Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə6/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   2   3   4   5   6   7   8   9   ...   172

www.vivo-book.com 

 

31 



– Bəli, ser. 

–  Təxminən,  saat  doqquzun  yarısında  onu  götürə 

bilərsən? 

– Bəli, ser. 

– Teylor səni giriĢdə gözləyir. 

–  Minnətdaram,  mister  Qrey.  Portlendə  uğurlu  uçuĢ. 

Mem… – o, nəzakətlə mənə baxıb gülümsədi. 

 

Kristian əlimi buraxmadan pilota baĢıyla razılıq bildirdi 



və  əyilərək  məni  helikopterin  qapılarına  doğru  apardı. 

Ġçəridə  kəmərlərimi  bərkidib  qayıĢları  möhkəm  sıxdı. 

Çoxmənalı, sirli təbəssümlə. 

–  Bax  indi  heç  yerə  qaça  bilməzsən,  –  mızıldandı.  – 

Etiraf etməliyəm ki, bu bondajın xoĢuma gəlir. Hə, heç nəyə 

toxunma. 

Yenə  baĢdan-ayağa  pörtdüyümü  hiss  elədim,  çünki  o, 

Ģəhadət barmağını yanağımda gəzdirirdi. Sonra qulaqcıqları 

mənə  uzatdı.  ―Mən  də  sənə  toxunmaq  istərdim,  amma  sən 

icazə  vermirsən…‖  QaĢlarımı  çatdım.  Həm  də  o,  kəmərləri 

elə möhkəm sıxmıĢdı ki, güclə qımıldanırdım. 



www.vivo-book.com 

 

32 



Kristian pilotun kürsüsünə  oturub  kəmərlərini bağladı, 

sonra  uçuĢöncəsi  yoxlamaların  hamısını  yerinə  yetirdi. 

Ġnamlı və sürətli hərəkət edirdi. Mən ovsunlanmıĢ kimi seyr 

edirdim. О, qulaqcıqları taxdı, tumbleri çıqqıldatdı və pərlər 

fırlanmanı sürətləndirərək uğultusuyla qulaqlarımı doldurdu. 

О mənə sarı çevrildi. 

–  Hazırsan,  balaca?  –  səs  qulaqcıqlarda  əks-səda 

verirdi. 

– Ihı. 

Onun  dodaqlarında  təbəssüm  var  idi,  dəcəl  uĢaq 



təbəssümü. Gör neçə vaxtdı bunu görmürdüm! 

– Sitak qülləsi, bu ―Çarli Tanqo‖nun göyərtəsidir, hotel 

―Qolf-Əks-səda‖  (А1),  PDX-dən  Portlendə  reysə  hazıram. 

Məni necə eĢidirsiniz? Qəbul. 

Aviadispetçerin hissiz səsi cavab verib təlimatlandırdı. 

–  Rocer,  qüllə,  ―Çarli  Tanqo‖nun  göyərtəsi  danıĢır, 

əlaqənin sonu. 

 

Kristian iki tumbleri çıqqıldadıb idarəetmə dəstəyindən 



tutdu və parlaq axĢam səmasına baĢ vurdu. 


www.vivo-book.com 

 

33 



 Sietl  və  mədəm  aĢağı  enirdi,  ildırım  sürətiylə  bizdən 

uzaqlaĢaraq. 

–  Nə  vaxtsa  Ģəfəqin  ardınca  qaçırdıq,  o  isə  bizdən 

qaçırdı,  indisə  zülməti  qovuruq,  –  qulaqcıqda  onun  səsi 

eĢidilirdi. 

 

 Heyrətdən  gözlərimi  bərəltdim.  Bu  nə  deməkdir? 



Qulaqlarıma  inanmırdım.  Doğrudanmı,  o  bu  cür 

romantikaya  qabil  idi?  О  gülümsəyirdi  və  mən  də  çəkinə-

çəkinə təbəssümünə cavab verdim. 

–  Bu  dəfə,  qürub  günəĢində  hər  Ģey  daha  gözəl 

görünəcək, – dedi. 

 Ötən  dəfə,  biz  Sietlə  uçarkən  hava  qaralmıĢdı.  Bu 

axĢamsa  görünüĢ  möhtəĢəm  idi,  demək  olar  ki,  ilahi.  Biz 

daha  hündürə  qalxırdıq,  yonulmuĢ  qayalara  oxĢayan 

göydələnlər arasından uçurduq. 

–  ―Mənim  ―Esklala‖m  bax  ordadır,  –  o,  baĢının 

hərəkətiylə  binaya  iĢarə  etdi,  –  ―Boinq‖  ordadır,  indisə 

―Speys Nidl‖ə yaxınlaĢırıq. 




www.vivo-book.com 

 

34 



–  Heç  vaxt  orda  olmamıĢam,  –  ah  çəkib  boynumu 

uzatdım. 

– Onu sənə göstərəcəyəm, orda Ģam yeməyi yeyərik. 

– Kristian, biz ayrılmıĢıq. 

– Bilirəm. Amma mən yenə də səni ora aparacağam və 

yedirdəcəyəm, – o acıqlandı. 

BaĢımı  yellədim  və  anladım  ki,  mübahisə  eləməsək, 

yaxĢıdır. 

– Bura çox gözəldir, minnətdaram. 

– MöhtəĢəmdir, elə deyil? 

– Bütün bunları mənə göstərməyin... 

– Kobud tərif, hə, miss Stil? Amma mənim, həqiqətən, 

bəzi qabiliyyətlərim var. 

– Çox gözəl görürəm, mister Qrey. 

 O,  baĢını  çevirib  gülümsədi.  BeĢ  gündə  ilk  dəfə  mən 

bir  qədər  sərbəstləĢmiĢdim.  Bəlkə  hər  Ģey  o  qədər  də  pis 

deyildi. 

– Yeni iĢin necədir? 

– Sağ ol, yaxĢıdır. Maraqlı iĢdir. 

– Bəs yeni müdirin? 




www.vivo-book.com 

 

35 



– Belə də, normal. 

 Axı  deyə  bilməzdim  ki,  məni  Cekin  diqqəti  narahat 

edir. Kristian gözlərini qıydı. 

– Nəsə problemin var? 

– Yox, hər Ģey qaydasındadır, üzdə olanları saymasaq. 

– Üzdə olanlar? 

– Eh, Kristian, düz sözümdü, bəzən məni bezdirirsən. 

–  Bezdirirəm?  Mən?  Səsinizin  tonu  nəsə  xoĢuma 

gəlmir, miss Stil. 

– Gəlmir, gəlməsin. 

 Onun dodaqları təbəssümdən əyildi. 

–  Sənin  doğma  pozğun  ağzın  üçün  darıxmıĢdım, 

АnasteyĢa. 

 QıĢqırmaq  istəyirdim:  ―Səninçün  darıxırdım,  baĢdan-

ayağa səninçün, təkcə səsin, dodaqların üçün yox!..‖ Amma 

mən, sadəcə,  ―Çarli Tanqo‖nun  akvariumun ĢiĢərək  əyilmiĢ 

divarına  oxĢar  ön  ĢüĢəsindən  sakitcə  baxırdım.  Biz  cənuba 

uçmaqda davam edirdik. Üfüqün üzərində günəĢ asılmıĢdı – 

böyük,  narıncı,  təhlükəli,  –  və  mən  yenidən  özümü  odda 

yanmaqla təhlükəyə atılan Ġkar sanırdım. 




www.vivo-book.com 

 

36 



 

Zülmət Sietl tərəfdən arxamızca sürünürdü. Səma opal 

rəngli,  tünd  yaĢıl  akvamarin  dalğalara  bələnmiĢdi,  onlar 

ahəngdar  tərzdə  bir-birini  əvəzləyirdi, bunu  isə  yalnız  Ana-

Təbiət  etməyə  qabildir.  AxĢam  havası  təmiz  və  Ģəffaf  idi. 

Portlendin  iĢıqları  parıldayır  və  göz  vurur,  Kristian 

helikopteri  meydançaya  endirərkən  bizi  salamlayırdı. 

Yenidən  qəribə  kərpic  tikilinin  üstündəydik,  təxminən  üç 

həftə öncə də burdan uçmuĢduq. 

Ġlk  baxıĢdan  üç  həftə  nə  idi  ki?  Belə  də,  az-maz. 

Bununla  belə,  mənə  elə  gəlirdi  ki,  Kristianı  bütün  həyatım 

boyu  tanımıĢam.  O,  ―Çarli  Tanqo‖nun  mühərrikini 

söndürmək  üçün  müxtəlif  dəstəkləri  Ģaqqıldadırdı.  Pərlər 

asta-asta  fırlanmağını  dayandırırdı  və  tezliklə  qulaqcıqlarda 

yalnız tənəffüsümü eĢidirdim. Hmm. Qəfildən nədənsə mənə 

heyrətamiz  təsir  göstərmiĢ  Tomas  Tallisin  orqan  messaları 

xatırladım.  Nəbzim  sürətləndi.  Burdan  heç  yerə  getmək 

istəmirdim. 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə