Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə5/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   2   3   4   5   6   7   8   9   ...   172

www.vivo-book.com 

 

26 



boğmaq  istəyirdim.  Kristianın  siması  yumĢaldı  və 

təbəssümün kölgəsi onun füsunkar dodaqlarını bəzədi. 

– Hə? – o artıq incə tərzdə inad edirdi. 

–  Ötən  cümə,  balıqqulağılı  tort,  –  pıçıltıyla  cavab 

verdim. 

 O, gözlərini örtdü. Üzündən qəzəb və yəqin ki, təəssüf 

kölgəsi keçirdi. 

– Aydındır, – sakit səslə dedi. – Bir neçə funt, bəlkə də 

daha  çox  arıqlamıĢ  görünürsən.  XahiĢ  edirəm,  yemək  ye, 

АnasteyĢa. 

BaxıĢlarımı  endirib  dolaĢmıĢ  barmaqlarıma  baxırdım. 

Niyə  onun  yanında  özümü  səfeh  və  fərsiz  uĢaq  kimi  hiss 

edirdim? 

О mənə sarı çevrildi. 

– ĠĢlər necədir? – incə tərzdə soruĢdu. 

Hə,  ümumiyyətlə,  dəhĢət  idi…  Boğazımdakı  bəlğəmi 

uddum. 

– YaxĢıdır desəm, yalan danıĢmıĢ olaram. 



 О, kəsik-kəsik nəfəsini buraxırdı. 


www.vivo-book.com 

 

27 



– Elə mənim iĢlərim də, – donquldandı və əlimi sıxdı. – 

Sənsiz darıxırdım. 

 Оy, yox! Dərimdə barmaqlarının hərarətini duyurdum. 

– Kristian, mən… 

– Аnа, xahiĢ edirəm, biz danıĢmalıyıq. 

Az qala ağlayacaqdım. Yox! 

– Kristian, mən… lazım deyil… o qədər ağlamıĢam ki, 

– hisslərimi cilovlamağa çalıĢaraq pıçıldadım. 

–  Lazım  deyil,  balaca!  –  О,  əlimi  dartdı  və  özümə 

gəlməmiĢ  onun  dizlərinə  çökdüm.  Məni  qucaqladı  və 

burnuyla saçlarıma toxundu: – Səndən ötrü elə darıxmıĢdım 

ki, АnasteyĢa, – güclə eĢidiləcək tərzdə dedi. 

Onun  qolları  arasından  qurtulmaq,  məsafə  saxlamaq 

istəyirdim, amma alınmırdı. О məni bağrına basdı. Fərəhdən 

donub-qalmıĢdım. Аh, kaĢ həmiĢə belə olaydı! 

BaĢımı onun çiyninə qoydum, o isə saçlarımı öpüĢlərə 

qərq  edirdi.  Halım  yaxĢı  idi,  sanki  evdə  idim.  Ondan 

təmizlik,  alt  paltarı  üçün  kondisioner  və  bədən  gelinin  ətri 

gəlirdi, üstəlik, Kristian ətri – və bu mənim ən sevimli ətrim 

idi.  Bir  anlıq  özümə  ―hər  Ģey  yaxĢı  olacaq‖  illüziyasına 




www.vivo-book.com 

 

28 



inanmaq izni verdim. О, məlhəm kimi bütün  əldən düĢmüĢ 

ruhumdan keçib gedirdi. 

Bir  neçə  dəqiqədən  sonra  Teylor  ―Audi‖ni  səkinin 

kənarında əylədi, amma biz hələ də Ģəhərdəydik. 

– Gedək, – Kristian astaca məni qaldırdı, – çatmıĢıq. 

 Nə, nə? 

–  Orda  helikopter  meydançası  var  –  evin  damında.  – 

Kristian baĢını geriyə atıb əlini yellədi. 

Hə,  əlbəttə,  ―Çarli  Tanqo‖.  Teylor  mənimçün  qapını 

açdı  və  mənə  hərarətli,  himayəedici    təbəssümlə  baxdı. 

QarĢılığında mən də gülümsədim. 

– Sizə cib dəsmalınızı qaytarmalıyam. 

– Özünüzə saxlayın, miss Stil, ən xoĢ istəklərimlə. 

Mənə  elə  gəldi  ki,  baĢdan-ayağa  pörtdüm.  Kristian 

maĢından  çıxdı  və  əlimdən  tutdu.  О,  sual  dolu  nəzərlə 

Teylora baxdı, o isə sakit tərzli baxıĢla cavab verdi. 

– Doqquzda? – Kristian soruĢdu. 

– Bəli, ser. 

Kristian məni ikiqat qapılardan nəhəng foyeyə keçirdi. 

Əlimi  sıxan  uzun,  Ģəhvani  barmaqların  hərarətindən 




www.vivo-book.com 

 

29 



xoĢhallanırdım,  onlarda  həyəcanverici  cərəyan  var  idi.  Bu 

olmadan da Kristian məni özünə doğru çəkdi – GünəĢ Ġkarı 

özünə  cəzb  elədiyi  kimi.  Mən  artıq  yanıb  kül  olmuĢdum, 

bununla belə, yenidən onun iĢığına doğru uçurdum. 

Liftə yaxınlaĢırdıq, o, çağırıĢ düyməsini basdı. Gözucu 

baxıb onun dodaqlarında sirli yarıtəbəssüm gördüm. Qapılar 

aralandı.  О,  əlimi  buraxdı  və  yüngülcə  məni  kabinəyə 

itələdi.  Liftin  qapıları  bağlandı.  Bir  daha  baxıĢlarımı 

Kristiana  tuĢlamaq  riskinə  giriĢdim.  О,  boyu  bərabərində 

mənə  boylandı  və  sanki  hava  elektriklə  doldu,  ağırlaĢdı, 

aramızda  nəbz  vurmağa  baĢladı.  Ġstəyirsən  ona  toxun, 

istəyirsən ye. Bizim aramızda qarĢılıqlı cazibə var idi. 

–  Ġlahi,  –  köks  ötürdüm,  bu  instinktiv,  həyat  kimi 

qədim-qaim cazibə qüvvəsindən qurtula bilmirdim. 

–  Mən  də  bunu  hiss  edirəm,  –  o  dedi.  Onun  gözləri 

ehtirasdan dumanlanmıĢdı. 

Ġstək  tünd,  ölümcül  plazmayla  qarnımı  doldururdu. 

Kristian əlimi, baĢ barmağı ilə çeçələ barmağımın donqarını 

sıxdı və bədənimin bütün əzələləri Ģirin ürpəntiylə yığıldı. 

Mənim üzərimdə bu qədər hakimiyyət onda hardan idi? 




www.vivo-book.com 

 

30 



–  АnasteyĢa,  dodağını  diĢləmək  lazım  deyil,  – 

pıçıldadı. 

Mən  diĢlərimi  qıcayıb  yalvarıĢlı  nəzərlə  ona  baxdım. 

Onu  istəyirdim,  dərhal,  burda,  elə  liftdə.  BaĢqa  cür  ola 

bilərdimi? 

– Mənimçün nə demək olduğunu özün bilirsən. 

Оoo,  deməli,  mən  ona  lazım  idim!  Daxili  ilahəm, 

özümü  dəyərləndirməyim,  beĢ  günlük  ümidsizlikdən  sonra 

yuxudan oyanırdı. 

Qəfildən  liftin  qapayıcı  xətti  aralandı,  biz  sehri 

dağıdaraq  dama çıxırdıq. Bura küləkli idi. Əynimdəki qara 

gödəkcəyə  baxmayaraq  donurdum.  Kristian  çiyinlərimi 

qucaqlayıb  məni  özünə  sıxdı  və  biz  tələsik  helikopter 

meydançasının  ortasına  keçdik.  Orda  ―Çarli  Tanqo‖ 

dayanmıĢdı və pərləri asta-asta fırlanırdı. 

Kabinədən  ucaboy, sarıĢın, kvadrat  çənəli  biri  əyilərək 

bizə doğru qaçırdı. Kristianla bir-birlərinin əllərini möhkəm 

sıxaraq rotorların səs-küyü arasından qıĢqırdı: 

– MaĢın hazırdır, ser. Ġxtiyarınızdadır! 

– Hər Ģeyi yoxladın? 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə