Ərizə №76943/11 29. 11. 2016 tarixli qərar [Böyük Palata] Maddə 6



Yüklə 37,43 Kb.

tarix20.02.2018
ölçüsü37,43 Kb.


Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 201 

Noyabr 2016-cı il 

*** 

Lupeni  şəhərinin  yunan  katolik  kilsəsi  və  başqaları  Rumıniyaya  qarşı  [BP]  –  ərizə  № 

76943/11 

 

29.11.2016 tarixli qərar [Böyük Palata] 

 

Maddə 6 

 

Mülki proses 

 

6-cı maddənin 1-ci bəndi 

 

Məhkəməyə müraciət etmək hüququ 

 

İbadət yerlərinin restitusiyası ilə bağlı qərarın "mülkiyyətlərin sahibi olan icmaların dindarlarının 

istəkləri" əsasında qəbul edilməsi: pozuntu baş verməyib 

 

Ədalətli məhkəmə araşdırması hüququ 



 

Yuxarı  məhkəmənin  presedent  hüququnda  dərin  və  uzunmüddətli  uyğunsuzluqların  olması  və 

presedent hüququnda ziddiyyətlərə yol verməmək üçün nəzərdə tutulmuş mexanizmdən istifadə 

edilməməsi: pozuntu baş verib 

 

Faktlar – 1948-ci ildə şərqi katolik kilsəsinə (yunan katolik və ya uniat kilsəsi) mənsub olan dini 

qurumlar  358/1948  saylı  qanun  qüvvəli  fərman  əsasında  buraxıldılar.  Həmin  fərmana  əsasən, 

177/1948  saylı  fərman  əsasında  pravoslav  kilsəsinin  mülkiyyətinə  keçmiş  əmlaklar  istisna 

olmaqla  adı  çəkilən  kilsəyə  mənsub  olan  bütün  əmlaklar  dövlətə  keçdi,  sonuncuda  nəzərdə 

tutulmuşdu ki, kilsə icması üzvlərinin çoxu başqa kilsənin icmasına keçərdisə, birinciyə məxsus 

olan  əmlaklar  ikincinin  mülkiyyətinə  keçirdi.  1967-ci  ildə  ərizəçi  kilsəyə  mənsub  olan  kilsə 

binasının  və  ona  bitişik  ərazinin  Rumıniya  pravoslav  kilsəsinin  mülkiyyətinə  keçdiyi  barədə 

qeyd torpaq kadastrına daxil edildi. 

1989-cu  ilin  dekabrında  kommunist  rejimi  çökdükdən  sonra  358/1948  saylı  qanun  qüvvəli 

fərman 9/1989 saylı qanun qüvvəli  fərmanla ləğv edildi. "Roma kilsəsi ilə birləşmiş Rumıniya 

kilsəsi  (yunan  katolik  kilsəsi)  ilə  bağlı  müəyyən  tədbirlər  haqqında"  126/1990  saylı  qanun 

qüvvəli  fərmanla  uniat  kilsəsi  rəsmən  tanındı.  Həmin  fərmanın  3-cü  maddəsində  nəzərdə 

tutulmuşdu  ki,  yunan  katolik  kilsəsinə  məxsus  mülkiyyətin  hüquqi  statusu  yunan  katolik  və 

pravoslav kilsələrinin nümayəndələrindən ibarət birgə komissiyalar tərəfindən müəyyənləşdirilir. 

Qərarlarını qəbul edərkən bu komissiyalar "bu mülkiyyətlərin sahibi olan icmaların dindarlarının 

istəklərini" nəzərə almalı idilər. 

Hökumətin  13  avqust  2004-cü  il  tarixli  64/2004  saylı  qərarı  ilə  və  182/2005  saylı  qanunla 

126/1990  saylı  qanun  qüvvəli  fərmanın  3-cü  maddəsinə  əlavələr  edildi.  Fərmanın  dəyişiklik 

edilmiş  mətnində  nəzərdə  tutulurdu  ki,  birgə  komitənin  tərkibinə  daxil  olan  iki  kilsənin 

nümayəndələri  arasında  razılıq  əldə  edilmədiyi  təqdirdə  maraqlı  tərəf  ümumi  qanunvericilik 

normalarına müvafiq olaraq məhkəmədə iddia qaldıra bilərdi. 



Ərizəçi kilsə qanuna müvafiq olaraq 12 avqust 1996-cı ildə yenidən qeydiyyata alındı. Ərizəçilər 

kilsə  binasının  və  ona  bitişik  ərazinin  onlara  qaytarılması  üçün  lazımi  addımları  atdılar.  Birgə 

komitənin  iclaslarında  məsələni  həll  etmək  mümkün  olmadı.  Buna  görə  də  ərizəçilər  ümumi 

qanunvericilik normalarına müvafiq olaraq məhkəmədə iddia qaldırdılar, amma cəhdləri uğursuz 

oldu.  Məhkəmələr  qərarlarını  xüsusi  meyarla  –  "bu  mülkiyyətlərin  sahibi  olan  icmaların 

dindarlarının istəkləri" ilə əsaslandırdılar. 

19  may  2015-ci  il  tarixli  qərarında  (bax: 

185  saylı  Məlumat  bülleteni

)  Məhkəmənin  Palatası 

yekdilliklə  bu  qənaətə  gəldi  ki,  6-cı  maddənin  1-ci  bəndinin  və  6-cı  maddənin  1-ci  bəndi  ilə 

əlaqəli şəkildə götürülmüş 14-cü maddənin pozuntusu baş verməyib. 

Ərizəçilərin vəsatəti əsasında 19 may 2015-ci ildə iş Böyük Palatanın icraatına verildi. 

 

Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi: Mübahisə predmeti ibadət yeri olsa da, ərizəçilərin 

qaldırdığı  iddia  mülki  hüquqla  əlaqədar  idi  və  məhkəmələr  vasitəsilə  mülkiyyət  hüququnu 

təsdiqləmək məqsədini daşıyırdı. Buradan belə nəticə çıxır ki, Konvensiyanın 6-cı maddəsinin 1-

ci bəndi bu işə tətbiq edilə bilər. 

a)  Məhkəməyə  müraciət  etmək  hüququ  –  Ərizəçilərin  kilsə  binasının  restitusiyası  (onların 

mülkiyyətinə  qaytarılması)  üçün  daxili  məhkəmələrdə  iddia  qaldırmalarına  heç  bir  maneə 

yaradılmamışdı və həmin məhkəmələr işi ətraflı şəkildə araşdırmışdılar. 

Müstəqil və qərəzsiz olan daxili məhkəmələr öz yurisdiksiya səlahiyyətlərini həyata keçirərkən 

işin  hallarının  qiymətləndirilməsində  diskresion  səlahiyyətə  malik idilər  və  onların  rolu  heç  də 

öncədən qəbul edilmiş qərarı təsdiqləməkdən ibarət deyildi. 

Beləliklə,  bu  işdə  söhbət  ərizəçilərin  məhkəməyə  çıxışının  qarşısını  alan  prosessual  maneədən 

deyil, substantiv hüquq normasından gedirdi və baxmayaraq ki, həmin norma prosesin nəticəsinə 

təsir  göstərə  bilərdi,  məhkəmələrin  mübahisəni  mahiyyəti  üzrə  araşdırmalarına  mane  olmurdu. 

Əslində  ərizəçilər  sözügedən  ibadət  yerinin  restitusiyasına  nail  olmaq  üçün  substantiv  hüquq 

normasının müəyyən etdiyi şərtləri yerinə yetirməyin çətinliyindən şikayət etmişdilər. 

Lakin  prosessual  və  substantiv  elementlər  arasındakı  fərq  Konvensiyanın  6-cı  maddəsinin 

tətbiqinin  və  müvafiq  hallarda  həmin  maddədə  yer  alan  təminatların  əhatə  dairəsinin 

müəyyənləşdirilməsində  həlledici  amil  olaraq  qalır  və  prinsipcə  bu  maddə  daxili 

qanunvericilikdə  mövcud  olan  hüquqa  substantiv  (maddi  hüquqi)  xarakterli  məhdudiyyətlərin 

tətbiqi hallarına şamil olunmur. 

Bu işdə mübahisə predmeti olan "dindarların istəkləri" meyarı ibadət yerləri üzərində mülkiyyət 

hüququnun bərpası barədə iddia tələblərinə dair məhkəmələrin qərar çıxarmaq səlahiyyətini hər 

hansı şəkildə məhdudlaşdıran amil sayıla bilməzdi və substantiv hüququn müəyyənləşdirilməsi 

ilə əlaqədar idi. Hazırkı işdə daxili məhkəmələr milli qanunvericiliyin tətbiqində və şərhində tam 

səlahiyyətə malik idilər və birgə komitədəki prosedur kontekstində pravoslav kilsəsinin barışıq 

sazişi bağlamaqdan imtina etməsi onlar üçün məcburi qüvvəyə malik amil deyildi. 

Mübahisələndirilən  meyar  parlamentdə  qəbul  edilərkən,  habelə  126/1990  saylı  qanun  qüvvəli 

fərmanda  dəyişikliklər  etmiş  182/2005  saylı  qanun  qəbul  olunarkən  qızğın  müzakirələrə  səbəb 

olmuşdu.  Mübahisələndirilən  meyarın  qəbulu  ilə  nəticələnmiş  qanunvericilik  prosesi 

çərçivəsində  aparılmış  məsləhətləşmələrdə  hər  iki  kilsənin  nümayəndələri  iştirak  etmişdilər. 

Konstitusiya  Məhkəməsinin  presedent  hüququ  ardıcıl  olaraq  təsdiq  edirdi  ki,  bu  meyarın  istər 

birgə komitələr tərəfindən tətbiqi, istərsə də ümumi qanunvericilik normalarına müvafiq olaraq 

qaldırılmış iddia üzrə məhkəmə prosesi kontekstində tətbiqi Konstitusiyaya uyğundur. 

Sembata Bihor yunan katolik kilsəsi Rumıniyaya qarşı məhkəmə işində (ərizə № 48107/99, 12 

yanvar  2010-cu  il, 

126  saylı  Məlumat  bülleteni

)  Məhkəmə  126/1990  saylı  qanun  qüvvəli 




fərmanın  3-cü  maddəsinin  mətnində  64/2004  saylı  qərarla  və  182/2005  saylı  qanunla 

dəyişikliklər  edilənə  qədər,  yəni  bu  dəyişikliklərdə  birbaşa  nəzərdə tutulmuş  məhkəmədə  iddia 

qaldırmaq  imkanı  yaranana  qədər  mövcud  olmuş qanunvericilik  bazasını  nəzərdən  keçirdikdən 

sonra  müəyyən  etdi  ki,  məhkəməyə  müraciət  etmək  hüququnun  məhdudlaşdırılması  ümumi 

qanunvericilik normalarına əsaslanmışdı. 

Yuxarıda qeyd edilən mülahizələri nəzərə alsaq, ərizəçilər ibadət yeri üzərində mülkiyyət hüququ 

ilə  bağlı  iddia  tələblərinin  mahiyyəti  üzrə  həll  edilməsi  hüququndan  məhrum  edilməmişdilər. 

Mübahisəli  kilsə  binasının  geri  qaytarılmasına  nail  olmağa  cəhd  göstərərkən  ərizəçilərin 

üzləşdiyi  çətinliklər  qüvvədə  olan  substantiv  hüquq  normaları  ilə  bağlı  idi  və  məhkəməyə 

müraciət etmək hüququnun məhdudlaşdırılması ilə əlaqədar deyildi. 



Nəticə: pozuntu baş verməyib (beş səsə qarşı on iki səslə). 

b)  Hüquqi  müəyyənlik  prinsipinə  riayət  edilməsi  –  Mübahisələri  sonuncu  instansiya  qismində 

həll  etməli  olan  Yüksək  Məhkəmənin  özünün  hüquq  praktikasında  "ümumi  qanunvericilik" 

termininə  ziddiyyətli  şərh  verilməsi  halları  mövcud  idi.  Bu  hallar  aşağı  məhkəmələrin 

qərarlarında da öz əksini tapırdı, belə ki, onlar ziddiyyətli qərarlar qəbul edirdilər. 

2012-ci  ildən  etibarən  Yüksək  Məhkəmə  və  Konstitusiya  Məhkəməsi  ibadət  yerlərinin 

restitusiyasına  aid  prosedurlarda  mövqelərini  uzlaşdırmaq  barədə  razılığa  gəldilər  ki,  bu  da 

praktikada  aşağı  məhkəmələrin  presedent  hüququnda  ziddiyyətlərin  aradan  qalxması  ilə 

nəticələndi. 

Bununla  belə,  2007-ci  ildən  2012-ci  ilədək  Yüksək  Məhkəmə  bir-birinə  tamamilə  zidd  olan 

qərarlar  qəbul  etdi.  Yüksək  Məhkəmənin  mövqeyinin  tamamilə  dəyişdiyini  nəzərə  alsaq, 

məhkəmə  şərhindəki  bu  cür  dəyişkənliklər  istənilən  məhkəmə  sisteminə  xas  olan  presedent 

hüququnun təkamülü prosesi sayıla bilməzdi. 

Nəhayət,  hüquqi  qeyri-müəyyənlik  məhkəməyə  müraciət  etmək  hüququna  və  qüvvədə  olan 

substantiv hüquqa aid məsələlərə də ardıcıl olaraq təsir göstərirdi. 

Buradan belə nəticə çıxır ki, hazırkı işdə Nejdet Şahin və Perihan Şahin Türkiyəyə qarşı iş üzrə 

Böyük Palatanın qərarında ([BP], ərizə № 13279/05, 20 oktyabr 2011-ci il, 

145 saylı Məlumat 

bülleteni

) qeyd edilən "dərin və uzunmüddətli uyğunsuzluqlar" ölkədaxili presedent hüququnda 

mövcud idi. 

Ərizəçilərin  iddia  tələbinə  presedent  hüququnda  qeyri-müəyyənliyin  olduğu  bir  vəziyyətdə 

baxılması və üstəlik, hətta ölkənin ən yüksək məhkəmə instansiyasında mövcud olan məhkəmə 

praktikasının  ziddiyyətsizliyini  təmin  etmək  üçün  daxili  qanunvericilikdə  nəzərdə  tutulmuş 

mexanizmdən operativ şəkildə istifadə edilməməsi hüquqi müəyyənlik prinsipini pozmuş və eyni 

zamanda ərizəçiləri ədalətli məhkəmə araşdırması hüququndan məhrum etmişdi. 

 

Nəticə: pozuntu baş verib (yekdilliklə). 

 

Məhkəmə həmçinin beş səsə qarşı on iki səslə qərara aldı ki, 6-cı maddənin 1-ci bəndi ilə əlaqəli 



şəkildə  götürülmüş  14-cü  maddənin  pozuntusu  baş  verməyib,  belə  ki,  məhkəmələrə  müraciət 

etmək  və  ibadət  yeri  üzərində  mülkiyyət  hüququnun  bərpası  üçün  qaldırılmış  iddia  ilə  bağlı 

məhkəmə qərarının qəbuluna nail olmaq məsələsində ərizəçilərə və cavabdehə qarşı fərqli rəftara 

yol  verilməyib;  eləcə  də  yekdilliklə  qərara  aldı  ki,  6-cı  maddənin  1-ci  bəndinin  pozuntusu  baş 

verib, belə ki, ərizəçilərin işinə ağlabatan müddətdə baxılmayıb. 

 

Maddə 41: Mənəvi ziyana görə ərizəçilərin hamısına birlikdə 4.700 avro təyin edildi. 



 


(Həmçinin  bax:  Beyan  Rumıniyaya  qarşı,  ərizə  №  30658/05,  6  dekabr  2007-ci  il, 

103  saylı 

Məlumat bülleteni

;  Albu və  başqaları  Rumıniyaya qarşı,  ərizə  №  34796/09, 10  may  2012-ci  il, 

 

152 saylı Məlumat bülleteni



; və Ferreyra Santuş Pardal Portuqaliyaya qarşı, ərizə № 

30123/10


30 iyul 2015-ci il) 




 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə