ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə20/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   16   17   18   19   20   21   22   23   ...   95

- 53 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
dövlətçilik naminə “fədakarlığına” belə “qərəzli və tərbiyəsiz” münasibəti İrəvan 
alimlərinin heysiyyatına toxunmaya bilməzdi. Misal üçün, erməni sənətşünası 
Georq Qoyan “Erməni teatrının 2000 yaşı” kitabının birinci cildində Anahit 
məbədindəki eşq xidmətçilərinin, sən demə, heç də pul müqabilində qadın alveri 
ilə məşğul olmadıqlarını, 
əksinə ziyarətgaha gələn 
əcnəbilərin 
(xarici 
turistlərin) mədəni 
səviyyələrini yüksəltmək 
üçün pullu da olsa tərbiyəvi 
mövzuda dini-erotik 
tamaşalar göstərdiklərini 
qeyd edir. Bunu hətta 
xristianlıq dönəmində 
məşhur olan “qədim 
erməni teatr sənətinin 
bariz nümunəsi” adlandırır 
və hətta buna bəraət də 
qazandırırdı.
73
 O yazır: 
“Erməni tarixçisi Favstos 
Buzand V əsrdə yaşasa da, Arşakuni sülaləsinin hakimiyyətdə olduğu 
dövrlərdə baş vermiş və bu gün bizi maraqlandıran hadisələri qələmə 
almışdı. O, erməni katolikosu İusikin  (340-345-ci illər)  oğlanları Papın 
və Atanaginesin xristian əxlaqı baxımından pozğunluq nümunəsi olan 
davranışından danışarkən bildirirdi ki, “onlar bozalar və vardzaklar 
(fahişələr),  qusanlar  (qədim ermənilərdə aktyorluq edən cinsi azlıqlar)  və 
kataklarla əylənirdilər”. Georq Qoyan sonra əlavə edirdi ki“Arşakunilər 
dönəmində kişi-qusanlar və qadın-qusanlar milli teatr aktyorlarına 
– mimlərə çevrilmiş, nəticədə, “qusan” və “vardzak” sözləri “mim” və 
“aktyor” kəlmələrinin sinonimi olmuşlar. Başqa sözlə desək, gözəllik və 
məhəbbət ilahəsi olan Anahitin xidmətçilərindən qədim erməni teatrının 
peşəkar artistlərinə transformasiya etmiş, bununla belə, “yüngül əxlaqlı 
qadınlar” statusunu saxlamışlar”.  
Qısa girişdən sonra Anahitə məxsus olduğu iddia edilən heykəl başı 
ətrafında qalmaqaldan bəhs edək. Çünki bu qalmaqal Ermənistanın başqa 
xalqlara və mədəniyyətlərə aid artefaktları “erməni dövlətçiliyinin rəmzləri” 
kimi mənimsəmə fəaliyyətinə və “artefaktları” siyasi möhtəkirlik obyektinə 
çevirmə səylərinə əyani misallardan biridir. Qeyd edək ki, həmin bürünc 
73  Гоян Г. 2000 лет армянского театра. Том 1. http://armenianhouse.org/goyan/ancient-armenian/4.html
Erməni mənbələrinə əsasən, “milli dövlətçiliyin  şərəfi” olan  ilahə 
Anahitin həqiqi təsvirləri


- 54 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
heykəl fraqmenti 
(erməni mətbuatında bəzən “qızıldan hazırlanmış” kimi də 
təqdim olunur) hazırda Britaniya Muzeyinin ekspozisiyasında haqlı olaraq, 
“antik dövr yunan heykəltəraşlığı nümunəsi” kimi nümayiş etdirilir. Belə 
ki, İngiltərədə yaşayan erməni mənşəli jurnalist 
Mark Qriqoryan həmin 
heykəl kəlləsinin tarixçəsi haqqında yazırdı ki, 1972-ci ildə Ərzincan 
yaxınlığındakı Sadak kəndindən olan türk kəndlisi əkin zamanı antik 
qadın heykəli kəlləsini, ondan bir qədər kənarda isə onun bir qolunun 
fraqmentini tapmışdı. Kəndli 
tapdıqlarını İstanbuldakı antik 
əşyalar dükanına satmışdı, bir 
müddət sonra isə bunlar italiyalı 
Alesandro Kastellaninin şəxsi 
kolleksiyasına daxil edilmişdi. 
O isə az keçməmiş həmin 
fraqmentləri Britaniya Muzeyinə 
sata bilmişdi. Mark Qriqoryan 
bildirirdi: 
“Nə heykəl başının 
saç düzümü, nə də heykəlin 
hazırlanma texnologiyası 
onun hansısa ilahəyə məxsus 
olduğunu sübut etmir… Lakin 
əlinin plastikasına əsasən, 
ehtimal edilən bədən quruluşuna 
görə, onun ilahə Afroditaya aid 
olduğunu söyləmək olar”.
74
 Hətta “erməni tarixinin atası” adlandırılan 
Movses Xorenatsi də yüzilliklərin arxasından boylanaraq, “Tarix” kitabında 
müasir Ermənistan siyasətçilərinin və alimlərinin Anahitin heykəli barədə 
iddialarını təkzib edir və bildirir ki, Artaşes Artaşat və Yerasx arasında şəhər 
saldıqdan sonra Baqarandan ilahə Artemidanın heykəlini və əcdadlarının 
bütlərini buraya gətirir, lakin Apollonun heykəlini şəhərdən qıraqda, yol 
kənarında ucaldır.
75
 
 Ermənistanın onu mənimsəmək, “milli dövlətçilik rəmzini tarixi vətənə 
qaytarmaq” cəhdlərinin arxasında dayanan yeganə “dəlil” isə onun Türkiyədə, 
“tarixi Böyük Ermənistan ərazisində” aşkar olunmasıdır. Britaniya isə 
israrla və tanınmış ekspertlərin rəylərinə istinadən heykəlin ermənilərə 
və muzdlu eşq ilahəsi Anahitə məxsus olduğunu inkar etməkdədir. Lakin 
Ermənistan təkidindən qalmır. Bu gün büstün təsvirinə Ermənistandakı 
74  Арутюнян Т. Богиня Анаит и ее бронзовая голова. https://www.armmuseum.ru/news-blog/2017/1/27/-25-98
75   М.Хоренаци.“История Армении”. В трех частях рассказанная Мовсесом Хоренаци по просьбе Сахака Багратуни. 
Книга вторая. http://www.vehi.net/istoriya/armenia/khorenaci/02.html
Britaniya Muzeyində saxlanılan Afrodita –“Anahit”


- 55 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
gözəllik və masaj salonlarının loqotiplərində, banknotlar və poçt markaları 
üzərində rast gəlmək olur. Ermənistan Milli Tarix Muzeyinin direktoru 
Anelka Qriqoryanın həmin büstün ermənilərə və Anahitə məxsus olmasına 
şübhə ilə yanaşmasına, tarixçi 
Jores Xaçatryan isə “Anahitin geri qaytarılması” 
kampaniyasını perspektivsiz və populist adlandırmasına baxmayaraq, hətta 
İrəvanda keçirilmiş sosioloji sorğuların nəticələrinə görə, Anahitin təsviri 
Ermənistanın əsas dövlətçilik rəmzindən – gerbindən daha populyardır.
76
 
Ermənistanın mədəniyyət naziri 
Asmik Poqosyan isə büstün geri qaytarılması 
kampaniyasından əvvəl onun həqiqətən də Anahitə məxsus olmasını sübuta 
yetirməyi tövsiyə etmişdi.
77
 
İrəvan bu gün Dumanlı Albionu ilahə Anahitin cəzasına məruz qalacağı 
ilə hədələyir. Bunun üçünsə, heç bir mənbəyə istinad etmədən qədim Roma 
tarixçisi Plininin 
(Böyük) adından həmin heykəl barədə “sitat” da uydurub 
dövriyyəyə buraxmışlar. Guya Plininin yazdıqlarına görə, ordu rəhbərlərindən 
birinin 
(adı göstərilmir) qonağı olmuş imperator Oktavian Avqust məclis zamanı 
əyləşənlərdən soruşmuşdu: “
İlahə Anahitin heykəlini təhqir edənlərin 
onun qəzəbinə gəldikləri və cəzalandırıldıqları doğrudurmu?”. Ordu 
başçısı “Yox!” cavabını vermiş və əlavə etmişdi: 
“Əksinə, mənim bəxtim yaxşı 
gətirib. Sizin qarşınızdakı qızıl qab heykəlin bud hissəsindən hazırlanıb”. 
İmperator “ilahənin cəzası” dedikdə, özünün əsas rəqibini, Mark Antonini 
nəzərdə tuturdu. Belə ki, Anahitin heykəlini dağıtdıqdan sonra eramızdan əvvəl 
30-cu il avqust ayının 1-də Mark Antoni sevgilisi Kleopatra ilə birlikdə intihar 
etmişdi.
78
 
İngiltərə həm də onu bilir ki, Anahitin bürünc büstü hazırda 
Ermənistanda siyasi möhtəkirlik obyektinə çevrilməkdədir. Məsələn, hələ 
2012-ci ildə, Ermənistan parlamentinə seçkilər ərəfəsində jurnalist Qayane 
Abramyan yazırdı: 
“Bəlkə də bu heykəl Britaniya Muzeyi üçün “güman ki 
Afrodita”, qədim yunanların məhəbbət və gözəllik ilahəsinin təsviridir. 
Amma Ermənistan əhalisinin böyük hissəsi üçün o, Anahitdir, qədim 
erməni mifologiyasında bolluq (?) ilahəsidir. Lakin eramızdan əvvəl I 
əsrdə hazırlanmış dalğalı saçlı, sivri burunlu (tipik erməni profilinə işarə 
edilir) bu heykəlin kimə aid olmasına baxmayaraq, o, qarşıdakı parlament 
seçkilərində siyasi dəstək qazanılmasında yardım edə biləcəkdir”.
79
 
Elə həmin il mart ayının 8-də – Beynəlxalq Qadınlar günü ərəfəsində  
76    Армения: Может ли богиня повлиять на избирательную кампанию? http://russian.eurasianet.org/node/59241
77   Yenə orada
78  Отдайте статую богини Анаит!
https://husisapail.wordpress.com/2012/03/07/%D0%BE%D1%82%D0%B4%D0%B0%D0%B9%D1%82%D0%B5-
%D1%81%D1%82%D0%B0%D1%82%D1%83%D1%8E-%D0%B1%D0%BE%D0%B3%D0%B8%D0%BD%D0%B8-
%D0%B0%D0%BD%D0%B0%D0%B8%D1%82/
79   Армения: Может ли богиня повлиять на избирательную кампанию? http://russian.eurasianet.org/node/59241


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə