ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə2/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   2   3   4   5   6   7   8   9   ...   95

- 6 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX


- 7 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Ön söz
Bu bir taledir ki, tarixi məkanda və ya siyasi xəritədə qonşuları seçmirlər. Əksər 
hallarda xalqların və millətlərin kiminlə qonşu olması onların öz seçimindən 
asılı deyil. Bu mənada Cənubi Qafqaz regionunu fərqləndirmək lazımdır. Çünki 
məhz böyük dövlətlərin iradəsinə əsasən Azərbaycan ermənilərlə qonşu olmağa 
məcbur olmuşdur. Qafqazda ermənilərin imtiyazlı mövqelərə yiyələnməsi 
isə XVII-XVIII əsrlərdən başlayaraq Rus-Türk və Rus-İran müharibələri 
nəticəsində köçürülmə siyasətinə əsaslanır. Lakin tarix göstərdi ki, Qafqaza 
köçürülən ermənilər özlərini gəlmə deyil, yerli kimi aparmağa başladılar. 
Ermənilərin özlərini yerli xalq kimi sübut etməyə çalışmaları isə regionda digər 
xalqların tarixinin saxtalaşdırılmasına, özgə dəyərlərinin, tarixi-dini-mədəni 
irsin erməniləşdirilməsinə və hətta assimilyasiyaya səbəb oldu. Yaşadığımız 
regionda elə bir xalq yoxdur ki, ermənilərin onlara qarşı hər hansı bir iddiası 
olmasın. 
Bəs görəsən niyə dini etiqaddan tutmuş mədəniyyət nümunələrinə kimi, ta-
rixi abidələrdən kulinariyaya qədər, coğrafi adlardan tarixi şəxsiyyətlərədək, he-
raldikadan numizmatikayadək bir çox məsələlərdə erməni saxtakarlıqları özünü 
göstərir?  Fikrimizcə, bütün bu mütəşəkkil saxtalaşdırma cəhdlərinin əsas sə-
bəbini erməni xalqının etnogenezisində axtarmaq lazımdır. Müasir hay-ermə-
ni etnosunun qriqorianlığı qəbul etmiş müxtəlif millətlərin fərdlərindən təşkil 
olunması fikri elmi dairələrdə ciddi müzakirə olunan məsələlərdən biridir. Bu 
iddiaya əsasən, bugünkü hay-ermənilər dönmə millət kimi yaranmışlar, tarixi 
və coğrafi “Armeniya” adının bu etnosla heç bir bağlılığı yoxdur. Müşahidələr 
göstərir ki, erməni saxtakarlığının əsas prinsipi “coğrafi mənsubiyyət” və “et-
nik mənşə” anlayışlarının bərabərləşdirilməsinə və eyniləşdirilməsinə əsaslanır. 
Digər tərəfdən, əslində etnik kimlik belə daşımayan ermənilərin özlərini “ali 
ari mədəniyyəti”nin daşıyıcıları hesab etmələrinə irqçilikdən başqa ad vermək 
mümkün deyil.   
Müxtəlif xalqların erməni assimilyasiyasına məruz qalması qriqorian kilsəsi-
nin təsiri altında baş vermişdir. Tarix qriqorian-tatlar, qriqorian-qıpçaqlar, 
qriqorian-albanlar, qriqorian-qaraçılar (boşa), qriqorian-yəhudilər (zok), 
qriqorian-aysorlar, qriqorian-yezidilər və digərlərinin öz etnik kimliyini itirərək 
erməniləşməsinə şahidlik etmişdir. Hətta hazırkı kitabda da göstərildiyi kimi
tarixi erməni zadəgan nəsillərinin nümayəndələri belə etnik hay deyil, digər 
xalqların nümayəndələri olmuşlar: Arşakilər sülaləsi – parfiyalı, Mamikonlar 


- 8 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
– türk, Baqratilər – yəhudi, Ardzunilər – süryani, Kamsarakanlar – fars idilər. 
Buna görə də əminliklə demək olar ki, “ermənilik” etnik kimlik deyil, daha çox 
dini kimlik və ya kilsə ətrafında birləşən fərdlərin birliyidir. Etnik kimlik daşı-
mayan ermənilərin assimilyasiya olduqları və ya etdikləri müxtəlif xalqların 
milli-mədəni dəyərlərinə və tarixi irsinə iddia etmələri, ilk növbədə, “yoxdan 
var olmaq” cəhdidir. Eyni zamanda, etnik kimlik olaraq natamamlıq kompleksi 
erməniləri digər xalqların tarixi-mədəni irsini mənimsəməyə təhrik edir. Qafqa-
za gəlmə olan ermənilər bütün xristian maddi-mədəni irsinə sahib olmaq iddi-
ası ilə özlərini sığortalamaq istəyirlər. Ona görə də xristian türklərin və xristian 
albanların tarixi irsinin həqiqi varislərini daim regiondan sıxışdırmağa, izlərini 
silməyə çalışırlar. 
Beləliklə, qriqorianlığın birləşdirdiyi müxtəlif xalqların nümayəndələrindən 
törəyən müasir erməni-haylar öz tarixlərini yaratmaq üçün başqalarının tarixini 
və mədəni irsini mənimsəmək yolu tutmuşlar, erməni tarixinin əsas mənbəyi 
saxta məlumatlara əsaslanır. Təsadüfi deyil ki, “erməni dövlətçiliyi” ilə bağlı mə-
lumatlar rəvayətlərə söykənir. Lakin erməni ideoloqlarının saxtakarlığın elmi 
dövriyyəyə daxil olması üçün uzun əsrlərdir apardıqları məqsədyönlü iş bütün 
dünyanı erməni yalanları ilə üz-üzə qoymuşdur. Qeyd etmək lazımdır ki, ermə-
ni yalanlarının yayılması, elmi dövriyyəyə daxil olması üçün dini missionerlik 
əsas vasitə olmuşdur. Bu baxımdan, Adriatik dənizində Sent Lazar adasında 
yerləşən mxitarist katolik ordenini xüsusi fərqləndirmək lazımdır. 1701-ci ildən 
bu adada yerləşən və sonradan bir hissəsi Vyanaya köçən mxitaristlər erməni 
yalanlarını dünyaya yaymağa, tarixi saxtalaşdırmağa böyük “töhfə”lər verirlər. 
Mxitaristlərin əsas vəzifəsi qədim kitabların yenidən yazılmasından, saxta er-
məni tarixinin yaradılmasından, antik müəlliflərin əsərlərinin qədim erməni 
əsərləri kimi təqdim olunması üçün ilkin mənbəni göstərmədən onlardan sitat-
ların götürülərək istifadəsindən ibarətdir. Bütün bunlar mifologiyaya əsaslanan 
erməni yalanlarının etibarlı tarixi mənbə kimi qəbul olunmasına yönəlmişdir.
Erməni yalanları olduqca bu yalanların ifşa edilməsi də zəruri bir prosesə 
çevrilir. Qeyd etməliyik ki, Avropa ölkələrində, Rusiyada, Gürcüstanda, Tür-
kiyədə, Azərbaycanda çoxsaylı müəlliflər tərəfindən erməni saxtakarlıqları-
nın həqiqi simasının ortaya çıxarılması ilə bağlı tədqiqatlar aparılmış, kitablar 
dərc olunmuşdur. Fikrimizcə, erməni yalanlarının ifşası davamlı olmalıdır. Bu 
baxımdan Araz Qurbanov, Nazim Mustafa və Elşad Əlilinin müəllifi olduqları 
“Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” adlı kitab tarixi gerçəkliklə-
rin saxtalaşdırılmasına qarşı yönəlmiş dəyərli araşdırmadır. Kitabda 3 əsas is-
tiqamətdə erməni yalanları ifşa edilir. Birincisi, mifologiyaya əsaslanan erməni 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə