Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə147/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   143   144   145   146   147   148   149   150   ...   172

www.vivo-book.com 

 

839 



 

Ah,  o  elə  dəyiĢkən  xasiyyətlidir  ki…  əhval-ruhiyyəsi 

―Presto‖ rejiminə qoyulmuĢ metronom kimi dəyiĢir. 

–  Əlbəttə,  –  mızıldanıram.  –  Getmək  vaxtıdı.  Ġndi  iĢə 

baĢlayacam. 

– Əgər lazım olsam.... Mən ciddiyəm… – təkrar edir. 

– Bilirəm. Çox sağ ol, Kristian. Səni sevirəm. 

Telefonun  o  tərəfindən  onun  təbəssümünü  duyuram. 

Onu yenidən özümə qaytarmıĢam. 

–  Mən  də  səni  sevirəm,  balaca,  –  bu  etirafları 

eĢitməkdən heç vaxt bezmərəm! 

– Səninlə sonra danıĢarıq. 

– Çao-kakao, balaca. 

Əlaqəni  kəsib  Cekin  kabinetinə  göz  gəzdirirəm.  Öz 

kabinetimə.  Lənət  Ģeytana:  АnasteyĢa  Stil,  redaktor  əvəzi. 

Kimin ağlına gələrdi? MaaĢıma əlavə istəməliyəm. 

Cek  bundan  xəbər  tutsa,  nə  fikirləĢəcək?  Mən  bu 

fikirdən diksinib Ģad halda düĢünürəm ki, görəsən, bu səhər 

o  neyləyir;  yəqin  ki,  Nyu-Yorka  getməyib.  Bir  sözlə,  yeni 



www.vivo-book.com 

 

840 



kabinetimə girib stulda oturur və redaktorun vəzifələri haqda 

siyahını oxuyuram. 

Saat birin yarısında daxili telefonla Elizabet zəng edir. 

–  Аnа,  saat  birdə  müĢavirə  zalında  keçiriləcək  iclasda 

iĢtirak eləməlisiniz. Cerri Roç və Key Besti orda olacaqlar, 

bilirsiniz  də,  Ģirkətin  prezidenti  və  vitse-prezidenti?  Bütün 

redaktorlar iclasa qatılacaq. 

Lənət Ģeytana! 

– Mən hazırlıq görməliyəm? 

–  Yox,  bu,  qeyri-rəsmi  görüĢdür,  ayda  bir  dəfə 

keçiririk. Lanç da olacaq. 

– Gələcəm, – deyir və dəstəyi qoyuram. 

Lənət  Ģeytana!  Cekin  müəlliflərinin  cari  siyahısına 

baxıram.  Hə,  onları  yaxĢı  tanıyıram.  Məndə  beĢ  əlyazma 

var, onlar artıq nəĢrə təsdiqlənib, üstəlik, daha iki əlyazma, 

onları  nəzərdən  keçirmək  lazımdır.  Ciyərdolusu  köks 

ötürdüm  və  gözlərimə  inanmırdım  ki,  artıq  lanç  vaxtıdır. 

Günün  yarısı  keçib  və  bu  xoĢuma  gəlir.  Bu  gün  səhər  o 

qədər  yeni  Ģey  öyrəndim  ki.  Təqvimdəki  qeyd  mənə  təyin 

olunmuĢ görüĢü xatırladır. 




www.vivo-book.com 

 

841 



Оy-оy,  Mia!  Bütün  yeniliklər  arasında  bu  görüĢü 

unutmuĢam.  ―Blekberi‖ni  götürür  və  tələm-tələsik  Mianın 

nömrəsini axtarıram. 

Xidməti telefon zəng çalır. 

– О qəbul otağındadır, – Kler asta səslə deyir. 

– Kim? – Bir anda elə bilirəm ki, o, Kristianı nəzərdə 

tutur. 

– SarıĢın ilahi. 



– Ġtan? 

Görən  nə  istəyir?  Ona  zəng  eləmədiyim  üçün  dərhal 

özümü təqsirkar hiss eləyirəm. 

Ġtan,  əynində  dama-dama  mavi  köynək,  cins  Ģalvarda 

məni görcək gülümsəyir. 

–  Vаu!  Gözəl  görünürsən,  Stil,  –  deyir,  baĢıyla  da 

dediyini təsdiqləyir. Sonra məni qucaqlayır. 

– Hər Ģey qaydasındadı? – soruĢuram. 

О hüznlənir. 

–  Hə,  Аnа,  hər  Ģey  normaldır.  Sadəcə,  səni  görmək 

istəyirdim.  Bu  aralarda  səninlə  zəngləĢməmiĢik  və  bilmək 

istəyirdim ki, mister Böyük Moğol səninlə necə rəftar edir. 




www.vivo-book.com 

 

842 



Üzüm qızardı və mən təbəssümümü saxlaya bilmədim. 

–  Anladım!  –  Ġtan  deyir,  əllərini  yuxarı  qaldıraraq.  – 

Təbəssümünü  görüb  artıq  heç  nə  bilmək  istəmirəm.  Yanına 

elə-belə  gəlmiĢdim:  dedim,  bəlkə  indi  nahar  yeməyinə 

getdin.  Sentyabr  ayı  üçün  Sietldə  psixologiya  kurslarına 

yazılmıĢam. Magistr dissertasiyasına görə. 

–  Аh,  Ġtan,  o  qədər  hadisə  baĢ  verib  ki.  Sənə  bir  ton 

xəbər  çatdırmalıyam,  amma  indi  olmaz.  Ġclasa  getməliyəm, 

–  bu  an  ağlıma  faydalı  bir  fikir  gəlir.  –  FikirləĢdim,  bəlkə 

mənimçün  bir  iĢ  tutasan?  –  Hətta  ovuclarımı  bir-birinə 

vururam. 

– Əlbəttə, – deyir, yalvarıĢımdan təəccüblənərək. 

–  Kristian  və  Eliotun  bacısıyla  bu  gün  lança  getmək 

barədə  razılaĢmıĢdıq,  amma  ona  zəng  eləyə  bilmirəm,  indi 

də  qəfil  iclas  xəbəri  gəlib.  Onunla  lança  gedə  bilərsənmi? 

XahiĢ eləyirəm, çox xahiĢ eləyirəm. 

–  Оy,  Аnа!  Mən  burnu  fırtıqlı  qızlara  dayəlik  etmək 

istəmirəm. 




www.vivo-book.com 

 

843 



– XahiĢ eləyirəm, Ġtan! – Kirpiklərim arasından ona ən 

xumar baxıĢ yönəldirəm. О, gözlərini süzdürür və anlayıram 

ki, qalib gəlmiĢəm. 

– Mənimçün bir Ģey hazırlayarsan? – mızıldanır. 

– Əlbəttə, istənilən vaxt və istənilən Ģey. 

– Bəs o qız hardadı? 

– Ġndicə gələcək, – və elə bu vaxt Mianın səsi gəlir: 

– Аnа! – giriĢdən qıĢqırır. 

Hər 

ikimiz  çönürük  və  qarĢımızda  ucaboy, 



tökməbədən, qara saçları ―bob-kare‖ üslubunda qısa kəsimli 

saçı olan qız peyda olur. Əynində nanə rəngli mini-don var 

və  eyni  rəngdə  hündürdaban,  qayıĢlı,  baldırlaracan  uzanan 

bosonojka. О, füsunkar görünür. 

–  Bu,  həmin  burnufırtıqlı  qızdır?  –  Ġtan  ağzı  açılmıĢ 

halda pıçıldayır. 

–  Hə,  nəzarətə  tələbatı  olan  burnufırtıqlı,  – 

pıçıldayıram. – Salam, Mia. – Cəld onu qucaqlayıram, o isə 

gözlərini Ġtana zilləyib. 

– Mia, bu Ġtandır, Keytin qardaĢı. 

 



www.vivo-book.com 

 

844 



О, baĢıyla təsdiqləyir, təəccüblə qaĢlarını qaldırır. Mia 

tez-tez kirpiklərini döyür, sonra əlini ona uzadır. 

– Sizinlə tanıĢlığa Ģadam, – Ġtan ədəblə mızıldanır, Mia 

isə yenə də kirpiklərini döyüb susurdu. О utanırdı. 

Bax  ha!  Məncə,  hələ  onu  bircə  dəfə  utancaq 

görməmiĢəm. 

–  Lanç  fikrimiz  baĢ  tutmayacaq,  –  naqolay  Ģəkildə 

deyirəm.  –  Etiraz  eləmirsənsə,  Ġtan  səninlə  lança  getməyə 

razılıq  verib.  Bizsə  səninlə  baĢqa  bir  vaxt  nahar  edərik, 

yaxĢı? 


– Əlbəttə, – Mia sakitcə deyir. Təmkinli Mia  – bu artıq 

yenilikdir. 

– Hə, indi təĢəbbüs mənimdir. Çao-kakao, Аnа, – Ġtan 

deyir,  əlini  Miaya  uzadır.  О,  Ġtanın  əlindən  tutur,  xəfif 

təbəssümlə. 

– Hələlik, Аnа, – Mia mənə sarı çönür: – Ġlahi! – Mənə 

göz vurur. 

Ġtan  onun  xoĢuna  gəlir!  Onlara  əl  yelləyirəm,  binadan 

çıxırlar.  Maraqlıdır,  Kristian  bacısının  bu  görüĢünə  necə 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə