ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə25/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   21   22   23   24   25   26   27   28   ...   95

- 68 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
“tatarca” dedikdə, Azərbaycan və Qafqaz türk ləhcələrini nəzərdə tuturdular.
Mərkəzi part Arsaki dövləti eramızın 226-cı ilində Sasanilər tərəfindən 
devrildi. Amma ətraf  bölgələrdə Arsaki nəslindən gələn sülalələr yarımüstəqil 
şəkildə hakimiyyətdə qalmışdılar. Və Armeniyada Kiçik Arsakilər də 428-ci 
ilə qədər hakimiyyətdə qalmağı bacardılar. Lakin mərkəzi Arsakilər dövləti 
devrildikdən sonra Armeniyadakı Kiçik Arsakilər Roma İmperiyasından 
asılı vəziyyətə düşdülər. 428-ci ildən sonra isə tam olaraq bütün imtiyazlarını 
itirdilər. Və bununla da Armeniyada ən son monarxik sülalənin varlığına son 
qoyuldu. Lakin bu dövrə qədər Armeniya onların əlindən xristian dinini, ilk 
xristian qriqorian patriarxlarını qəbul etdi. Bu patriarxlardan biri də V əsrin 
ilk yarısında fəaliyyət göstərmiş, Armeniyada dil islahatlarının tətbiqində və 
erməni əlifbasının tətbiq olunmasında vacib rol oynamış Saak Partev 
(parf) idi. 
Xorenli (
Xorenatsi) ləqəbindən görünür ki, Movses Xorenatsi də partların 
Suren nəslindən gəlirdi. Məlum olduğu kimi, Movses Xorenatsi antik yunan 
mədəniyyətinə vurğun idi və antik yunan ənənəsində partların Suren nəslinin 
adı 
xoren kimi tələffüz olunurdu. Onun kitabında qeyd edilən bəzi sətiraltı 
mülahizələr göstərir ki, Movses Xorenatsi türk dili ilə tanış idi. Həm də onun 
part Arsakilərin nəslini Bibliyadakı Xetturaya aparıb çıxarmasından  görünür 
ki, o, Arsakilərin arxiv yazılarından xəbərdarmış. Onun kimi başqa erməni 
yazarları da buna bənzər məlumatlar veriblər. Ən maraqlı məlumatı isə XIV 
əsrdə Göyçə gölünün yaxınlığındakı türkcə “Dəli Qardaş” adlı kəndin sakini 
Mxitar Ayrivanensi öz xronoqrafik təfsilatlı kitabında vermişdir: “Avramın 
anasının adı Malkata, Saranın isə Zemruta idi. Avram on beş yaşından 
etibarən Tanrını arayırdı. Altmış yaşındasa Tanrını gördü və söylədi: Biz 
Tanrını bulduq. Sənin mülkünə, hökmünə həmdü-səna olsun. Şanın bütün 
yer üzünü bürüsün”. Xaldilərdən olan zövcəsini və oğlu Oresti buraxdı. 
Səksən yaşında Aqardan (Həcər)  İsmayıl dünyaya gəldi. Ondan ərəblər 
törədilər. Klimentin yazdığına görə, Avramdan öncə cənub ölkələrində 
kişi və qadınları sünnət etmək adəti vardı. Bu səbəbdən Tanrı 99 yaşında 
ona oğlan uşaqlarını sünnət etməyi buyurdu. Onun yüz yaşı olanda İshaq 
dünyaya gəldi. Yüz qırx səkkiz yaşında isə, o, Ketturanı özünə xanım 
etdi. O da ona altı oğul – Emran, Eskan, Ektan, Madian, Esbok və Sovivi 
doğdu. Onlardan da paxlavlar, maqlar, xataylar, tatarlar, yəni movlar və ya 
muşklar törədilər”.
97
  
Təbii ki, tarixi salnamə baxımından Mxitar Ayrivanensinin burada patriarx 
97   Мхитар Айриванкский (Айриванеци). Хронографическая история (Хронографическая история, составленная отцом 
Мхитаром, Вардапетом Айриванкским). Перевод Керопа Патканова. Санкт-Петербург, 1869, səh. 376


- 69 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Avramın yaşamı barədə verdiyi məlumatlar bizim üçün yeni deyildir. Çünki 
bu cür məlumatlar hər üç Abramist dini rəvayətlərdə yer almışdı. Lakin Mxitar 
Ayrivanensinin
  salnaməsi erməni mənşəli sayılır və bu məlumatlarında o, 
paxlavları 
(parflar), maqları (atropatenlər), xatayları (xitaylar-şərqi  türklər),  
tatarları və movklarla 
(muğanlılar) muşk tayfalarını Xetturanın törəmələri 
kimi təqdim etmişdi. Deməli, erməni salnamə ənənəsinə görə, türklərlə parflar 
eyni soydan gəlir və eyni qanı daşıyırdılar. Məlumat üçün bildirək ki, Mxitar 
Ayrivanensinin xronoqrafik salnaməsinə görə, patriarx Avram Xettura ilə 
eramızdan əvvəl 1800-cü illərdə evlənmişdi.
Mxitar Ayrivanensidən başqa, digər orta əsr erməni salnaməçiləri də 
partların, Arsakilərin türklərlə eyni soydan gəldiyini qeyd etmişlər. Məsələn, 
Zəkəriyyə Kanakertsi (XVII əsr) öz salnaməsində iki dəfə özbəkləri part, 
partlı adlandırır.
98
 O da öz kitabında part Arsakın Xetturanın nəslindən 
gəldiyini qeyd etmişdir.
99
 Yəni daha bir erməni salnaməçisi partlarla türklərin 
eyni nəsildən olduğunu vurğulamışdı. Deməli, Zəkəriyyə Kanakertsi və onun 
üzünü köçürdüyü ermənicə tarixi qaynaqların müəllifləri Arsakiləri türk olaraq 
tanıyırdılar. Və təbii ki, ilk dini patriarxları – Müqəddəs Qriqorinin də türk 
köklərini qəbul edirdilər.
Buna bənzər məlumatları XIII əsrdə yaşamış və daha çox Makakiya adıyla 
tanınmış digər erməni salnaməçisi Qriqor Aknertsi də qoyub getmişdi. O da 
öz salnaməsində Cəsur Arşakın və Müqəddəs Qriqorinin Xetturanın nəslindən 
gəldiyini yazmışdır. Tatarları isə o, Xettura övladları ilə skitlərin, daha konkret 
türklərin – Volqadan, Xəzərdən Himalaya qədər çöllərə sahib olan Torkomun 
övladları ilə qarışığı hesab edirdi.
100
 
Təbii ki, yuxarıda misal çəkilən tarixi qaynaqlardan nümunələr daha çox 
salnamə xarakteri daşıyır. Və bu məlumatların tam dəqiqliyini sübut etmək 
çətindir. Çünki, bir çox tarixi qaynaqlar əsrlərin gərdişində itib getmişdir. Bu 
səbəbdən də Xorasan türklərinin, ya da onların bir qisminin genealoji xəttini 
izləyib tapmaq çətin məsələdir. Belə ki, İbrahim peyğəmbərin yaşadığı dövrlə 
Movses Xorenatsinin və erkən islam dövrü ərəb salnaməçilərinin arasındakı 
dövr çox genişdir. Bu dövrlər arasında mövzu üzrə yazılan səhih məlumatlar 
yox dərəcəsindədir. Lakin  erkən islam dövrü ərəb salnaməçiləri ilə erməni 
salnaməçilərinin paralel olaraq Xorasan türklərini, xorasanlı partları və Arsakiləri 
eyni genealoji nəslə gətirib çıxarmaları da danılmaz maraqlı tarixi faktdır. Bu, 
98 
 Канакерци З. Хроника. Москва, 1969 
99 
 Yenə orada, səh 33
100 
 Инок Магакия. История народа стрелков. Перевод Керопа Патканова. Москва, 1871


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə