Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə165/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   161   162   163   164   165   166   167   168   ...   172

www.vivo-book.com 

 

945 



bilirəm  ki,  onları  ruhlandırım,  nə  də  gözümün  yaĢını  axıda 

bilirəm – içimdə yalnız böyüyən boĢluq var. Eliota, Xoseyə 

və  Ġtana  baxıram;  onlar  ciddi  simayla  nahar  yediyimiz 

piĢtaxtanın  yanında  dayanıblar  və  sakitcə  nə  haqdasa 

söhbətləĢir,  müzakirə  edirlər.  missis  Cons  mətbəxdə  iĢ 

görür. 


Keyt  televizordan  yerli  xəbərləri  izləyir.  Perortyorun 

qurbağa  kimi  quruldamasını  eĢidirəm.  Ġri  plazma  ekranda 

qaçan 

sətri 


– 

―KRĠSTĠAN 

QREY 

UÇUġDAN 


QAYITMAYIB‖ – və sevgilimin gözəl simasını izləməkdən 

qorxuram. 

Mən  hələ  heç  vaxt  bu  məkanda  bu  qədər  adam 

görməmiĢəm və indi onların hamısı mənə elə balaca görünür 

ki.  Özünü  itirmiĢ,  qayğılı  adamlar  Kristianımın  evində. 

Onları burda görsəydin, nə fikirləĢərdin? 

Teylor  və  Karrik  polislə  danıĢıqlar  aparır,  mənasız 

informasiya  zərrələri  əldə  edirlər.  ġəksiz  olan  yalnız  bir 

faktdır:  Kristian  Qrey  itib.  Artıq  səkkiz  saatdır  ki,  ondan 

xəbər  yoxdur.  Nə  bir  kəlmə  söz,  nə  də  siqnal.  AxtarıĢlar 

artıq  baĢlayıb,  mənə  məlum  olduğu  qədər.  Artıq  hava 



www.vivo-book.com 

 

946 



qaralıb. Harda olduğunu bilmirik. Bəlkə xəsarət alıb, acdır, 

ya da bundan da betəri. Yox! 

Yenə  də  fikrən  dua  edirəm.  ―XahiĢ  eləyirəm,  qoy 

Kristiana heç nə olmasın. XahiĢ edirəm,  qoy Kristianla hər 

Ģey  yaxĢı  olsun‖.  Dönə-dönə  bu  sözləri  təkrarlayıram  – 

mantranı,  həyatda  ən  baĢlıca  olanı,  konkret  bir  Ģey,  məni 

məyusluqdan  xilas  edən.  Pis  Ģey  barədə  düĢünməyi  özümə 

qadağan  edirəm.  Yox,  bu  fikri  belə  özümə  yaxın 

buraxmıram. Ümid eləmək, yalnız ümid. 

―Sən – həyatımsan‖. 

Kristianın sözləri beynimdən çıxmır. Hə, ümid həmiĢə 

qalır. Məyus olmaq gərək deyil. Onun sözləri Ģüurumda əks-

səda verir. 

―Ġndi  mən  dərhal  həzzə  yetiĢməyin  tərəfdarıyam. 

―Саrре diem‖, anı tut, Аnа‖. 

Bəs niyə mən daim ləngiyirəm? 

―Bunu ona görə eləyirəm ki, nəhayət, ömrümün yerdə 

qalan  hissəsini  birgə  keçirmək  istədiyim  qadına  rast 

gəlmiĢəm‖. 



www.vivo-book.com 

 

947 



Gözlərimi  yumub  dua  edə-edə  yırğalanıram.  ―XahiĢ 

edirəm, qoy onun ömrünün yerdə qalanı bu cür qısa olmasın. 

XahiĢ  edirəm,  xahiĢ...‖.  Vaxtımız  az  idi…  bizə  çox  vaxt 

lazımdır.  Son  bir  neçə  həftədə  böyük  bir  yol  getmiĢik.  Bu 

yol  faciəli  və  qəfil  Ģəkildə  yarıda  qalmamalıdır.  Bütün  incə 

məqamları  xatırlayıram:  pomada,  ilk  dəfə  mənimlə 

―Olimpik‖  otelində  seviĢərkən;  budur  qarĢımda  diz  çöküb, 

mənə evlənmək təklif edir; budur ilk dəfə ona toxunuram. 

―Mən  elə  əvvəlki  adamam,  Аnа.  Səni  sevirəm,  mənə 

lazımsan. Məni sığalla. XahiĢ edirəm‖. 

Аh,  onu  necə  də  sevirəm!  Onsuz  heç  nəyəm,  kölgə, 

onsuz  bütün  dünya  zülmətə  qərq  olar.  Yox,  yox,  yox… 

zavallı Kristian. 

―Аnа,  budur  qarĢındayam  bütünlüklə…  və  səninəm. 

Neyləyim  ki,  bunu  baĢa  düĢəsən?  Görəsən  ki,  səni 

bütünlüklə istəyirəm, tam Ģəkildə, olduğun kimi. Görəsən ki, 

səni sevirəm‖. 

Mən də səni sevirəm, bütün Əlli Çalarını. 

Gözlərimi  açır,  yenə  görünməz  baxıĢla  oda  baxıram. 

Fikri  baxıĢ  önündən  xoĢbəxt  xatirələr  keçir:  onun  kiçik 




www.vivo-book.com 

 

948 



oğlan  sevinci,  yelkənli  katamaranda  üzdüyümüz  zaman; 

maskaraddakı  müdrik,  cəhənnəm  alovu  kimi  isti  baxıĢı; 

rəqslər,  hə,  Sinatranın  musiqisi  altında  rəqslər,  bu  zalda 

fırlanıb  rəqs  edərkən;  gözəl  görünüĢlü  evdə  dünənki 

həyəcanı. 

―Bütün  dünyanı  ayaqlarının  altına  atacam,  АnasteyĢa. 

Səni bütünlüklə istəyirəm, ruhunu və cismini, həmiĢəlik‖. 

Bircə  hər  Ģey  yaxĢı  olaydı!  O  həlak  ola  bilməz.  Axı 

mənimçün hər Ģeydir, o, kainatımın mərkəzidir. 

Qəfildən 

sinəmdən 

hönkürmə  qopur,  əllərimi 

dodaqlarıma  qoyuram.  Yox.  Tab  gətirmək  lazımdır.  Güclü 

olmalıyam. 

Xose  gözlənilmədən  yanımda  peyda  olur.  Bəlkə  elə 

əvvəldən o burdaydı? Anlamıram. 

–  Anana,  yaxud  atana  zəng  etmək  istəyirsən?  – 

qayğıyla soruĢur. 

Yox!  BaĢımı  yelləyib  onun  əlini  sıxıram.  DanıĢa 

bilmirəm,  bilirəm  ki,  hönkürüb  ağlayacam,  bircə  sözə 

bəndəm. Hərarətlə və nəvaziĢlə əlini sıxmamın xeyri olmur. 



www.vivo-book.com 

 

949 



Anam! Onu düĢünərkən dodaqlarım titrəyir. Bəlkə ona 

zəng  eləyim?  Yox.  Onun  reaksiyasının  öhdəsindən  gəlmək 

mənimçün  çətin  olacaq.  Bəlkə  Reyə  zəng  eləyim,  o, 

emosiyasız  keçinəcək,  çünki  heç  vaxt  hisslərini  büruzə 

vermir, hətta sevimli komandası məğlub olduqda belə. 

Qreys ayağa qalxır və Eliotla Ġtana yaxınlaĢır. Bu məni 

bir qədər fikirlərdən ayırır. Gərək ki, heç vaxt onun bir yerdə 

bu  qədər  oturduğunu  görməmiĢəm.  Mia  yanımda  əyləĢir  və 

o biri əlimi tutur. 

– О, mütləq qayıdacaq, – deyir; səsi əvvəlcə qətiyyətli, 

qərarlıdır,  amma  sonuncu  sözdə  titrəyir.  Mia  göz 

yaĢlarından qızarıb, üzü solğundur. 

Ġtana  baxıram,  o  isə  baxıĢlarını  Miadan  Qreysi 

qucaqlayan  Eliota  yönəldir.  Vaxt  artıq  gecə  yarıya  yetiĢib. 

Lənət!  Hər  saat  ötdükcə  qəlbimdəki  boĢluq  daha  da 

geniĢlənir, məni boğur, udur. Qəlbimin dərinliyində mən ən 

pis  xəbərə  hazırlaĢıram.  Gözlərimi  yumub  Mia  ilə  Xosenin 

əlini sıxaraq yenidən dua edirəm. 

Yenidən gözlərimi açıb sobadakı alova baxıram. Onun 

xəfif  təbəssümünü  görürəm  –  üz  ifadələrindən  ən 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə