ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə31/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   27   28   29   30   31   32   33   34   ...   95

- 85 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
mehranilikdən, tanrıçılıqdan və qismən də iudaizmdən ayırmaqla romalıların 
dininə gətirməklə bu uçurumu dərinləşdirmək və vahid mərkəz ətrafında 
birləşməni təmin etmək idi. Beləliklə, xristianlıq Roma imperiyasının əlində 
təsirli siyasi vasitə olmuşdu. Təsadüfi deyil ki, Roma-yunan kilsəsi Sureni 
yepiskop dərəcəsinə yüksəldərək ona “Qriqori” 
(Qalib) adını verir. Bütün 
bunlardan sonra vətəninə qayıdan yepiskop Qriqori III Trdatla birlikdə əhalinin 
kütləvi şəkildə xristianlaşdırılmasına başlayır, bütpərəstlərin məbədlərini 
dağıdır, yerlərində kilsələr ucaltdırır. Erməni-qriqorian kilsəsi bu hadisənin 301-
ci ildə baş verdiyini iddia etsə də, digər xristian ilahiyyatçıları “Ermənistanın 
dövlət olaraq xristian dinini qəbul etməsi” tarixinin 314-cü il olduğunu 
bildirirlər. Çünki məhz həmin il Ermənistan vilayəti Romanın protektoratlığı 
– himayəsi altına keçmişdi.
127
 V əsrdə yaşaması ehtimal olunan digər erməni 
salnaməçisi Favstos Buzand ”Tarix” əsərində Trdat-Qriqori tandemi nəticəsində 
yaranan xoşbəxt sonluğu belə təsvir edir: “
Beləliklə, Xosrovun oğlu Trdatın 
şahlığı dövründə ölkə böyük ruhani, Anakın oğlu Qriqorinin sayəsində 
xoş məhəbbətlə, Rəbbə etiqadla nurlandı. Onun (Qriqorinin) kiçik oğlu 
Aristakers atasının yolu ilə getmiş, yepiskop olmuş, ömrünün sonunadək 
Məsihin adına moizələr oxumuşdur”.
128
 Halbuki, Ovanes Drasxanakertsi isə 
yazırdı ki, valideynləri ayrılandan sonra anası ilə qalan, “uşaqlığını monastırda 
keçirən” Qriqorinin kiçik oğlu yetkinlik yaşına çatandan sonra rahib Nikomaxa 
qoşularaq hücrəyə çəkilir və ömrünün sonunadək zahid həyatı sürür. 
  Lakin Maarifçi Qriqorinin sonrakı taleyi çox acınacaqlı olmuşdu. Yaxınları 
onu tərk etmiş, ardıcılları üz döndərmiş və nəhayət, 325-ci ildə o, yepiskopluqdan 
istefa verərək əsasını qoyduğu  kilsəni oğluna ötürmüş və mağaraya çəkilərək 
zahidlik etmişdi. Bir sözlə, unudulmuşdu.  Maraqlıdır ki, son 500 il ərzində 
Qriqorinin cəsəd qalıqları uzaq İtaliyada, Neapoldakı erməni kilsəsində 
saxlanılmış və bu “təbərrik” yalnız 2000-ci il noyabr ayının 11-də katolikos II  
Qareginin təşəbbüsü ilə Ermənistana, Eçmiədzin kilsəsinə gətirilmişdi.   
127 
 Православная Энциклопедия, Т.III, Москва, 2001 
128 
 Ф.Бузанд. “История Армении”, III книга, Академия Наук Армянской ССР. Ереван, 1953


- 86 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
VIII iddia
“Ermənilər Bibliyada “genetik islahatlar”
aparmamışlar”
Alman mənşəli fransız filosofu və maarifçisi Pol Anri Holbax insanın 
xəlq edilməsi haqqında İncil rəvayətləri ilə qətiyyən razılaşmamış və onlara 
münasibətini bildirmişdi: 
“Rəbb heç də iddia edildiyi kimi, insanı öz 
görkəmində və öz xasiyyətində yaratmamışdı. Əksinə, insan həmişə 
ilahisini yaradanda özünə bənzətmiş, öz düşüncəsini, xasiyyətlərini, 
xüsusilə günahlarını ona aid etmişdi”. Rəbb istisnasız olaraq, erməniləri 
də yaratmışdı. Lakin bu gün heç kəs erməni xalqının mənşəyini, real tarixini 
Eçmiədzin kilsəsinin nümayəndələri qədər dəqiq, ətraflı bilmir. Sirr deyildir 
ki, regional və etnik tarixə, xristian dininin tarixinə vandal münasibətin 
yaranmasında, olayların total miqyasda saxtalaşdırılmasında erməni kilsəsi 
həmişə müstəsna rol oynamışdır. Nəticədə, din xadimlərinin səyləri ilə erməni 
xalqının iki paralel tarixi yaradılıb dövriyyəyə buraxılmışdır. “Daxili istifadə 
üçün” nəzərdə tutulan kilsə rəvayətləri - saxtalaşdırılmış olaylarla zəngin 
olan birinci variantda ermənilər “hay”, məskunlaşdıqları ölkə isə “Hayastan” 
adlandırılır, məlikliklər, başqa dövlətlərin ərazilərində olan erməni-qriqorian 
yeparxiyaları “müstəqil etnik dövlətlər” qismində təbliğ edilir. Ümumerməni 
dini-siyasi ideologiyasına xidmət edən bu variantda ermənilər “regionun 
barbar və köçəri xalqlarını mədəniyyətə qovuşduran”, “Qara dənizdən Xəzər 
dənizinə, Şimali Qafqazdan Qırmızı dənizə kimi uzanan Böyük Ermənistan 
dövlətini quran” qədim və unikal xalq kimi təqdim olunurlar. Etnik tarixin 
“ixrac variantı” isə xarici auditoriyaya ünvanlanmışdı. “Göz yaşları içərisində 
boğulan” həmin tarixdə özlərinin “xristian əzabkeşləri”, “İsa Məsih təliminin 
Şərqdə yeganə dayağı” obrazını yaradır, burada özlərinə “erməni”, yaşadıqları 
areala isə “Ermənistan” deyirlər. Bununla da, tarixən coğrafi məkan olan, 
etnik rəngarəngliyi ilə seçilən qədim Armina-Erməniyyə
  coğrafi ərazisindəki 
müxtəlif xalqlara aid qədim mədəniyyəti, dövlətçilik tarixini, maddi-mədəni irsi 
erməniləşdirməyə çalışırlar. Halbuki, nə ermənilərin, nə də tarixi Arminanın 
indi “Ermənistan Respublikası” adlandırılan əraziyə aidiyyatı olmuşdu. 
“Tarix” əsərinin mətninə XVII əsrdə edilmiş redaktə və əlavələrdən sonra 
“ən saxtakar salnaməçi” adını qazanan Movses Xorenatsi kitabının yazılma 
səbəblərindən birini Tövrat və İncildəki ədalətsizliklə, burada ermənilərdən 
bəhs olunmaması ilə əlaqələndirir, peyğəmbərlərdən tutmuş həvarilərədək 


- 87 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
geniş auditoriyanı hədəfə alan giley və incikliklərini belə büruzə verir: 
“İlahi 
mətnlərin müəllifləri öz xalqlarını yüksəldib, başqalarına isə nifrət etmiş və 
yazdıqları səhifələrdə xatırlanmasını layiq bilməmişlər”.
129
 Üzərində ciddi 
redaktə əməliyyatı aparılmasının digər səbəbi isə ondan ibarətdir ki, Movses 
kitabı həm etnik natamamlıq kompleksinin, həm də hədsiz “vətənpərvərlik 
duyğularının” təsiri altında qələmə almışdı: 
“Axı, biz kiçik bostan ləki qədər, 
sayca məhdud (xalq) olsaq da,  qüdrətimiz olmasa da, dəfələrlə digər 
dövlətlər bizi əsarətə alsalar da, ölkəmizdə yazılıb əbədiləşdirməyə layiq 
xeyli igidliklər göstərilmişdi. Lakin heç kəs bu barədə kitab yazmaq 
şayğısına qalmamışdı… və bu məqsədlə yadellilərin müdrik əməllərindən 
istifadə edilməmişdi”.
130
 Bununla belə, Movses özündən əvvəlkilərin “tarixi 
ədalətsizliyini” düzəltməyə çalışsa da, son nəticədə onlardan geri qalmamış, 
erməni 
(hay) tarixini digər xalqların maddi-mədəni irsinin bünövrəsi 
üzərində quraşdırmağa çalışmışdı. O da faktdır ki, tarixən ən nüfuzlu erməni 
zadəgan nəsillərinin nümayəndələri nədənsə etnik hay deyil, digər xalqların 
nümayəndələri olmuşlar. Məsələn, Arşakilər sülaləsi – “turanlılar” adlandırılan 
parfiyalı, Mamikonlar – türk, Baqratilər – etnik yəhudi, Ardzunilər – süryani, 
Kamsarakanlar isə fars idilər. Elə “erməni Herodotu” adını qazanan Movses 
Xorenatsi də adıbəlli “Tarix” əsərində saxtakarlıq səylərinin bir səbəbini də 
məhz sifarişçinin etnik mənşəyi ilə əlaqələndirir. 
M.Xorenatsinin etirafına görə, salnamə əslən yəhudi olan və xristianlığı 
qəbul edən Saxak 
(Saak, İshak) Baqratuninin özəl sifarişi ilə qələmə alınmışdı. 
Bu sifariş müəllifin kitabın başlığına etdiyi əlavədən də məlumdur: 
“Saxak 
Baqratuninin xahişi ilə Movses Xorenatsi nəql etmişdi”. Salnaməçi 
dəfələrlə “sponsorunun” etnik hay olmadığını vurğulayaraq hətta öz xalqını 
aşağılamaqdan belə çəkinməmişdi. Görünür, alacağı qonorarın məbləği də 
bu mövqeyə təsirsiz ötüşməmişdi.
  Belə ki,  Movses onun haqqında bunları 
yazırdı: “
Bəzi etibarsız kəslər həqiqəti nəzərə almadan sənin taxt-taclı 
nəslini Hayka bağlayırlar. Bu barədə deyirəm: Mən belə axmaqlıqlara 
inanmıram”.
131
 Nəticədə, “axmaqlıqlara inanmayan” Xorenatsi özü 
saxtakarlıqlara başlamış, sifarişçinin könlünü oxşamaq üçün Tövratdakı 
yəhudi dini rəvayətlərini açıq şəkildə erməniləşdirərək, daha doğrusu, etnik 
ermənilərin də “seçilmiş xalq” olduqlarını iddia edərək həmin əfsanələrin  
remeyk variantlarını yaratmışdı. Məsələn, ermənilərin ulu əcdadı sayılan 
babilistanlı Haykın öz qövmünü götürüb əzazil hökmdar Belin təqiblərindən 
129 
 Хоренаци M. “История Армении”, перевод с древнеармянского языка, введение и примечания Гагика 
Саркисяна. Ер.: “Айастан”, 1990
130 
 Yenə orada
131 
 Yenə orada


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə