Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə164/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   160   161   162   163   164   165   166   167   ...   172

www.vivo-book.com 

 

939 



 

Ey,  Stil,  mən  həmiĢə  belə  deyiləm,  –  azca  inciyir 



və mən sözlərimə peĢman oluram 

– Əlbəttə, Xose. 

 

Bəs  Qrey  necədi?  –  soruĢur.  Səsinin  ahəngi 



soyuqdur. 

– YaxĢı. Hər Ģey yaxĢıdı, – deyirəm. 

– Deyirsən, yəni hər Ģey ciddidi? 

– Hə. Ciddi. 

– Səninçün qoca deyil? 

–  Oy,  Xose,  bilirsən  anam  nə  deyir?  Deyir  ki,  mən 

dünyaya qoca gəlmiĢəm. 

Xose üzünü turĢudur. 

– Anan necədi? – Beləcə, təhlükəli ərazidən çıxırıq. 

– Ana! 


Çevrilib  Keyti  və  Ġtanı  görürəm.  Keyt  dəbdəbəli 

geyinib:  gündə  yanmıĢ  saman  rəngli  saçlar,  qızılı 

qarayanıqlıq, ağ diĢlərin təbəssümü və əynində dar, аğ cins 

Ģalvar və qolsuz ağ bluz köynək. Bütün baxıĢlar ona yönəlib. 

Yerimdən  atılaraq  onu  qucaqlayıram.  Аh,  bu  qadına  elə 

ehtiyacım vardı ki! 




www.vivo-book.com 

 

940 



Çiyinlərimdən yapıĢır və uzadılmıĢ əl qədər məsafədən 

məni seyr edir. Onun diqqətli baxıĢları altında qızarıram. 

–  Arıqlamısan.  Yaman  arıqlamısan.  Və  baĢqa  cür 

görünürsən.  Yetkin.  Nə  baĢ  verir?  –  soruĢur,  lap  qayğıkeĢ 

ana kimi. – Donun xoĢuma gəlir, sənə yaraĢır. 

–  Sənin  gediĢindən  sonra  o  qədər  Ģey  baĢ  verib  ki. 

Sonra  sənə  danıĢaram,  ikilikdə  olduqda,  –  indi  Ketrin 

Kavana adlı inkvizatorun qarĢısında tövbəyə hazır deyiləm. 

O, Ģübhəylə mənə baxır. 

– Hər Ģey qaydasındadı? – o, ehtiyatla soruĢur. 

–  Hə,  –  gülümsəyirəm,  halbuki  indi  hər  Ģeydən  çox 

Kristianın harda olduğunu öyrənmək istəyirəm. 

– Əla. 

– Salam, Ġtan, – gülümsəyirəm və o məni qucaqlayır. 



– Salam, Ana, – qulağıma pıçıldayır. 

Хоse  üzünü  turĢudur  və  dəyərləndirici  nəzərlə  Ġtana 

baxır. 

– Mia ilə lanç necə keçdi? – Ġtandan soruĢuram. 



– Maraqlı, – deyir. 

Hətta? 



www.vivo-book.com 

 

941 



– Ġtan, Xoseylə tanıĢsan? 

–  Bir  dəfə  görüĢmüĢük,  –  Xose  mızıldanır,  bir-birinin 

əllərini sıxırlar. 

–  Hə,  Vankuverdə,  Keytgildə,  –  Ġtan  təsdiqləyir, 

Xoseyə baxaraq gülümsəyir. – Hə, nə içirik? 

 

Tualetə  gedirəm.  Ordan  SMS-lə  Kristiana  harda 



olduğumuzu  bildirirəm;  bəlkə  bizə  qoĢular  deyə.  Nə  zəng, 

nə məktub var ondan. Kristiandan çıxmayan iĢ. 

– Nolub, Аnа? – qayıdarkən Xose məndən soruĢur. 

–  Kristiana  zəng  çatmır.  Ümid  edirəm  heç  nə  baĢ 

verməyib. 

– Narahat olma, hər Ģey qaydasında olacaq. Yenə pivə 

istəyirsən? 

– Əlbəttə. 

Keyt mənə sarı əyilir. 

–  Ġtan  deyir  ki,  hansısa  gic  tapançayla  evə  giribmiĢ, 

Kristianın keçmiĢ sevgilisi, düzdü? 

–  Hə  də,  –  çiyinlərimi  çəkirəm.  Ġlahi,  məgər  bu  indi 

belə vacib Ģeydi? 



www.vivo-book.com 

 

942 



– Аnа, nolub axı, lənət Ģeytana? – Keyt qəfildən susub 

telefonunu  çıxarır.  –  Salam,  əzizim.  –  Əzizim!  О,  üzünü 

turĢudur və baxıĢlarını mənə yönəldir. – Əlbəttə, – deyir və 

mənə müraciət edir: – Eliotdu, səninlə danıĢmaq istəyir. 

–  Аnа,  –  Eliotun  səsi  sakit  və  qırım-qırıqdır;  pis 

fikirdən saçlarım biz-biz durur. 

– Nolub? 

– Kristian Portlenddən qayıtmayıb. 

– Nə? Necə yəni? 

– Helikopteri itib. 

– ―Çarli Tanqo‖? – pıçıldayıram, üzüm ölü rəngi alır. – 

Yox! 


 

 

 



 

 

 



 

 



www.vivo-book.com 

 

943 



19-cu fəsil 

 

Gözümü od Ģölələrindən çəkmirəm. Оnlar sobada rəqs 



edir,  parlaq  narıncı  Ģölələr  hərdən  kobalt  rəngi  alır. 

Donuram,  məni  üĢütmə  tutub,  odun  istisinə  və  çiynimə 

atılmıĢ  adyala  baxmayaraq.  Mənə  soyuqdur  və  iliyiməcən 

üĢüyürəm. 

Qulağıma  səslər,  çoxlu  səslər  çatır.  Amma  çox 

uzaqdadırlar. Yalnız qazın xəfif fıĢıltısını eĢidir və diqqətimi 

toplaya bilmirəm. 

Fikirlərim  dünən  gördüyümüz  evlə  bağlıdır  və  iri 

sobalarla,  orda  yanan  odun  parçalarıyla.  Mən  bu  od 

qarĢısında Kristianla seviĢmək istərdim. Hə, bu gözəl olardı. 

ġübhə eləmirəm ki, o biz seviĢərkən hər Ģeyin yadda qalan 

olması üçün nəsə fikirləĢib tapardı. O dəm də özüm özümə 

xatırladıram  ki,  sadəcə,  sikiĢərkən  elədiyimizi  də  yaxĢı 

yadımda  saxlamıĢam.  Hə,  heç  vaxt  unutmayacam.  O 

hardadı? 

Alov  Ģöləsi  iĢıldayır  və  titrəyir,  məni  öz  əsarətində 

saxlayır,  nitq  qabiliyyətindən  məhrum  edərək.  Diqqətim 



www.vivo-book.com 

 

944 



yalnız  ondadır,  onun  yandırıcı  gözəlliyində.  O,  adamı 

ovsunlayır, sehrləyir. 

―AnasteyĢa, məni ovsunlamısan‖. 

О  dedi  ki,  yalnız  mənimlə  ilk  dəfə  yataqda  yatıb. 

Yoox… 

Çiyinlərimi  qucaqlayıram  və  gerçəklik  qan  kimi 



Ģüuruma dolur. Ġçimdəki dəhĢətli boĢluq daha da geniĢlənir. 

―Çarli Tanqo‖ itib. 

– Аnа, al bunu, – miss Cons nəvaziĢlə deyir. 

 

Onun  səsi  məni  özümə  qaytarır, otağa, indiki  vaxta  və 



qorxuya.  Missis  Cons  mənimçün  bir  fincan  çay  gətirib. 

Minnətdarlıqla 

fincanı  götürürəm.  Fincan  nəlbəkidə 

taqqıldayır, çünki əllərim titrəyir. 

–  Çox  sağ  olun,  –  pıçıldayıram.  Axıtmadığım  göz 

yaĢları və boğazımdakı iri qom ucbatından səsim xırıltılıdır. 

Mia  məndən  çəpəki  yarımdairəvi  divanda  oturub, 

Qreysin  əlindən  tutaraq.  Onlar  mənə  baxır,  xoĢ  simalarında 

ağrı və həyəcan var. Qreys qocalmıĢ görünür – ana oğluyçun 

narahatdır.  Üzüm  donuq  maskanı  xatırladır,  nə  gülümsəyə 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə