ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə3/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   2   3   4   5   6   7   8   9   ...   95

- 9 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
tarixi, dövlətçiliyi və rəmzləri ilə bağlı yalanlara özünəməxsus cavablar. İkincisi, 
qonşu xalqların musiqisini, rəqsini, kulinariyasını erməniləşdirmə cəhdləri-
nin əsassız olması ilə bağlı sübutlar. Üçüncüsü isə XVIII əsrlərdən başlayaraq 
Qafqaza köçürülən hayların yalnız ermənilərin yaşadığı (monoetnik) məkanın 
sərhədlərinin genişləndirilməsi ilə bağlı məqsədyönlü planının görünməyən 
tərəflərinin ifşasıdır. Təkcə XX əsrdə 1905-1908 və 1918-1920-ci illər qırğınla-
rında öldürülən on minlərlə, 1948-1953-cü illərdə öz yurdlarından köçürülən 
100 mindən yuxarı və 1988-1990-cı illərdə qovulan 250 mindən çox azərbay-
canlı bu coğrafiyada ermənilərin öz şovinist planlarını həyata keçirməsi üçün 
türklərdən təmizlənmə kimi böyük bir planın mərhələləri olmuşdur. Müasir 
Azərbaycan elmində erməni yalanlarının ifşa edilməsi ilə uzun illərdir məşğul 
olan hər üç müəllifin baxış bucağının əks olunduğu bu kitabın həm geniş oxucu 
auditoriyası üçün maraqlı nəşr, həm də ermənişünaslıqla məşğul olan mütəxəs-
sislər üçün etibarlı mənbə olacağına inanırıq. 
Ərəstü Həbibbəyli,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 
Xarici siyasət məsələləri şöbəsinin müdir müavini,
I dərəcəli fövqəladə və səlahiyyətli elçi


- 10 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX


- 11 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Giriş əvəzi
Oğurlanmış dövlətçilik
Hörmətli oxucu!
Sizə təqdim edilən bu kitab üç Azərbaycan müəllifinin erməni saxtakarlıqları 
və onların yüzilliklər boyu digər xalqların tarixini və mədəni irsini mənimsəmə 
səyləri haqqında qələmə aldıqları tədqiqat işidir. Əvvəlcə kitabı “Qırx yalana 
qırx cavab” adlandırmağı qərara almışdıq. Lakin erməni mənimsəmələrinin 
“ümumi statistikası” ilə tanış olduqdan sonra bu fikirdən daşındıq. Məlum oldu 
ki, təkcə Azərbaycan xalqının deyil, digər xalqların da etnik tarixinin, dövlətçilik 
ənənələrinin, adətlərinin, dini ayinlərinin, mifologiyasının, folklorunun, 
musiqisinin, tətbiqi sənətinin, mətbəxinin, hətta tarixi şəxsiyyətlərinin, məsələn, 
Nuh peyğəmbərin, İsa Məsihin, Həzrət Musanın, Makedoniyalı İsgəndərin 
(İskandar Qaykazuni), Spartakın, Zərdüştün, Pifaqorun, Ömər Xəyyamın, 
bir sıra islam övliyalarının və s. erməniləşdirilməsini bir kitabın içərisində 
diqqətə çatdırmaq, ifşa etmək  mümkün deyildir. Üstəlik, ilk odun əldə 
olunmasından, təkərin icadından tutmuş metalın əridilməsinədək, ilk əlifbanın, 
toxuculuq və xalçaçılıq sənətinin yaradılması, su kanallarının çəkilişi, ulduz 
bürclərinin adlandırılması, Mendeleyevdən iki min il əvvəl kimyəvi elementlər 
cədvəlinin müəyyən edilməsi, atın və digər ev heyvanlarının əhliləşdirilməsi, 
meyvə bağlarının salınması, dəmir silahların və arabanın ixtirası və s. və i. 
“Əlahəzrət Erməninin” ayağına yazılır. İddialar o həddə çatmışdır ki, hətta “Ayın 
görünməyən tərəfinin qədim xəritəsinin” Eçmiədzin kilsəsində saxlanıldığını, 
“dünyanın ən qədim mikrobunun” da Ermənistan ərazisində aşkar olunduğunu 
bəyan etməyə başlamışlar.  
 Nəticədə, belə bir qənaət yaranır ki, etnik natamamlıq kompleksindən 
əziyyət çəkən erməni alimlərinin tədqiqatları heç də elmi araşdırmaların 
deyil, psixiatr diaqnostikasının obyektidir. Getdikcə kütləviləşən, etnik 
“ənənə” xarakteri alan və ümumi sayı indi üçrəqəmli ədədlərlə hesablanan 
bu mənimsəmələrin, saxtakarlıqların, təhriflərin məqsədləri də bu gün 
qırx qapı arxasında saxlanılan sirr deyildir: erməniləri regionun “ən qədim 
xalqı”, “bəşər mədəniyyətinin beşiyi”, “xristian dininin müdafiəçisi” olmaqla 
yanaşı, “islam dininin Orta Şərqdə yayıcısı” kimi təqdim etməklə sərsəm 
“Böyük Ermənistan” ideyasının, “erməni məsələsi”nin gerçəkləşməsinə nail 
olmaq.  Odur ki, bütün bunları nəzərə alaraq, kitabı “Erməni saxtakarlığı. 


- 12 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” adlandırmağı qərara 
aldıq. Kitaba daxil olan məqalələr müxtəlif tərzlərdə – bəzi materiallar ciddi, 
bəziləri isə qismən sarkazm üslubunda qələmə alınıb. Bunun da səbəbi 
aydındır. İddiaların bir qrupu ciddi yanaşma tələb etsə də, digərlərinin 
məntiqi isə sarkazmı, satiranı özünə tərəf çəkir…    
İndi isə mətləbə keçək. “Ən böyük yalan bu yalanı görüb-eşidib ona 
susmaq, etiraz etməməkdir”. Bu sözlər uşaq ikən sevə-sevə oxuduğumuz 
məşhur “Dəfinələr adası” kitabının müəllifi Robert Stivensona məxsusdur. 
Stivensonun “erməni məsələsi”ndən xəbərdar olmasını iddia etmək fikrindən 
uzağıq. Amma özünü tarixi saxtakarlıqlarla dolu “dəfinələr adası”nda zənn 
edən erməni tarixşünaslığının bu gün analoqu yoxdur - desək, qətiyyən 
yanılmarıq. Çünki erməni xalqının və erməni dövlətçiliyinin  (əslinə qalsa, 
bunlar bir-birindən uzaq anlayışlardır) tarixinin aparıcı hissəsi faktlara deyil, 
faktoidlərə - “fakt” kimi təqdim olunan saxta məlumatlara söykənir. Qriqorian 
məzhəbinin yazılı tarixi isə qədim əsatirlərdən, xristian rəvayətlərinin 
tanınmaz hala salınan variantlarından, bir çox hallarda başqa xalqların 
mifologiyasından götürülmüş hissələrdən ibarətdir. Burada mifoloji məzmun 
və əsatir personajları ilə gerçək hadisələr və şəxslər arasındakı sərhəd nisbi və 
illüziya xarakterlidir. Vaxtilə rus pravoslav kilsəsinin yepiskopu, şərqşünas və 
arxeoloq Porfiri Uspenski də “Mənim Yaranış kitabım” əsərində ermənilərin 
saxta din tarixi yaratmaqda ənənəvi ustalıqlarını xüsusi qeyd etmiş, hətta 
onların “qədim yazılı sübutlar” yaratmaq texnologiyası ilə tanış olduqdan 
sonra bu sözləri yazmışdı: 
“İnanmayın! Ermənilərin tarixi sənədlərinə 
inanmayın! Onlar fırıldaqçıdırlar, saxta sənədlər düzəldirlər. Onların 
“qocalması”, saralması, köhnəlməsi üçün bu kağızları ya təzək qalağı 
altında saxlayır, ya da rütubətli yerlərə qoyurlar”.
1
 
Ermənistan dövlətinin, erməni xalqının, hətta qriqorian məzhəbinin 
tarixi üçün faktoidlərin konveyer üsulu ilə buraxılışının sütunu, eləcə də onu 
digər xalqların etnik tarixlərindən fərqləndirən başlıca xüsusiyyəti bu istehsal 
prosesinin əvvəlində özünəməxsus “Prokrust çarpayısının”
2
 olmasıdır. Belə 
ki, əgər tarixi hadisə “erməni reallıqlarının” standartlarına uyğun gəlmirsə, 
deməli başqaları üçün də gərəksiz sayılmalıdır. Bu zaman həmin olay ya 
tamamilə inkar edilir, ya da təhriflərlə tanınmaz hala salınır. İşdir, əgər həmin 
1   Успенский П. Книга бытия моего (Дневник и автобиографические записки) в 8-ми частях (извлечение из книги, издан-
ной имп. Палестинским общ.), том 1,  СПб, 1894
2   Prokrust
 -   antik yunan mifologiyasının mənfi personajlarındandır. Afina və Meqara şəhərləri arasında quldurluq edən 
Prokrust azmış yolçuları aldadaraq evinə gətirər, yedirib-içirər və öz lojasına (çarpayısına) uzadardı. Boyu çarpayıdan balaca olan-
ları uzatmaq üçün zorla dartar, ucaboyluların isə çarpayıya “yerləşməsi” üçün ayaqlarını kəsərdi. Hər iki halda qonaqlarını işgəncə 
ilə öldürərdi. 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə