ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə12/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   8   9   10   11   12   13   14   15   ...   95

- 35 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
  Dördüncü yalan: “Yakov və ya Akopun III əsrdə “xristian erməni 
rahibi” olması”.   Xristian dinində rahiblik ənənəsinin vətəni Misir sayılır. 
İndiyədək məlum olan ilk monastır icmasını da ruhani Paxomi eramızın IV-V 
əsrlərində, yəni Müqəddəs Akobun Ağrı dağına “ekspedisiyasından” ən azı 
150 il sonra Nil çayının mənbəyindəki adalardan birində yaratmışdı. Bizans 
ərazisindəki birinci monastırın təməli isə daha sonralar - VI əsrdə qoyulmuşdu. 
Beləliklə, erməni kilsəsinin müqəddəslər sırasına qoşduğu Akobun guya “III 
əsrdə monastıra çəkilib rahiblik etməsi” mümkünsüzdür. 
Beşinci yalan: “III əsrdə Eçmiədzin kilsəsinin mövcud olması və 
“Nuhun gəmisi fraqmentinin” oraya gətirilməsi”. Yuxarıda göstərildiyi 
kimi, həmin dövrdə müstəqil erməni kilsəsi mövcud deyildi. Digər tərəfdən, 
sonralar “Eçmiədzin” adlandırılan bölgə “Ermənistan” adlanan coğrafi məkana 
deyil, Qafqaz Albaniyasının tarixi torpaqlarına, Alban həvari kilsəsinin hökmü 
altında olan əraziyə daxil idi. Beləliklə, əgər müqəddəs Akob həqiqətən də 
Nuh gəmisinin fraqmentini Ermənistana deyil, məhz Qafqaz Albaniyasına 
gətiribsə, bu zaman onun əslində etnik alban və Alban həvari kilsəsinin ruhanisi 
olması ehtimalını irəli sürməyə əsas vardır. Yeri gəlmişkən, erməni kilsəsinin 
“Nusaybinli müqəddəs Yakovun həyatı” əlyazmasında Akop-Yakovun Nuh 
gəmisi fraqmentini Eçmiədzin kilsəsinə gətirməsinə dair heç bir məlumat 
yoxdur. Lakin bu mətndə də aydın şəkildə bildirilir: 
“Mələk Yakova dedi: 
“Rəbb sənin dualarını eşitdi və istəyini yerinə yetirdi. Sənin yanına gəminin 
taxtalarının bir parçası qoyulub. Onu oradan (Ağrı dağının zirvəsindən) sənə 
gətirmişəm. Bundan sonra gəmini görmək üçün özünə əziyyət vermə. 
Rəbb belə buyurub”. Müqəddəs Yakov səliqə ilə, sanki iti balta ilə kəsilmiş 
taxtanı götürdü və SURİYANIN NUSAYBİN ŞƏHƏRİNƏ yola düşdü. Və 
həmin taxta parçasını rahib müqəddəs Maruqa təqdim etdi”.
26
Eçmiədzində “ilk erməni kilsəsinin təməlinin qoyulması” iddiasına gəldikdə 
isə, din xadimləri və İrəvan tarixçiləri onu Müqəddəs Qriqorinin adı və yaşadığı 
dövrlə bağlamağa çalışırlar. Kilsə miflərinə görə, guya, 302-ci ilin adi günlərinin 
birində “Ermənistanın ilk katolikosu” Qriqori  röyasında İsa Məsihi görür. Belə 
rəvayət edirlər ki, Həzrət İsa əlində tutduğu qızıl çəkici qəzəblə 
(səbəbi barədə 
susurlar) başı üzərində fırladaraq zərblə yerə çırpır. Zərbədən yer-göy lərzəyə 
gəlir, torpağın altından qızıl qurbangah və onun üzərində alov dillərindən ibarət 
xaç işarəsi 
(xaçın xristianlıq rəmzi kimi qəbul edilməsindən xeyli əvvəl) görünür. 
Sonra İsa Məsih danışmadan barmağı ilə həmin yeri Qriqoriyə nişan verir və 
şəxsən ona burada ilk erməni kilsəsi tikdirməyi tapşırır. Qriqori həmin məbədi 
26    Предисловие к житию св. Иакова Низибийского, Православная Армения. http://orthodoxengland.org.uk/zarmenia.htm


- 36 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
tikir və ona guya erməni dilində “Rəbb və insan təcəllasının təcəssümü”, yəni 
“İsa Məsih” anlamını verən “Eçmiədzin” adını qoyur...   
Lakin, V əsrdə yaşamış tarixçi 
Aqafangelə aid edilən “Ermənilərin xristian 
dinini qəbul etməsinin tarixi” əsərində bu möcüzəli olay nisbətən fərqli, 
amma daha poetik-futurustik üslubda təsvir edilsə də, XVIII-XIX əsrlərin 
redaktorlarının, daha dəqiq desək, tərcüməçilərin 
(salnamə yunan dilində yazılmış 
və 1709-cu ildə İstanbulda erməni dilinə çevrilmişdi) düzəliş və əlavələri burada 
da özünü qabarıq göstərmişdi. Əvvəla, məlum olur ki, Qriqori və İsa Məsih 
arasında sözsüz - telepatik dialoq qurulmuş, sonsuz sayda mələklər bu “astral” 
ilahi-bəndə əlaqəsinin şahidi olmuş və hətta onlardan biri arabir şəxsi sinxron 
tərcüməçi funksiyasını da yerinə yetirmişdi. Çünki, Qriqori arami dilində 
danışan İsa Məsihi heç cür başa düşə bilmirdi.
 Zəngin bədii təsvir vasitələrindən, 
hətta möcüzəli şəkildə müasir dövrün elmi-texniki terminologiyasından geniş 
istifadə edən Aqafangelin qələmindən çıxan sitatı olduğu kimi diqqətinizə 
çatdırırıq: 
“Yuxarıdan aşağıya doğru axan nur seli yerə çatanda (Qriqori) 
alov dillərindən qanadları olan və insana bənzəyən sonsuz sayda ilahi 
varlıqları (mələkləri) gördü. Günəşin yandırıcı şüaları arasında bərq vuran 
tozun ƏN KİÇİK ATOM ZƏRRƏCİKLƏRİ kimi (“atom” termini ermənilərin 
hələ IV-V əsrlərdə molekulyar fizikaya və nüvə texnologiyasına yiyələndiklərini 
göstərir – A.Q)  bu işıq evlərin qapı-pəncərələrindən içəri daxil olurdu 
(halbuki, M.Xorenatsiyə görə, bu hadisə yaşayış olmayan boş ərazidə baş 
vermişdi)… İşıq selinin içərisindən çıxan insan şəkili Rəbbin surəti (qədim 
ermənilərin növbəti ixtirası - İsa Məsihin halloqrafik təsviri), üstündə xaç olan 
bina isə ümumdünya kilsəsinin (təbii ki, erməni kilsəsi nəzərdə tutulur) rəmzi 
idi. Odur ki, həmin yerə “Şoxaqat” yəni “nurlu” adı qoyuldu”.
27
 Diqqət 
edin, Aqafangel nədənsə, Müqəddəs Qriqorinin dilindən verilən “Eçmiədzin” 
sözünü işlətməkdən çəkinmişdi. 
Erməni həvari kilsəsinin Novonaxçıvansk və Rusiya yeparxiyasının bu 
misilsiz hadisə ilə bağlı yaydığı materialda isə həmin əraziyə “Eçmiədzin” adının 
yalnız XV əsrdə verildiyi göstərilir.
28
 XV əsrdə yaşamış salnaməçi Fəzlullah ibn 
Ruzbehan Xunci “Tarix-i  aləm-arayi Amini” əsərində bu toponimi işlətmir. 
Ağqoyunlu hökmdarı Sultan Yaqubun Gürcüstana hərbi yürüşünü təsvir 
edərkən o, bunları yazırdı: 
“Yaqub yaylaqdan qayıdandan sonra Gürcüstana 
yola düşdü. Çünki orada Kurkur  (gürc. “Kvarkare” - Gürcüstanda yerli 
atabəyə verilən ad) ədəbsiz hərəkətlərə (itaətsizliyə) yol vermişdi. Hökmdar 
Azərbaycan və Diyarbəkir qoşunlarını Axıskaya göndərdi. Yaqub cihad 
27   http://lifelongexpedition.com/pics/flip/Expediciya_n4_2013/index.html#p=1 
28  Первопрестольный Святой Эчмиадзин”, Армянская Апостольская Святая церковь, Ново-Нахичиванская и Россий-
ская епархия.  http://www.sbgevorg.ru/index.php/etchmiadzin/cathedral/475-2012-10-16-19-57-36


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə