ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə22/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   18   19   20   21   22   23   24   25   ...   95

- 59 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
adda ikinci real hökmdar tarixşünaslığa bəlli deyildir. 
Üçüncüsü, məlum səbəblər üzündən müasir erməni mənbələri söhbətin 
məhz hansı Navuxodonosordan getdiyini bildirmirlər. Amma onlara yardım 
məqsədilə əlavə edək ki, tarixdə bu adda dörd hökmdar yaşasa da, onların heç 
birinə nə “erməni”, nə də urartulu Aramla eyni dövrdə yaşamaq şərəfi nəsib 
olmuşdu. Belə ki, I Navuxodonosor eramızdan əvvəl 1127-1105-ci illərdə, II 
Navuxodonosor – eramızdan əvvəl 605-562-ci illərdə, III Navuxodonosor - 
eramızdan əvvəl 522-ci ildə, ən nəhayət IV Navuxodonosor isə eramızdan əvvəl 
521-ci ildə hakimiyyətdə olmuşdular.  
Dördüncüsü, sadaladığımız “Navuxodonosorlar kvartetinin” üzvlərinin 
heç birinin qədim Assuriya dövlətinə aidiyyatı olmamışdı və onlar müxtəlif 
dövrlərdə Babilistan taxtında əyləşmişdilər! Üstəlik, tarix qaynaqlarına əsasən 
onu da yada salmalıyıq ki, Urartu hökmdarı Aramın dönəmində Assuriya 
dövlətinin başçısı II Aşşur-nasir-apal idi.
 
Ən nəhayət, ötən əsrin 80-ci illərinin sonlarında işıq üzü görmüş “Dünya 
xalqlarının mifləri” ensiklopediyasını “Aram” sorğusu ilə vərəqləsək, bir daha 
əmin ola bilərik ki, ermənilərin ümumiyyətlə “Aram” adında “kralı”, “şahı”, 
“xanı”, “işxanı”, “məliyi”, “qındapeti”, “vardapeti” və s. olmamışdı. Sadəcə 
olaraq, bu obraz Şaxta baba, Çəkməli Pişik, Pinokkio, Sindibad, Qırmızı Papaq, 
Əlibaba və qırx quldur kimi nağıl personajlarından biridir.
 Yeri gəlmişkən, onu 
da ötəri də olsa xatırladaq ki, həmin akademik nəşrdə çap edilmiş bu qənaətin 
müəllifi erməni alimi 
S.Arutyunyandır.
83
 Erməni tarixinin atası sayılan Movses 
Xorenatsi isə “Tarix” kitabında bir tərəfdən müasir erməni mifyaradıcılarının 
yalanını üzə çıxarır, digər tərəfdən özü başqa bir rəvayəti ortaya qoyur. Onun 
salnaməsinə görə, Babil hökmdarı Navuxodonosorun müasiri heç də Aram 
deyil, 
“Xaçeay” adlı “erməni şahı” olmuşdu. Bu həmin Xaçeaydır ki, erməni taxt-
tac sahiblərinin dölünü nəcibləşdirmək üçün Babil hökmdarı Navuxodonosora 
müraciət etmiş və yəhudi əsilli əsir əsilzadələrdən Şambat Baqratı satın alaraq 
Ermənistana gətirmişdi. Xaçeay ona şahlara layiq ehtiram göstərmiş, Şambatı 
(erməni mənbələrində “Smbat”) evləndirmişdi. Ondan törəmələr Baqratunilər 
nəslinin təməlini qoymuşdu. Yeri gəlmişkən, M.Xorenatsinin etirafına görə, 
onun yazdığı “Tarix” kitabının sifarişçisi də həmin yəhudi nəslindən olan Saak 
(İshak) Baqratuni idi.
84
 
83   Мифы народов мира. В 2-х томах. Глав ред. С. А. Токарев. М., Советская энциклопедия, 1987 [Электронная версия: 
Энциклопедия “Мифы народов мира”, М.: “Директ-Медиа”, 2009
84   Хоренаци М. “История Армении”. В трех частях. Рассказанная Мовсесом Хоренаци по просьбе Сахака Багратуни.
Книга первая. http://www.vehi.net/istoriya/armenia/khorenaci/01.html 


- 60 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Təsadüfi deyil ki, bu uyğunsuzluqları nəzərə alan tarixçi-etnoqraf İ.Şuşanyan 
Aram-lavaş məsələsini tamamilə yeni variantda təqdim etməyə çalışmışdır. 
Onun fərziyyəsinə əsasən, Aramı Assuriya hökmdarı Yerişum oxatma 
yarışında iştirak etmək üçün əsir götürmüş və on gün müddətində ona pəhriz 
saxlamağı tapşırmışdı. Aram isə şərt qoymuşdu ki, yarışda iştirak etmək üçün 
Ermənistandan onun qalxanını deyil, zirehlərini gətizdirsinlər. O vaxt zirehlər 
dəri və ağacdan hazırlanar və içərisində çoxlu cibləri olardı. Ermənistandan isə 
zirehi göndərərkən ciblərində xeyli lavaş gizlətmişdilər. Lavaşın sayəsində Aram 
qalib gəlmiş və vətənə qayıtdıqdan sonra bütün ermənilərə lavaş yemək əmrini 
vermişdi.
85
  
85  Шушанян.И С армянским лавашом связана одна легенда про царя Арама. http://www.alavash.ru/


- 61 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
V iddia
“Arşakilər etnik erməni olmuşlar” 
Əməvi xəlifəsi Müaviyə 
(661-685-ci illər) ilə əlaqədar aşağıdakı hadisəni 
xatırladaq:  “
İbn Zül-Kala istinadən Nuaym söylədi: Mən Müaviyənin 
yanında olarkən Ərməniyyə canişinindən məktub gəldi. Müaviyə onu 
oxudu və bərk əsəbləşdi. Katibi yanına çağırdı. Ona bunları söylədi: 

Onun məktubuna cavab olaraq bunları yaz... Sən deyirsən ki, türklər sənin 
torpaqlarına axın etdilər və qənimət topladılar. Sən isə onların arxasınca 
adamlarını göndərdin, onlar da qəniməti geri aldılar. Sənə deyirəm, onları 
heç bir hərəkətinlə qıcıqlandırma, fərz et ki, səni uşaqlıqda anan itirib və 
bu itkinin heç bir bədəllə yeri dolmayacağı kimi onlardan nəyisə geri alma. 
Allahın elçisinin dilindən eşitmişdim: Onlar bizim əcdadların yurdlarına 
qədər irəliləyəcəklər”.
86
 
Arsakilər sülaləsi dönəmində Parfiya əraziləri
Müsəlman rəvayətlərinə görə, Kantura İbrahim peyğəmbərin üçüncü
bibliyaşünaslıq ənənəsinə görə isə ikinci xanımıdır. Onun adı Bibliyada 
“Xettura” kimi çəkilir. Ərəblərin əcdadı sayılan İbrahim  peyğəmbərin oğlu 
86   Асадов Ф. Арабские источники о тюрках в раннее средневековье. Баку, 1993


- 62 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
İsmayılın anası Həcər Əhdi-Ətiq ənənələrinə görə İbrahim peyğəmbərin 
xanımı deyil, kənizi sayılır. Bu səbəbdən də Xettura patriarx Avraamın sayca 
ikinci xanımı kimi qəbul olunur. Müsəlman  rəvayət və hədislərində Xetturanın 
adı çox zaman “
gələcəkdə Şərqdən axın edən Kantura övladları ordularının 
Fərat və Dəclə hövzələrinə edəcəkləri basqınlar” kimi düşüncələrlə əlaqədar 
hallanırdı. O dövrün bir çox şərhçilərinin fikrincə, “Kantura övladları” dedikdə 
türklər, konkret olaraq isə səlcuqların da daxil olduğu Xorasan türkləri nəzərdə 
tutulurdu. Maraqlı burasındadır ki, “tarixi Armeniyanı” 400 ildən artıq idarə 
etmiş parf Arşakilər də erməni salnaməçilik ənənəsinə əsasən, “Xetturanın 
övladları” sayılırdılar. Xatırladaq ki, Armeniyanı vəftiz edən Müqəddəs Qriqori 
də o nəsildən idi. Sak tayfalarından çıxan Arsakilər ilk olaraq Baktriya-Xorasan 
ərazilərində taxta əyləşmişdilər. 
Həm islam, həm də Bibliya ənənəsinə görə, İbrahim peyğəmbər Kantura 
ilə ilk xanımı Saranın ölümündən sonra evlənmişdi. Erkən müsəlman ərəb 
rəvayətlərinə əsasən, Xorasan türkləri İbrahim peyğəmbərin Kanturadan 
doğulan dörd oğlunun törəmələri idilər. Bu rəvayətlərin hansı tarixi bilgilərə 
əsaslandığı məlum deyil. Çünki, islama qədərki ərəb mətnləri əsasən 
günümüzə qədər gəlib çatmayıb. Amma ola bilsin, bu qənaətlər üçün hansısa 
xatirələr mövcud olmuşdu. Maraqlısı budur ki, bəzi tarixi məlumatlara görə
Xorasan türkləri Abbasi xəlifələri dövründə əcdadları barədə bu genealoji 
xətti qəbul edirdilər. Bəzən də ərəblərlə polemika zamanı özlərini onlardan 
üstün tuturdular. Buna misal olaraq, ərəb müəllifi 
İbn əl-Cahizin xatirələrində 
(IX əsr) qeyd edilən Xorasan türkləri ilə ərəblər arasındakı əsil-nəcabətləri 
barədə mübahisəni göstərmək olar: “
Sonra türklər müqayisə üçün dəlil 
gətirərək bunları söylədilər: Siz deyirsiniz ki, xəlifəyə yaxınlıq qazanılan 
xidmətlərlə ölçülür. O zaman biz itaət göstərərək sizdən daha əvvəl sevgi 
və xeyirxah nəsihətlərə layiq görüldük. Yox, əgər yaxınlıq əsil-nəcabətlə 
ölçülürsə, o zaman da bizim daha yaxın əqrəba bağlarımız vardır. Ərəblər 
kəhtanilər və adnanilər olaraq iki qrupa bölünürlər. Kəhtanilərə gəldikdə, 
əslimizə görə biz kəhtanilərlə müqayisədə xəlifələrə daha yaxınıq. Çünki 
xəlifələr Kəhtan və Abirlə heç bir əlaqəsi, münasibəti olmayan İbrahim 
oğlu İsmayılın soyundan gəlirlər. İbrahimin qiptilərdən olan Həcərdən 
İsmayıl, aramilərdən olan Saradan İshaq və saf ərəblərdən olan Məftunun 
qızı Kanturadan digər altı oğulu dünyaya gəldi. Və kəhtanilərlə müqayisədə 
bizim anamız daha nəcabətli idi, çünki o saf ərəblərdəndi. Çünki onun altı 
oğlundan dördü sonralar Xorasanda peyda oldular və Xorasan türklərinin 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə