Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə4/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   2   3   4   5   6   7   8   9   ...   172

www.vivo-book.com 

 

21 



 Məndən  ötrü  darıxmıĢdımı?  Güman  ki,  mənim  qədər 

deyil. Bəlkə o özünə yeni itaətkar oyuncaq tapıb? Fikrin özü 

o  qədər  dözülməz  idi  ki,  dərhal  ağlımdan  çıxardım.  Qalaq-

qalaq  yığılmıĢ  poçta  baxdım,  məktubları  qruplaĢdırdım  və 

Kristianı beynimdən çıxarmağa çalıĢdım. 

 Bu  axĢam  mən  yataqda  hey  qurcalanırdım,  yatmağa 

çalıĢırdım və son günlərdə ağlamırdım. 

 Onu  atıb  gedərkən  Kristianın  əzabdan  əyilmiĢ  siması 

gözümün  önünə  gəlirdi.  Xatırlayıram,  o  məni  buraxmaq 

istəmirdi, bax, bu qəribədir. Hər Ģey dalana dirənmiĢdisə, axı 

niyə  qalmalıydım?  Hər  birimiz  üçün  maneə  vardı:  mənə  – 

ağrı qorxusu,  bəs ona? Sevgi? 

 Böyrü  üstə  çevrildim  və  balıĢı  qucaqladım.  Qəlbim 

hüdudsuz  qüssəylə  dolu  idi.  O  düĢünürdü  ki,  sevgiyə  layiq 

deyil.  Niyə?  Bəlkə  səbəb  uĢaqlığında  gizlənirdi?  Anasında, 

o  Ģortu  fahiĢədə?  Bu  sayaq  fikirlər  məni  uzun-uzadı 

incidirdi, ta ki narahat mürgüyə gedənədək. 

 

Gün  saqqız  kimi  uzanırdı,  Cek  isə  mənə  qarĢı  yaman 



diqqətli  davranırdı.  ġübhəm  var  idi;  ola  bilsin  ki,  hər  Ģey 


www.vivo-book.com 

 

22 



Keytin  qarderobundan  götürdüyüm  (mənə  verdiyi)  gavalı 

rəngli  don  və  qara,  hündürdaban  ayaqqabılarla  bağlı  idi. 

Amma  bu  məni  narahat  eləmirdi.  Ġlk  maaĢımda  mütləq 

özümə layiqli bir Ģey alacaqdım. Don əynimə rahat, gen-bol 

otururdu,  amma  özümü  elə  göstərirdim  ki,  guya  bu, 

düĢünülmüĢ bir Ģeydir. 

Nəhayət,  əqrəblər  altının  yarısını  göstərirdi.  Ürəyim 

dəlicəsinə  döyünə-döyünə  gödəkcəmi  geyinib  çantamı 

götürdüm. Ġndi onu görəcəkdim! 

–  GörüĢə  gedirsən?  –  masamın  yanından  çıxıĢa  tərəf 

gedərkən Cek soruĢdu. 

– Hə. Yox. Elə deyil. 

O,  qaĢlarını  qaldırdı.  Üzündən  açıqcasına  maraq 

oxunurdu. 

– Boyfrend? 

Xəcalətdən qızardım. 

– Yox, sadəcə, dost. KeçmiĢ boyfrend. 

– Аnа, gəl sabah iĢdən sonra harasa gedək. Ġlk həftəni 

əla iĢləmisən. Bunu qeyd eləmək lazımdır. 



www.vivo-book.com 

 

23 



Cek gülümsədi və onun siması bir anlıq bəlli olmayan 

ifadə  aldı.  Azacıq  özümü  itirdim.  O,  əllərini  cibinə  salaraq 

ikiqat  qapılardan  keçdi.  Arxasınca  kədərlə  baxırdım. 

Müdirlə  içki  içmək  ədəbli  idimi?  BaĢımı  yellədim.  Hələ 

Kristian  Qreylə  axĢamı  yola  vermək  lazım  idi.  Bunu 

bacaracaqdımmı? 

Tualetə  dəydim,  özümü  qaydaya  salmalıydım.  Böyük 

güzgünün  qarĢısında  dayandım,  uzun-uzadı  və  tərəddüdlə 

üzümə  baxdım.  Sifətim  həmiĢəki  kimi  solğun  idi,  iri 

gözlərimin  altında  da  qara  ləkələr  var  idi.  Kəsəsi, 

görünüĢüm əzgin və qorxunc idi. Eh, heyf ki, kosmetikadan 

istifadə eləyə bilmirdim! Kirpiklərimi rənglədim, gözlərimin 

altını  və  yanaqlarımı  yüngülcə  Ģapalaqladım  ki,  bir  qədər 

qızarsın.  Saçlarımı  darayıb  düzən  verdim  ki,  kürəyimdə 

qəĢəngcə sürüĢsün. Dərindən nəfəs aldım: hə, indi elə də pis 

deyildim. 

 Getdikcə  daha  çox  həyəcanlanaraq  təbəssümlə 

vestibülə  doğru  addımladım,  qəbul  otağında  oturmuĢ  Klerə 

əl yellədim. Deyəsən, onunla tezliklə dostlaĢacaqdıq. ÇıxıĢın 



www.vivo-book.com 

 

24 



astanasında  Cek  Elizabetlə  söhbət  edirdi.  Üzündə  fərəhli 

təbəssümlə, mənimçün qapı açmağa tələsirdi. 

– Yalnız səndən sonra, Аnа, – donquldandı. 

– Çox sağ olun, – utanaraq gülümsədim. 

 Səkidə  məni  Teylor  gözləyirdi.  О,  avtomobilin  arxa 

qapısını  mənimçün  açdı.  Tərəddüdlə  çevrilib  Cekə  sarı 

baxdım,  o  mənim  arxamca  çölə  çıxmıĢdı,  müdirim  isə 

narahatlıqla ―Аudi SUV‖-una nəzər yetirirdi. 

 YaxınlaĢıb  arxa  oturacaqda  əyləĢdim.  Orda  isə  o 

oturmuĢdu  –  Kristian  Qrey;  boz  kostyumda,  qalstuksuz,  ağ 

köynəyinin yaxası açıq. Boz gözlər iĢıq saçırdı. 

 Anidən  ağzım  qurudu.  О,  əla  görünürdü,  amma 

nədənsə mənə baxarkən üz-gözünü turĢutdu. Niyə? 

–  Sonuncu  dəfə  nə  vaxt  yemək  yemisən?  –  Teylor 

qapını örtərkən o, acıqlı halda məndən soruĢdu. 

Suala bax! 

–  XoĢ  gördük,  Kristian.  Hə,  mən  də  səni  görməyimə 

Ģadam. 


–  Nala-mıxa  vurma.  Cavab  ver,    –  onun  gözlərində 

qəzəb oynaĢırdı. 




www.vivo-book.com 

 

25 



 Əclaf! 

– Hə… səhər yoqurt yemiĢəm. Hə, bir də banan. 

–  Sonuncu  dəfə  haçan  normal  yemisən?  –  kinayəylə 

soruĢdu. 

Teylor sükan arxasına keçdi, ―Аudi‖ yerindən tərpəndi 

və avtomobil axınına qarıĢdı. 

Üzümü pəncərəyə çevirmiĢdim. Cek mənə əl yelləyirdi, 

ancaq  bilmirdim,  tünd  ĢüĢənin  arxasından  o  məni  necə 

görürdü? Mən də ona əl yelləyirdim. 

– O kimdir? – Kristian kəskin Ģəkildə soruĢdu. 

– Müdirim, – gözucu yanımda oturmuĢ yaraĢıqlı kiĢiyə 

baxırdım. Dodaqları kip sıxılmıĢdı. 

– Hə? Sənin son normal yeməyin nə idi? 

–  Kristian,  bunun  sənə  dəxli  yoxdur,  düz  sözümdü,  – 

donquldandım və özümü bu zaman cəsarətli hiss edirdim. 

– Elədiyin hər Ģeyin mənə dəxli var. Cavab ver! 

 Bu  nə  deməkdir!  Pərtlikdən  ah  çəkib  gözlərimi 

süzdürdüm,  Kristian isə  acıqlı halda gözlərini qıydı.  Və  bu 

neçə  gündə  ilk  dəfə  qəfildən  məni  gülmək  tutdu.  Var 

gücümlə  pırtlayıb  çıxmaqla  məni  təhdid  edən  gülüĢümü 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə