ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə24/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   20   21   22   23   24   25   26   27   ...   95

- 65 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Və artıq Abbasi dönəmi müəllifləri Xorasan türkləriylə İbrahim peyğəmbərin 
törəmələri arasında əqrəba bağları axtarıb tapır, onların nəslini isə birbaşa 
Kantura ilə əlaqələndirirdilər. Kantura, Bibliyadakı deyimlə - Xettura Əhdi-
Ətiqdə, konkret olaraq isə Tövrat kimi bilinən Musanın Xəmsəsində İbrahimin 
xanımı kimi tanıdılır: 
“İbrahim Xettura adlı başqa qadını özünə zövcə etdi”; 
“Xettura ona Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuaxı dünyaya 
gətirdi”; “İbrahim özünə məxsus nə varsa, hamısını oğlu İshaqa verdi”; 
“İbrahim kənizlərindən olan oğullarına isə hələ sağlığında hədiyyələr 
bəxş edib onları İshaqdan uzaqlaşdıraraq gündoğana, şərq torpaqlarına 
tərəf göndərdi”.
Mətndə qeyd edilən “zövcə” və “kənizlər” ifadələri daha sonrakı Bibliya 
şərhçiləri arasında dolaşıqlığa yol açmışdı. Həm də Musanın Xəmsəsindən sonra 
Əhdi Ətiqin birinci Parallipomenon kitabında Xettura artıq İbrahimin zövcəsi 
deyil, kənizi kimi qeyd olunmuşdu.  Xetturanın adı bəlkə də xettlərlə bağlıdır. 
Çünki İbrahim peyğəmbərin yaşadığı dövr Xett Padşahlığı zamanına aiddir. 
Həm də o vaxtlar Suriya və Fələstin Xett dövləti əraziləri tərkibində idilər. Və o 
dövrlərdə bu ərazilərdə çox sayda xettlər və amorey tayfaları məskunlaşmışdılar. 
Belə halda xett hökmdarı, ya da əyanının qızı patriarx Avraamın kənizi deyil, 
zövcəsi olmalıdır. Həm də yəhudi salnaməçisi İosif Flavinin də yazdığına görə, 
Avraam Xettura ilə Saranın ölümündən sonra evlənmişdi. Və o vaxtı onun artıq 
kənizləri vardı. Tarixşünaslıqda çox bilinməsə də, Xett dövlətinin əsasını erkən 
köçəri skit boyları təşkil edirdilər. Belə halda, Qriqori Bar Ebreyin Xettura 
barədə türk hökmdarının qızı kimi verdiyi məlumatın arxasında hansısa gerçək 
tarixi hadisələr dura bilər.
Sak parflarından olan Arsakilər də erməni qaynaqlarında Xetturanın övladları 
sayılırdılar. Ermənidilli qaynaqlarda bu barədə maraqlı məlumatlar var. Verilən 
bilgilər əsasında biz Xorasan türkləri ilə partlar arasında bəzi paralellər apara 
bilərik. İlk olaraq Моvses Xorenatsinin kitabında qeyd olunan bəzi məqamlara 
toxunaq: “
Müqəddəs Yazılar bizə İbrahimin Adəmdən sonra iyirmi birinci 
patriarx olduğunu bildirir. Part (parf) tayfalarının nəsilləri başlanğıclarını 
ondan alırlar. Çünki deyilir ki, İbrahim Kenturanı özünə zövcə etdi. Ondan 
Emran və onun qardaşları dünyaya gəldilər. Onları İbrahim öz sağlığında 
İshaqdan aralayıb şərq diyarlarına yolladı. Onlardan da part tayfaları 
törəndi. Partların da arasından makedoniyalılardan ayrılan və kuşanlar 
ölkəsində otuz bir il hökmranlıq edən Cəsur Arşak çıxmışdı. Ondan sonra 
onun oğlu Artaşes iyirmi altı il hökmranlıq etdi. Sonra da onun Antioxu 
öldürən, öz qardaşı Valarşakı Armeniya üzərində hökmdar və özündən 


- 66 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
sonra ikinci şəxs təyin edən Ulu ləqəbli oğlu Arşak hökmranlıq etmişdi”.
Мüsəlman ərəb və süryani qaynaqlarına görə, İbrahimin Kanturadan olan 
oğulları Xorasan türklərinin əcdadları sayılır. Erməni qaynaqlarına əsasən isə 
parfların, hələ Əhəmənilər zamanından tanınan Parfiya ölkəsinin yerləşdiyi 
bölgənin Xorasan diyarı ilə coğrafi olaraq üst-üstə düşməsi də burada vacib 
tarixi faktdır. Göründüyü kimi, köçəri saklar nəslindən gələn parflar bu diyarları 
hələ qədim zamanlardan ələ keçirmişdilər. Onların köçəri sak-skit boylarından 
olduqlarını antik müəlliflər dəfələrlə qeyd etmişlər. Məsələn, Strabonun bu 
barədə aşağıdakı qeydləri var: “
Sonra skit Arsak Oksu çayı boyu yaşayan 
aparnlar kimi də adlanan bir qism köçəri daylar ilə Partiyaya hücum çəkib 
oranı əldə etdi”.
Day və aparnlar antik mənbələrin Xəzərdən şərqdəki ərazilərdə dəfələrlə 
qeyd etdikləri köçəri sak tayfalarıdır. Maraqlıdır ki, bu gün də Manqışlaq 
ərazisində qazaxların 
aday tayfaları məskunlaşmışlar. Və görünür ki, antik 
mənbələrin həmin ərazidə qeyd 
etdikləri 
day adlı köçəri sak tayfaları ilə 
həm coğrafi olaraq eyni ərazidə lokalizə 
olunmaları, həm də isim olaraq 
adlarının üst-üstə düşmələri heç də 
təsadüfi deyil. Skit 
aparnlar isə böyük 
ehtimalla sonrakı dönəm Bizans-Roma 
qaynaqlarında adları çəkilən türk 
avar 
tayfaları ilə eynilik təşkil edirlər. Bəzən 
varxonit  kimi də adlanan bu avarlar 
indiki Əfqanıstan və Pakistanın bir 
hissəsində mövcud olmuş Ağ Hun, ya 
da digər adla Eftalitlər 
(Avdalilər, 
abdallar) dövlətinin də təşəkkülündə 
mühüm rol oynamışlar. Xorasan 
diyarının əski erməni-qrabar 
mətnlərində adı, əsasən, 
Apar kimi 
çəkilir. Bu da şübhəsiz ki, aparn-avar 
tayfalarının adıyla əlaqədardır. Strabon 
və digər antik müəlliflərin verdiyi məlumatlara görə, bu iki day və aparn sak-skit 
tayfaları Arsakilər dövlətinin 
(eramızdan əvvəl 250-ci – еramızın 228-ci illəri) 
yaranmasında vacib rol oynamışlar. Arsakilər dövləti Hindistandan tutmuş 
Aralıq dənizinədək, bəzi hallarda isə Kappadokiyaya qədər əraziləri əhatə 
Erməni rəssamları “kral” Аrşakı hətta Roma 
legioneri kimi də təqdim edirlər. Onun 
dəbilqəsi üzərindəki qoç təsviri də maraq 
doğurur. Çünki nə qədim Romada, nə də 
ermənilərdə qoç rəmzi olmamışdır


- 67 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
edirdi. Təbii ki, bu ərazilərə Armeniya da daxil idi. Günümüzə qədər gəlib çatan 
klassik hind mətnlərində sak və skit tayfaları hamılıqla türk mənşəli qeyd 
olunurlar. Və bu mətnlərdə sak-iskitlər 
turukha və ya turuksha, yəni türk 
adlandırılırlar.
92
 Bu mətnlərə bələd olan hindistanlı tarixçi Çandra Çakraberti 
qaynaqlarda vurğulanan bəzi məqamlara öz tədqiqatlarında yer verir. Qədim 
hind mətnləri olan purana və catakalara əsaslanaraq Çakraberti qeyd edir ki, 
avarlar hind qaynaqlarında abhiras kimi tanınır və sak-skit tayfalarına aid 
edilirlər.
93
 Onun hind qaynaqlarına əsaslanaraq verdiyi məlumatlara görə, bu 
turukşa saklar indiki Əfqanıstan, Kaisi, Taxila, Qərbi Pəncab, Matxura, Malavu, 
Maxaraştru, Sind və Qudcarat kimi ölkələri hələ qədim zamanlardan öz 
hakimiyyətləri altına almışdılar.
94
 Və təbii ki, hind qaynaqlarında Parthava kimi 
tanınan sak partlara da yer verilmişdi.
95
 Yəni, bu sak partlar da hind mətnlərində 
turukha, ya da turuksha kimi tanınırlar. 
Makedoniyalıların süqutundan sonra Midiya, Atropatena, Albaniya və 
Armeniya ölkələrinin hökmdarları Arsaki sülaləsindən təyin edilirdilər. 
Maraqlıdır ki, bəzi antik müəlliflərə görə, partlar Misir kralı Sesotrislə savaşmış 
skit ordularından sonradan qopan saklar idilər. Burada mövzu Xett hökmdarı 
III Xattusili ilə Misir fironu II Ramzes arasında baş vermiş məşhur Kadeş 
savaşıdır (
eramızdan əvvəl 1275-ci il). Əslində, Xattusili adı akkadca Kxitasir 
– “Xetlərin çarı” titulunun sadəcə təhrif olunmuş şəklidir. Yəni, Xattusili/
Kxitasir hökmdarın əsl adı deyil, sadəcə onun padşahlıq mövqeyini ifadə edən 
termindir. Misir kralı Sesotrislə savaşmış skitlərə toxunan bəzi Roma qaynaqları 
skit hökmdarının adını Tanay, ya da Tanauzis kimi qeyd edirlər. Bu tarixi 
qeydlərə də günümüzün akademik tarix mərkəzləri diqqət yetirirlər. Qeyd edək 
ki, bugünkü avro-sentrik təmayüldən fərqli olaraq, hələ XIX əsrdə və XX əsrin 
əvvəllərində fəaliyyət göstərən bir çox tarix mütəxəssisləri partları digər skitlər 
kimi turani, daha konkret olaraq isə türk mənşəli xalq kimi qəbul edirdilər. 
Onlardan biri də bir çox qədim dillərin bilicisi, Qədim Mesopotamiya tarixinə 
gözəl bələd olan və bir çox mixi yazılarını deşifrə edən Henri Ravlinsonun kiçik 
qardaşı, ingilis tarixçisi Corc Ravlinson idi. O da öz tədqiqatlarında partları, 
yəni Arsakiləri tatar və türkmən şivələrində danışan türk boyları hesab edirdi.
96
 
Xatırladaq ki, o dövrdə Yaxın Şərqin tarixini tədqiq edən bir çox araşdırmaçılar 
92   Chandra Chakraberty. Literary history of Ancient India.  In Relation to its Racial and Linguistic Affiliations. Calcutta, New 
York, 1951
93   Chandra Chakraberty. The racial history of India. Calcutta, 1922
94   Chandra Chakraberty. Literary history of Ancient India.  In Relation to its Racial and Linguistic Affiliations. Calcutta, New 
York, 1951
95   Chandra Chakraberty. The racial history of India. Calcutta, 1922
96   George Rawlinson. The seven great monarches of the ancient eastern world, Vol III, səh. 14-15


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə