ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə15/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   11   12   13   14   15   16   17   18   ...   95

- 41 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
üslubunda inşa edilmişdi.
37
 Kilsə XVII-XVIII əsrlərdə əsaslı təmir olunsa da, 
həmin ənənələr bu gün də özünü qabarıq göstərir. O da maraqlıdır ki, 1950-ci 
ildə burada aparılmış yenidənqurma işləri nəticəsində həmin kilsənin qədim 
“bütpərəst məbədinin” - dairəvi günbəzə malik tikilinin bünövrəsi üzərində 
tikildiyi müəyyən olunmuşdu. Təbii ki, bu fakt nə erməni kilsə xadimlərini, nə 
də tarixçiləri qane edə bilərdi. Odur ki, 1958-ci ildə başlanılan növbəti “arxeoloji 
tədqiqatlar” vasitəsilə həmin fakta ciddi düzəlişlər edilmiş və son nəticədə 
onun heç də bütpərəstlərə deyil, xristian ermənilərə məxsus olması və V əsrdə 
yaşamış erməni sərkərdəsi Vaan Mamikonyan tərəfindən ucaldılması “sübuta 
yetirilmişdi”. Bundan başqa, həmin binanın vaxtilə “xristian dinli erməni 
xalqının bütpərəstlik üzərində qələbəsi” 
(Mamikonyanın Sasanilər ilə mübarizəsi 
nəzərdə tutulur) şərəfinə tikildiyi də “təsdiqini tapmışdı”.
38
 Digər tərəfdən, “İsa 
Məsihin layihəsi ilə” Müqəddəs Qriqorinin tikdirdiyi “ilk erməni kilsəsi” isə heç 
də tarixi Azərbaycan ərazilərində deyil, Van gölünün qərbində yerləşən Muş 
(erm.Toron) məntəqəsində yerləşirdi. Üstəlik, Simeon Erevanetsidən təqribən 
1400 il öncə, IV əsrdə yaşamış erməni tarixçisi 
Favstos Buzand bu həqiqəti 
qələmə almış və Toron kilsəsinin “Mamikonların torpaqlarında”, özü də 
bütpərəst məbədinin təməli üzərində inşa edildiyini bildirmişdi. Erməni kilsə 
tarixçiləri sadəcə olaraq, Toron kilsəsini və onunla bağlı rəvayəti bünövrədən 
götürüb Eçmiədzinə gətirmişdilər…
Bütün bunlardan sonra bir neçə sual hələ də məntiqi cavabını tələb edir: əgər 
burada ilkin məbədi həqiqətən də V əsrdə Vaan Mamikonyan tikibsə, bəs IV 
əsrdə Müqəddəs Qriqorinin inşa etdirdiyi “ilk erməni kilsəsi” haradadır? Yoxsa, 
İsa Məsih çəkicini yerə çırpanda məbədin koordinatlarını düzgün verməyib? 
Əgər erməni kilsəsinin təbliğ etdiyi ənənəvi rəvayət həqiqətdirsə, IV əsrdə 
yaşamış Qriqori hansı yolla yüz ili adlayıb V əsrə gəlmiş və Vaanın tikdirdiyi 
erməni xristian kilsəsinin təməli üzərində “tarixdə ilk erməni xristian kilsəsini” 
ucaltmışdı? 
“Eçmiədzin katolikosluğuna” gəldikdə isə, onun məhz sonralar erməni 
dini mərkəzi olmasını salnaməçi Arakel Davrijetsi 
(Təbrizi) də təsdiqləyir. Şah 
Abbasın katolikos Davidə böyük rəğbətlə yanaşdığını və məclislərinə dəvət 
etdiyini vurğulayan Arakel bu ziyafətlərdən birində baş verənləri təsvir edərkən 
bildirirdi: 
“Şah katolikos Davidlə şirin söhbət etdikdən sonra dedi: “Biz 
sənə Üçkilsənin xəlifəliyini (katolikosluğunu)  verdik. Elə isə ora get və 
oranı idarə et”. David isə hey yalvardı: “Hökmdarım, məni xana tapşır, 
məni xana tapşır”. Bu zaman şah üzünü Əmirgünə xana (1605-1621-ci 
37   Величко В. “Кавказ. Русское дело и межплеменные вопросы полное собрание”,
Том первый, Баку: “Элм”, 1990
38   Эчмиадзин. Армянская апостольская церковь. http://www.reportarmenia.com/ru


- 42 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
illərdə İrəvan sərdarı olmuş Əmirgünə xan Qacar) tutub katolikosa xüsusi 
ehtiram göstərməyi tapşırdı. Əmirgünə xan hökmdara baş əydi,  əlini 
başına qoyub bu sözləri dedi: “Mənim başımın üstündə onun istirahəti 
üçün yer hazırdır” (?!)
39
 Mətnin bu yerindən bir daha aydın olur ki, Arakel 
Davrijetsinin salnaməsini ciddi redaktə edənlər buradakı gen-bol türk sözlərini 
və idiomatik ifadələrin sayını azalmaq üçün onların bir çoxunun daşıdığı 
mənanı anlamadan erməni dilinə hərfi tərcümə etmiş, nəticədə, belə baş-ayaq 
cümlələr yaranmışdır. Halbuki, gün kimi aydındır ki, Əmirgünə xanın dilindən 
türkcə çıxan həmin idiomatik ifadənin əsli belədir: 
“Başım üstündə yeri var”. 
Salnamədən o da aydın olur ki, Əmirgünə xan da, İrəvan xanlığı ərazisindəki 
xristianlar da Davidin buraya katolikos təyin olunmasından razı deyildilər. 
Hətta, katolikos gizli şəkildə şahın hüzuruna gedərək xanın guya onu öldürmək 
istədiyini çuğullamış, xristian rəiyyətin isə qətiyyən ehtiram göstərməməsindən 
ağızdolusu şikayət etmişdi.
40
 Bir məqama da diqqət edin: nə katolikos David, nə 
də onun dediklərini qələmə alan salnaməçi Arakel “Zəngi” sözü əvəzinə “qədim 
erməni hidronimi” olan “Hrazdan” 
(Razdan) kəlməsini işlətmişdilər. Çünki, 
hidronimin islahatı Ermənistan SSR Ali Sovetinin qərarı ilə 1946-cı ildə baş 
vermişdi…
Altıncı yalan: “Ordubadın Əylis kəndindəki “Müqəddəs Akop kilsəsi”. 
Üçüncü yalanı ifşa edən arqumentlərə söykənsək, əminliklə deyə bilərik ki, III 
əsrdə bu kənddə xristian monastırının mövcudluğundan söhbət gedə bilməz. 
Digər tərəfdən, ermənilərin bu iddiasından paralel məqsəd də aydındır: növbəti 
yalan vasitəsilə Naxçıvanı, o cümlədən qədim Əylis   kəndini “ermənilərin tarixi 
torpaqları” kimi tanıtmaq. Lakin hətta erməni kilsə tarixçiləri üçün də yalanın 
bir həddi olmalıdır! Axı, Akopun “yuxuya getdiyi” Əylis kəndi Ağrı dağından 
təqribən 390 kilometr aralıdır və bu günün özündə də bu yolu avtomobillə 
gedib-gəlmək üçün ən azı 4-5 saat vaxt lazımdır. Ömrünü ibadətdə və pəhrizdə 
keçirən sısqa bir rahibin gün ərzində payi-piyada həmin məsafəni qət etməsini 
söyləmək isə hətta akademik Suren Ayvazyan kimi “fövqəlintellekt” sahiblərinin 
də təfəkkürü xaricindədir.
   Yeri gəlmişkən, erməni xristian  ədəbiyyatında isə “müqəddəs Akopun 
meracına” dair heç bir məlumat yoxdur. Eyni zamanda, Əylis kəndində “Akop 
Ayrapet kilsəsi” də olmamışdır. Bundan başqa, Ermənistan coğrafi məkanına 
daxil olmayan Naxçıvan Qafqaz Albaniyasının bir parçası olmuşdur, Əylis də 
39   Даврижеци А. Книга историй о происшествиях в Армении, гаваре Aраратском и части гохтанского гавара в 1051-
1111 гг. армянского летосчисления  (1602-1662). http://hayasanews.com/wp-content/uploads/ 2012/12/Аракел-Давриже-
ци-Книга-историй-М-1978г..pdf
40   Yenə orada


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə