ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə21/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   17   18   19   20   21   22   23   24   ...   95

- 56 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Ermənistanın təhsil naziri, hakim Respublika Partiyasının rəhbərlərindən biri 
olan 
Armen Aşotyanın təşəbbüsü ilə Ermənistan Gənclər Fondu Britaniyanın 
İrəvandakı səfirliyi önündə mitinq keçirmiş, əlahəzrət kraliçanın hökumətindən 
erməni xalqının dövlətçilik, şərəf və analıq rəmzinin geri qaytarılmasını tələb 
etmişdilər. Piket iştirakçıları 20 min İrəvan sakininin imzaladığı bəyanatı oxumuş, 
üzərində Ermənistanın bayrağı və ilahə Anahitin təsviri olan plakatları nümayiş 
etdirmişdilər. Bəyanatda bildirilirdi: 
“Tarixi ədalət tələb edir ki, ilahənin baş-
ayağı hazırlandığı ölkədə 
saxlanılmalıdır”.  Normal 
məntiq isə bu bəyanata 
istinadən deyir ki, Britaniya 
Muzeyi bundan sonra bürünc 
heykəl kəlləsini Ermənistana 
deyil, məhz Türkiyəyə 
qaytarmağa borcludur! 
Piketə toplaşanların əllərində 
üzərində 
“Anahit, geri 
qayıt!” sözləri yazılmış 
plakatlar da vardı. Əslinə qalsa
Ermənistanın indiki mənəvi-
əxlaqi, psixoloji durumuna 
əsasən, eşq ilahəsi Anahit bu 
ölkəni tərk etməmişdi. Sadəcə 
olaraq, o, muzdlu məhəbbət məbədindən çıxaraq, həm də Ermənistanın siyasət 
dünyasına gəlmiş və burada özünün yeni və peşəkar kahinlərini tapmışdır. O ki 
qaldı muzdlu eşq və milli dövlətçilik ilahəsi Anahitin Ermənistan cəmiyyətindəki 
mövqeyinə, bunun “ayı xidməti” ilə ən dəqiq qiymətini Moskvadakı Rusiya-
Ermənistan Strateji Təşəbbüslərinin Dəstəklənməsi Mərkəzi vermişdir: 
“Anahit 
təkcə ilahə deyildir, onun nəcib keyfiyyətləri bu gün hər bir erməni anasında 
öz əksini tapmışdır. O, xarici görkəmi ilə yunan Afroditasına bənzəsə də, 
əminik, bu tökmə heykəlin içərisində erməni ruhu vardır və biz əvvəllər də
indi də bu ruha baş əyirik”.
80
 Necə deyərlər: “İşiniz avand olsun!”.
80   Богиня Анаит и ее бронзовая голова. Центр поддержки русско-армянских стратегических и общественных инициа-
тив. http://russia-armenia.info/node/35302
“Anahit, geri qayıt!”. Britaniyanın İrəvandakı səfirliyi 
önündə keçirilən piketdə ilahəni yenidən Ermənistana 
çağırırlar


- 57 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
IV iddia
“On lavaş “erməni dövlətçiliyini” xilas etmişdi”
Türk xalqlarının ortaq çörək məmulatı olan lavaşın erməniləşdirilməsi və 
“qədim erməni dövlətçiliyi tarixi” ilə bağlanması üçün İrəvan alimlərinin tapıb-
ortaya çıxardıqları “real tarixi hadisə” də əslinə qalsa, ilahə Anahitin bədənsiz 
başı ətrafında olaylardan geri qalmır və saxtakarlıq səylərinə örnək sayıla bilər. 
Belə ki, hətta xarici akademik nəşrlərin də, YUNESKO-nun Reprezentativ 
siyahısına daxil edilmək üçün tərtib olunan arayışın da istinad etdiyi olaya görə, 
guya eramızdan çox-çox əvvəl qüdrətli Assuriya dövləti “Böyük Ermənistan” 
məmləkətinin nüfuzuna həsəd aparır 
və onunla yola getmirdi. Səbəb isə 
“Böyük Ermənistanın əzəmətli və 
müdrik kralı” (?) Aramın Assuriya 
hökmdarı Navuxodonosordan 
daha ağıllı olması, nüfuzunun 
getdikcə artması, onun həm də 
“ulu babası” Hayk kimi mahir atıcı 
olması idi. Aralarında fasilələrlə 
davam edən ağır döyüşlərin birində 
Aram kiçik ehtiyatsızlıq üzündən 
Navuxodonosora əsir düşür. Lakin 
təkəbbürlü Assuriya hökmdarı 
Ermənistan kralını öldürmür, onun 
kimi böyük qəhrəmanı asanlıqla 
əsir götürməsini özünə sığışdırmır. 
Məhbəsə gəlib üzünü Arama tutub 
deyir: “
Səninlə şərt kəsirəm. On gün 
ərzində səni yeməkdən məhrum 
edəcəyəm. On birinci gün ox atışı 
yarışına çıxacağıq. Əgər hədəfi 
daha dəqiq vura bilsən, deməli həqiqətən də məndən güclüsən və səni sağ-
salamat evinə buraxacağam. Bacarmasan, itlərimə yem edəcəyəm”. Aram 
razılaşır. Amma gecəni yatmır, təbii ki, “erməni və müdrik olduğu” üçün çıxış 
yolu tapır. Sübh tezdən Navuxodonosordan xahiş edir ki, Ermənistan ordusuna 
Ermənistan dərsliklərindən illüstrasiya: əlində hun 
yayı, belində skif sadağı (oxdanı), başında Babil 
dəbilqəsi, əynində isə Qədim Roma legionerlərinin 
zirehi olan Aram Assuriyada “oxatma 
çempionatında”


- 58 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
xəbər göndərsinlər və ölkəsinin ən gözəl qalxanını təcili ona gətirsinlər.  
Navuxodonosor etiraz etmədi, öz elçilərini göndərdi ki, “Ermənistan-Assuriya” 
sərhədində həmin qalxanı ermənilərdən təhvil alıb Arama çatdırsınlar. 
Bu məşum xəbər Ermənistana çatanda Aramın nökərlərini də fikir götürdü: 
görəsən, qalxan əsir hökmdarın nəyinə lazımdır? Yeməklə qalxanın nə əlaqəsi 
var? Yoxsa, hökmdarları dərddən ağlını itirib? Amma fərasətli nökərlər nəhayət 
müdrik Aramın hiyləsini dərk edə bildilər. Onlar “lavaş” adlanan və digər geridə 
qalmış xalqlara məlum olmayan nazik “erməni çörəkləri” bişirtdirib qalxanın 
içərisində gizlətdilər. Qalxanı Arama gətirən assuriyalılar isə avam və sadəlövh 
olduqları üçün onun içindəki qaçaqmaldan xəbərsiz idilər. Aram qalxanı aldı. 
Lavaşları xəlvəti çıxarıb qarnını doyurdu. Amma ertəsi gün etiraz etdi ki, bu 
qalxan keyfiyyətli deyil, qoy başqasını gətirsinlər. Beləliklə, on gün ərzində 
Aramın tələbi ilə Navuxodonosorun maymaq nökərləri Assuriya-Ermənistan 
sərhədini su yoluna çevirib onu qalxan-lavaşlarla təmin etdilər. On birinci 
gün Aram və Navuxodonosor ox meydanında görüşdülər. Assuriya hökmdarı 
əmin idi ki, zəif düşmüş Aram yayı çəkə bilməyəcək. Lakin elə olmadı. Dopinq 
hesabına - 
“doğma erməni lavaşının verdiyi güc-qüdrət sayəsində qüvvət 
toplayan” Ermənistan kralı yarışda yüksək xal fərqi ilə assuriyalı rəqibini geridə 
buraxdı və nəticədə, qalib kimi vətəninə qayıtdı. Yenidən təntənə ilə öz taxtında 
əyləşəndən sonra isə fərman verdi ki, bundan sonra bütün Ermənistan əhalisi 
həmin tarixi qələbə şərəfinə digər çörəklərdən birdəfəlik imtina etməli, yalnız 
və yalnız lavaş bişirib yeməlidir. Odur-budur, ermənilər lavaş bişirməkdə davam 
edirlər...
81
Açıq danışaq, cəlbedici rəvayətdir. Lakin, “çox təəssüf” ki, ermənilərin 
diqqətdən qaçırdıqları bir-iki “xırda məqam” onun “obyektivliyinə və 
tarixiliyinə” ciddi xələl gətirməkdədir. Məyusedici faktların bəzilərini sadalayaq: 
Birincisi, qalxanın ox atışı sənəti ilə hər hansı bir əlaqəsi indiyədək dünyanın 
qədim silah ekspertlərini düşündürən məsələ olaraq qalır. 
İkincisi, Movses Xorenatsinin Tibet dalay-lamasına qohumluğu qədər 
Aramın da ermənilərə bir o dərəcədə genetik aidiyyatı vardı. Tarixi mənbələrdən 
məlumdur ki, “Aram” 
(bəzi mənbələrdə “Arame” və ya “Aramu”) adlı şəxs heç 
də mifik “Böyük Ermənistanın” deyil, real dövlətin - Urartunun ilk hökmdarı 
olmuş və eramızdan əvvəl 859-844-cü illər ərzində taxtda əyləşmişdir.
82
 Bu 
81   Мирзоян Т.. “Лаваш - дело тонкое”. http://golosarmenii.am/article/23851/lavash---delo-tonkoe; Армянский фолклор. 
“Легенда “Лаваш”. http://www.folkarm.ru/text.php?group=4&story=119; К.Тер-Саакян. “Армянский лаваш не терпит суеты”. 
http://hayasanews.com/lavash/; Легенда Армянского хлеба “Лаваш”. http://araratour.com/легенда-армянского-хлеба-ла-
ваш/; “История армянского лаваша”. http://www.tvh-crimea.com/stati/istoriya-armyanskogo-lavasha.html
82   Рубинштейн Р.У стен Тейшебаини. Советский художник, 1975


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə