Ərizələr №50541/08, 50573/08 və s. 13 2016 tarixli qərar [Böyük Palata] Maddə 6



Yüklə 55.28 Kb.

tarix20.02.2018
ölçüsü55.28 Kb.


Məhkəmənin presedent hüququna dair məlumat bülleteni № 199 

Avqust-sentyabr 2016-cı il 

*** 

İbrahim və başqaları Birləşmiş Krallığa qarşı [BP] – ərizələr № 50541/08, 50571/08, 50573/08 

və s. 

 

13.9.2016 tarixli qərar [Böyük Palata] 

 

Maddə 6 

 

6-cı maddənin 3(c) bəndi 

 

Müdafiəçi vasitəsilə özünü müdafiə etmək hüququ 

 

İctimai  təhlükəsizliyə  qarşı  olduqca  ciddi  və  real  təhlükə  ilə  əlaqədar  olaraq  polis  tərəfindən 

dindirilmə  zamanı  vəkilin  yardımının  yubadılması:  pozuntu  baş  verib  (dördüncü  ərizəçiyə 

münasibətdə), pozuntu baş verməyib (birinci üç ərizəçiyə münasibətdə) 

 

Faktlar – Londonda intiharçı terroristin törətdiyi bomba partlayışları nəticəsində 52 nəfərin həlak 

olmasından iki həftə sonra 21 iyul 2005-ci ildə Londonun ictimai nəqliyyat sistemində növbəti 

bombalar  quraşdırılaraq  işə  salınmış,  amma  təsadüf  nəticəsində  partlamamışdı.  Cinayətkarlar 

hadisə  yerindən  qaçıb  gizlənmişdilər.  Birinci  üç  ərizəçi  saxlanıldı,  amma  polis  tərəfindən 

"təhlükəsizlik  dindirmələrinin"*  həyata  keçirilməsi  üçün  onların  vəkilin  yardımından  istifadə 

etmələrinə  dörd  saatdan  səkkiz  saatadək  icazə  verilmədi.  Təhlükəsizlik  dindirmələri  zamanı 

onlar  21  iyul  hadisələrində  iştiraklarını  və  ya  bundan  xəbərdar  olduqlarını  inkar  etdilər. 

Məhkəmə  araşdırmasında  onlar  hadisələrdə  iştiraklarını  etiraf  etdilər,  amma  iddia  etdilər  ki, 

quraşdırılanlar "yalançı" bombalar idi və heç bir vəchlə partlayış niyyəti ilə quraşdırılmamışdı. 

Təhlükəsizlik dindirmələri zamanı verilmiş ifadələr onlara qarşı sübut qismində qəbul edildi və 

onlar  qəsdən  adamöldürmə  niyyəti  ilə  əlbir  olma  əməlində  təqsirkar  sayıldılar.  Apellyasiya 

Məhkəməsi onların apellyasiya şikayəti vermələrinə icazə verməkdən imtina etdi. 

Dördüncü  ərizəçi  bomba  quraşdırmaqda  şübhəli  bilinmirdi  və  əvvəlcə  polis  tərəfindən  şahid 

qismində  dindirilmişdi.  Bununla  belə,  o,  terror  aktlarından az  sonra  şübhəli intiharçılardan  biri 

ilə rastlaşdığı və ona yardım göstərdiyi barədə danışaraq öz əleyhinə ifadə verməyə başlamışdı. 

Bu mərhələdə polis onu həbsə almamış və susmaq hüququ və vəkilin yardımından istifadə etmək 

hüququ  barədə  məlumatlandırmamış,  onun  şahid  qismində  dindirilməsini  davam  etdirmiş  və 

ondan yazılı ifadə almışdı. Sonradan o həbs edilmiş və ona vəkilin yardımından istifadə etməsi 

təklif olunmuşdu. Sonrakı dindirmələrdə o, ardıcıl olaraq yazılı ifadəsini təkrarlamışdı və həmin 

ifadə məhkəmə araşdırmasında sübut qismində qəbul edilmişdi. O, intiharçılardan birinə kömək 

etdiyinə  və  partlayışlar  barədə  məlumatları  açıqlamadığına  görə  məhkum  edilmişdi.  Onun 

ittiham hökmünə qarşı apellyasiya şikayəti rədd edilmişdi. 

Avropa  Məhkəməsinə  şikayət  ərizələrində  ərizəçilər  şikayət  edilər  ki,  polis  tərəfindən  ilkin 

dindirmə  zamanı  vəkilin yardımından  istifadə  edə bilməmələri  və  həmin  dindirmədə  verdikləri 

ifadələrin  məhkəmə  araşdırmasında  sübut  qismində  qəbul  edilməsi  onların  Konvensiyanın  6-cı 

maddəsinin 1-ci və 3(c) bəndlərində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu 

pozub. 



16 dekabr 2014-cü il tarixli qərarında (bax: 

180 saylı Məlumat bülleteni

) Məhkəmənin Palatası 

bir səsə qarşı altı səslə müəyyən etdi ki, 6-cı maddənin 1-ci və 3(c) bəndlərinin pozuntusu baş 

verməyib. Ərizəçilərin vəsatəti əsasında 1 iyun 2015-ci ildə iş Böyük Palatanın icraatına verildi. 

 

Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi ilə əlaqəli şəkildə götürülmüş 3(c) bəndi 

a) Ümumi prinsiplər 

i)  Vəkillə  görüşmək  hüququnun  məhdudlaşdırılmasını  tənzimləyən  prinsiplərin  izahı  –  Böyük 

Palata  vəkillə  görüşmək  hüququnun  məhdudlaşdırılmasının  ədalətli  məhkəmə  araşdırması 

hüququna  uyğun  olub-olmadığının  qiymətləndirilməsinin  Salduzun  işində**  qeyd  etdiyi  iki 

mərhələsinə və bu iki mərhələ arasındakı qarşılıqlı əlaqəyə aydınlıq gətirməyi zəruri hesab etdi. 

O  xatırlatdı  ki,  Salduzun  işindəki  qiymətləndirmənin  birinci  mərhələsi  məhdudiyyətin  tətbiqi 

üçün  əsaslı  səbəblərin  olub-olmadığının  Məhkəmə  tərəfindən  qiymətləndirilməsini,  ikinci 

mərhələ isə bu məhdudiyyətin müdafiə hüquqlarına yetirdiyi ziyanın qiymətləndirilməsini tələb 

edirdi,  başqa  sözlə,  Məhkəmə  məhdudiyyətin  bütövlükdə  prosesin  ədalətliliyinə  təsirini 

araşdırmalı və bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyənləşdirməli idi. 

"Əsaslı  səbəblər"  meyarı  ciddi  meyar  idi:  erkən  mərhələdəcə  hüquqi  məsləhət  almanın 

fundamental  xarakteri  və  mühümlüyü  nəzərə  alınaraq,  xüsusən  şübhəli  şəxsin  ilk  dindirilməsi 

zamanı hüquqi məsləhət almasının məhdudlaşdırılmasına yalnız müstəsna hallarda icazə verilirdi 

və  bu  məhdudiyyət  müvəqqəti  xarakter  daşımalı  və  işin  konkret  hallarının  fərdi  qaydada 

qiymətləndirilməsinə  əsaslanmalı  idi.  Əsaslı  səbəblərin  mövcudluğunun  sübut  edilib-

edilmədiyinin  qiymətləndirilməsi  zamanı  əhəmiyyət  daşıyan  mülahizələr  ondan  ibarət  idi  ki, 

hüquqi  yardımdan  istifadənin  məhdudlaşdırılması  barədə  qərarın  daxili  qanunvericilikdə  əsası 

var  idimi  və  hüquqi  yardıma  qoyulan  məhdudiyyətlərin  tətbiq  dairəsi  və  məzmunu  onların 

tətbiqinə görə cavabdeh olan şəxsləri operativ qərarların qəbulu zamanı istiqamətləndirə biləcək 

dərəcədə dəqiq şəkildə qanunda müəyyən edilmişdimi? 

Cavabdeh Hökumət konkret halda insanların həyatı, azadlığı və fiziki toxunulmazlığı üçün ciddi 

mənfi  nəticələrin  qarşısının  almaqdan  ötrü  bu  cür  məhdudiyyətə  ciddi  zərurət  olduğunu 

inandırıcı  şəkildə  sübut  edibsə,  bu,  6-cı  maddənin  məqsədləri  üçün  hüquqi  məsləhətdən 

istifadənin  məhdudlaşdırılması  üçün  əsaslı  səbəb  təşkil  edə  bilər.  Lakin  bu  mülahizə  məlumat 

sızdırılmaları təhlükəsi barədə qeyri-konkret iddialara şamil olunmur. 

Hüquqi  məsləhətdən  istifadənin  məhdudlaşdırılması  üçün  əsaslı  səbəbin  olmamasının  özü-

özlülüyündə  6-cı  maddənin  pozulduğunu  müəyyən  etmək  üçün  yetərli  sayılıb-sayılmaması 

məsələsinə  gəlincə,  Məhkəmə  xatırlatdı  ki,  ədalətli  məhkəmə  araşdırması  hüququnun  pozulub-

pozulmadığını  qiymətləndirərkən  prosesi  bütöv  halda  nəzərdən  keçirmək  lazımdır,  6-cı 

maddənin  3-cü  bəndində  nəzərdə  tutulmuş  hüquqlar  özü-özlüyündə  ayrıca  götürülən  hüquqlar 

deyil,  ümumi  hüquq  olan  ədalətli  məhkəmə  araşdırması  hüququnun  xüsusi  aspektləridir. 

Beləliklə,  əsaslı  səbəblərin  olmaması  özü-özlülüyündə  6-cı  maddənin  pozulduğunu  müəyyən 

etmək üçün yetərli deyil. 

Bununla  belə,  "əsaslı  səbəblərin"  mövcudluğunun  yoxlanmasının  nəticəsi  bütövlükdə  prosesin 

ədalətliliyinin  qiymətləndirilməsi  üçün  əhəmiyyət  kəsb  edir.  Əsaslı  səbəblərin  mövcud  olduğu 

müəyyən  edilibsə,  6-cı  maddənin  1-ci  bəndinin  məqsədləri  üçün  prosesin  "ədalətli"  olub-

olmadığını  müəyyənləşdirməkdən  ötrü  proses  bütövlükdə  götürülməklə  kompleks  şəkildə 

qiymətləndirilməlidir. Əgər əsaslı səbəblər mövcud deyilsə, Məhkəmə ədalətlilik məsələsini çox 

ciddi  şəkildə  təhlil  etməlidir.  Cavabdeh  Hökumətin  əsaslı  səbəbləri  göstərə  bilməməsi 

bütövlükdə  məhkəmə  araşdırmasının  ədalətliliyi  qiymətləndirilərkən  balansa  ciddi  təsir  göstərə 

və  balansı  6-cı  maddəsinin  1-ci  və  3(c)  bəndlərinin  pozulduğunun  müəyyən  edilməsi 



istiqamətində  dəyişə  bilər.  Bu  halda  Hökumət  inandırıcı  şəkildə  sübut  etməyə  borcludur  ki, 

vəkilin  yardımından  istifadənin  məhdudlaşdırılması  müstəsna  qaydada  və  işin  konkret  halları 

nəzərə  alınmaqla  həyata  keçirilib  və  bütövlükdə  məhkəmə  araşdırmasının  ədalətliliyinə  xələl 

gətirməyib. 

ii) Vəkillə təmin edilmək hüququ barədə məlumatlandırılmaq hüququnu, susmaq hüququnu və öz 

əleyhinə  ifadə  verməmək  hüququnu  tənzimləyən  prinsiplər  –  Öz  əleyhinə  ifadə  verməmək 

hüququnun və susmaq hüququnun xarakterini nəzərə alsaq, prinsipcə şübhəli şəxsin bu hüquqları 

barədə  məlumatlandırılmamasına  haqq  qazandırmaq  olmaz.  Vəkillə  təmin  edilmə  yubadıldığı 

halda istintaq orqanları tərəfindən şübhəli şəxsin vəkillə təmin edilmək hüququ, susmaq hüququ 

və öz əleyhinə ifadə verməmək hüququ barədə məlumatlandırması mühüm əhəmiyyət kəsb edir. 

Belə  hallarda  şəxsin  məlumatlandırılmaması  faktı  hüquqi  məsləhətdən  istifadənin  yubadılması 

üçün  əsaslı  səbəblər  olmadığı  təqdirdə  prosesin  ədalətsiz  keçirildiyi  barədə  yaranan  ehtimalın 

Hökumət  tərəfindən  təkzib  edilməsini,  yaxud  hətta  yubanmanın  əsaslı  səbəbləri  olduqda  belə, 

bütövlükdə  prosesin  ədalətli  olduğunun  Hökumət  tərəfindən  sübut  edilməsini  daha  da 

çətinləşdirir. 

b) Yuxarıdakı prinsiplərin bu işin faktlarına tətbiqi 

i)  Birinci  üç  ərizəçi  –  Hökumət  birinci  üç  ərizəçinin  işində  insanların  həyatı  və  fiziki 

toxunulmazlığı  üçün  ciddi  mənfi  nəticələrin  qarşısının  alınmasından  ötrü  "təhlükəsizlik 

dindirmələri" aparılmasına təcili ehtiyac olduğunu inandırıcı şəkildə sübut etdi. Bu hadisənin 7 

iyul hadisələrini təkrarlamaq üçün planlaşdırılan cəhdi olduğunu və bombaların partlamamasının 

sadəcə  təsadüf  olduğunu  güman  etmək  üçün  polisin  hər  cür  əsası  vardı.  Terror  aktı  törədənlər 

hələ də azadlıqda idilər və başqa bomba partlayışları da törədə bilərdilər. Polislər böyük təzyiq 

altında  işləyirdilər  və  planlaşdırılan  hər  hansı  növbəti  partlayışlar  barədə təcili  olaraq məlumat 

əldə  etmək  və  bu  əlbir  fəaliyyətin  potensial  iştirakçılarının  kimliyini  müəyyənləşdirmək 

tamamilə düzgün olaraq onlar üçün başlıca prioritet idi. Baxmayaraq ki, daxili qanunvericilikdə 

şübhəli şəxslərin vəkilin məsləhətindən istifadə etməsinin məhdudlaşdırıldığı halları tənzimləyən 

və operativ qərarların qəbulu zamanı rəhbər tutulmalı üçün mühüm prinsipləri əks etdirən dəqiq 

normalar  nəzərdə  tutulmuşdu,  ərizəçilərdən  hər  birinin  vəkilin  məsləhətindən  istifadə  etmək 

hüququnun məhdudlaşdırılması barədə fərdi qərar onların işlərinin konkret faktları əsasında baş 

polis  əməkdaşı  tərəfindən  qəbul  edilmiş  və  bu  məhdudiyyətlərin  müddəti  ciddi  şəkildə 

məhdudlaşdırılmışdı, belə ki, məhdudiyyətlərə haqq qazandıran halların mövcudluğu başa çatan 

kimi  məhdudiyyətlər  götürülməli  idi  və  istənilən  halda,  onların  müddəti  48  saatdan  artıq 

olmamalı idi. 

Beləliklə,  birinci  üç  ərizəçinin  vəkilin  məsləhətindən  istifadə  etmək  hüququnun  müvəqqəti 

məhdudlaşdırılması üçün əsaslı səbəblər vardı. 

Məhkəmə  həmçinin  bu  nəticəyə  gəldi  ki,  birinci  üç  ərizəçinin  hər  birinin  işində  vəkilin 

məsləhətindən istifadə edilməsinə icazə verilməsinin yubadıldığına və vəkillə məsləhətləşmədən 

verdikləri  ifadələrin  məhkəmə  araşdırmasında  sübut  qismində  qəbul  edildiyinə  baxmayaraq, 

bütövlükdə araşdırma ədalətli idi. Bu qənaətə gələrkən o, digər məsələlərlə yanaşı aşağıdakıları 

qeyd  etdi:  a)  ərizəçilərə  xəbərdarlıq  etdikləri  zaman  yol  verdikləri  səhvləri  nəzərə  almasaq, 

polislər  qanunvericilik  normalarına  və  təhlükəsizlik  dindirmələrinin  məqsədinə  (cəmiyyətin 

müdafiəsi üçün zəruri olan məlumatları əldə etmək) ciddi surətdə riayət etmiş, ərizəçiləri rəsmi 

qaydada həbs etmiş, susmaq hüququ və vəkilin məsləhətindən istifadə etmək hüququ barədə və 

vəkilin  məsləhətindən  istifadə  etmək  hüququnun  məhdudlaşdırılmasına  dair  qərarın  səbəbləri 

haqqında  məlumatlandırmışdılar;  b)  ərizəçilər  məhkəmədə  vəkillə  təmsil  olunmuşdular  və 

təhlükəsizlik  dindirmələrində  verdikləri  ifadələrdən  andlıların  işə  baxmaq  səlahiyyətinin 



yoxlanıldığı  ilkin  iclasda,  birinci  instansiya  məhkəməsindəki  icraatda  və  apellyasiya  icraatında 

imtina  edə  bilərdilər;  c)  təhlükəsizlik  dindirmələri  zamanı  verilmiş  ifadələr  ittiham  tərəfinin 

ərizəçilərə  qarşı  təqdim  etdiyi  sübutların  sadəcə  olaraq  bir  elementi  idi;  d)  andlıları 

təlimatlandırarkən işə baxan hakim ittiham tərəfi ilə müdafiə tərəfinin sübutlarını onlara ətraflı 

şəkildə  çatdırmış,  onları  hüquqi  məsələlərlə  bağlı  lazımi  qaydada  istiqamətləndirmiş  və  onlara 

xatırlatmışdı ki, təhlükəsizlik dindirmələrindən əvvəl ərizəçilərin vəkilin məsləhətindən istifadə 

etmələrinə icazə verilməyib; və e) gündəlik həyatlarını sürən adi vətəndaşların qətlə yetirilməsi 

üçün  bu  cür  iri  miqyaslı  qəsd  planlaşdırmaqla  həyata  keçirilən  geniş  əhatəli  terror  aktlarının 

araşdırılmasında və cəzalandırılmasında cəmiyyət ciddi surətdə maraqlı idi. 

 

Nəticə: pozuntu baş verməyib (iki səsə qarşı on beş səslə). 

 

ii)  Dördüncü  ərizəçi  –  Birinci  üç  ərizəçinin  işində  olduğu  kimi,  Böyük  Palata  razılaşdı  ki, 



insanların həyatı və fiziki toxunulmazlığı üçün ciddi mənfi nəticələrin qarşısının alınmasına təcili 

ehtiyac  vardı.  Bununla  belə,  o  qərara  aldı  ki,  öz  əleyhinə  ifadə  verməyə  başladıqdan  sonra 

dördüncü  ərizəçiyə  susmaq  hüququ  barədə  xəbərdarlıq  edilmədən  və  ya  vəkilin  yardımından 

istifadə etmək hüququ barədə məlumat verilmədən dindirmənin davam etdirilməsi üçün yuxarıda 

qeyd  edilən  müstəsna  halların  kifayət  qədər  əsaslı  səbəb  təşkil  etdiyini  Hökumət  inandırıcı 

şəkildə  sübut  edə  bilməyib.  Bu  qənaətə  gələrkən  o  nəzərə  aldı  ki,  polislərin  bu  cür  hərəkət 

etmələrinə  imkan  yaradan  hər  hansı  hüquqi  baza  yox  idi,  onun  vəkilin  yardımından  istifadə 

etmək  hüququnu  məhdudlaşdırıb-məhdudlaşdırmamaq  barədə  daxili  qanunvericiliyin  qüvvədə 

olan normaları əsasında konkret və dəqiq qərar çıxarıldığı haqqında heç bir rəsmi akt yox idi və 

polis  əməkdaşları  dördüncü  ərizəçini  susmaq  hüququ  barədə  məlumatlandırmamaq  qərarını 

bilərəkdən qəbul etmişdilər. 

Dördüncü  ərizəçinin  vəkilin  yardımından  istifadə  etmək  hüququnun  məhdudlaşdırılması  üçün 

əsaslı  səbəblər  olmadığına  görə  sübutetmə  yükü  Hökumətin  üzərinə  düşürdü  və  o  inandırıcı 

şəkildə  sübut  etməli  idi  ki,  vəkilin  yardımından  istifadənin  məhdudlaşdırılması  müstəsna 

qaydada  və  işin  konkret  halları  nəzərə  alınmaqla  həyata  keçirilib  və  bütövlükdə  məhkəmə 

araşdırmasının ədalətliliyinə xələl gətirməyib. Böyük Palata aşağıdakı səbəblərə görə bu qənaətə 

gəldi ki, Hökumət bu sübutetmə yükünün öhdəsindən gələ bilməyib: a) daxili qanunvericilikdə 

heç bir əsasa malik olmadığına və tətbiq edilən hüquq praktikasının prinsiplərinə zidd olduğuna 

baxmayaraq dördüncü ərizəçinin şahid qismində dindirilməsini davam etdirmək qərarı o demək 

idi ki, o, prosessual hüquqları barədə məlumatlandırılmayıb; bu isə hazırkı işdə xüsusilə mühüm 

nöqsan idi; b) baxmayaraq ki, dördüncü ərizəçi andlıların işə baxmaq səlahiyyətinin yoxlanıldığı 

ilkin iclasda ifadələrindən imtina edə bilərdi, belə görünür ki, birinci instansiya məhkəməsi onun 

şahid qismində dindirilməsinin davam etdirilməsinə qərar vermiş baş polis əməkdaşından ifadə 

almamış  və  beləliklə  o  da  apellyasiya  məhkəməsi  kimi  bu  qərarın  səbəblərini  araşdırmaq  və 

bütün  əhəmiyyətli  amillərin  müvafiq  qaydada  qiymətləndirilib-qiymətləndirilmədiyini 

müəyyənləşdirmək  imkanından  məhrum  olmuşdu;  c)  ifadələr  ittiham  hökmünün  əsaslandığı 

dolayı sübutların ayrılmaz və mühüm tərkib hissəsini təşkil edirdi və həmçinin polislər üçün elə 

bir baza təşkil etmişdi ki, onlar iş üzrə mövqelərini sonradan bu baza ətrafında formalaşdırmış və 

onun  əsasında  digər  təsdiqedici  sübutların  axtarışını  həyata  keçirmişdilər;  və  d)  işə  baxan 

hakimin andlılara verdiyi istiqamətləndirici təlimatlar dördüncü ərizəçinin vəkilin məsləhətindən 

istifadə edə bilmədiyi və susmaq hüququ barədə məlumatlandırılmadığı bir şəraitdə ifadələri və 

onların  sübutedici  dəyərini  hansı  qaydada  nəzərə  almaq  məsələsində  andlılara  həddən  artıq 

sərbəstlik  vermişdi.  Beləliklə,  baxmayaraq  ki,  terrorizmin  yaratdığı  təhlükə  yalnız  səmərəli 



araşdırma  aparılması,  bütün  iştirakçıları  təqib  edilməsi  və  cəzalandırılması  vasitəsilə 

neytrallaşdırıla  bilər,  ədalətsizlik  ehtimalı  yarandığı  hallarda  yüksək  sübutetmə  standartının 

tətbiq  edildiyini  və  dördüncü  ərizəçinin  işində  yol  verilmiş  prosessual  nöqsanların  məcmu 

təsirlərini  nəzərə  alaraq  Məhkəmə  qərara  aldı  ki,  ona  susmaq  hüququ  barədə  xəbərdarlıq 

etməmək  və  vəkilin  yardımından  istifadə  etmək  hüququ  barədə  məlumat  verməmək  haqqında 

qərarın  bütövlükdə  məhkəmə  araşdırmasının  ədalətliliyinə  xələl  gətirmədiyini  Hökumət  sübut 

edə bilməyib. 

 

Nəticə: pozuntu baş verib (altı səsə qarşı on bir səslə). 

 

Maddə 41: dördüncü ərizəçinin maddi ziyanla bağlı tələbi rədd edildi; işin halları nəzərə alınaraq 



qərara alındı ki, mənəvi ziyana görə ona kompensasiya təyin etməyə ehtiyac yoxdur. 

(bax: Salduz Türkiyəyə qarşı [BP], ərizə № 36391/02, 27 noyabr 2008-ci il, 

113 saylı Məlumat 

bülleteni

;  və  Dayanan  Türkiyəyə  qarşı,  ərizə  №  7377/03,  13  oktyabr  2009-cu  il, 

123  saylı 

Məlumat bülleteni

 



 

 

*  Təhlükəsizlik  dindirməsi  insanların  həyatını  qorumaq  və  əmlaka  ciddi  ziyan  dəyməsinin 



qarşısını  almaq  məqsədi  ilə  təcili  qaydada  həyata  keçirilən  dindirmədir.  "Terrorizm  haqqında" 

2000-ci  il  tarixli  qanuna  əsasən,  bu  cür  dindirmələr  vəkilin  iştirakı  olmadan  və  tutulmuş  şəxs 

vəkillə məsləhətləşmək imkanı əldə etmədən aparıla bilər. 

**  Salduz  Türkiyəyə  qarşı  [BP],  ərizə  №  36391/02,  27  noyabr  2008-ci  il, 

113  saylı  Məlumat 

bülleteni







Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə