ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə30/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   26   27   28   29   30   31   32   33   ...   95

- 82 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Müqəddəs Qriqorinin III Trdatı vəftiz etməsinə və ona verilən işgəncələrə dair hazırlanmış 
qobelen (XVIII əsr, Vyana. Mxitaristlər muzeyi). Qobelendə diqqət çəkən məqam islam dininin 
yaranışından əvvəl yaşamış Qriqoriyə əzab verənlərin müsəlmanlar və başı çalmalı olmalarıdır
Belə bəraət xarakterli cəhdlərin birində qeyd edilir ki, “
xristian dininin 
təşəkkül tapdığı dövrdə erməni tarixçiləri Qriqorinin və Trdatın parlaq 
obrazlarını yaratmaqla ermənilərin təfəkküründə yeni inancın öz yerini 
möhkəmləndirməsinə çalışmışlar. Bu isə daxili qarşıdurmaların və xarici 
təhlükələrin artdığı şəraitdə xristian ideologiyasının yaradılmasına 
yönəldilmişdi”.
125
 Salnamələrə görə, Suren-Qriqori 287-ci ildə, otuz yaşının 
tamamında İsa Məsih təlimini yaymaq, ermənilərə Rəbbin haqq yolunu 
göstərmək niyyəti ilə vətəninə dönmüşdü. Başqa bir variantda isə Surenin 
erməni kimliyinə qayıdışı onun zəngin mənəvi dünyası, xalqına bağlılığı ilə 
əlaqəli olmuşdu. O, qatil atasının günahlarını yumaq, Trdata sədaqətlə xidmət 
etmək məqsədilə geri dönmüşdü. Burada kilsə tarixçilərinin Sureni İsa Məsihə 
bənzətmək, hər ikisinin taleyində paralellər axtarmaq cəhdləri aydın şəkildə 
sezilir. İsa da 30 yaşında Yəhudaya qayıtmış və Yəhya peyğəmbər onu İordan 
çayında qüsl etmişdi. Lakin III Trdat atasının qatili olan Anakın mömin 
oğlunun nəcib duyğularını anlamamışdı. Surenin qayıdışından xəbər tutan kimi 
125 
 Акопян П., Ващева И. “Знаковые персонажи в “Истории Армении” Агатангелоса (Григорий и Трдат)”, 
Вестник Нижегородского университета им. Н.И. Лобачевского, 2012, №3


- 83 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
onu həbs etdirib ilanlarla dolu dərin quyuya saldırmışdı. Suren beləcə 15 il ağır 
məhbəs həyatı yaşamalı olmuşdu. Lakin məhbəsdə də dinc dayanmır, xeyirxah 
missionerlik fəaliyyətini uğurla davam etdirirdi. 
 Müasir erməni tarixçilərinin “bərpa etdikləri” variantda isə olayın tamamilə 
fərqli istiqamətdə cərəyan etdiyi bildirilir. “Pravoslav ensiklopediyası” onların 
araşdırmalarına istinadən bildirir ki, III Trdatın Romada yaşadığını eşidən 
Qriqori dərhal oraya yola düşür. Az keçməmiş  III Trdatın yanında xidmət etməyə 
başlayır və ataları – Xosrov və Anak bir-birinə qənim kəsilsələr də, övladları 
möhkəm dostluğun təməlini qoyurlar. Eramızın 287-ci ilində III Trdat vətənə 
qayıdır, Roma legionerlərinin köməyi ilə atasının taxtına əyləşir. Sonra Suren-
Qriqoridən xristian dinindən dönməyi, əcdadların inancına qayıtmağı tələb 
edir. Qriqori bu təklifdən imtina edəndə Trdat onu həbs etdirib dərin quyuya 
saldırır. Və guya İrəvan şəhərinin 30 
kilometrliyində, əvvəllər Qəmərli, 
indi isə “Artaşat” adlanan yaşayış 
məntəqəsində yerləşən həmin tarixi 
quyunun üzərində indi “Xor-Virap” 
(erm. “Dərin xəndək”) monastırı 
ucaldılmışdır.
126
  
Lakin III Trdat da cəzasız 
qalmadı. Rəbbin qüdrəti ilə şah ağır 
xəstəliyə düçar oldu. Salnamələrdə 
onun 301-ci ildə qabana çevrilməsi, 
bəzən isə ağlını itirib özünün qaban 
olduğuna inanması, üst-başını 
cırması, çöllərə düşməsi, insanları 
dişləməsi qeyd olunur. Təbii ki, 
“ssenariyə” uyğun olaraq, onu bu 
bəladan yalnız qan düşməni, Suren 
qurtara bilərdi. Hadisələr getdikcə dramatikləşirdi, saray, əyanlar, Ermənistan 
əhalisi böyük təşviş içərisində idilər. Ölkənin gələcək taleyi sual altında idi. Və bu 
zaman erməni-qriqorian dininin tarixi səhnəsinə növbəti personaj – III Trdatın 
bacısı, gözəl və mərhəmətli Xosrovduxt 
(fars. “Xosrovun qızı”) daxil olur. Yeri 
gəlmişkən, Arşakilərdən olan şahzadə xanıma düşmən sülalənin hökmdarının 
adının verilməsi erməni tarixşünaslığının növbəti kazuslarından olsa da, hələ 
126 
 Священномученик Григорий, просветитель Великой Армении, http://www.patriarchia.ru/db/
text/1115591.html
 “Erməni xalqının xristianlaşması” (İvan 
Ayvazovski, 1817-1900-cü illər)


- 84 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
də aydın izahı verilməmişdir. Xosrovduxt gecələr tez-tez gizli yolla məhbəsə 
enər, Surenlə xristianlıq haqqında uzun söhbətlər aparar, dan yeri sökülənədək 
birgə ibadət edərdilər. Gün çıxanda isə Xosrovduxt bəxtəvərlik içində saraya 
qayıdardı. Surenin moizələri nəticəsində şahzadədə xristianlığa rəğbət 
yaranmış və o, gizli olaraq İsa Məsih dinini qəbul etmişdi. Belə görüşlərdən 
birində Xosrovduxt qardaşının xəstəliyi barədə danışır. Suren onu diqqətlə 
dinləyir, xəyalında diaqnozu təyin edir. Belə məsləhət görür ki, əgər III Trdat 
bütpərəstlikdən, əvvəlki həyatından və insanlara zülm etməkdən əl çəkərsə, 
xristianların cərgəsinə qoşularsa, 
o zaman Rəbb onu bədəninə daxil 
olmuş əcinnələrdən xilas edəcək, 
ruhu rahatlıq tapacaqdır. Elə də olur. 
III Trdat İsa Məsih dinini qəbul edir 
və dərhal şəfa tapır. Az sonra Suren 
yenidən Romaya qayıdır. Burada 
onu təntənə ilə qarşılayır, yepiskop 
rütbəsinə yüksəldir və “Qriqori” adını 
verirlər. Axı, Suren missiyasını uğurla 
yerinə yetirmiş, Ermənistan əyalətinin 
valisini öz tərəfinə çəkməklə, həmin 
ərazinin Sasani İmperiyasından 
qopmasının ideoloji təməlini qoya 
bilmişdi. 
Beləliklə, Parf dövlətinin 
Ermənistan əyalətində xristianlığın 
kütləvi şəkildə qəbul edilməsinin 
başlıca səbəbində Romanın bu ərazilərə 
sahib çıxmaq iddiaları dayanırdı. 
Eyni zamanda, İranda Sasanilərin 
hakimiyyəti ələ alması, lakin əyalət 
rəhbərliyinin hələ də Arşakilərin 
(
parfların) əlində olması yaranmış vəziyyəti daha da gərginləşdirirdi. Sasani 
hökmdarının sifarişi ilə Anakın Xosrovu qətlə yetirməsi, əyalət hakimiyyətinə 
Sasani nümayəndəsinin gətirilməsi də Ermənistanı Romanın təsirindən 
qurtarmaq məqsədi daşıyırdı. Lakin romalılar daha çevik siyasət yürüdürdülər. 
Əyalətdə Sasani xanədanına qarşı müqaviməti gücləndirmək, imperiya ilə təkcə 
siyasi deyil, həmçinin dini-ideoloji bağlar qurmaq üçün II Trdat Ermənisana 
gətirilir. Surenin vəzifəsi isə ərazini əvvəlki inanclarından – zərdüştilikdən, 
Erməni-qriqorian kilsəsi III Trdatı, arvadı 
Aşxeni (?) və bacısı Xosrovduxtu müqəddəslər 
sırasına daxil edərək, hər il dini mərasimlərlə 
onları yad edir. Halbuki, xristian mətnlərində 
və eləcə də erməni mənbələrində hökmdarın 
“Aşxen” (erm. “səmavi”, “mələk”) adlı həyat 
yoldaşının olması barədə heç bir məlumat 
yoxdur


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə