdirim istəyir ki, sabah onunla restorana gedim.
Kristianın siması ciddiləĢir.
– Doğrudan? Niyə? – Onun səsində qapalı təhdid var
idi.
– Ġlk iĢ həftəmin bitməsi münasibətilə, – tələsik dedim.
– Hara gedəcəksiniz?
www.vivo-book.com
84
– Bilmirəm.
– Səni ordan götürə bilərəm.
– YaxĢı, SMS-lə sənə xəbər verərəm.
– DanıĢdıq.
О, giriĢ qapısınadək məni ötürdü və gözlədi, mən
çantamdan açarı çıxarıb qapını açdım. Sonra Kristian əyildi
və çənəmdən tutaraq, gözümdən ağzımın kənarınadək öpüĢ
cığırı açdı.
Məndən asta bir ah çıxdı, içimdə hər Ģey əriyib axırdı.
– Sabahadək, – o pıçıldadı.
– Gecən xeyrə, Kristian, – səsimdə ehtiras var idi.
О gülümsəyib əmr etdi:
– Get.
Vestibüldən keçdim, əlimdə sirli qutu var idi.
– Hələlik, balaca.
О çevrildi və həmiĢəki kimi, rəvan yeriĢlə maĢına
doğru getdi.
Mənzildə qutunu açdım. Orda Mak Buk Pro leptopumu
gördüm, ―blekberi‖ və daha bir düzbucaqlı qutu. Bəs orda nə
var idi? GümüĢü kağızı açdım. Altında qara dəri futlyar.
Dostları ilə paylaş: |