ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə29/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   25   26   27   28   29   30   31   32   ...   95

- 79 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Anak kimi o da parfların Arşakilər sülaləsinin bir qolu olan Karenlər nəslindən 
idi. Anak saray çəkişmələri üzündən Armina əyalətinə köçməyə məcbur olsa da, 
nə vaxtsa Parf taxtına yiyələnmək sevdası onu rahat buraxmırdı. Şah III Trdatın 
mirzəsi, romalı salnaməçi Aqafangelin yazdıqlarına inansaq, gələcəkdə xristian 
missioneri olacaq Suren-Qriqorinin dünyaya gəlişi Anakın siyasi iddialarının 
ödənilməsi yolunda “taktiki gediş” olmuşdu. Hiyləgər Anak bütpərəst idi, lakin 
Romaya yaxınlaşmaq, Karenlərin Parf hakimiyyətini ələ keçirməsi yolunda 
xristian dininin əlverişli siyasi vasitə olduğunu aydın dərk edirdi. Aqafangelin 
salnaməsinə görə, Anakın xristian dininə gizli məhəbbəti o dərəcəyə çatmışdı ki, 
gələcək övladının övliya olması üçün toy gecəsini həvari Faddeyin sərdabəsində 
(Cənubi Azərbaycan, Maku şəhərinin yaxınlığında) keçirmişdi. Üstəlik, əhdinə 
görə körpə Suren də 252-ci ildə məhz həmin sərdabədə dünyaya gəlmişdi. 
Nəticədə, Ovanes Drasxanakertsinin yazdığı kimi, 
“Yəhya peyğəmbər İsa 
Məsihə öz xeyir-duasını verdiyi kimi, Qriqori də hələ ana bətnində olanda 
həvari Faddeydən  halallığını almışdı”. 
Erməni tarixi həqiqətən rebusdur və ondan baş çıxarmaq çətin məsələdir. 
Məsələn, erməni mənbələrində “Böyük Ermənistan”ın hökmdarı, parfiyalıların 
Arşakilər sülaləsinin nümayəndəsi olan və təbii ki, “Böyük” ləqəbini daşıyan III 
Trdat nədənsə II Xosrovun oğlu kimi təqdim olunur. Bildirilir ki, onun atası 
252-ci ildə I Şapurun əmri ilə “İranın agenti” (!) Anak 
(Müqəddəs Qriqorinin 
atası) tərəfindən qətlə yetirilmişdi. Movses Xorenatsi isə III Trdatın 330-cu 
ildə sui-qəsd nəticəsində öldürüldüyünü yazır.
120
 Sebeosun iddiasına görə isə, 
Anak Xosrovu Şapurun deyil, Ərdəşirin fərmanı ilə aradan götürmüşdü. Bu, 
“Ərdəşirin taxtda əyləşdiyi dövrün iyirmi birinci ilində, Diokletanın isə hökmdar 
olduğu dördüncü ildə” baş vermişdi. Halbuki, Ərdəşir hakimiyyətə 224-cü ildə, 
Diokletandan düz 60 il əvvəl gəlmişdi. Bundan başqa, Ərdəşirin hakimiyyəti 
cəmi 17 il çəkmiş və o, 241-ci ildə öldürülmüşdü. Beləliklə, “Ermənistan 
hökmdarının” öldürülməsi haqqında Anakın Ərdəşirdən sifariş alması xronoloji 
cəhətdən mümkünsüzdür. Digər tərəfdən, “Böyük Ermənistanın hökmdarı” II 
Trdat 
(Arşakilər sülaləsi) 216-cı ildən 222-ci ilədək, III Trdatın oğlu - “Böyük 
Ermənistanın” növbəti  hökmdarı” III Xosrov Kotak 
(alçaqboylu olduğu üçün 
ona türkcə “Gödək” ləqəbi verilmişdi)  isə 330-cu ildən 339-cu ilə kimi taxtda 
əyləşmişdilər. Belə çıxır ki Ermənistan xristian dinini III Xosrovun dönəmində 
qəbul etmişdi...
 
 Anakın macəralarına qayıdaq. Bu gün tarixi gerçəkliklər kimi təqdim 
olunan erməni kilsə rəvayətlərinə əsasən, erməni salnaməçilərinin 
yazdıqlarına inansaq, İran hökmdarı I Şapur çoxdan idi ki, Ermənistanı 
120 
 http://ru.wikipedia.org/wiki//wiki/Трдат_III 


- 80 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
işğal  etmək, onun azadlıqsevər əhalisini əsarətdə saxlamaq arzusunda idi. 
Şapurun bu niyyətini bu gün də anlamaq olmur. Əgər Ermənistan Parf və 
ya Sasani imperiyasının bir vilayəti idisə, onu bir daha işğal etməyə lüzum 
vardımı? Sadəlövh “erməni hökmdarı” 
I Xosrovun etibarını qazanan Anak 
günlərin birində onunla ova çıxır və 
məqam taparaq qılınc zərbəsi ilə onu 
öldürür. O.Drasxanakertsi bildirir ki, 
“Parfiyalıların  Arşakilər nəslindən 
olan Anak Ərdəşirin müxtəlif şirin 
vədlərinə aldandı, Xosrovun  (?) 
yanına gəldi, nəsil qohumluğu 
onun etibarını qazanmaqda kömək 
etdi”.
121
 Bu barədə tarixçi Aqatangelos 
(Aqafangel) nisbətən ətraflı yazır. 
Belə ki,
 “Anak iki il sonra Ərdəşirə 
içdiyi andı yada salıb Xosrovu qətlə 
yetirir”.
122
 Lakin Anak geri qayıda 
bilmir. O, az keçməmiş yaxalanmış, 
öldürülmüş və cəsədi çaya atılmışdı. 
Eyni zamanda, ailə üzvləri və yaxın 
qohumları da edam edilmişdilər. 
Movses Xorenatsi bildirir: 
“…Anak 
qırx səkkiz il taxtda əyləşən Xosrovu 
öldürür. Onun özü və yaxınları da 
öldürülür. Rəbbin qüdrəti və hələ 
ana bətnində olarkən həvarinin 
(Faddeyin) xeyir-duası sayəsində 
Qriqori salamat qalır. Təfərrüatını 
isə Aqatangelosda tapa bilərsiniz”
O da maraqlıdır ki, bu sitatın sonuncu 
cümləsi həm Movses Xorenatsinin, 
həm də Ovanes Drasxanakertsinin 
salnamələrində tamamilə eynidir. Bundan başqa, əslən romalı Aqafangelin 
mətnlərinin səhihliyini nəzərə çatdırmaq üçün müasir erməni tarixçiləri 
onun, hətta romalı tarixçinin guya, Suren-Qriqorinin əmisi oğlu olduğunu 
121 
  Ованес Драсханакертци. “История Армении”, http://armenianhouse.org/draskhanakertsi/history-ru/
contents.html
122 
 Yenə orada
Müasir erməni rəssamları Böyük Trdatı 
belə təsəvvür edirlər


- 81 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
elan etməkdən çəkinmirlər. Aqafangel isə bildirir ki, Xosrov son nəfəsində 
Anakı və onun bütün nəslini qırmaq əmrini verdi. Cəlladlar qadınlara, 
uşaqlara, qocalara belə, rəhm etmədən hamısını qılıncdan keçirdilər. 
Bu qətliamdan yalnız Anakın oğlu Suren xilas ola bilmişdi. Dayəsi onu 
Ermənistandan çıxarmağa müyəssər olmuşdu. Sonra 
“Ərdəşir bu xəbəri 
(Xosrovun öldürülməsini) eşidən kimi böyük bayram etdi, qurbanlar 
kəsdi. Qoşun çəkib Ermənistan ölkəsinə yürüşə başladı. Xeyli insan 
və heyvan qənimət götürdü, qadınları, qocaları, uşaqları, gəncləri əsir 
etdi”.
123
 Bu zaman isə başqa bir qayğıkeş dayə “Xosrovun oğlu körpə Trdatı” 
ölümün pəncəsindən xilas edərək onu həmin marşrutla Yunanıstana gətirdi. 
Ərdəşirin Ermənistan yürüşünün təsvirində bir “tarixi fakt” da diqqət çəkir. 
Aqafangelin yazdıqlarına etibar etsək, məlum olur ki, ermənilərə qənim 
kəsilən 
“İran şahı Ermənistana gələn kimi” yunan qoşunlarını ölkə 
hüdudlarından kənara çıxarandan sonra sərhəd boyu xəndəklər qazdırır 
və nədənsə həmin əraziləri erməni dilində “Posits drunk”, yəni “Xəndəyin 
qapıları” adlandırmağı özünə mənəvi borc bilir… 
Aqafangel onu da qeyd edir ki, Surenin “Sofiya” adlı xristian dayəsi 
körpəni qamışdan hörülmüş səbətin içərisinə qoyaraq çaydan keçirmiş və 
Roma ərazisinə aparmışdı. Aqafangelin bu rəvayəti istər-istəməz körpə Musa 
peyğəmbərin səbət içərisində xilasını və nəcib firon qızının onu böyütməsini 
xatırladır. Surenin mühacirətdə keçən məşəqqətli illərinin təfərrüatı barədə 
tarixçilər susurlar. Lakin o da məlumdur ki, o, qürbətdə vaxtını səmərəsiz 
keçirməmiş, Kappadokiyada xristianlığı qəbul etmiş, David adlı xristianın qızı 
Mariya ilə evlənmiş, iki oğul böyütmüş, üç ildən sonra isə qəflətən bir-birindən 
halallıq alıb boşanmışdılar. Movses Xorenatsiyə görə, boşanmaya səbəb Suren və 
Mariyanın öz ömürlərini ayrı-ayrılıqda Rəbbə həsr etmək istəyi olmuşdu. Belə 
ki, Mariya kiçik oğlunu da özü ilə götürüb monastıra getmiş 
(xristian dinində 
monastırların olmadığı dönəmdə), atası ilə qalan böyük oğlu isə dindən ayrılmış, 
dünyəvi həyat sürmüşdü.
124
 Bu zaman M.Xorenatsinin tarixi iddialarında daha 
bir xronoloji uyğunsuzluq üzə çıxır. Məlumdur ki, xristian dünyasında ilk qadın 
monastırı Suren-Qriqorinin və Mariyanın ölümlərindən xeyli sonra - 395-
ci il fevral ayının 20-də, özü də Kappadokiyada və ya “Ermənistan ölkəsində” 
deyil, Vifleyemdə yaradılmışdı. Belə olan təqdirdə, Mariyanın guya, ömrünün 
sonunadək “Ermənistanda rahibə həyatı yaşaması” haqqında iddia sabun 
köpüyü kimi dağılır. 
123 
 История Агатангелоса “Житие и история святого Григора”, http://www.vehi.net/istoriya/armenia/ag-
athangelos/ru/02.html
124 
 Аветикян А. “Истоки христианства в Армении” , file:///C:/Users/HP%20ENVY/Downloads/39.pdf 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə