ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə33/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   29   30   31   32   33   34   35   36   ...   95

- 90 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
yəhudi mənşəli olduqlarını etiraf etməli, ya da çıxılmaz vəziyyətdən yeganə xilas 
yolu kimi Tövrat mətnlərində düzəliş aparmalı idilər. Movses Xorenatsi ikinci 
variantı seçmişdi. Aramın “erməni mənşəyinə” dair dini təsdiq tapmaq üçün onu 
Samın övladları sırasından çıxarmış və zorən Yafəsin şəcərəsinə daxil etmişdi. 
Beləliklə, Tövrat mətni üzərində kosmetik əməliyyatlardan sonra Yafəsin 
nəsli erməniləşərək aşağıdakı vəziyyəti almışdı: 
“İafetdən Qomer doğuldu, 
Qomerdən Tiras doğuldu, Tirasdan Hayk doğuldu, Haykdan Aramenak 
doğuldu, Aramenakdan Aramais doğuldu, Aramaisdən Amasiya doğuldu, 
Amasiyadan Gelam doğuldu, Gelamdan Xarma doğuldu, Xarmadan ARAM 
doğuldu…”. Bütun bunlardan sonra Movses Xorenatsi böyük məmnuniyyət 
içərisində rahat nəfəs almış və törətdiyi küfrə bəraət qazandırmaq üçün “Tarix” 
kitabına bu sözləri əlavə etmişdi:
 “Biz, fikrimizcə, qədim tarixdə həqiqətə 
tamamilə uyğun olanları tapdıq”. Onun yazdıqlarına inansaq, “erməni” 
Aram 
“döyüşlərdə çoxsaylı şanlı qələbələr qazanmış, Ermənistanın 
hüdudlarını hər tərəfə genişləndirmişdir… Bütün xalqlar ölkəmizi bu 
adla  (Aram)  tanıyırlar. Yunanlar – “armen”, farslar və suriyalılar  (qədim 
aramilərin törəmələri)  isə “armenik” deyirlər”. Üstəlik, M.Xorenatsinin dini 
saxtakarlığından bəhrələnən katolikos O.Drasxanakertsi
 böyük fərəh hissi ilə 
qeyd edirdi: 
“O (Aram) şanlı igidliyi ilə təkcə zəifləri deyil, Kappadokiyanı 
da özünə tabe edə bilmişdi”.  
Harvard Universitetinin Ermənişünaslıq kafedrasının müdiri, Movses 
Xorenatsinin “Tarix” əsərinin ingilis dilinə tərcüməçisi professor Robert 
Tomson “erməni Herodotu”nun saxtakarlıq səyləri haqqında bunları vurğulayır: 
“Xorenatsi ilkin mətni istər əcnəbi dildə, istərsə də doğma erməni 
dilində olan qədim əlyazmalara öz düzəlişlərini edəndə vicdansızcasına 
onları dəyişir. Onun mənbələrə münasibəti və tarixi araşdırma metodu 
göstərir ki, onun əsərlərinə tam etibar etmək olmaz. Əlbəttə, Moisey 
(Movses)  tarixi gerçəkliklər haqqında da bir sıra xatirələri saxlamışdı… 
Lakin Moiseyin istinad etdiyi erməni mətnlərinin böyük hissəsi yalnız 
onun yaşadığı dövrdən sonra tərcümə və ya tərtib olunmuşdu.  Bütün 
bunlar isə onun guya, V əsrdə yaşamasına dair iddiaları rədd edir”.
136
 
Erməni mənşəli alim, ABŞ-ın Kaliforniya Universitetinin professoru 
Riçard 
Hovanesyan da M.Xorenatsinin salnaməsinə istinadən həm müəllifin, həm də 
XVII-XVIII əsrlərdə onun mətnlərində ciddi düzəlişlər aparan redaktorların bir 
sıra saxtakarlıq cəhdlərini, eləcə də kobud xronoloji uyğunsuzluqları müəyyən 
etmişdir. Məsələn,
 M.Xorenatsi iddia edir ki, guya o, vaxtilə vardapet Mesrop 
136 
 http://mjora.livejournal.com/78904.html?thread=1492536


- 91 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
Maştotsun əziz-xələf şagirdi olmuşdur. Digər iddiasına görə isə, Maştotsun 
ölümündən sonra erməni patriarxı Saak da dünyasını dəyişmiş, elə həmin vaxt 
Arşakilər sülaləsi süqut etmiş və Xorenatsi erməni xalqının qara günlərinə göz 
yaşları axıtmışdı. Tarixi gerçəkliklər isə bunun əksini göstərir. Belə ki, M.Maştots 
440-cı ildə, katolikos Saak Partev 
(Parf) isə 439-cu ildə fani dünyanı tərk 
etmişdilər. Ermənilərə heç bir aidiyyatı olmayan Arşakilər monarxiyası 428-ci 
ildə tarix səhnəsindən silinmişdi. Riçard Hovanesyan qənaətlərini belə ifadə 
edir:
 “Kitabdakı bir çox əlamətlər də onun V əsrdə qələmə alınmadığını 
təsdiqləyir. Çünki Movsesin istinad etdiyi mənbələrin bəziləri həmin 
dövrdə erməni dilinə tərcümə edilməmişdi. Əsərində VI əsrdə, hətta VII 
əsrdə yaşamış insanlarla ünsiyyətdə olduğunu bildirir… X əsrə kimi bu 
adda tarixçi məlum deyildi və onun əsərlərinə istinadlar edilməmişdi”.
137
 
137 
 Richard G. Hovannisian. The Armenian People from Ancient to Modern Times, Volume I, The Dynastic 
Periods: From Antiquity to the Fourteenth Century, New York, St. Martin’s Press, 1997


- 92 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
IX iddia
“Ermənilər İsa Məsihə məktub, o isə onlara 
“avtoportretini” göndərmişdi” 
 Əvvəlcə, ermənilərin hələ Müqəddəs Qriqorinin missionerlik fəaliyyətindən 
əvvəl İsa Məsih dinini qəbul etməsi, ilk erməni-xristian dövlətinin yaranması, 
ermənilərin Hz.İsa ilə məktublaşması, hətta onun rəngli portretini 
(söhbət 
fotoşəkildən getmir) əldə etmələri barədə “erməni həqiqətlərini” araşdıraq. 
Beləliklə, qədim zamanlarda, daha doğrusu, eramızın əvvəllərində “erməni 
Mesopotamiyası” adlanan ərazidə Osroena “erməni dövləti” və onun “V Abqar” 
adlı nəcib hökmdarı vardı. Erməni salnaməçiləri və müasir erməni tarixçiləri tam 
ciddiyyətlə yazırlar ki, V Abqar etnik erməni və Arşakuni nəslindən 
(parfların 
“turanlılar” adlandırılan Arsakilər sülaləsindən) Partevin oğlu idi. Ovanes 
Drasxanakertsi isə onun atasının adının “Arcam” olduğunu bildirir. Movses 
Xorenatsi isə qeyd edir ki, “Arşamın” oğlu olan Abqar qeyri-adi müdrikliyi 
və təvazökarlığı ilə seçilirdi. V Abqar vaxtilə erməni qoşunlarının düşərgəsi 
olmuş məntəqədə Edessa 
(Türkiyə ərazisindəki indiki Şanlıurfa) şəhərini 
salaraq, paytaxtı, arxiv və kitabxanaları, bütləri oraya köçürmüşdü. Doğrudur, 
Xorenatsidən fərqli olaraq, Abqarın müasiri  - tarixçi Publi Tatsit onu məkrli, 
riyakar, gah Romanın, gah da Parf dövlətinin tərəfinə keçən hiyləgər hökmdar 
kimi təsvir etmişdi. Gəlin, Tatsitin bu iddiasına, eləcə də M.Xorenatsinin “nəcib 
erməni hökmdarının” yeni saldığı şəhərə nə üçün Makedoniyanın qədim 
paytaxtının adını verməsinə o qədər də məhəl qoymayaq. Müasir erməni 
tarixçiləri Movses Xorenatsinin sözlərinin doğruluğunu sübuta yetirmək üçün 
Edessalı Labubniya, Prokopi ilə Yesevi kimi  qədim salnaməçilərin əsərlərinə 
istinad edirlər. Lakin, onlar Abqarın hakimiyyəti illərində baş verənləri təsvir 
etməklə kifayətlənmiş və heç biri onun etnik erməni, Osroenanın isə “erməni 
dövləti” olduğunu qeyd etməmişlər. Obyektiv tarixi qaynaqlara əsasən isə 
Osroena hökmdarı V Abqar Uhama eramızdan əvvəl 4-cü ildən eramızın 7-ci 
ilinə kimi və 13-cü ildən 50-ci ilədək hakimiyyətdə olmuşdu. O da müəyyən 
edilmişdi ki, nə bu ərazinin, nə həmin şəhər-dövlətin, nə də V Abqarın ermənilərə 
aidiyyatı yox idi. Qısa arayışla bildiririk ki, bu şəhərin təməli eramızdan əvvəl 
IV əsrdə, Selevkilərin hakimiyyəti dövründə qoyulmuş, Makedoniyanın qədim 
paytaxtının şərəfinə “Edessa” adlandırılmışdı. 
Arxeoloji tədqiqatlara əsasən, şəhərin təməlini selevk I Nikator 
(eramızdan 
əvvəl 312—281-ci illər) qoymuşdu. IV Antioxun (eramızdan əvvəl 175—164-


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə