ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə23/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   19   20   21   22   23   24   25   26   ...   95

- 63 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
nəsilləri onlardan gəlir”.
87
   
Bu cür debatlar onu göstərir ki, hələ erkən Xilafət dövründə bizə məlum 
olmayan qaynaqlara istinadən genealoji köklər barədə mülahizələr yer alırdı. 
Lakin islam aləmində türklər öz şəcərələrini həm də Nuhun oğlu Yafəsdən 
götürürdülər. Bu cür ikili genealoji xətt tarixi baxımdan ziddiyyət yaradırdı. 
Bu səbəbdən də yalnız Xorasan türklərinin İbrahimin soyundan gəldiyi 
iddiaları söylənilirdi. Onların xəzərlərlə, yəni Aşina soyundan gələn türklərlə 
evlilik bağları isə bu ziddiyyəti ortadan qaldırırdı. Bu barədə ərəbcə digər 
qaynağın müəllifi İbn Fakihdə də məlumat vardır: “
Əbu Abdallah Hüseyn bin 
Ustazvayh mənə Əbu İshaq İbrahim bin əl-Hasanın dilindən eşitdiyini, 
o da Hişam bin Lahrisab əs-Saib əl Kəlbinin dilindən, o da Əbu Malikin 
dilindən, o da İbn Abbasın dilindən eşitdiyini nəql etdi. Sara öldükdən 
sonra İbrahim saf ərəb soyundan gələn Kantura binti Məktur ilə evləndi. 
O da İbrahimə Madin və Mədayin adlı oğullar dünyaya gətirdi. Mədayinin 
isə Madiyan, Yənsan, Aşbak və Suc adlı övladları dünyaya gəldi. İbrahim 
İsmail, İshaq, Madin, Yənsanın onunla qalmasını, Madiyan, Aşbak və 
Sucun isə onu tərk etməsini buyurdu. Onlar isə bunu söylədilər: Necə 
olur ki, sən İsmail, İshaq, Madin, Yənsanın sənin yanında təhlükəsiz
hüzur içində qalmasının doğru olduğunu düşünür, bizi isə qürbətə qovur 
və yalqızlığa, qəribliyə məhkum edirsən?” O da onlara bunları söylədi: 

Bu qərarı yerinə yetirməyi mənə əmr etdilər. Lakin mən sizə Uca Allahın 
isimlərindən birini bildirəcəyəm. Siz bu ismin yardımıyla düşmənlərinizi 
üstələyəcək və göylərdən yağış endirməyi bacaracaqsınız”. O cür də qərar 
verdi. Onlara bu ismi bildirdi. Onlar da onu tərk edib yola düşdülər. 
Xorasana çatıb orada məskun olaraq artdılar və onlarla düşmənçilik 
edənləri də üstələdilər. Onlar barədə Nuhun oğlu Yafəsin soyundan gələn 
xəzərlərə xəbər çatdı. Xəzərlər onların yanına gəldilər. Onların qızlarını 
alıb zövcə etdilər və öz qızlarını onlara zövcə olaraq verdilər. Bəziləri isə 
onlarla qaldılar, digərləri isə geri qayıtdılar”.
88
“Xəzərlər” adı altında bu qaynaqda ola bilsin ki, həm də bütün şimal türkləri 
nəzərdə tutulmuşdur. Çünki bütün bu şimal türkləri Xorasan türkləri ilə yaxın 
əqrəba kimi göstərildikdə, Xilafətə həm genealoji baxımdan, həm də mental 
olaraq yaxın hesab edilirdilər. Və rəvayətlərə görə İbrahimin Kanturadan olan 
övladlarını “qovması” da ilahi hikmətin və qədərin cizgisi kimi təsvir olunurdu. 
Amma bunlara baxmayaraq, o zamankı ərəb aləmində Kantura övladları və 
87   Yenə orada 
88   Yenə orada, səh. 50


- 64 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
türklərlə əlaqədar həm də qorxunc, vahiməli, bədbin perspektivli kəhanətlər və 
rəvayətlər də gəzirdi. Məsələn: “
Abdallah bin Əmr bin əl-Asın sözlərindən: 

Çox keçməmiş Kanturanın törəmələri sizi İraqdan vurub çıxaracaqlar”. 
Mən də soruşdum:  
— 
Sonra qayıda biləcəyikmi?
— 
Bunu istərdizmi? 
— 
Bəli. 
— 
Sonra qayıdacaqsınız və bu da həyatda sizin yeganə təsəlliniz 
olacaq”.
89
Eyni qaynaqdan digər bir rəvayət: “
Allahın elçisinin dilindən: Bəsrə, 
ya da Büseyrə adlanan torpaqları Kantura övladları basacaq və Dəclə 
çayının sahilindəki ağacların kölgələri altında məskun olacaqlar. İnsanlar 
üç qrupa bölünəcəklər. Birincilər zorla adətlərini tərk edərək əriyib yox 
olacaqlar. İkincilər könüllü olaraq öz dinlərini, adətlərini tərk edəcəklər. 
Üçüncülər isə kürəklərini öz yaxınlarına sipər edərək çarpışacaqlar. Allah 
onların köməyi olsun”.
90
 Türklər barədə bu səpkidə o dövr üçün bir sıra hədis və rəvayətlər dolaşırdı. 
Bu rəvayətlərdə Yəcuc və Məcucun nəsilləri kimi, türklərə Fəratla Dəclə vadisi 
əhalisi üçün faciə ilə nəticələnən qorxunc, apokaliptik rol ayrılırdı. Lakin 
əl-Cahiz kimi müəlliflər öz yazılarında bu hədislərin əsassız olduğunu, xalq 
arasında nifaq, qarışıqlıq salınması məqsədilə uydurulduğunu qeyd edirdilər: 

Sizlər yəqin ki, Kantura övladlarının divarı haqda və onların süvari 
birliklərinin əs-Savad torpaqlarını  (Mesopotamiya)  basacağı barədə söz-
söhbətləri eşitmisiniz. Bu hədisləri insanları qorxutmaq və dəhşət saçmaq 
üçün uydurmuşlar. Onlarsa öz çoxsaylı orduları ilə islama arxa, xəlifələrə 
də dayaq, müdafiə, sığınacaq, güvəniləcək sipər və üst paltarı əvəzləyəcək 
can köynəyi oldular. Bizə çatan xəbərlərdə isə deyilibdir: Türklər sizinlə 
sülh içində olana qədər siz də onlarla sülh içində olun”. Bu nəsihət bütün 
ərəblərə aiddir. Və yalnız bu cür davranmaqla biz əmin-amanlığı qoruyub 
saxlaya bilərik”.
91
Göründüyü kimi, artıq Abbasilər dövründə türklər islam aləmində sadəcə 
hörmət ediləcək, sayılacaq qüvvə olmamışlar. Onların həm də təşəkkül tapan 
yeni din qarşısındakı xidmətləri hər zaman qeyd edilir və Xilafətin, eləcə də 
xəlifələrin qoruyucuları, müdafiəçiləri kimi təqdim olunurdular. Bu mövqe 
artıq türklərlə davamlı surətdə hərb edən, onlar barədə qorxunc hədislər 
uyduran Əməvilər zamanında türklərin mövqeyindən kəskin şəkildə fərqlənir. 
89   Yenə orada, səh. 25
90   Yenə orada, səh. 24
91   Yenə orada, səh. 97


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə