ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə16/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   12   13   14   15   16   17   18   19   ...   95

- 43 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
tarixən Azərbaycanın və azərbaycanlıların kəndi olmuşdur. Burada XVI-XVII 
əsrlərdə alban tikililəri inşa edilmişdi, onlardan Yuxarı Əylisdəki Müqəddəs 
Foma məbədi və Aşağı 
Əylis kəndindəki kilsə 
indi də qalmaqdadır. 
Ən başlıcası isə erməni 
kilsəsinin “Nusaybinli 
müqəddəs Yakovun 
həyatı” əlyazmasında 
göstərilir ki, Müqəddəs 
Yakovun 
(Mar-Yakov) 
şərəfinə ucaldılmış 
süryani 
(Assuriya) 
kilsəsinin ermənilərə 
aidiyyatı yoxdur və bu 
məbəd “Ordubadın 
Əylis kəndində” deyil, 
Yakov-Akobun vətənində 
- Nusaybin şəhərində 
(azərb. “Nəsibin”, 1514-cü il Çaldıran döyüşünə kimi Səfəvi dövlətinin ərazisi 
olmuşdur – A.Q.) yerləşir.
41
 
Yeddinci yalan: Rahibin adı və soyadının həqiqətən də Akop Ayrapet 
olması”. Son olaraq, rahibin milli mənşəyi hələ də naməlum qalmışdır. Hətta 
erməni mənbələri belə, etiraf edirlər ki, onun adı 
Yakov” olmuş və sonralar 
ərəb dilinin təsiri nəticəsində əvvəlcə “Yaqub”, sonra isə “Akop” androniminə 
çevrilmişdi. Adların izahları üzrə populyar ədəbiyyatda isə 
“Akop” erməni 
adının slavyan-türk mənşəli olması”
42
 göstərilir. Təbii ki, bu yozum erməniləri 
qane edə bilməzdi. Onlar mənbə göstərmədən və etimoloji yozum vermədən 
andronimin gah yunan dilindən götürülməsini və guya “döyüşkən” anlamı 
verməsini, gah da
 “qədim erməni dilində “Rəbb yardım edəcək” mənasında 
işləndiyini bildirirlər.
 Halbuki, Əhdi Ətiq peyğəmbərlərindən birinin adı olan 
“Yakov” 
(Yakob, Yaqub) sözü ibrani (ivrit) mənşəlidir və “addımbaaddım 
izləyən” (
Yaqubun qardaşının yolu ilə getdiyi nəzərdə tutulur) deməkdir.
43
  Erməni 
kilsəsinin “Nusaybinli müqəddəs Yakovun həyatı” əlyazmasında tamamilə fərqli 
41   Предисловие к житию св. Иакова Низибийского, Православная Армения. http://orthodoxengland.org.uk/zarmenia.htm
42   http://imenada.ru/akop/
43   http://persones.ru/names-207.html
Türkiyənin Nusaybin (azərb. Nəsibin) məntəqəsində süryanilərin 
Müqəddəs Yakov (Аkob) kilsəsi


- 44 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
yozum və şərhlərlə üzləşirik. Məlum olur ki, Yakov 
(Yaqub, Akop) süryani, yəni 
aysor, Suriya kilsəsinin din xadimi, Nusaybin
 (Nəsibin) yepiskopu olmuşdu. 
Ayrapet” sözünün ermənisayağı yozumu da maraqlıdır. Onlar həmin sözün 
“ölü dillərin birində “kişiləri idarə edən” anlamını verdiyini (?) bildirir və 
əlavə edirlər ki, 
“bu sözün mahiyyətində qədim mənbələr və köklər vardır. 
Lakin onlar bu gün birdəfəlik unudulmuşdur”.
44
 Sual olunur: əgər qədim 
mənbə və köklər həqiqətən də unudulubsa, bu zaman “kişiləri idarə edən” 
ifadəsi haradan qaynaqlanır? Sadəcə olaraq, erməni tarixçiləri “skif mənşəli söz” 
ifadəsini işlətməkdən çəkinirlər. Onlara yardım edək: antik tarixçi Herodot 
“Tarix” əsərində yunanlarla amazonların 
(cəngavər qadınların) döyüşünü təsvir 
edərkən amazonları “androktonlar” 
(gəncləri öldürənlər) kimi təqdim edir və 
bu sözün izahı haqqında yazırdı: 
“Оnları skiflər “oyropata” (bəzi mənbələrə 
əsasən, “eorpata”, “arpata” və ya “iorpatı”)  adlandırırdılar. Bu kəlmə yunan 
dilinə “kişi qatilləri” kimi tərcümə olunur”.
45
 
 
44   http://imenada.ru/ajrapet/
45   Геродот. История. http://www.vehi.net/istoriya/grecia/gerodot/index.shtml


- 45 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
II iddia
“Dvin şəhəri ermənilərin qədim paytaxtıdır”
Dvin şəhəri Parfiyanın Armeniya 
(Ermənistan) əyalətinin parf mənşəli 
Arsakilər sülaləsindən olan Trdatın oğlu,  “Kotak” ləqəbli II Xosrovun 
hakimiyyəti zamanı 
(330-338-ci illər)  salınmışdı. Hesab edilir ki, bu şəhər 
indiki İrəvan ərazisindən təqribən 35 kilometr cənubda yerləşmişdi. Dvin 
şəhəri 428-ci ilə qədər, yəni Armeniyanın part  sülaləsinin süqutuna qədər Kiçik 
Arsaklıların mərkəzi şəhəri olmuşdu. Bu dövrdən sonra şəhər Sasanilərin əlinə 
keçmiş və onların canişinlik mərkəzi rolunu oynamışdı. Lakin bu dövrdə bölgə 
tez-tez əldən-ələ keçərək gah Xəzər Xaqanlığının, gah da onların müttəfiqləri 
olan Bizans İmperiyasının nəzarəti altında olmuşdu. 
642-ci ildə ərəblər Dvin şəhərini ələ keçirirlər. Lakin bölgə Ərəb Xilafəti 
ilə Xəzər Xaqanlığı arasında savaş meydanına çevrilir. Daha sonra isə Bizans 
İmperiyası da Şərqi Anadolu və Qafqaz üzərində nüfuzunu saxlamaq üçün 
Ərəb Xilafəti ilə döyüşlərə qoşulur. 893-cü ildə baş verən zəlzələ zamanı bölgə 
böyük tələfatlara məruz qalır və Dvin şəhəri əhalisinin bir çoxu bu təbii fəlakət 
nəticəsində həlak olur. Bundan sonra Abbasilər sülaləsinin zəifləməsi nəticəsində 
Dvin və ətrafı xristianlığı qəbul etmiş yəhudi əsilli Baqrati knyazlığının tabeliyinə 
keçir. Xilafətin zəifləməsindən istifadə edən Baqratilər yarımüstəqil siyasət 
yeritməyə çalışırdılar. Lakin bir çox siyasi və hərbi oyunlardan sonra 1045-ci ildə 
bizanslılar Dvin şəhərini Baqratilərin əlindən alırlar. Amma şəhər bizanslılarda 
çox da qalmır və artıq 1064-cü ildə Səlcuq türkləri Dvini fəth edirlər və bundan 
sonra şəhəri onların təyin etdikləri canişinlər idarə edirlər. 1173-cü ildə Baqrati 
soyundan olan Gürcüstan çarı III Georgi qıpçaq qoşunlarının yardımı ilə Dvin 
şəhərini Səlcuqilərdən alır. Daha sonra Səlcuqilərin qoşun birlikləri ilə əsasən 
qıpçaqlardan ibarət olan Gürcüstan orduları arasında döyüşlər baş verir və 
şəhər bir neçə dəfə əldən-ələ keçir. 1201-1203-cü illərdə - kraliça Tamaranın 
hakimiyyəti dövründə Dvin yenə də qısa zaman üçün Gürcüstan hüdudlarına 
alınır. Lakin 1236-cı ildə Dvin şəhəri monqol-tatar orduları tərəfindən tamamilə 
yerlə-yeksan edilir və tarixin səhnəsindən silinir. 
Dvin şəhərinin qısa rəsmi tarixi bundan ibarətdir. Lakin son Sasanilər və 
Xilafət zamanı bölgə üzərində nəzarət, əsasən, Xəzər Xaqanlığına keçir ki, bu 
fakt nədənsə rəsmi tarix tezislərində qətiyyən işıqlandırılmır. Şəhərin “Dvin” 
(Դվին) şəklindəki transkripsiyası gec dönəm erməni yazılışıdır və bugünkü 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə