ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə11/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   7   8   9   10   11   12   13   14   ...   95

- 32 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
qıvrım saçlarına nəvazişlə sığal çəkərək acizanə şəkildə xahiş edir ki, özünü əbəs 
yerə yormasın, uzaq məsafələr qət edib Nuhun gəmisini axtarmaq fikrindən vaz  
keçsin
. Əvəzində isə Uca Yaradan tərs bəndəsini həmin gəmidən qoparılmış 
taxta parçası ilə mükafatlandıracaqdı. Rəvayətin digər kilsə variantında isə 
olayın bu dramatik hissəsi bir qədər fərqli təsvir edilir. Məlum olur ki, Akob 
nəhayət ki, Ağrı dağının zirvəsini fəth edə bilmiş, gəminin axtarışından əvvəl 
Rəbbə dua etməyə başlamış və yenidən dərin yuxuya getmişdi: 
“Bu  zaman  
İsa Məsih mələklərlə birlikdə göydən yerə enərək onu bağrına basmış və 
demişdi: “Ey xoşbəxt insan, bədəninə yazığın gəlsin, axı sənin zəif cismin 
heç bir günah etməmişdir! Biz sənin əvəzinə Rəbbimizə dua edərik”. Rəbb 
isə mələklərə belə buyurmuşdu: “Ey cismsiz mələklər, Siz cismdə olan bu 
mələyə yaxşı baxın. Onun şücaəti bütün insanlara şərəf gətirmişdir”. Sonra 
üzünü Akoba tutaraq bunları əlavə etmişdi: “Mənim sevimli övladım. Qoy 
sənin mənə etdiyin bütün xahiş və duaların indi yerinə yetsin!”.
21
 Sözün 
qısası, Müqəddəs Akob yuxudan diksinib ayılır, soyuq tər içərisində ətrafına 
boylanır və yatağının kənarında köhnə, qaralmış taxta parçasını görür. Bu taxta 
parçasının həqiqətənmi Rəbb mələklərinin Akobun xatirinə Ağrı dağından 
gətirməsi və ya rahib həmkarlarının Akobun sarsılmaz imanı ilə kobud zarafat 
etmələri barədə erməni mənbələrində dəqiq məlumat yoxdur. Rahib isə vaxt 
itirmədən həmin taxta qırığını götürüb nədənsə öz monastırına deyil, guya 
birbaş 
EÇMİƏDZİN KİLSƏSİNƏ gətirir. 
Beləliklə, Nuh peyğəmbərin əfsanəvi xilasedici sərnişin-yük gəmisinin 
bir parçası elə həmin vaxtdan orada müqəddəs əmanətlər sırasında 
saxlanılır. Bu hadisənin davamında oxuyuruq: 
“Akopun yuxuya getdiyi 
yerdə – NAXÇIVANIN ORDUBAD RAYONUNUN AŞAĞI ƏYLİSLİ 
KƏNDİNDƏ onun şərəfinə Müqəddəs AKOP AYRAPET  KİLSƏSİ 
ucaldılır”.
22
 
Etiraf edək ki, olduqca səmimi, imanlı insanı riqqətə gətirə bilən ibrətamiz 
rəvayətdir.
 Lakin bu rəvayətdə elə məntiqsiz, elə kobud saxtakarlıq nümunələri 
var ki, məhz onların mövcudluğu bütövlükdə erməni dini-bədii yaradıcılığının 
və tarixşünaslığının dürüstlüyü üzərindən qalın xətt çəkir. Həmin şübhələr 
üzərində bir qədər ətraflı dayanmaq istərdik. 
Birinci yalan: “Müqəddəs  Akob Mtsbnetsinin etnik erməni olması”. 
Erməni kilsə mənbələrinin yazdıqlarına, əslinə qalsa, etiraflarına görə, 
“Ermənistan və Suriya kilsələrinin xadimi”, “Mesopotamiyadakı Nizibi 
şəhərinin (
Türkiyədəki Nusaybin şəhəri) yepiskopu”, “Ümumdünya  Kilsəsinin 
21   Предисловие к житию св. Иакова Низибийского. http://orthodoxengland.org.uk/pdf/armenia/a_9.pdf
22   Левонян А. “Ноев ковчег: миф или реальность?”. http://www.rutraveller.ru/resort/1791/note/2379


- 33 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
atası”, “erməni knyaz sülaləsinin parlaq nümayəndəsi” sayılan Akob Mtsbnetsi
 
Müqəddəs Qriqorinin bibisi Xosrovuyinin 
(digər mənbələrdə Xosrovduxtun) 
oğlu olmuşdu. Maraqlı cəhət 
burasındadır ki, erməni dini mətnləri 
də Müqəddəs Qriqorinin etnik parfiyalı 
olduğunu etiraf edirlər. Təsadüfi deyil ki, 
Qriqori Parsav 
(Qriqori Fars) onun kilsə 
adlarından biridir. Belə olan təqdirdə 
bibisi oğlu Müqəddəs Akobun etnik 
erməni 
(hay) olması barədə bütün 
iddialar absurddur və bu fakt “erməni” 
etnoniminin hətta kilsə səviyyəsində 
etnik kimlik deyil, dini 
(məzhəb) 
mənsubiyyət ifadə etdiyini təsdiqləyir. 
Sonra isə bütün erməni kilsə mətnlərində 
və Movses Xorenatsinin “Tarix” 
kitabında Müqəddəs Qriqori ilə bağlı 
rəvayətlərin kompilyasiyasına – onların 
Müqəddəs Akobun adı və fəaliyyəti ilə 
uyğunlaşdırılmasına başlanılır. Oxşarlıq 
o dərəcəyə çatır ki, müxtəlif dövrlərdə 
yaşamalarına baxmayaraq, bəzən hər iki 
erməni övliyasının eyni həyatı yaşaması, 
eyni faciələrlə üzləşməsi, rəvayətlərdə 
isə bir müqəddəsin taleyindən bəhs 
olunması təsəvvürü yaranır. Gözəçarpan 
yeganə fərq isə həmin mətnlərdə 
“Qriqori” adının “Akop”, “Hakob” və ya 
“Yakob” sözü ilə əvəz olunmasıdır.
23
 
Məlum olur ki, Hakob-Akob-Yakob 
və Suren-Qriqori nəinki eyni xalqın 
(parfların), eyni nəslin, sülalənin 
nümayəndələri, hətta bibioğlu-dayıoğlu 
olmuşlar. Surenin atası Anak Parfiyanın 
Ərməniyyə əyalətində hakimiyyəti öz 
əlinə almaq üçün 259-cu ildə ov zamanı 
“Ermənistan hökmdarı” Böyük Xosrovu 
(digər erməni mənbələrində II Trdatı) 
qətlə yetirdikdən sonra tutulmuş və edam edilmişdi. Qulluqçular balaca 
23   Празднование Сурб Акоб Мцбнаци. Справка - 12.12.2009. https://ria.ru/religion/20091212/198682459.html
Müqəddəs Akob “müqəddəs taxta parçası” ilə. 
Eçmiədzindəki ikona təsviri. Şəkildə ilk olaraq 
Rəbb və onun aciz qulunun bədən ölçüləri 
arasındakı kəskin fərq, İlahinin qriqorian 
məzhəbi qaydasında xaç vurması nəzərə çarpır 
və bu, onun da “erməni mənşəyini” təsdiqləyir


- 34 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Sureni 
(Bizansda vəftiz olunduqdan və ruhani titulu aldıqdan sonra “Qriqori” 
adını götürmüşdü) qaçıraraq Kappadokiyaya aparmış və orada böyütmüşdülər. 
Akob da dayısı oğlunun taleyini yaşamış, onu da səbəbi məlum olmadan 
Kappadokiyaya qaçırtmışdılar. Akob burada xristianlığı qəbul etmiş, dini təhsil 
almış və sonralar İran və Mesopotamiyadakı zavallı bütpərəstlər arasında İsa 
Məsih təlimini təbliğ etməyə başlamışdı. Rəvayətin sonrakı hissələrində isə 
aşağıdakı məntiqsizliklər meydana çıxır. Məlum olur ki, Akob missionerlik 
fəaliyyətində hətta “ilk erməni katolikosu”, “Ermənistanı xristianlaşdıran” 
Müqəddəs Qriqorini zaman etibarı ilə xeyli qabaqlaya bilmiş, həyatının 
sonunda eynilə Qriqori kimi ermənilərin haqsızlığı ilə üzləşmiş, unudulmuş, 
Ermənistan dağlarındakı mağaralara çəkilərək tərki-dünya olmuş, yalnız 
meyvə və göyərti ilə qidalanmış, keçi dərisindən paltar geymişdi
”.
24
 
İkinci yalan: “III əsrdə müstəqil erməni kilsəsinin “mövcudluğu”. 
Stereotiplərə əsasən,  “ilk xristian dövləti olan Ermənistan” guya İsa Məsih 
dinini eramızın 301-ci ilində, yəni IV əsrdə qəbul etmişdi. Bu tarixə etiraz 
edən  erməni tədqiqatçısı 
Sirarpi Ter-Nersesyan bildirir ki, “həmin hadisə 
(Ermənistanın xristianlaşdırılması) ən geci 314-cü ildə baş vermişdi”.
25
 Digər 
tərəfdən, əgər Roma imperatoru Konstantin 313-cü ildə xristianlığı rəsmi dövlət 
dini elan etmişdisə, Roma kilsəsinin birbaşa törəməsi və uzun müddət ayrılmaz 
hissəsi olan qrekofil 
(yunan-roma mənşəli) erməni kilsəsi təbii ki, “atasından 
əvvəl dünyaya gələ bilməzdi”! Həm də ona görə ki, “Ermənistan dövlətini 
xristianlaşdıran” Müqəddəs Qriqori knyaz III Trdatın məhbəsindən yalnız 313-
cü ildə azadlığa çıxmışdı. Ən nəhayət, eramızın III əsrində “müstəqil erməni 
kilsəsi”ndən danışmaq məntiqsizdir, çünki bu məzhəb yalnız V əsrdə batil elan 
olunduqdan sonra “suverenliyə nail olmuşdu”. Belə olan təqdirdə Müqəddəs 
Akob “erməni həvari kilsəsinin rahibi” ola bilməzdi! 
Üçüncü yalan: “Həmin dövrdə erməni kilsəsinin “həvari” statusu 
daşıması”.  Məlumdur ki, qriqorian məzhəbi qrekofil (Bizans kilsəsindən 
qaynaqlanan) olduğu üçün onun “həvari kilsəsi” statusu ola bilməzdi. Əksinə, 
Qafqaz Albaniyası İsa Məsihin həvarisi Faddeyin şagirdlərinin moizələri 
nəticəsində xristianlığı qəbul etdiyi üçün rəsmi “həvari kilsəsi” statusuna 
malik idi. Azərbaycan ərazilərinin Rusiya tərəfindən işğalından sonra - 1836-
cı ildə çar I Nikolayın fərmanı ilə alban kilsəsi ləğv olunmuş və yerli xristian 
əhali qriqorianlaşdırılmışdı. Beləliklə, həmin dövrədək ali statussuz olan
 
qriqorian məzhəbi alban kilsəsinə məxsus olan “həvari” rütbəsini əsassız olaraq 
mənimsəmiş və öz adında rəsmiləşdirmişdi. 
24   Yenə orada 
25   Тер-Нерсесян  C. “Армения. Быт, религия, культура”. http://www.e-reading.ws/book.php?book=1006435


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə