Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə18/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   14   15   16   17   18   19   20   21   ...   172
    Bu səhifədəki naviqasiya:
  • Kimdən

www.vivo-book.com 

 

103 



 

A x 

 

Kimdən: Kristian Qrey 



Mövzu: Təhlükə 

Tarix: 10 iyun 2011-ci il. 17.38 

Kimə: АnasteyĢa Stil 

 

Müxtəlif  qatlara  dair  dağ-mədən  iĢləri  çox-çox 



təhlükəlidir. 

 

Kristian Qrey,  



“Qrey enterprayzes” holdinqinin baş direktoru 

 

Kimdən: АnasteyĢa Stil 



Mövzu: Təhlükə? 

Tarix: 10 iyun 2011-ci il. 17.40 

Kimə: Kristian Qrey 

 

Niyə belə hesab edirsən? 




www.vivo-book.com 

 

104 



 

A x 

 

Kimdən: Kristian Qrey 



Mövzu: Sadəcə… 

Tarix: 10 iyun 2011-ci il. 17.42 

Kimə: АnasteyĢa Stil 

 

Öz müĢahidələrimi söyləyirəm, miss Stil. 



Tezliklə görüĢəcəyik. 

Ola bilsin ki, lap tez, nəinki gec, balaca. 

 

Kristian Qrey,  

“Qrey enterprayzes” holdinqinin baş direktoru 

 

Aynada  özümə  nəzər  yetirdim.  Necə  də  dəyiĢmiĢdim, 



halbuki  bircə  gün  keçmiĢdi.  Yanaqlarım  pörtmüĢdü, 

gözlərimsə  parıldayırdı.  Bu,  Kristian  Qrey  və  onunla  birgə 

poçt sparrinqinin nəticəsi idi. Öz əksimə baxıb gülümsədim 

və  solğun-mavi  köynəyimə  –  Teylorun  aldığına  sığal 




www.vivo-book.com 

 

105 



çəkdim.  Bu  gün  sevimli  cins  Ģalvarımı  geymiĢdim.  Ofisin 

qadın  əməkdaĢlarının  əksəri  ya  cins  geyirdi,  ya  da  nazik 

ətək. Gərək mən də özümə bir cüt bu cür ətək alım. Bununla 

bazar  günü  məĢğul  olaram  və  Kristianın  verdiyi  çeki 

nağdlaĢdıraram,  böcəyimin  –  ―Vanda‖nın  satıĢından  əldə 

olunan vəsaiti xərcləyərəm. 

Binanın çıxıĢında kimsə məni səslədi. 

– Miss Stil? 

Çevrildim və gənc bir qız gördüm. О, kabusa oxĢayırdı: 

solğun, qəribə simalı, maskaya oxĢar. 

–  Miss  AnasteyĢa  Stil?  –  o  təkrarladı,  siması 

tərpənmirdi, hətta danıĢarkən belə. 

– Hə, nədi ki? 

О,  səkidə  dayandı,  məndən  bir  metrlik  məsafədə  və 

gözlərimə baxdı. Mən də özümü itirmiĢ halda ona baxırdım. 

Kim idi bu? Ona nə lazım idi? 

– Nə məsələdir? – maraqlandım. Adımı hardan bilirdi? 

– Yox… sadəcə, sizə baxmaq istəyirdim. 

 



www.vivo-book.com 

 

106 



Səsi çox incə idi. Mənimki kimi, saçları tünd və dərisi 

isə  ağ  idi.  Gözləri  sarımtıl-ala,  burbon  viskisi  kimi,  amma 

cansız və sönük idi. Gözəl üzündə – kədər möhürü. 

–  BağıĢlayın,  biz  qeyri-bərabər  durumdayıq,  –  dedim, 

bədənimin ürpənməsinə əhəmiyyət verməməyə çalıĢdım. 

 

Ġndi  fikir  verdim  ki,  onun  qəribə  görünüĢü  varmıĢ, 



səliqə-sahmansız  və  əzik-üzük.  Paltarı  özündən  iki  dəfə 

böyük idi, o cümlədən eleqant plaĢ-trençkot. 

Qız  gülürdü,  bu  da  qəribə,  qeyri-təbii  idi  və  onun 

gülüĢü narahatlığımı daha da artırır. 

–  O  nədir  ki,  səndə  var,  məndə  yoxdur?  –  kədərlə 

soruĢdu. 

 Narahatlığım qorxuya çevrilirdi. 

– BağıĢlayın siz kimsiz? 

– Mən? Mən – heç kim. 

 

O,  əlini  qaldırdı  və  ovcunu  uzun,  çiyinlərinə  tökülən 



saçlarında  gəzdirdi.  PlaĢın  qolu  aĢağı  enirdi,  biləyi 

çılpaqlaĢdıraraq və çirkli binti göstərərək. 




www.vivo-book.com 

 

107 



Aman Tanrım! 

– Salamat qalın, miss Stil. 

 

О  çevrildi  və  küçəylə  üzüyuxarı  getdi,  mənsə  elə  bil 



yerə  mıxlanmıĢdım  və  müxtəlif  ofislərdən  çıxan  insanların 

kütləsində qızın necə itməsini izləyirdim. 

Bütün bunlar nə demək idi?.. 

Narahatlıqla  küçəni  adlayıb  bara  üz  tutdum,  baĢ 

verənləri  dərk  eləməyə  çalıĢırdım.  TəhtəlĢüurum  nifrətamiz 

baĢını  qaldırır  və  ilan  kimi  fısıldayırdı:  ―O  qızın  Kristianla 

hansısa əlaqəsi var?‖ 

―Əllinin  yanında‖  barı  parlaqlığı  olmayan,  mağaraya 

bənzər məkan idi. Divarlarda beyzbol atributları və posterlər 

asılmıĢdı.  Cek  piĢtaxtanın  yanında  dayanmıĢdı,  onunla 

yanaĢı  Elizabet,  Kortni,  baĢqa  bir  redaktor,  maliyyə 

Ģöbəsindən  iki  oğlan  və  qəbul  otağındakı  Kler.  HəmiĢəki 

kimi qulağında gümüĢü halqalar vardı. 

– Ey, Аnа! – Cek mənə ―Bad‖ ĢüĢəsini uzatdı. 




www.vivo-book.com 

 

108 



–  Sizin  sağlığınıza…  sağ  olun,  –  mızıldandım,  qadın 

qiyafəli  kabusla  qarĢılaĢmağımdan  sonra  hələ  də  özümə 

gəlməmiĢdim. 

– Sağlığımıza… 

 

Pivə ĢüĢələrini toqquĢdurduq və o, Elizabetlə söhbətini 



davam etdirdi. Kler səmimi gülümsəyirdi. 

– Hə, ilk həftə necə keçdi? 

– Sağ ol, yaxĢı. Məncə, hamı gülərüzdür. 

– Bu gün çox Ģən görünürsən. 

– Çünki cümədir, – dərhal dedim. – Bazar günləri üçün 

nə planların var? 

 

SınanmıĢ yayındırıcı fənd kara gəldi, xilas oldum. Sən 



demə,  Kler  çoxuĢaqlı  ailədənmiĢ,  altı  qardaĢı  və  bacısı 

varmıĢ  və  ailəvi  görüĢ  üçün  Takomaya  gedəcəkmiĢlər.  О, 

dərhal canlandı, mənsə qəfildən anladım ki, Keyt Barbadosa 

gedəndən  bəri  yaĢıdlarımdan  heç  kimlə  ünsiyyətdə 

olmamıĢam. 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə