ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə19/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   15   16   17   18   19   20   21   22   ...   95

- 50 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
həyəcanlanmışdı və vaxt itirmədən məkrlə döyüşü başlamaq istəyirdi... 
Qüdrətli pers oxçularının qarşısında tab gətirən qoçaqların hərbi 
cəsurluğuna diqqət etdi, halbuki, onların çoxunun imperatora münasibəti 
pis idi”.
67
Məlumdur ki, Bizans imperatoru Diogen nə farslarla, nə də fars sultanları ilə 
müharibə etməmişdi. Onun dövründə, ümumiyyətlə, nə fars sultanı, nə də fars 
ordusu var idi. Yuxarıda adı çəkilən hadisə Diogenlə səlcuq sultanı Alparslan 
arasında 1071-ci ildə baş vermiş Malazgirt savaşı idi. Bizans qaynaqları da 
tarixdə türkləri bəzən farslarla səhv salsa da, çox zaman səlcuqları “türk”, bəzən 
isə “skit” 
(skif)  adlandırırdı. Lakin erməni qaynaqları nə üçün bu cür səhvlərə 
yol verir? Məgər erməni müəllifləri türkləri farslardan guya seçə bilmirdilər? 
Axı bəzi sonrakı erməni müəlliflərinin əsərlərində də türk əsilli hökmdarlar
bəzi türk dövlətləri farslara aid edilir. Məsələn, erməni katolikosu  Simeon 
Yerevantsi 
(XVII-XVIII əsrlər) “Cambr” əsərində Qaraqoyunlu sultanı Cahan 
şahı “fars hökmdarı” adlandırmışdı. Digər erməni salnamələrində də demək 
olar ki, hər zaman Səfəvi, Əfşar, Qacar dövlətləri və sülalələri farslara şamil 
olunur. Halbuki, erməni yazarı Arakel Davrijetsi 
(XVI əsr) və başqaları türkman 
padşahları ilə söhbətləri  türkcə qeydə almışdılar. Katolikos Abraam Kretatsi 
(XVIII əsr) də Nadir şah Əfşarla söhbətlərinin bir qismini türkcə yazmışdı. 
Buna baxmayaraq, ermənilər ənənəyə sadiq qalaraq, bu gün də Nadir şahı “fars” 
kimi qələmə verməyə çalışırlar. 
Demək olar ki, bütün erməni salnamələrinin üzü bizim bölgədən çox 
uzaqlarda köçürülmüş, ciddi redaktə və əlavələrə məruz qalmışdı. Konkret 
olaraq bu dəyişikliklər Qərbi Avropada, daha dəqiq desək, Qərb Kilsəsinin 
himayəsi altında aparılmışdı. Belə ki, Orta əsr Qərbi Avropa tarixçiləri türkləri 
“fars” adlandırır, türk dövlətlərini “pers dövlətləri” kimi tanıtmağa çalışırdılar. 
Lakin bölgədə yaşayan erməni yazarları türkləri farslarla qarışdırmamalı 
idilər. Çünki həm farsları, həm də türkləri çox yaxşı tanıyır, onları bir-birindən 
fərqləndirə bilirdilər. Beləliklə, mətnlər yenidən redaktə edilərkən onlara uyğun 
gəlməyən bəzi hissələr çıxarılmış, yeni-yeni əlavələr edilmiş, bəziləri isə təhrif 
olunmuşdular.  
67   Yenə orada


- 51 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
III iddia
“İlahə Anahit Ermənistanın milli dövlətçilik rəmzidir”
       Erməni dövlətçiliyinin, eləcə də dövlətçilik simvollarının tarixində “18+” 
kateqoriyasına daxil olan həssas və incə bir məsələyə - Ermənistan mənbələrinə, 
Lambrozo Çezare, Devid Lenq və Pyer Düfur kimi şərqşünasların əsərlərinə 
istinadən həm etnik-dini əxlaqsızlığın mücəssəməsi, həm də “qədim erməni 
dövlətçiliyinin gücü və rəmzi” hesab edilən ilahə 
Anahit (Anais) kultuna və 
onun müasir adeptlərinə toxunaq. Onu da əlavə edək ki, London Muzeyində 
saxlanılan və Anahitə aid olunması ehtimal edilən heykəl başı ətrafında Britaniya 
və Ermənistan arasında mübahisə hələ də davam etməkdədir. 
     Xatırladaq ki, erməni mifologiyasına görə, qədim İranda analıq və 
bolluq ilahəsi olan Anahitin kultu eramızdan əvvəl I əsrdə “Ərməniyyə” 
adlanan coğrafi ərazidə də yayılmağa başlamış, lakin burada həm mənşəyini, 
həm də peşə yönümünü dəyişməyə məcbur olmuşdu.  Ərməniyyədə baş 
ilahi Aramazdın həm qızı, həm də arvadı olan Anahit “Qızıl Ana”, “Böyük 
şahzadə”, “İlahilər anası” kimi tanınmış, erməni fahişəlik sənətinin və 
“erməni hökmdarlarının” himayədarına çevrilmişdi.
68
 Üstəlik, onu da qürurla 
bildirirlər ki, Anahitə həsr olunmuş qızıl heykəllər vaxtilə bütün Ermənistan 
məbədlərini bəzəyirdi. Movses Xorenatsiyə görə, “erməni hökmdarı” Trdat onu 
“millətin şərəfi, həyatverici bakirə ana” adlandırırdı. Müasir erməni tarixçiləri 
və siyasətçiləri də onu “Böyük ilahə, erməni torpaqlarının himayədarı və 
müdafiəçisi” kimi dəyərləndirir, amma məlum səbəblər üzündən buna hansı 
yolla nail olmasının üstündən sükutla keçirlər.
69
 Moskvada fəaliyyət göstərən 
Rusiya-Ermənistan Strateji Təşəbbüslərinin Dəstəklənməsi Mərkəzi isə bir 
tərəfdən, Anahitin qədim peşə sahibi olması faktını o dövrün tarixi zərurəti 
kimi dəyərləndirmiş, digər tərəfdən, onu “erməni xalqının milli birliyinin və 
dövlətçiliyinin simvolu”, “qüsursuz”, “ismətli”, “bakirə qadın” kimi təqdim 
edərək xristian dinindəki Məryəm Ana obrazı ilə eyniləşdirmiş, üstəlik 
qədim İranın bu ilahəni ermənilərdən mənimsəməsi iddiasını irəli sürmüşdü. 
Mərkəzin saytında bildirilir:
 Anahit bütün bəşəriyyətin mənəvi və əxlaqi 
təmizliyinin, xeyirxahlığının anasıdır. Bu xüsusiyyət bütpərəstlik və 
xristianlığı bir-birinə qarışdırmır, eyni xalqın (ermənilərin) müxtəlif 
68    Арутюнян Т. Богиня Анаит и ее бронзовая голова. https://www.armmuseum.ru/news-blog/2017/1/27/-25-98
69  Древние боги Армении — герои и легендарные монархи. http://vstrokax.net/armeniya/drevnie-bogi-armenii/;  Языче-
ские боги армян.http://jazicestvo.blogspot.com/p/blog-page_5130.html


- 52 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
paralellərdə analıq hissinə olan etiqadını nümayiş etdirir”.
70
Yeri gəlmişkən, ermənilərin Anahit kultu Movses Xorenatsinin fərziyyəsini 
– onların Babilistan mənşəli olması ehtimalını bir daha təsdiqləyir. Diqqət edin: 
Herodot vaxtilə yazırdı ki, Babilistanda bütün qadınlar heç olmasa ömürlərində 
bircə dəfə Melitta məbədinə gəlməli, ilahə qarşısında borcunu yerinə yetirərək 
özünü hər hansı bir əcnəbiyə təslim etməli  idi. Bunun üçün isə onlar məbəddə 
gecələyib günlərlə, hətta aylarla gözləməli olurdular. Sonralar antik tarixçi 
Strabon bu ayinin ermənilərdə də olduğunu vurğulayaraq, “erməni millətinin 
şərəfi”, “erməni dövlətinin qüdrəti” haqqında bunları yazırdı: 
“Ermənistanda 
fahişəlik ilahəsi kimi Anaisə (Anahitə)  sitayiş edirlər. Onların məbədləri 
Babilistandakı Melitta məbədini xatırladır… Hündür hasarların əhatəsində 
olan məbəddə özlərini ilahəyə həsr etmiş kahin qadınlar yaşayırlar. 
Buraya yalnız yadellilərin daxil olmasına icazə verilir… Kahin qadınlar 
ən tanınmış və alicənab nəsillərdən seçilirlər və onların ilahəyə xidmət 
müddətini doğmaları müəyyən edirlər. Qadın məbədi tərk edəndə bütün 
qazandıqlarını burada qoyur, uğurla ərə gedir. Bu zaman gələcək ər mütləq 
məbədə gəlməli, gələcək həyat yoldaşının buradakı davranışı, peşəkarlığı ilə 
maraqlanmalı idi. Daha çox əcnəbiyə xidmət etmiş qadın ən arzuolunan gəlin 
sayılırdı… Bu ölkənin qanunlarına görə, qadınlar yalnız Anahit məbədində 
uzunmüddətli pozğun həyat tərzi sürəndən sonra ərə gedə bilərlər. Çünki, 
əks halda, heç kəs onlarla ailə qurmaz”.
71
 
Erməni xalqının qədim fahişəlik ilahəsi haqqında müxtəlif məlumatlara 
Avropa tədqiqatçılarının əsərlərində də rast gəlirik. Lakin Ermənistan 
alimlərinin iddialarının əksinə olaraq, onlar bu ilahəni “ermənilərin milli 
dövlətçilik” rəmzi kimi deyil, sistem halına salınmış əxlaqsızlıq və maddi 
qazanc mənbəyi kimi dəyərləndirirlər. Məsələn, XIX əsrdə yaşamış fransız 
tarixçisi 
Pyer Düfua “Fahişəliyin tarixi” adlı kitabında ermənilərin qədim 
Anahit kultu haqqında bunları bildirir: 
“Anahitin Ermənistanda məbədləri 
vardı. Burada gənc qızlar özlərini onun kultuna həsr edirdilər. Onların 
qonağı olan əcnəbiləri pulun məbləğindən asılı olaraq, böyük və kiçik 
erməni qadınlarının xoş nəvazişləri gözləyirdi… Qızlar bu məbədlərdə 
bir müddət qalır, sonra qohumları onları evlərinə gətirir və ərə verirdilər. 
Onlara ər tapmaq da çətin deyildi. Məbəddə eşq ilahəsinin xidmətçiləri 
kimi nə qədər uğur əldə etmələrindən asılı olaraq, gələcək həyat yoldaşı 
qismində onlara tələbat artırdı”.
72
 Əlbəttə, Strabondan tutmuş müasir 
tarixçilərədək bütün “anahitşünasların” Ermənistanın “analıq” rəmzinin  milli 
70   Богиня Анаит и ее бронзовая голова. Центр поддержки русско-армянских стратегических и общественных инициа-
тив. http://russia-armenia.info/node/35302
71   Ломброзо Ч. Женщина преступница и проститутка, ООО “Попурри”, Минск, 2000  
72   Dufour P. Histoire de la prostitution. Paris, 1853


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə