Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə3/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   2   3   4   5   6   7   8   9   ...   172
    Bu səhifədəki naviqasiya:
  • Kimdən

www.vivo-book.com 

 

15 



Ovcumu  isti  alnıma  qoydum.  Xose  mənə  niyə  zəng 

vurmayıb?  Və  ümumiyyətlə,  niyə  mənə  heç  kim  zəng 

vurmur?  Hisslərimin  qatma-qarıĢıqlığında,  hətta  mobil 

telefonumun susmasına da diqqət etməmiĢdim. 

Lənət  Ģeytana!  Lap  axmağam!  Mobil  telefonumda 

zənglərin  ―Blekberi‖ smartfonuna  ötürülməsi  rejimi  hələ  də 

iĢləyirdi,  smartfonu  isə  Kristianın  yanında  unutmuĢdum. 

Bütün bu müddətdə Qrey mənə ünvanlanmıĢ zəngləri qəbul 

edirmiĢ,  əlbəttə,  əgər  smartfonu  tullamamıĢdısa.  Bəs 

Kristian  e-mailimi  necə  öyrənmiĢdi?  Təəccüblü  deyil, 

ayaqqabımın ölçüsünü bilirdisə, elektron poçtumu öyrənmək 

də  onunçün  problem  olmayacaqdı.  Onunla  yenidən  görüĢə 

biləcəkdimmi? 

Dözə 


biləcəkdimmi? 

Onu 


görmək 

istəyirdimmi?  Gözlərimi  bağlayıb  baĢımı  geriyə  atdım, 

xiffət və üzüntü dalğasının hərarətindən boğulurdum az qala. 

Əlbəttə, istəyirdim. 

Yəqin  ki…  yəqin  ki,  ona  xəbər  göndərəcəkdim  ki, 

fikrimi  dəyiĢmiĢəm…  Yox,  yox,  yox,  mənə  ağrı  verməklə 

həzz  alan,  məni  sevə  bilməyən  bir  adamla  bir  yerdə  ola 

bilməzdim. 




www.vivo-book.com 

 

16 



 Əzablı  xatirələr  Ģüurumda  oyanırdı:  vanna,  qüvvətli, 

nəvaziĢli  əllər,  öpüĢlər,  onun  yumoru  və  onun  dumanlı, 

həyəcanlandırıcı  baxıĢı  –  həddindən  artıq  seksual.  Onsuz 

darıxırdım. BeĢ gün, beĢ əzablı gün əbədiyyət qədər uzanıb 

gedirdi. Göz yaĢları içində yuxuya gedirdim, heyfsilənirdim 

ki, onunla qarĢılaĢmıĢam və heyfsilənirdim ki, o, baĢqalaĢa 

bilmədi...  baĢqalaĢa  bilmədi  ki,  mənimlə  birgə  olsun.  Bu 

dözülməz,  adamı  yandırıb  külə  çevirən  hissdən  hələ  nə 

qədər  əzab  çəkəcəkdim?  Mən  cəhənnəmin  astanasında 

yaĢayırdım. 

 Əllərimlə  bərk-bərk  çiyinlərimdən  yapıĢdım,  elə  bil 

qorxurdum  ki, budur,  elə  bu  dəqiqə  param-parça  olacağam. 

Onsuz  darıxırdım.  Darıxırdım…  Onu  sevirdim.  Bax  belə, 

sevirdim, vəssalam. 

 АnasteyĢa  Stil,  sən  indi  iĢdəsən!..  Mən  güclü 

olmalıyam,  amma  mən  Xosenin  vernisajına  getmək 

istəyirəm,  amma  içimdə  gizlənmiĢ  mazoxist  qadınsa  hələ 

Kristianla da görüĢmək istəyir. Ciyərlərimi dərindən havayla 

doldurub  var  gücümlə  nəfəsimi  buraxdım  və  iĢ  masama 

doğru yeridim. 




www.vivo-book.com 

 

17 



 

KimdənАnasteyĢa Stil 

Mövzu: Sabah 

Tarix: 8 iyun 2011-ci il. 14.25 

Kimə: Kristian Qrey 

 

Salam, Kristian. 



Güllər üçün çox sağ ol, onlar gözəl idi. 

Hə, getmək istərdim. 

Minnətdaram”. 

 

Anasteyşa Stil,  



Cek Haydın katibi, redaktorun, SİP 

 

 Mobil  telefonuma  göz  gəzdirdim:  hə,  zənglərin 



ünvanını  dəyiĢmə  rejimi  iĢə  salınıbmıĢ.  Cek  danıĢıqlara 

getmiĢdi və mən dərhal Xoseyə zəng vurdum. 

– Salam, Xose. Bu mənəm, Ana. 

– Salam, avara – onun səsində o qədər hərarət və Ģəfqət 

vardı ki, yenidən ağlamaq istəyirdim. 



www.vivo-book.com 

 

18 



–  Uzun-uzadı  danıĢa  bilmirəm.  Vernisaj  neçədə 

baĢlayır? 

– Deməli, gələcəksən? – səsində sevinc duyulurdu. 

–  Hə,  əlbəttə  –  fikrən  onun  simasını  görürdüm, 

özündənrazı təbəssümünü. BeĢ gün ərzində mən də ilk dəfə 

səmimi gülümsəyirdim. 

– Səkkizin yarısında. 

– Onda görüĢənədək. Hələlik, Xose. 

– Hələlik, Аnа. 

 

KimdənKristian Qrey 



Mövzu: Sabah 

Tarix: 8 iyun 2011-ci il. 14.27 

Kimə: АnasteyĢa Stil 

 

Əziz Anasteyşa 



Saat neçədə ardınca gəlim?” 

 

Kristian Qrey,  

“Qrey enterprayzes” holdinqinin baş direktoru 


www.vivo-book.com 

 

19 



 

Kimdən:Аnasteyşa Stil 

Mövzu: Sabah 

Tarix: 8 iyun 2011-ci il. 14.32 

Kimə: Kristian Qrey 

 

“Xosenin  vernisajı  7:30-da  başlayacaq.  Necə 



fikirləşirsən, haçan gəlməlisən?” 

 

Anasteyşa Stil,  

Cek Haydın katibi, redaktorun, SİP 

 

Kimdən:Kristian Qrey 



Mövzu: Sabah 

Tarix: 8 iyun 2011-ci il. 14.34 

Kimə: АnasteyĢa Stil 

 

Əziz Anasteyşa 



Portlendə  qədər  olan  məsafə  çox  uzaqdır.  Ardınca 

5:45-də gələcəm. 


www.vivo-book.com 

 

20 



Görüşümüzü gözləyirəm”. 

 

Kristian Qrey,  



“Qrey enterprayzes” holdinqinin baş direktoru 

 

 



Kimdən: АnasteyĢa Stil 

Mövzu: Sabah 

Tarix: 8 iyun 2011-ci il. 14.38 

Kimə: Kristian Qrey 

 

Onda görüşənədək”. 



 

Anasteyşa Stil,  

Cek Haydın katibi, redaktorun, SİP 

 

 Ġlahi,  tezliklə  Kristianı  görəcəkdim!  Bu  beĢ  gündə  ilk 



dəfə  əhvalım  azacıq  yaxĢılaĢırdı.  Özümə  onun  barəsində 

açıq düĢünmək izni vermiĢdim. 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə