ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə18/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   14   15   16   17   18   19   20   21   ...   95

- 48 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
yerə köçürür. Orada kölgəli imarətlər tikir. Bu yerin adı parsca Dvin”, 
yəni təpə adlanır”.
59
 M.Xorenatsidən sonra ermənicə yazan digər müəlliflər də 
(Asolik, Vardan və s.) şəhərin adının məhz bu etimologiyasını təsdiq edirlər. Bu 
etimologiyanı Musa Xorenlinin əsəri ilə tanış olan süryani salnaməçisi Suriyalı 
Mixail 
(XII əsr) də təkrarlayır:  “Trdatdan sonra iyirmi il ərzində onun oğlu 
Xosrov hökm sürdü. O, Gegam dağı yaxınlığında, Azat çayının üzərində 
şəhər qurdu. Onu parsca Dovin adlandırdı ki, bunun da mənası blur 
(ermənicə -  təpə) deməkdir”.
60
Yuxarıda göstərilmiş məlumatlardan bəlli olur ki, bir neçə salnaməçi Dovin/
Tovin şəhərinin adının mənasını “təpə”, ya da “təpəlik” kimi yozmuşdular. 
M.Xorenatsinin kitabında isə şəhərin adının parsca, yəni orta fars mənşəli 
olduğu vurğulanmışdı. Bu da müasir tarixçiləri təəccübləndirmiş və çaşdırmışdı. 
Çünki nə orta farscada, nə də digər İran dillərində şəhərin adının belə yozumu 
müəyyən edilməmişdi. Nəticədə, qərara alınmışdı ki, Movses Xorenatsi əsərinin 
bu yerini F.Buzandın kitabından götürmüş və  guya yanlış anlayaraq “təpə” kimi 
oxumuşdu. Sonrakı müəlliflər isə, sadəcə olaraq, M.Xorenatsinin məlumatını 
kor-koranə təkrarlamışlar. Rus-sovet şərqşünası və tədqiqatçısı Vladimir 
Minorski 
(1877-1966-cı illər) isə güman edirdi ki, ola bilsin parf soylu Arsakilər 
şəhərin adını öz vətənləri olan Türkmənistan çöllərindəki toponimlərdən 
mənimsəmişlər. Bununla da görünür, Minorski ikimənalı, üstüörtülü şəkildə 
şəhərin adının türkcə olduğuna işarə vururdu.
Fərz edək ki, M.Xorenatsi F.Buzandı tamamilə yanlış anlamışdı. Elə isə nə 
üçün şəhərin adının “pars dilində” olması qənaətinə gəlmişdi? Axı, həmin dildə 
bu cür söz yoxdur! Həm də qrabarca mətnlərdə pəhləvi dilindən götürülmüş 
sözlər və ifadələr çoxdur və erməni müəllifləri həmin dildə bu kəlmənin 
olmadığını yaxşı bilməli idilər! Görünür, müasir tədqiqatçılar şəhərin adının 
etimologiyasını digər dillərdə aramamışlar, daha doğrusu, aramaq istəməmişlər. 
Çünki şəhərin 
təpə kimi semantik anlamı farsca deyil, türkcə vasitəylə açıqlanır. 
İlk olaraq xatırladaq ki, şəhərin qurucusu Xosrovun boyu qısa olduğuna görə 
türkcə Kotak 
(gödək) ləqəbini daşıyırdı. Ümumiyyətlə, Arsakilərin leksikasında 
türkcə sözlər təəccüb doğurmamalıdır. Çünki, Kiçik Arsakilər sülaləsi tarixi 
qaynaqlara görə türk əsilli köçəri sak boylarından gəlirdilər. Ümumən 
götürdükdə, orta farscada və təbii ki, pəhləvicədə alınmış türkcə söz və terminlər 
az deyildir. Lakin 
dovin-tovin-təpə sözü türk dillərində tepe-depe-tapa-dapa 
kimi bu gün də geniş şəkildə işlədilir. 
59   Моисей Хоренский. История Армении (пер. Н. О. Эмина). Москва,1893
60   Краткая история Армении (Из “Хроники” Михаила Сирийца) // Кавказ и Византия. Вып. 1. Ер. АН Арм. ССР. 1979 


- 49 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
İlk olaraq onu qeyd edək ki, bu söz əski türkcə mətnlərdə
 töbü,  töpü
61
, 
töbü/  töpö/töpü
62
 və 
depe/tebe/tepe/töpe
63
 kimi göstərilmişdi. Bundan 
başqa, Orta əsr türkcə mətnlərdə həm də “
daban” (dağtəpə)
64
 sözü yer almışdır. 
Göründüyü kimi, türkcə “təpə” sözünün 
töbütöpö, töpü, depe, tebe, tepe, 
töpe  və  daban  şəklində  ifadə tələffüzləri Dvin şəhərinin qaynaqlarda Duin
DouinTouinDovinTobinDevinTebinDavinTibinTibionTibios
DoubiosTibiouTibēnTibi şəklində olan modifikasiyaları ilə səsləşir, bəzən 
isə üst-üstə düşür. Yunan və erməni əlifbalarında dilimizdə olan yumşaq 
-ö -ü 
saitləri olmadığından bu səslər 
-a, -o, -u saitləri ilə, bəzən -au, -ou diftonqları 
ilə əvəz olunurdular. Yəni, Movses Xorenatsinin “Dvin” etimologiyasına verdiyi 
yozum yalnız türk dili vasitəsilə öz təsdiqini tapır. 
Yuxarıda göstərilən məlumatlara əsasən bəlli olur ki, Movses Xorenatsi 
şəhərin adını izah edərkən heç bir səhvə yol verməmişdi. Lakin “təpə” sözünün 
parsca olduğunu qeyd edərkən xəta buraxmışdımı? Bəlkə Xorenatsinin 
mətninin üzünü köçürən orta əsr katibləri səhvə yol vermiş və “part” istilahını 
“pars” sözü ilə əvəzləmişdilər? Ümumən götürdükdə, erməni mətnlərində 
qəribə bir tendensiya müşahidə olunur. Məsələn, Orta əsr erməni salnaməçiləri 
bəzən türkləri “pers” də adlandırmışlar. 
Smbat Sparapet (XIII əsr) kitabında 
Səlcuq sultanı Toğrulu “pers”, qoşununu isə “pers ordusu” adlandırmışdı: 

Erməni təqviminə görə 498-ci ildə, Monomaxın dövründə pers sultanı 
Toğrul çoxsaylı ordusu ilə Ermənistana daxil oldu”;
65
 “
Sultan Toğrulun 
əmri ilə pers sərkərdələri çoxsaylı qoşunları ilə Kamax, Pagin, Tlxum və 
Arki vilayətlərinə soxuldular”.
66
 Smbat Sparapetin qərəzli yazılmış bu kitabının digər yerlərində də səlcuq 
türkləri “pers” adlandırılır. Amma məlumdur ki, nə sultan Toğrul, nə də 
səlcuqlar pers əsilli olmamışlar. Eyni dəst-xətt daha erkən erməni salnaməçisi 
Aristakes Lastivertsinin  (XI əsr) kitabında da müşahidə olunur: “Böyük 
Konstantindən başlayaraq saysaq, Diogen altmışıncı imperator idi. O 
gördü ki, pers kralı onun imperiyasının az olmayan hissəsini zəbt etdi, 
yunan canişinlərini qovub çıxartdı, sonra da böyük qənimət və əsirlərlə öz 
ölkəsinə qayıtdı”. Həmin əsərdən digər bir misal: “O, (Diogen) pers kralının 
düşərgə qurduğu vilayətin hüdudlarına yaxınlaşdı. Perslərin düşərgəsinin 
qarşısında öz düşərgəsini qurdu və savaş gününü təyin etdi. Pers sultanı 
61   Древнетюркский словарь. АН СССР, Ленинград, 1969
62   Caferoğlu A. Eski uygur türkçesi sözlüğü. Türk Dil Kurumu Yayınları, İstanbul,1968
63   Kipçak türkçesi sözlüğü. Türk Dil Kurumu Yayınları, Ankara, 2007
64   Şeyx Suleyman Efendi’s. “Çağatay-Osmanisches Wörterbuch”, Budapest, 1902
65   Спарапет С. Летопись (пер. А. Г. Галстяна). Ереван, 1974
66    Yenə orada


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə